Axtarış

The search found 105785 results in 0.038 seconds.

Search results

  1. ABŞ alimlərindən ŞOK XƏBƏRDARLIQ: Toyuqların 70 faizinin tərkibində bu ZƏHƏRLİ MADDƏ VAR

    Amerikanın Qida və Dərman İdarəsinin alimləri belə qənaətə gəlib ki, toyuqların 70 faizindən çoxunda arsen maddəsi var. İdarə toyuqlara vurulan kimyəvi maddələrin sağlamlığımıza ciddi təsir etdiyini açıqlayıb.
    ABŞ-da aparılan araşdırma nəticəsində toyuq ətlərində arsen maddəsi tapılıb. ABŞ-da kök toyuqların 70 faizindən çoxunda, əsasən hinduşkalara və toyuq ətinin hissələrinin içinə çəhrayı rəngli parlaqlıq verməsi üçün arsen maddəsi vurulur.

    Muxalifet - 23-02-2019

  2. Əfqanıstan üzərindən başlayacaq “ÜÇÜNCÜ BÖYÜK OYUN”: Şərqi Türküstan ABŞ-Çin savaşında yeni toqquşma mərkəzinə çevrilir - ARAŞDIRMA

    İbrahim Karagül

    “Yeni Şafak”, Türkiyə, 21 fevral 2019-cu il

    Gələn xəbər belədir: ABŞ Suriya və İraqdakı İŞİD-çiləri Çin sərhəddinə yaxın yerlərə, Türküstanın şərq bölgələrinə yerləşdirməyə başlayır. Çin də Tacikistan torpaqlarında hərbi baza qurur.

    ABŞ-la Çin arasında başlamaqda olan, Şərqi Türküstan, Tacikistan və Əfqanıstanı, ümumiyyətlə Türküstanın şərqini öz təsiri altına alacaq müdhiş bir hesablaşmanın ayaq səslərini duyuruq.

    Muxalifet - 23-02-2019

  3. ​Paytaxtda silahlı şəxs saxlanılıb

    Bakıda üzərində qanunsuz tapança gəzdirən şəxs saxlanılıb.
    DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, Binəqədi rayon Polis idarəsi 5-ci polis bölməsi əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə uğurlu əməliyyat həyata keçirilib. Nəticədə əvvəllər Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu ilə tələb etmə və 332-ci (Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddələri ilə məhkum olunmuş Sumqayıt şəhər sakini Həsənağa Mirzəyev saxlanılıb. 

    Muxalifet - 23-02-2019

  4. Rusiya bu dənizi tamamilə tutacaq - SENSASİON İDDİA

    Əgər Rusiya Azov dənizini maneəsiz tutmağı bacararsa, Kreml Qara dənizin akvatoriyasının tamamilə tutulmasına keçə bilər.
    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu haqda NATO-nun Rusiyadakı sabiq nümayəndəsi Harri Tabax Ukraynanın “Apostrof” nəşrinə danışıb.
    “Hesab edirəm ki, əgər indi onu dayandırmasaq, bu, baş verəcək. Bu, şahmatda növbəti gediş kimidir: əgər siz kralı və ya kraliçanı mat etməsəniz, onda onlar sizi mat edəcəklər”, - o əlavə edib.

    Muxalifet - 23-02-2019

  5. ​Bakıda küçənin ortasında ŞOK HADİSƏ: gənc oğlan 36 yaşlı qadını...

    Bakıda qadın küçədə döyülüb.
    Muxalifet.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.
    Abşeron rayonu, Saray qəsəbəsi sakini, 1983-cü il təvəllüdlü Xankişiyeva Nərgiz Sabahəli qızı ərizə ilə polisə müraciət edərək bildirib ki, paytaxtın Yasamal rayonu, Zərdabi küçəsində 1987-ci il təvəllüdlü Ələsgərov Səbuhi Ağarəhim oğlu xuliqanlıq niyyəti ilə onu döyərək xəsarət yetirib.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 23-02-2019

  6. ATƏT nümayəndəsi Mustafa Hacıbəyliyə çıxarılmış hokmü pisləyib

    ATƏT-in media azadlığı məsələləri üzrə nümayəndəsi Harlem Dezir Azərbaycanda bastainfo.com saytının redaktoru Mustafa Hacıbəyli barəsində çıxarılmış hökmlə bağlı ciddi narahatlığını bildirib.
     
    Bakı Ağır Cinayətlər Məhkəməsi Hacıbəylini dövlət əleyhinə açıq çağırışlar, vəzifə səlahiyyətlərini aşma və vəzifə saxtakarlığı ittihamı ilə iki il sınaq müddəti olmaqla, beş il yarım müddətinə şərti cəzaya məhkum edib.

    Muxalifet3 - 23-02-2019

  7. ABŞ hansı ölkələrdə hakimiyyətləri dəyişdirmək istəyir? – Pompeo açıqladı

    ABŞ-ın dövlət katibi Maykl Pompeo Birlşmiş Ştatlaırn iqtidarları dəyişməsini istədiyi ölkələri sadalayıb.
     
    Mayk Pompeo fikirlərini “Telemundo” kanalında açıqlayıb.
    M.Pompeonun sözlərinə görə, ABŞ Venesuela, Kuba və Nikaraquada eyni fəaliyyəti yürütmək niyyətindədir.
    “Ümid edirəm ki, bu ölkələrin vətəndaşları onlara təlqin edilən avtoritarizmin gərəkli olmadığını başa düşərlər”,-deyə dövlət katibi bildirib.
    ABŞ rəsmisi Amerika xalqının həmin dövlətlərdə hakimiyyət dəyişikliyini istəyənlərin hər zaman arxasında duraağını vəd edib.

    Muxalifet3 - 23-02-2019

  8. ​Арьков: Пашинян возле Алиева говорит одно, в Ереване другое…

    Axar.az предлагает вниманию читателей интервью с ведущим политическим аналитиком России, основателем экспертно-аналитической сети PolitRUS Виталием Арьковым, который ответил на вопросы относительно Нагорного Карабаха, инцидента между чеченцами и азербайджанцами в Москве, а также о российско-азербайджанских отношениях.
     
    - Как вы оцениваете азербайджано-российское сотрудничество в 2019 году?

    Muxalifet3 - 23-02-2019

  9. BAYRAĞIMIZIN ERMƏNİ BAYRAĞININ ALITNDAN ASILMASINA ETİRAZ - Azyaşlı idmançımız Zəhra İranda təxribatın qarşısını bu cür aldı... / VİDEO

    Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 95 nömrəli tam orta məktəbin V sinif şagirdi Zəhra Salmanlı İranın paytaxtı Tehranda keçirilmiş idman yarışında Azərbaycan bayrağının Ermənistan bayrağının altından asılmasına etiraz etməsi barədə danışıb.
     
    Zəhra Salmanlı bildirib ki, turnirin keçirildiyi məkanda bayrağımızın Ermənistan bayrağının altından asılması görən zaman etiraz edib:

    Muxalifet3 - 23-02-2019

  10. Putinə görə Rusiyanı 2 milyon beyin tərk edib - Hesabat

    Rusiyadan emiqrasiyanın yeni dalğası iqtisadi yox, siyasi səbəblər ucbatından yaranıb.
    Muxalifet.az xəbər verir ki, bu məlumat Atlantika Şurasının hazırladığı “Putinin nəticəsi: yeni beyin axını” hesabatında yer alıb. Hesabata əsasən, Rusiyadan emiqrasiya artıq 1,5 ildir ki, davam edir:
    “Vladimir Putinin dövründə ölkəni 2 milyona yaxın rusiyalı tərk edib. 2012-ci ildən etibarən isə, ölkədən qaçanların sayı Putinin hakimiyyətinin ilk səkkiz ilindəkindən çox olub. Ölkəni tərk edənlərin 45%-i bakalavr, 37%-i isə magistr və ya doktorantura səviyyəsinə sahib şəxslərdir”.

    Muxalifet3 - 23-02-2019

  11. Putin zənglərimə cavab vermir - Poroşenko

    Kerç boğazında yaşanan hadisədən sonra Rusiya Prezidenti Vladimir Putin telefon zənglərimə cavab vermir.
    Muxalifet.az xəbər verir ki, bunu “Foks Nyus”a müsahibəsində Ukrayna Prezidenti Pyotr Poroşenko deyib. O,bildirib ki, hadisə ilə bağlı Rusiya liderinin deyəcək bir sözü yoxdur:
    "Sonuncu dəfə gəmilərimə hücumedilən gün onunla danışmağa çalışdım. Mən nələrin olduğunu soruşmaq üçün zəng vurdum, ancaq cavab vermədi".

    Muxalifet3 - 23-02-2019

  12. "Qarabağ"a çempionluq yolunda ağır zərbə

    Fevralın 23-də futbol üzrə Azərbaycan çempionatının 18-ci turunun növbəti oyunu keçirilib.
    Muxalifet.az xəbər verir ki, turun birinci günün ikinci qarşılaşması “Əlincə Arena”da baş tutub. Premyer Liqasının debütantı “Sabah” doğma azarkeşlər önündə son çempion “Qarabağ”ı qonaq edib.
    Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

    Muxalifet3 - 23-02-2019

  13. Prezdent kortejinin qəza anının görüntüləri yayıldı - VIDEO

    Moldova prezidenti İqor Dodonun olduğu kortejin qəzaya uğradığı anın videogörüntüləri yayılıb.
    Görüntülərdə hadisənin günahkarının qarşıdan gələn avtomobilin sürücüsünün olduğu görünür.
    Yol-nəqliyyat hadisəsi nəticəsində heç kim zərər çəkməyib.
    Xatırladaq ki, ötən ilin sentyabrında da İqor Dodonun korteji qəzaya düşmüşdü.
     

    Muxalifet3 - 23-02-2019

  14. Paşinyan buna görə rekorda imza atıb - Şarmazanov

    Ermənistanın müxalifətdə olan Respublika partiyasının mətbuat katibi, parlamentin sabiq vitse-spikeri Eduard Şarmazanov deyib ki, bu ölkənin baş naziri Paşinyan ziddiyyətli bəyanatların sayına görə rekorda imza atıb.

    Muxalifet3 - 23-02-2019

  15. Sürücülərin diqqətinə: Bu yollarda hərəkət məhdudlaşdırılır

    24.02.2019 saat 22:00-dan 25.02.2019 səhər saatlarınadək Neftçilər prospekti Yusif Səfərov küçəsi istiqaməti və Yusif Səfərov küçəsi Heydər Əliyev prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
    Muxalifet.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
    “Səbəb qeyd edilən ərazilərdə üfiqi nişanlanma xətlərinin çəkilməsidir. Sürücülərdən bunu anlayışlar qarşılamalarını xahiş edirik”, - deyə məlumatda vurğulanıb.
    Qeyd edək ki, Xocalı prospektində üfiqi nişanlanma xətlərinin çəkilməsi işləri artıq yekunlaşıb.
     

    Muxalifet3 - 23-02-2019

  16. Bakı Dövlət Universitetinin tələbəsi itkin düşdü - Foto

    Goranboy rayon sakini itkin düşüb.
    Muxalifet.az-ın report-a istinadən məlumatına görə, Qaraçinar kəndində yaşayan Mais Qurbanov fevralın 17-də paytaxta qayıdıb. Gənc atasına əvvəlcə Gəncəyə, sonra Bakıya gedəcəyini bildirib. Lakin yaxınları günorta saatlarında Maisin mobil telefonuna zəng vursalar da, onun telefonuna zəng çatmayıb. Həmin gündən M.Qurbanovdan xəbər yoxdur.

    Muxalifet3 - 23-02-2019

  17. Ukrayna Donetskdə separatçıları vurdu

    Son 24 saat ərzində Donetskdə Ukrayna təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində separatçıların 3 milisi ölüb.
    Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı separatçıların təhlükəsizlik xidmətinin sözçüsü Daniel Bezsonov deyib.
     

    Muxalifet3 - 23-02-2019

  18. Ordumuz həyəcan siqnalı ilə qaldırıldı - VİDEO

    Hərbi Hava Qüvvələrinin (HHQ) Hava Hücumundan Müdafiə (HHM) hissə və bölmələrinin döyüş atışlı taktiki-xüsusi təlimləri keçirilib.
    Muxalifet.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, yəlimlər zamanı həyəcan siqnalı ilə qaldırılan bölmələr şərti düşmənin hava zərbələrinin dəf edilməsi, verilən tapşırığa əsasən qərar qəbuletmə prosesinə uyğun qərargahların fəaliyyətləri məşq etdirilib.
    Təlimlərdə HHM bölmələri döyüş atışları icra ediblər.
     

    Muxalifet3 - 23-02-2019

  19. ABŞ Rusiya səmalarında uçuşları dayandırır

    Açıq Səmalar Razılaşması çərçivəsində ABŞ Hərbi Hava Qüvvələrinə aid təyyarənin fevralın 18-də Rusiya səmalarında başlatdığı müşahidə uçuşu bu gün başa çatır.
    Muxalifet.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. “Pleynradar” portalı "Boinq OC-135B" tipli təyyarənin Rusiyanın Sibir bölgəsində Çita şəhərinin səmasında uçarkən qeydə alındığını yazıb. Rusiya MN sözügedən təyyarənin rus təmsilçilər tərəfindən ciddi şəkildə diqqətdə saxlanıldığını bildirib.

    Muxalifet3 - 23-02-2019

  20. Kəşmirdə gərginlik artır: əlavə 10 min nəfər...

    Hindistan Cammu Kəşmir ştatında hind hərbçilərinə qarşı törədilən teraktdan sonra müstəqillik tərəfdarı olan 200 nəfər saxlanılıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə Hindistanın təhlükəsizlik qüvvələri əməkdaşları məlumat yayıb. Hindistan Daxili İşlər Nazirliyinin təlimatı ilə əlavə olaraq 10 min əsgər təyyarələrlə Srinaqar şəhərinə göndərilib.

    Muxalifet3 - 23-02-2019

Pages