Axtarış

The search found 105785 results in 0.089 seconds.

Search results

  1. Rusiya ABŞ-da vurulacaq 5 hədəfi müəyyən etdi

     Rusiya müharibə olduğu təqdirdə Amerika Birləşmiş Ştatlarında vurulacaq 5 hədəfi müəyyənn edib.
     
    Rusiyanın dövlət televiziyası “Russia-1” ABŞ-ın Rusiya üçün təhdid halına gədiyi təqdirdə hipersonik Tsirkon raketlərinin haraları hədəf alacağını açıqlayıb.
     
    İlk hədəf Pentaqon
     

    Muxalifet3 - 25-02-2019

  2. ​Ölümlə çarpışan xalq artistinin son vəziyyəti ürək dağladı - VİDEO

    Bir müddət əvvəl səhhəti pisləşən Xalq artisti Naibə Allahverdiyevanın son vəziyyəti ürək parçalayıb.
    "ATV maqazin onlarla" verilişinə müsahibə verən aktrisa başına gələnləri bir-bir danışıb:
    "Qan təzyiqim yüksək olur. Sistemi qoşdular mənə. Arasından 5-10 dəqiqə keçmişdi. Bir də gördüm ki, nəsə məni çırpdı. Əllərim başladı qıcanmağa və belimdə dəhşətli ağrılar yarandı. Qışqırığıma bütün məhəllə yığılmışdı. İnanırsınız, hələ də o stressi yaşayıram. Ölü kimiyəm".
    N. Allahverdiyeva bu hala düşməsində həkimini ittiham edib:

    Muxalifet - 25-02-2019

  3. ​"Yeni sosial müavinətlər aprel ayından veriləcək" - Sahil Babayev

    Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
    Bildirlir ki, sərəncamın imzalanmasında məqsəd əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində tədbirləri davam etdirmək və bu tədbirlərin əhatə dairəsini daha da genişləndirməkdir.
    Sərəncamla bağlı əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev mətbuat konfransı keçirib. Konfransda nazir bildirib ki, böyük inqilabı addım atılır:

    Muxalifet - 25-02-2019

  4. ​Mədəniyyət naziri Əbülfəs Qarayevə sual: ŞAUMYAN AZƏRBAYCANIN MƏDƏNİ SƏRVƏTİDİR?

    Mədəniyyət Nazirliyinin Mühafizə Olunan Mədəni Sərvətlərin Siyahısını, görəsən, kim tərtib edib? Ən başlıcası, mədəniyyət naziri Əbülfəs Qarayev son dəfə bu Siyahıya nə vaxt nəzər yetirib?
    Məncə, nazir bu məsələdən tam qafildr. Bəlkə də Siyahının altından gözüyumulu imza atıb.
    Hər halda, ona bütün vacib işlərini kənara qoyub bununla ciddi məşğul olmasını indidən tövsiyə edirəm.
    Məndən demək, sizdən hərəkət, cənab nazir!
    Amma bu zəruri əlavəni də edim, çətin və zəhlətökən işdir, ona candərdi yanaşmaq olmaz.
    Şəxsi təcrübəmdən bilirəm.

    Muxalifet - 25-02-2019

  5. “Bu qüvvələr kriminal rejimi bərpa etsə Qarabağ da gedəcək, Ermənistan da...” - TER-PETROSYAN, YENİLƏNİB

    Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan onu Nikol Paşinyana “xaç atalığı” etməkdə günahlandıran keçmiş hakimiyyət tərəfdarlarının ölkədə hökuməti devirməyi, çaxnaşma yaratmağı planlaşdırdıqlarını deyib.

    Muxalifet - 25-02-2019

  6. İşğal olunmuş şəhərlərimizdən son görüntülər – göydən çəkilmiş şəkillər

    Bu şəkillərdə Ermənistanın işğal etdiyi ərazilərimizdə aqressor dövlətin hərbçilərinin vandalizm fəaliyyəti əks olunub.

    Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, peyk vasitəsi ilə çəkilmiş şəkilləri "Azercosmos" ASC tərəfindən təqdim edilib.

    Şəkillərdə tamamilə xaraba qoyulmuş Ağdam şəhərinin və işğal edilmiş digər şəhər və qəsəbələrin son halı görünür.Bu görüntülərin arasında minlərlə hektar meşələrin kəsilməsi (istər mebel sənayesi, istərsə də odun edib yandırmaq üçün) faktlarına dair şəkillər də yer alır.

    Muxalifet - 25-02-2019

  7. Məscid tikən 9 fəhlə 60 metr hündürlükdən yıxılıb

    Tacikistanın paytaxtı Düşənbədə Mərkəzi Asiyanın ən böyük məscidinin tikintisi zamanı 9 inşaat işçisi 60 metr hündürlükdən yerə yıxılıblar. 
    Bu barədə Tacikistanın Fövqəladə Vəziyyətlər Komitəsinin mətbuat xidməti məlumat yayıb. 
    Qeyd olunur ki, insidentə səbəb məscidin tikintisində istifadə olunan metal inşaat iskələlərinin çökməsidir. Nəticədə 60 metr hündürlükdən yerə yıxılan 9 nəfərdən 8-i müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. Yaralanan bir nəfər işçi isə xəstəxanaya getməkdən imtina edib. 

    Muxalifet - 25-02-2019

  8. Cahangir Hacıyevin bacanağı məhkəmədə ifadə verdi

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

    Muxalifet - 25-02-2019

  9. ​Manatın sabaha MƏZƏNNƏSİ

    Fevralın 26-na manatın məzənnəsi açıqlanıb.
    Mərkəzi Bankdan Muxalifet.az-a verilən məlumata görə, 26.02.2019-cu il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub.
    Qeyd edək ki, 2019-cu il fevralın 25-də də USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edib.

    Muxalifet - 25-02-2019

  10. Həyat yoldaşı zəng etdi - Yunker çıxışını yarımçıq saxladı

    Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker Misirdə mətbuat konfransı zamanı çıxışını yarımçıq saxlayıb.
    Muxalifet.az xəbər verir ki, buna onun telefonuna gələn zəng səbəb olub.
    Telefona cavab verdikdən sonra, o jurnalistlərə həyat yoldaşının zəng etdiyini deyib.
    Qeyd edək ki, Misirin Şarm-əş-Şeyx şəhərində Ərəb Dövlətləri Liqası və Avropa İttifaqının ilk birgə sammiti davam edir. /trend/

    Muxalifet - 25-02-2019

  11. Ömrünə az qalıb deyə gəlinini öldürən qayınata - VİDEO

    ARB TV-nin "Rezonans" proqramında məhkum Hüseynəli İsmayılovun həyat hekayəsi yayımlanıb.
    Muxalifet.az həmin verilişdən olan görüntüləri təqdim edir:
     

    Muxalifet3 - 25-02-2019

  12. Qonşu ölkə parlamentindən Xocalı ilə bağlı - Bəyanat

    Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komissiyası Xocalı qətliamı ilə bağlı bəyanat yayıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyi məlumat yayıb.

    Muxalifet3 - 25-02-2019

  13. Ramil Usubov rəisi işdən çıxartdı

    Bakının Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi işdən çıxarılıb.
    Muxalifet.az xəbər verir ki, bunla bağlı Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.
    Əmrə əsasən, Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi Cəmşid Hənifəyev tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb.
    Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifəsini polis kapitanı Ramiz Rzayev icra edir.
     

    Muxalifet3 - 25-02-2019

  14. Bu prosesi Türkiyə idarə etməlidir - Çavuşoğlu

    Suriya-Türkiyə sərhədində yaradılması nəzərdə tutulan təhlükəsiz bölgənin nəzarəti bizdə olmalıdır.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.
    "Bura sərhədimizin o tayıdır, bu səbəbdən prosesi Türkiyə idarə etməlidir. Ancaq biz hər zaman Rusiya ilə çalışdıq və bu ölkənin təhlükəsizlik orqanları və ordusu da daxil olmaqla, Moskva ilə işləməyə davam edəcəyik", - Çavuşoğlu deyib.
     

    Muxalifet3 - 25-02-2019

  15. GÖRÜNMƏMİŞ VƏHŞİLİK! Qızına ayaqlarını öpdürüb döydü/ FOTO- VİDEO

    Hatayda ibtidai 3-cü sinif şagirdi Suriyalı G.K.nin müəllimlərinə ögey atasından işgəncə gö

    Muxalifet3 - 25-02-2019

  16. Erməni analar da ayağa qalxdı: Günahımız nədir?

    Ermənistanda ictimai-siyasi vəziyyət gərgin olaraq qalır. Qeyri-döyüş şəraitində ölən əsgərlərin anaları yenidən bir araya gələrək etiraz aksiyası keçiriblər. Onlar Ermənistanda rüşvətxor müstəntiqlərin özbaşınalıqlarından narazıdırlar.

    Muxalifet3 - 25-02-2019

  17. Polad Bülbüloğlunun bunda əvəzedilməz rolu oldu - Abbasov

    Rusiya paytaxtı Moskvada bir qrup azərbaycanlı və çeçen arasında baş verən qarşıdurmanın aradan qaldırılmasında Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın Rusiyadakı səfirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin çox böyük və əvəzedilməz rolu olub. Hamının bunu bilməsi vacibdir.
    Muxalifet.az report-a istinadən xəbər verir ki, bunu Rusiyada yaşayan azərbaycanlı jurnalist Fuad Abbasov deyib.

    Muxalifet3 - 25-02-2019

  18. Boks millimizin üzvü “Bailando” oxuyur, rəqs edir - VİDEO

    Boks millimizin kubalı legioneri Alfonso Dominqes, sən demə, ancaq idmanla məşğul olmurmuş. 
    Muxalifet.az xəbər verir ki, idmançının həm gözəl səsi, həm də rəqs etmək qabiliyyəti varmış.
    “Qəbələ” İdman Klubunun boksçusu müğənni kimi ad çıxarmağı bacarıb. Dediyinə görə, onu, hətta tədbirlərdə ifa etməyə çağıranlar olub.
    Sözügedən videoda onun Enrike İqlesiasın “Bailando” (Rəqs) mahnısını ifa edə-edə rəqs etdiyi görünür.

    Muxalifet3 - 25-02-2019

  19. 96 dövlət əmlakı hərraca çıxarılacaq

    Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərraclardan biri martın 27-də tarixində keçiriləcək.
    Bu barədə komitədən bildirilib.
    Məlumata görə, hərraca ümumilikdə 96 dövlət əmlakı çıxarılıb. Bu dövlət əmlaklarından 57-si kiçik dövlət müəssisə və obyekti, 23-ü səhmdar cəmiyyəti, 14-ü qeyri-yaşayış sahəsi, 2-si isə yarımçıq tikilidir.

    Muxalifet3 - 25-02-2019

  20. Putindən göstəriş: 31 marta qədər hazır edin!

    Rusiya lideri Vladimir Putin Xarici İşlər Nazirliyinə ölkəyə turist kimi gələn əncəbilərə viza verilməsi prosedurunun sadələşdirilməsi barədə göstəriş verib.
    Muxalifet.az xəbər verir ki, Putin 31 marta qədər təklifin hazırlanması barədə tapşırıq verib.
     

    Muxalifet3 - 25-02-2019

Pages