Axtarış

The search found 105785 results in 0.075 seconds.

Search results

  1. Bahalaşma Novruzdan bir ay öncə başladı, dükan-bazarda son qiymətlər

    Ekspertlər saxlanması mümkün olan bayram ərzaqlarını indidən almağı tövsiyə edirlər...
    Xalqımızın qədim, milli bayramlarından olan Novruza bir aydan da az zaman qalır. Bir tərəfdən mövsümi amillərlə əlaqədar, digər tərəfdən də bayram yaxınlaşdığı üçün əhalinin ərzağa və mer-meyvəyə tələbatı artır. Bəs mövcud durum bazara, qiymətlərə necə təsir göstərir? İnsanlar bayram bazarlığını hansı ərəfədə etsə, daha çox qənaət etmiş olar?
    Bunu öyrənmək üçün “Yeni Müsavat”ın müxbiri paytaxtın “8-ci kilometr” bazarına baş çəkib.

    Muxalifet - 25-02-2019

  2. Azərbaycan Ordusu cəbhədə HƏRƏKƏTƏ KEÇDİ... - Ermənistanda Qarabağ TOQQUŞMASI

    Ermənistanda Dağlıq Qarabağ münaqişəsi üzrə daxili haçalanma dərinləşir.
    İndiyə qədər “Qarabağ klanı” baş nazir Nikol Paşinyanın yumşalma siyasətinə qarşı çıxırdısa, indi prezident Armen Sarkisyan da eyni cəbhəyə dəstək verir.
    Ermənistan prezidentinin məsləhətçisi Tevan Poqosyan feysbuk səhifəsində erməni ordusunun təcrübəsizliyi haqqında danışıb.

    Muxalifet - 25-02-2019

  3. ​Bu avtobuslara yeni gömrük rüsumu tətbiq ediləcək

    Martın 8-də sürücü daxil olmaqla 120 nəfərdən çox adam daşımaq üçün nəzərdə tutulmuş və sıxılmış qazla hərəkətə gətirilən avtobuslar üçün yeni idxal gömrük rüsumları qüvvəyə minəcək.
    Bu, baş nazir Novruz Məmmədovun "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilməsi barədə” qərarında əksini tapıb.

    Muxalifet - 25-02-2019

  4. Bakıda ŞOK: Yumurta, yoxsa plastik top? - VİDEO

    Paytaxtın Sabunçu rayonunda qeyri-adi hadisə baş verib.
    Muxalifet.az yenicag.az-a istinadən xəbər verir ki, Sabunçu rayonu Şuşa qəsəbəsində yaşayan vətəndaşlardan birinin evində qeydə alınıb. Qəsəbə sakini Ramil Cəlilov mağazadan aldığı yumurtanın normal məhsul olmasından şübhələnib və onu yoxlamaq qərarına gəlib.
    Həmin yumurtanın sarı hissəsi sanki plastik topu xatırladır. Rəngi sarı olmaq əvəzinə ağ olan yumurtanın ortasındakı bu hissə yerə vurulanda belə dağılmayaraq, top kimi havaya qalxır.

    Muxalifet - 25-02-2019

  5. Trampa “müdafiə” zərbəsi

    ABŞ prezidenti Donald Tramp növbəti həftədə Konqresdən müdafiə xərclərinin artırılmasını daha bir dəfə tələb etməyə hazırlaşır. ABŞ mətbuatı Konqresin bu tələbə mənfi cavab verəcəyini iddia edib.
     
    Trampın bu pulun təxminən dörddə birini qeydiyyatdan keçməmiş bir hesabda saxlamağı planladığını və federal büdcənin xaricində olan xərcləmələrə sərf edəcəyi bildirilib. Mətbuatın qeyd etdiyinə görə, Demokratlar və Respublikaçılar bu tələbi dəstəkləməyəcəklər.

    Muxalifet3 - 25-02-2019

  6. ​Baş nazirdən etiraf: Avropa Suriyada geri çəkildi

    Avropa İttifaqı (Aİ) Suriya ilə bağlı mövqeyindən geri çəkildi və bu ölkədəki vəziyyətə təsir imkanına sahib ola bilmədi.
    Bu sözləri Çexiya Baş naziri Andrey Babiş deyib.
    “Avropa həqiqətən Suriyada öz jandarım rolunu tərk etdi. Xarici siyasət baxımından qoca qitə öz təsir imkanlarını qiymətləndirə bilmədi. Suriyadakı vəziyyəti dəyərləndirməyi bacarmadı”, - deyə Babiş bildirib./axar

    Muxalifet - 25-02-2019

  7. Xocalını Bakıda yenə kim satdı?

    CBC telekanalı litvalı kinematoqrafçıların Xocalı faciəindən bəhs edən “Endless Corridor” (Sonsuz dəhliz) sənədli filmini nümayiş etdirməkdən imtina edib.

    Muxalifet.az “Turan” agentliyinə istinadən xəbər verir ki, bir neçə il öncə çəkilmiş bu sənədli film Xocalıda bəşəriyyət əleyhinə törədilmiş cinayətlərin əsl miqyaslarını açan ən uğurlu işlərdən biridir.

    Muxalifet - 25-02-2019

  8. ABŞ indi də Kubanı hədəf aldı

    Ağ Evin Milli Təhlükəsizlik məsləhətçisi Bolton, Kubada keçirilən konstitusiya referendumunu Kuba rejiminin öz təzyiq və tiranlığını örtmək üçün tətbiq etdiyi bir başqa taktika olduğunu bildirib.
     
    Venezueladaki siyasi böhrandan sonra Con Bolton bu dəfə Kubanı hədəf alaraq konstitusiya referandumu ilə bağlı, "ABŞ Kuba xalqının azadlıq və demokratiya çağırışlarını dəstəkləyir" deyə açıqlama verməklə Kuba əhalisini etirazlara təhrik edib.

    Muxalifet3 - 25-02-2019

  9. ​SON DƏQİQƏ: Naftalanın icra başçısı VƏFAT ETDİ

    Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimov dünyasını dəyişib.
    Muxalifet.az xəbər verir ki, bu barədə BakuPost-a İcra Hakimiyyətindən məlumat verilib.
    İcra başçısının evində vəfat etdiyi bildirilir. Onun vəfatı ilə bağlı iki versiya var. Mənbələrdən biri onun evində dəm qazından zəhərləndiyini, digəri isə ürəktutmasından dünyasını dəyişdiyini deyir.
    Qeyd edək ki, R. İbrahimov cəmi bir neçə ay öncə icra başçısı təyin edilmişdi.

    Muxalifet - 25-02-2019

  10. İrandan ABŞ-a “Venesuela” təpkisi

    İranın xarici işlər naziri Cavad Zərif ABŞ-ın Venesuelaya qarşı güc tətbiq etmə təhdidlərini beynəlxalq hüququn pozulması kimi dəyərləndirib.
     
    Məhəmməd Cavad Zərif ABŞ-ın Venezuelanı güc tətbiqi ilə təhdid etməisini beynəlxalq hüququn pozulması anlamına gəldiyini və bu cür addımların "uğursuzluğa məhkum olduğunu" bildirib.
    Zərif hər cür xarici müdaxiləyə qarşı olduqlarını və Venesuela hökumətini dəstəklədiklərini söyləyib.
    Müxalifət.az

    Muxalifet3 - 25-02-2019

  11. ​Samuxda EV YANDI: Yaşlı qadın tüstüdən zəhərləndi

    Samux rayonunda 1 nəfərin tüstüdən zəhərlənməsi ilə nəticələnən yanğın baş verib.
    Rayonun Alabaşlı qəsəbəsində fərdi yaşayış evində baş vermiş yanğın zamanı, 1965-ci il təvəllüdlü Laləzər Məhərrəm qızı Hüseynova tüstüdən zəhərlənib.
    Xəstəxanaya aparılan qadının vəziyyətinin ağır olduğu bildirilir.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 25-02-2019

  12. Rusiya üçün cəhənnəm sanksiyaları gəlir: Azərbaycana təsiri

    Elxan Şahinoğlu: “Sanksiyalar Rusiya iqtisadiyyatını getdikcə taqətdən salır”

    Amerika Birləşmiş Ştatlarının hər iki partiyasını təmsil edən senatorlar Rusiyaya yeni sanksiyalar nəzərdə tutan qanun layihəsi hazırlayıblar. Bu sanksiyalar Rusiyanın ABŞ-da seçkilərə iddia olunan müdaxiləsi, Ukraynaya təcavüzünə görə tətbiq olunacaq. Layihə müəlliflərindən biri, respublikaçı senator Lindsey Qraham sənədi “cəhənnəmdən gələn sanksiya layihəsi” adlandırıb.

    Muxalifet - 25-02-2019

  13. ​Magistraturaya qəbul imtahanı ilə əlaqədar Apelyasiya Komissiyası yaradıldı

    Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanının birinci mərhələsi ilə əlaqədar bakalavrların müraciətlərinə baxılması üçün Dövlət İmtahan Mərkəzində Apelyasiya Komissiyası yaradılıb.
    Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, bakalavrlar Apelyasiya Komissiyasına 25, 26, 27 fevral 2019-cu il tarixlərində saat 10:00‑dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əsli və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

    Muxalifet - 25-02-2019

  14. ​Goranboyda yol qəzası - Yaralılar var

    Goranboy rayonunda ağır yol-nqəliyyat hadisəsi baş verib. 
    Muxalifet.az xəbər verir ki, hadisə rayonun Xanqərvənd kənd yolunda qeydə alınıb. 
    İlkin məlumata görə, yol qəzası zamanı 4 nəfər yaralanaraq xəstəxanaya yerləşdiriliblər. 
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 25-02-2019

  15. ​Vəfat edən icra başçısının 52 yaşı olub - DOSYE

    Xəbər verildiyi kimi, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimov vəfat edib.
    Muxalifet.az-ın məlumatına görə, R. İbrahimovun 52 yaşı olub.
    Rövşən Hüseyn oğlu İbrahimov 1967-ci ildə Siyəzən rayonunda anadan olub. 
    1991-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Sənaye və mülki tikinti fakültəsini bitirərək, “İnşaat mühəndisliyi” ixtisasına yiyələnib. 1986-1988-ci illərdə həqiqi hərbi xidmətdə olub.

    Muxalifet - 25-02-2019

  16. ​Gürcüstanda dövlət bayraqları endirilib - Sovet işğalından 98 il ötür

    Bu gün sovet qoşunlarının Gürcüstanı işğal etməsindən 98 il ötür.
    Muxalifet.az report-a istinadən xəbər verir ki, bununla bağlı ölkənin bütün dövlət qurumlarında bayraqlar endirilib.
    Dövlət bayraqları Gürcüstan Prezidentinin sarayında, parlament, nazirlik, mərkəzi və yerli dövlət idarələrinin binalarında da endirilib.
    Qeyd edək ki, Gürcüstan parlamentinin 21 iyul 2010-cu il tarixli qərarı ilə fevralın 25-i Sovet işğalı günü elan olunub. 1921-ci ilin fevralın 25-də Qırmızı ordu Tbilisiyə daxil olub və Gürcüstan Demokratik Respublikasını devirib.

    Muxalifet - 25-02-2019

  17. ​ƏXİLİYİN YARANMASI VƏ MƏNASI: Çaldıran savaşında vuruşan əxi qadınılar kimlər idi?

    Əxi sözü günümüzdə fərqli anlamda işlədilsə də, orta əsr tarixində bu sözün etimologiyası fərqlidir. Bir çoxları əxi sözünün ərəb sözü olduğunu düşünsə də, əslində, qədim türk sözüdür.
    Muxalifet.az milli.az-a istinadən xəbər verir ki, əxilik, əxilər və qadın əxilər haqqında məlumatı ölkə.az-a tarixçi-alim Əkbər Nəcəf verib.

    Muxalifet - 25-02-2019

  18. ​Bakıda həbsxanada faciə - 2 MƏHBUS ÖLDÜ

    Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında ölüm hadisəsi baş verib.
    Muxalifet.az xəbər verir ki, müəssisədə saxlanılan Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Xudaverdiyev Namiq Vəli oğlu qəfil vəfat edib. Onun səhhətində hər hansı problemin olmadığı, qəfil keçirdiyi infarkt nəticəsində dünyasını dəyişdiyi məlum olub.

    Muxalifet - 25-02-2019

  19. Gəncədə ŞOK HADİSƏ: Arvad ərini gözündən bıçaqladı

    Gəncədə şəhər sakini gözündən bıçaqlanıb.
    Muxalifet.az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, Gəncədə məcburi köçkünlər üçün salınan yeni qəsəbədə yaşayan 1981-ci il təvəllüdlü A.Mehdiyev sol gözündə bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
    İlkin məlumata görə A. Mehdiyev ailə münaqişəsi zəminində həyat yoldaşı G. Mehdiyeva tərəfindən bıçaqlanıb.
    Faktla bağlı hüquq mühafizə orqanların əməkdaşları tərəfindən araşdırma aparılır.

    Muxalifet - 25-02-2019

  20. ​Ermənistanda hökumət binası yanır

    Ermənistanın hökumət binasında yanğın baş verib.
    Muxalifet.az xəbər verir ki, hadisə hökumətin 1 nömrəli binasında qeydə alınıb.
    Hadisə yerinə 6 yanğınsöndürən maşın cəlb olunub.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 25-02-2019

Pages