Axtarış
The search found 105785 results in 0.07 seconds.
Search results
AZƏRBAYCANLI GƏNC DƏHŞƏT SAÇDI - Barda "şarik" iylədi, çıxıb küçədə BMW X6 ilə iki nəfəri öldürdü
Ötən gecə Rusiyanın Sankt-Peterburq şəhərində ağır yol qəzası baş verib. “BMW X6” səkiyə çıxaraq piyadaları vurub, nəticədə, iki nəfər ölüb və dörd nəfər yaralanıb. Virtualaz.org “Fontanka” nəşrinə istinadən xəbər verir ki, hadisənin səbəbkarı Rusiya vətəndaşı, 30 yaşlı azərbaycanlı Muraddır.
Mənbə bildirir ki, Murad adlı azərbaycanlı dəbli avtomobil nömrələrini satmaqla məşğuldur. Özü isə daha çox “Mercedes” və BMW maşınlarını xoşlayır. Bu barədə onun sosial şəbəkədəki səhifəsində ətraflı məlumat var.
Muxalifet4 - 24-02-2019
Şeyma sevgilisi ilə daha bir fotosunu paylaşdı - ACUNDAN "QİSAS" ALIR
Ötən gün Şeyma Subaşının DJ sevgilisi ilə yataqda çəkdirdiyi fotolar müzakirəyə səbəb olmuşdu.
Muxalifet.az axşam.az-a istinadən xəbər verir ki, Cuido Senia ilə onun daha bir fotosu ortaya çıxıb.
Bildirilir ki, Şeyma sevgilisini görmək üçün İtaliyaya gedib.
Qeyd edək ki, Şeyma Subaşı Acun Ilıcalı ilə evli olub. Onlar qəfil boşanıblar.Muxalifet4 - 24-02-2019
Özbəkistanda maraqlı dəyişiklik: yaxın qohumlar arasında nikah...
Özbəkistanda yaxın qohumlar arasında nikah bağlanması qadağan edilə bilər. Muxalifet.az AZƏRTAC-a istinadən bildirir ki, Səhiyyə Nazirliyi ölkənin Ali Kodeksinə dəyişiklik etmək haqqında qanun layihəsini müzakirəyə çıxarıb. Qanun layihəsinin 16-cı maddəsində dəyişiklik etmək nəzərdə tutulur. Yeni dəyişikliyə əsasən qardaş və bacıların övladlarının evlənməsi qadağan olunur. Hazırda doğma və ögey bacı-qardaşlar, övladlığa götürülən uşaqlarla valideynlər arasında nikaha yol verilmir. Müzakirələr martın 9-dək davam edəcək.
Muxalifet4 - 24-02-2019
Rusiya, Türkiyə və İran Suriyada birgə hərbi əməliyyatlar planlaşdırır? - LAVROV AÇIQLADI
Suriyada Rusiya, Türkiyə və İranın birgə hərbi əməliyyatları planlaşdırılmır.
Muxalifet.az report-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"Suriya ərazisində Rusiya, Türkiyə və İranın birgə hərbi əməliyyatlarını planlaşdırmırıq", - deyə Lavrov "Vyetnam televiziyası" və Çinin "STV" və "Feniks" telekanallarına Çin və Vyetnama səfəri öncəsi müsahibəsi zamanı söyləyib.
Muxalifet4 - 24-02-2019
Yardımlıda it boğuşduranların dəhşətli davasının SƏBƏBİ ÜZƏ ÇIXDI
Dünən Yardımlı rayonunda baş vermiş kütləvi dava-dalaş hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Belə ki, Ləzran kənd sakini, 1989-cu il təvəllüdlü İsgəndərov Bəhruz Rafiq oğlu ilə 1992-ci il təvəllüdlü Teymur Əlihüseynov itlərini döyüşdürmək üçün razılığa gəliblər və kəndin yaxınlığındakı əraziyə gediblər. İtlərin boğuşdurulması zamanı Teymura məxsus olan it Bəhruzun itini boğaraq ölümcül hala salıb. Bundan sonra tərəflər arasında münaqişə baş verib.
Muxalifet4 - 24-02-2019
"Bu zona mənim nəzarətimdə olmalıdır" - ƏRDOĞAN
Tramp və Putinlə Suriyadakı danışıqlarda başqa adların da iştirakını aktiv duruma gətiririk.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarını cavablandırarkən deyib.
Muxalifet4 - 24-02-2019
“Rusiya Türkiyəyəyə müəyyən güzəştlərə getməyə məcburdur” – NATİQ CƏFƏRLİ
Türkiyə və ABŞ bu hədəfinə yaxın 5-10 ildə çata bilər.
Muxalifet.az xəbər verir ki, bu sözləri axar.az-a Türkiyə ilə ABŞ arasında əldə olunan 75 milyard dollarlıq ticarət razılaşması barədə danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib.
Muxalifet4 - 24-02-2019
"Şimali Koreya nüvə silahından tam imtina edəcəyi təqdirdə..." - BOLTON BÖYÜK VƏDLƏR VERDİ
ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton gələn həftə keçirilməsi planlaşdırılan ikinci Şimali Koreya Sammiti ərəfəsində Yaponiya və Cənubi Koreyadan olan həmkarları ilə müzakirələr aparacaq. NHK telekanalı ABŞ-dakı və Cənubi Koreyadakı rəsmi mənbələrə əsasən bu barədə məlumat yayıb. Bildirilir ki, C.Bolton fevralın 24-də Cənubi Koreyanın Pusan şəhərinə səfər edəcək. O, burada Yaponiya Milli Təhlükəsizlik Katibliyinin rəhbəri Syotaro Yaçi və Cənubi Koreyanın Milli Təhlükəsizlik İdarəsinin rəhbəri Çon Iy Yon ilə görüşəcək.
Muxalifet4 - 24-02-2019
“Fuad Abbasov Azərbaycanın və Türkiyənin səsidir” - İŞ ADAMINDAN DƏSTƏK ÇAĞIRIŞI
“Dünya Azərbaycanlıları İttifaqı”nın və “Ümumdünya Azərbaycan Mədəniyyət Fondu”nun Prezidenti Fizuli Məmmədov ermənilərin təzyiqinə məruz qalan jurnalist Fuad Abbasovla bağlı dünya azərbaycanlılarına müraciət ünvanlayıb. Həmin müraciəti olduğu kimi təqdim edirik:
“Hörmətli həmvətənlər!Muxalifet4 - 24-02-2019
Ərdoğan Vaşinqtonda Trampla görüşəcək
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan martın 31-dən sonra Vaşinqtonda amerikalı həmkarı Donald Trampla görüşə bilər.
“Report” xəbər verir ki, bu barədə o, “CNN Türk”ün əməkdaşı ilə söhbətində bildirib.
Qeyd edilir ki, Tramp Ərdoğanı ABŞ-a dəvət edib, ancaq Türkiyənin dövlət başçısı amerikalı həmkarının öz ölkəsinə səfərini gözləyir.
Ərdoğan vurğulayıb ki, onunla Tramp arasında pozitiv münasibətlər mövcuddur. Bu, bir çox məsələləri sadə formada həll etməyə imkan verir.
Muxalifet4 - 24-02-2019
Azərbaycanlı admiralın Texasda yaşayan professor qızı - FOTO
Kübar davranışında əsilzadələrə xas olan şuxluq və incə məqamlar çoxdur. İnsanla ünsiyyətdə elə rəftar edir ki, şahidi olduğun yüksək mədəniyyətdən zövq alırsan. Çünki yüksək mədəniyyətli insanların seçimi ən yaxşı ifadələr olur.
Muxalifet4 - 24-02-2019
“Fuad Abbasov Türk dünyasının fəxri və qürur mənbəyidir!”- TANINMIŞ İDMANÇIDAN JURNALİSTƏ DƏSTƏK
9 qat Dünya çempionu, 3 qat Avropa çempionu Araz Musayev və Vəkillər Kollegiyasının üzvü Ramil Rüstəmov Rusiyada yaşayan azərbaycanlı jurnalist Fuad Abbasova dəstək müraciəti yayıblar.
Muxalifet.az həmin müraciəti olduğu kimi təqdim edir:Muxalifet4 - 24-02-2019
Bakı sakini sərnişin avtobusunun altına yıxıldı
Bakı şəhərinin Suraxanı rayonunda dayanacaqda durmuş piyada avtobusun altına yıxılıb.
“Report” xəbər verir ki, piyadanın xilas olunması üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları gəlib.
Xilasedicilər hadisə yerinə gələrək vətəndaşı "Karsan" markalı avtobusun altından çıxarıb Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil veriblər.
Muxalifet4 - 24-02-2019
Yaponiya ABŞ hərbi bazasını ölkədən çıxarır - REFERENDUM
Bu gün Yaponiyanın Okinava prefekturasında ABŞ hərbi bazasının köçürülməsi ilə əlaqədar referendum keçirilir.
Bütün prefektura ərazisində 300-dən artıq seçki məntəqəsi yerli vaxtla səhər saat 7:00-da açılıb. Seçicilər ABŞ dəniz piyadalarının Futenmadakı bazasının Naqo şəhərindəki Henoko rayonuna köçürülməsinə münasibət bildirməlidirlər.
Referendumun nəticələri heç bir hüquqi qüvvəyə malik olmayacaq. Lakin prefektura rəhbərliyi bununla mərkəzi hökumətə və ABŞ rəhbərliyinə yerli əhalinin məsələyə münasibətini çatdırmaq istəyir.
Muxalifet4 - 24-02-2019
Bakıda tanınmış jurnalist vəfat etdi - 23 GÜN KOMADA QALDI...
Komaya düşən jurnalist, Mediapress İnformasiya Agentliyinin baş redaktoru Natiq Qocaman bu gün dünyasını dəyişib. Muxalifet.az bildirir ki, bu barədə modern.az-a mərhumun yaxınları məlumat verib. Mərhum bu gün dəfn olunacaq. Qeyd edək ki, N.Qocaman fevralın 1-i axşam saatlarında insult diaqnozu ilə əvvəlcə 1 saylı Kliniki Tibbi Mərkəz (Semaşko) xəstəxanasına, oradan da Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib. Mərkəzi Klinik Xəstəxanada o, beyin əməliyyatı keçirib. Natiq Qocamanın beyin kötüyünə, tam mərkəzə maye yığılmışdı.
Muxalifet4 - 24-02-2019
DƏHŞƏTLİ YANĞIN: 300 avtomobil kül oldu - VİDEO
Hindistanın Banqalor şəhərində avtomobil dayanacağında yanğın baş verib.
Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 300 avtomobil yanıb.
Hadisə zamanı ölən və xəsarət alan olmayıb.
Məlumata görə, yanğın quru otların olduğu sahədə meydana gəlib və küləyin təsiri ilə avtomobillərə keçib.
Faktla bağlı araşdırma aparılır.
Muxalifet4 - 24-02-2019
Bakıdakı bu itlərin qiyməti 30 min manatdır - Kinoloji Mərkəzdən REPORTAJ
Nə qədər “qorxmuram” desək də, onlar hürdükcə ayaqlarımız əsir Yolumuz Dövlət Gömrük Komitəsinin (DGK) Kinoloji Mərkəzinədir. Oxucularımızı DGK-nin təşkilatçılığı ilə baş tutan mediatur çərçivəsində qonaq olduğumuz və KİV nümayəndələrinin də böyük marağına səbəb olan Kinoloji Mərkəzə virtual səyahətə dəvət edirik. Bəzən insanlar əsəb və hirslərini göstərmək üçün bu heyvanları misal çəkir, “it kimi tuturdu”, “qanı it qanına dönmüşdü” və s. deyirlər. Amma buradakı sevimli küçüklər, vahiməli görünən çoban itləri misallardakı itlərə bənzəmir.
Muxalifet4 - 24-02-2019
Narkobaronun 8 mərtəbəli qəsri partladıldı - VİDEO
Kolumbiyanın Medelyin şəhərində məşhur narkobaron, 1993-cü ildə qətlə yetirilmiş Pablo Eskobara məxsus 8 mərtəbəli “Monako” qəsri hakimiyyət orqanları tərəfindən partladılıb.
Virtualaz.org TASS agentliyinə istinadən xəbər verir ki, binanın yerində narkomafiyanın qurbanlarının xatirəsinə memorial ucaldılacaq.
Eskobar özü bu qəsri 1988-ci ildə - ona qarşı uğursuz sui-qəsd cəhdindən sonra tərk etmişdi.
Muxalifet4 - 24-02-2019
“Lavrovun Qarabağ üzrə planı Bakıda da, Yerevanda da rədd edilib” - SƏFİR
“Uzun zamandan bəri ilk dəfə Ermənsitanın lideri Dağlıq Qarabağdan deyil, buna görə də, o, çox ehtiyatlı olmalı, Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində radikal addımlara getməməlidir”.
Muxalifet.az xəbər verir ki, bunu “Amerikanın səsi” radiosuna müsahibəsində danışıqlar prosesi ətrafında vəziyyəti şərh edərkən ATƏT-in Minsk qrupunun ABŞ tərəfindən keçmiş həmsədri, səfir Riçard Hoqland deyib.Səfir əminliyini bildirib ki, Ermənistanın baş naziri Nikiol Paşinyan üçün Qarabağ münaqişəsi çox mürəkkəb problemdir.
Muxalifet4 - 24-02-2019
Şok iddia: Ronaldo bu kluba transfer olunur?
Kriştiano Ronaldo yenidən klubunu dəyişir.
Muxalifet.az fanat.az-a istinadən xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
İddia olunur ki, yayda "Real"dan "Yuventus"a 100 milyon avroya transfer olunan Ronaldo mövsümün sonunda Turin klubundan ayrılaraq "Mançester Yunayted"ə üz tutacaq.
Lakin "Yuventus" xəbəri dərhal təkzib edib. Klubun idman direktoru Fabia Paratisi canlı yayıma bağlanaraq Ronaldonun komandadan getməyəcəyini bildirib.
Muxalifet4 - 24-02-2019