Axtarış
The search found 105785 results in 0.036 seconds.
Search results
Almaniyadan BMT-yə çağırış: Biz dəhşətli şəraitdə yaşayan...
Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf məsələləri naziri Herd Müller Birləşmiş Millətlər Təşkilatına müraciət edərək onu qaçqınların Suriyaya və Suriya ilə qonşu ölkələrə qayıtmasına imkan verən və onları buna inandıran təşəbbüslə çıxış etməyə çağırıb.
Muxalifet.az xəbər verir ki, siyasətçi beynəlxalq birliyi, ilk növbədə, Avropanı qaçqınların BMT-nin qaydalarına müvafiq olaraq vətənə qayıtmasına şərait yaradılması məqsədi daşıyan proqram işləyib hazırlamağa çağırıb.Muxalifet3 - 25-02-2019
“Qiymətlərdə artım görmürəm. Məndə bir alıcıyam...” – Deputat Azər Badamov
“Son vaxtlar sosial şəbəkələrdə və saytlarda ölkədə qiymət artımı ilə bağlı qeyd olunan fikirlərlə razı deyiləm. Çünki mən Milli Məclisin deputatı olmazdan əlavə həm də bir alıcı, sadə vətəndaşam. Gedib ticarət şəbəkəsindən ərzaq və digər məhsullar alırıq. Orada olan qiymətləri də təbii ki, müqayisə edirik. Bu müqayisə zamanı malların qiymətində heç də artım görmürəm”.
Muxalifet.az xəbər verir ki, bunu teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı Azər Badamov deyib.Muxalifet3 - 25-02-2019
Alman səfir: Azərbaycandakı inkişafın bizə xeyri...
2018-ci ildə Azərbaycanın müsbət iqtisadi inkişafı Almaniya ilə Azərbaycan arasında ticarətin artmasına gətirib çıxarıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauzer deyib.
“Ötən il iki ölkə arasında ticarət dövriyyəsi təxminən 1,27 milyard avro olub. Bu göstərici 2017-ci ilə nisbətən (787,4 milyon avro) 50 faizdən çox artıb. Həmin müsbət rəqəmlər Azərbaycan üçün aydın iqtisadi artımın göstəricisidir”, - deyə fəxri konsul bildirib.Muxalifet3 - 25-02-2019
ABŞ Türkiyəyə bunu təhvil versə də, sanksiya olacaq - Sudakov
ABŞ Türkiyəni S-400 qəbulundan imtina etməyə çalışır və bir alternativ təqdim etməyə səy göstərir.
Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə rusiyalı siyasi ekspert Sergey Sudakov çıxış edib.
"ABŞ Türkiyəyə F-35 qırıcı təyyarələrini təhvil versə də, S-400-lə bağlı Türkiyəyə sanksiya tətbiq edəcək", - Sudakov qeyd edib.
Muxalifet3 - 25-02-2019
İngiltərə Hizbullahı terror təşkilatı elan edir - Qərar
İngiltərə hökuməti Hizbullahı terror təşkilatı elan edir.
Muxalifet.az xəbər verir ki, rəsmi London Hizbullahın İsrailə müqavimət göstərməsi və Əsədin apardığı müharibəni dəstəkləməsi səbəbindən belə bir qərar verib.
Məsələ ilə bağlı danışan İngiltərə Daxili İşlər naziri Sacid Cavid Hizbullahın siyasi qanadı ilə hərbi qanadı arasında bir fərq görmədiyini deyib.
Qərar qüvvəyə mindikdən sonra Hizbullahın bayrağını İngiltərədə dalğalandırmaq da cinayət hesab ediləcək.
Muxalifet3 - 25-02-2019
“Hər ailənin büdcəsi 40-50 faiz artacaq..." - Hadi Rəcəbli
“Prezident İlham Əliyev bu gün keçirdiyi müşavirədə 2019-cu ildə sosial müdafiə məsələlərində çox fərqlənən bir il olacağını dedi. Bildirdi ki, bunun üçün bizim iradəmiz də var, sosial siyasətimiz də var”.
Muxalifet.azbildirir ki, bunu ONA-ya açıqlamasında Prezident İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamına münasibət bildirən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib.Muxalifet3 - 25-02-2019
Şəhər əhalisinin 90 faizi çirklənmiş hava ilə nəfəs alır - BMT
Vətəndaşların təhlükəsiz ətraf mühit hüququnu 150-dən çox dövlət tanıyıb. Bununla belə, şəhər əhalisinin 90 faizi çirklənmiş hava ilə nəfəs alır. Nəticədə hər il 7 milyon insan, o cümlədən 600 000 uşaq ölür.
Muxalifet.az xəbər verir ki, bunu qurumun Baş katibi Antonio Quterreş Cenevrədə Birləşmiş Millətlərin İnsan Hüquqları Şurasının növbəti sessiyasının açılışında çıxışında deyib.Muxalifet3 - 25-02-2019
Adamı öldürüb, meşədə basdırdılar - MƏHKƏMƏ
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmazda qətl törətməkdə təqsirləndirilən Şahin İmanov və Elburus Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Muxalifet.az xəbər verir ki, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, hər iki şəxs 19 il müddətinə azadlıqdan məhrum edilib.Muxalifet3 - 25-02-2019
Bizim bu siyasətimiz Türkiyə üçün model ola bilər - Çin
Qərb ölkələri şüurlu olaraq Çinin etnik siyasətini hədəf alır. Eyni ölkələr, Türkiyənin də inkişafına qarşıdır. Çinin terrorla mübarizədəki bu təcrübəsi Türkiyə üçün də bir model ola bilər.
Muxalifet.az xəbər verir ki, bu sözləri Çin Kommunist Partiyasının rəsmisi Yu Vi bildirib.Muxalifet3 - 25-02-2019
“Polis bizə qarşı "terrora" başlamışdır” – BEYLƏQAN SAKİNİ
Beyləqan sakini Ədalət Zeynalov tərəfindən Muxalifet.az-ın elektron poçtuna şikayət məktubu daxil olub. Şikayətçi oğlu Fərid Zeynallının qanunsuz olaraq həbs olunduğunu iddia edir:
“Dünən Beyləqan rayonunda həbs olunan və narkobaron adlandırılan oğlum Fərid Zeynallı qanunsuz həbs olunmuş, şərlənmişdir. Buna etiraz əlaməti olaraq oğlum Fərid Zeynallı özünə ağır xəsarət yetirmiş və aclıq aksiyası keçirir.Muxalifet4 - 25-02-2019
Prezident məhkəməyə verildi, Səbail məhkəməsi iddianı icraata götürdü - AZƏRBAYCANDA BİR İLK
Bu il fevralın ortalarında Səbail Rayon Məhkəməsi ölkə üçün ilk olan bir iddianı icraata qəbul edib.
Azərbaycanda ölkə prezidentinə və onun xanımına - vitse-prezidentə yazdığı məktublara cavab almadığını deyən keçmiş müstəntiq onları məhkəməyə verib.
"On bir ildə prezidentə 115, vitse-prezidentə 41, ümumiyyətlə isə Prezident Administrasiyasına, Ombudsmana və digər aidiyyatı qurumlara 460-dan çox məktub yazmışam, amma heç birinə cavab almadığım üçün məhkəməyə müraciət etdim", keçmiş müstəntiq Fəxrəddin Məmmədov deyir.
Muxalifet4 - 25-02-2019
Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı 19 faiz artıb
2019-cu ilin yanvar ayında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 19,3 faiz artaraq 357,1 min nəfər olub.
Muxalifet.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ölkə vətəndaşlarının 35 faizi İrana, 28 faizi Gürcüstana, 20,9 faizi Rusiyaya, 10,2 faizi Türkiyəyə, 1,2 faizi Ukraynaya, 1,1 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,6 faizi isə digər ölkələrə səfər edib.
Səfər edənlərin 68,1 faizi kişilər, 31,9 faizi isə qadınlar olub.Muxalifet3 - 25-02-2019
"Hərdən özümə sual verirəm ki, mənim burada nə işim var" - AMERİKADA YAŞAYAN AZƏRBAYCANLI ALİM / Video
Anar Əhmədov 1996-cı ildə təhsil üçün Amerikaya köçüb və daha sonra burada məskunlaşıb və ABŞ vətəndaşlığını alıb.
Riyaziyyat və dəqiq elmlər üzrə professor olan Anar Əhmədov ABŞ-ın Minnesota Universitetində çalışır.
O, BBC-nin #səninoradanəişinvar verilişində bu ölkədəki həyatı və gördüyü işlər barədə Vüsal Həmzəyevin suallarını cavablandırıb.
Muxalifet4 - 25-02-2019
“Dövlət zəif olanda torpaqlarını qoruya bilmir” - Əli Əhmədov
Bizim məqsədimiz Xocalı faciəsini dünyaya tanıtmaqdır. Bu istiqamətdə dövlət tərəfindən işlər görülür, bəzi ölkələr artıq Xocalı faciəsini tanıyıblar.
Oxu.Az-ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov “Xocalı soyqırımını unutmadıq!” adlı tədbirdə çıxışı zamanı deyib.Muxalifet3 - 25-02-2019
Bir çox insan buna görə utanır, əslində biz utanmalıyıq - Makron
Bir çox insan yaşayışından, nə qədər cəhd etsələr də ay sonuna bir şey edə bilmədiklərindən utanc duyurlar. Əslində utanması lazım olan bizlərik.
Muxalifet.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makronla bağlı yayımlanan "Xalq və prezident" kitabında bildirilib.
Bu, mənim də məsuliyyət daşıdığım uğursuzluqdur. Amma bunu dəyişdirmək üçün üç ilim var", - Makronun hərəkatla bağlı fikirlərində deyilib.
Qeyd edək ki, Siril Qraziani və Sesile Amarın müəllifi olduğu kitabda "Sarı jiletlilər" hərəkatından bəhs edilib.
Muxalifet3 - 25-02-2019
"Kim Çen" Vyetnamdan qovuldu, "Tramp" qaldı - Foto
Şimali Koreya lideri Kim Çen İnin bənzəri avstraliyalı komediyaçı Hovard X Vyetnamdan deportasiya edilib.
Muxalifet.az qaynarinfo-ya istinadən xəbər verir ki, komediya ustası Vyetnamın paytaxtı Hanoyda yerləşən hava limanında jurnalistlərin suallarını cavablandırıb və Şimali Koreyanı tənqid edib:
"Şimali Koreyalıların yumor anlayışı yoxdur. Yumor, diktatorluğa qarşı ən güclü silahdır".
Hovard X-dən fərqli olaraq, ABŞ Prezidenti Donald Trampın bənzəri Rasl Vaytın ölkədə qalmasına icazə verilib.Muxalifet3 - 25-02-2019
Türkiyə-Rusiya birliyi: irəliyə doğru daha bir addım...
Nyustayms portalında “Soçi sammitinin nəticələri: Suriyada sülhdən Rusiya-Türkiyə strateji tərəfdaşlığına doğru” sərlövhəli məqalə dərc edilib.
Muxalifet.az məqaləni təqdim edir.Muxalifet3 - 25-02-2019
Yarı yolda təyyarəni tərk edən sərnişin MƏHKƏMƏYƏ VERİLDİ - Səbəb...
Alman hava yolu şirkəti Lufthansa uçuşda iştirak etməyən bir sərnişini məhkəməyə verib. Birbaşa olmayan uçuşun ikinci hissəsində iştirak etməyən bir sərnişinə qarşı məhkəmə ittihamı irəli sürülüb. Bu, daha ucuz uçuş əldə etmək "hiyləsi" ilə mübarizədə yeni bir addımdır. CNN tərəfindən əldə edilən məhkəmə sənədlərinə əsasən, şirkət, adı qanuni səbəblərdən açıqlanmayan bir kişi sərnişini məhkəməyə verib. Həmin sərnişin Frankfurt vasitəsilə Seattle-dan Osloya gedən uçuşun ikinci hissəsində bilərəkdən iştirak etməyib.
Muxalifet4 - 26-02-2019
XX ƏSRİN FACİƏSİ: Xocalı soyqırımından 27 il ötür
Bu gün Xocalı soyqırımından 27 il ötür.
Muxalifet.az bildirir ki, hələ 1991-ci ilin oktyabr ayından şəhər tamamilə Ermənistan silahlı qüvvələri tərəfindən mühasirəyə alındı. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalının işğal etdilər. İşğalçılar Xocalını darmadağın edərək xüsusi amansızlıqla onun dinc əhalisinin soyqırımını törətdilər.
Muxalifet4 - 26-02-2019
Sumqayıtda DƏHŞƏTLİ CİNAYƏT - 19 manata görə taksi sürücüsü qətlə yetirildi
Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Pərviz Məmmədov, Rahin Hüseynov və Şamil Bayramovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Trend-in məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və dövlət ittihamçısı təqsirləndirilən şəxslərə cəza istəyib. Prokuror R.Hüseynovun 18 il, digər təqsirləndirilən şəxslərin isə hər birinin 10 il azadlıqdan məhrum edilməsini istəyib.
Proses martın 4-də davam edəcək.
Muxalifet4 - 26-02-2019