Axtarış
The search found 105785 results in 0.041 seconds.
Search results
İstanbulda 11 avtomobil bir-birinə girdi - Ölən və yaralananlar var
İstanbulun Qozyatağı səmtində 11 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.
“Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, qəza bir avtomobilin sürücünün idarəetməsindən çıxması nəticəsində meydana gəlib. Hadisə zamanı 1 nəfər ölüb, 4 nəfər isə yaralanıb.
Qəza yerinə çoxlu sayda təcili yardım briqadaları və polis cəlb edilib. Yaralılar dərhal xəstəxanaya yerləşdiriliblər.
Magistral yolda nəqliyyatın hərəkəti yarım saat dayanıb və yolda böyük tıxac yaranıb. Avtomobillər evaukatorlarla daşındıqdan sonra hərəkət yenidən bərpa olunub.Muxalifet - 23-02-2019
Cəbhə dünən gecə nə baş verib?
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata görə, Ermənistanın Noyemberyan rayonunun Voskevan kəndində, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Muxalifet - 23-02-2019
Yunanıstanın “Ərköyün uşağı” təhdid etdi
Yunanıstanın "ərköyün uşağı" adı ilə tanınan keçmiş müdafiə naziri Kammenos, Şimali Makedoniyanı təhdid edib.
Kammenos Yunanıstanın bir televiziya kanalına verdiyi açıqlamada, Makedonuyanın üzərilərində heç bir təhddid hiss etmədiklərini vurğulayaraq “Üsküpün 20 dəqiqəlik işi var. Bir tank bölüyü sərhədi keçərsə, Üsküpün arxasına keçərək Serbiyaya çatar” deyə Makedoniyanı təhdid edib.
"Baş nazir Çırpas məni aldatdı"
Muxalifet3 - 23-02-2019
Zaxarova azərbaycanlı jurnalistin SÖZÜNÜ KƏSDİ: "Bir dəqiqə dayan...” - VİDEO
Rusiya XİN-nin nümayəndəsi Mariya Zaxarovanın brifinqi zamanı "Report” agentliyinin jurnalisti İqbal Rüstəmov Moskvada Konstantin Zatulinin təşəbbüskarı olduğu "Lazarev klubu” ikinci rus-erməni forumunun keçiriləcəyi və bu forumda Dağlıq Qarabağdakı separatçı rejiminin nümayəndələrinin iştirak edib-etməyəcəyi ilə bağlı sual verib.
Muxalifet - 23-02-2019
Qorxunc avtobus qəzaları: iki gündə 46 nəfər yaralı, 1 ölü...
Ekspert: “Bütün bunlara nəzarət etmək və son qoymaq üçün lazımi addımlar atılmalıdır”
Muxalifet - 23-02-2019
SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Daha bir küçədə hərəkət məhdudlaşdırılacaq
Fevralın 23-də Bakının Xətai rayonu, Xocalı prospektində avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Bildirilir ki, avtomobillərin hərəkətinin məthdudlaşdırılmasına səbəb prospektdə üfüqi nişanlanma xətlərinin çəkilməsidir.
Bu məqsədlə adıçəkilən ərazidə gün ərzində hərəkət qismən məhdudlaşdırılacaq.Muxalifet - 23-02-2019
Bakıda ŞOK OLAY: 24 yaşlı ana 2 uşağı ilə birgə yoxa çıxdı
Bakıda bir ailənin 3 üzvü itkin düşüb.
Muxalifet.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, hadisə paytaxtın Suraxanı rayonunda baş verib.
Yeni Suraxanı qəsəbəsi, ev 45-də yaşayan 1995-ci il təvəllüdlü Bağırova Raziyyə Fəxrəddin qızı övladları - 2015-ci il təvəllüdlü Bağırova Mövlanə Elvin qızı və 2017-ci il təvəllüdlü Bağırov Səccad Elvin oğlu ilə birlikdə fevralın 20-də evdən çıxıb və bir daha geri qayıtmayıb.
Polis faktla bağlı araşdırmalara başlanıb.Muxalifet - 23-02-2019
Bakıda təhsil almış zabit İrəvanı QARIŞDIRDI: Ermənistana KTMT ZƏRBƏSİ
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) yaxın bir ildə baş katibsiz qala bilər. Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyindəki məlumatlı mənbə danışıb. KTMT-yə yaxın həmsöhbət qeyd edib ki, Belarus Təhlükəsizlik Şurasının başçısı Stanislav Zasın bu vəzifəyə təyinatı bu posta öz namizədini gətirmək istəyən Ermənistanın baş naziri Nikol Paşinyanın mövqeyinə görə baş tutmur.
Muxalifet - 23-02-2019
Yeni ailə quran gənc azərbaycanlı yazar qəfil dünyasını dəyişdi
Gənc yazar Kamran Su (Kamran Rüstəmov) vəfat edib.
Bu barədə sosial şəbəkədə məlumatlar yayılıb. Dostları gənc yazarın ürək problemi olduğunu, infarktdan öldüyünü yazıblar.
28 yaşlı Kamran yeni ailə qurmuşdu.
Son illər Tiflisdə yaşayırdı. Gürcüstana köçənə qədər Bakıda müxtəlif xəbər portallarında mədəniyyətdən, əsasən kinodan yazırdı.
Fərqli düşüncəyə sahib Kamran Su yazılarını şəxsi bloqunda paylaşırdı. (baku.ws)Muxalifet - 23-02-2019
Erməni əsgərləri Hələb şəhərinə girdi!
Erməni ordusunun hərbi birləşmələri Suriya rejimi, İranlı milislər və Rusiyanın işğal etdiyi Hələb şəhərindəki rus əsgərləri ilə birgə minaların təmizlənməsi əməliyyatına başlayıb.
Hələbdə olan erməni əsgərlərinin sayı 100 nəfərə qədər olduğu bildirilir. Məlumdur ki, Suriyadakı erməni ailələri Ermənistan ordusunun işğalında olan Azərbaycanı Dağlıq Qarabağ bölgəsində yerləşdirilib.Muxalifet3 - 23-02-2019
Azərbaycanda YENİ LABORATORİYA yaradılacaq
“Azərbaycanda qapalı kök sistemi tingliyin, müasir toxumçuluq laboratoriyasının yaradılması və təşkili nəzərdə tutulur”.
Muxalifet.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin inkişafı departamentinin sektor müdiri Sadiq Salmanov deyib.
Nazirlik rəsmisi bildirib ki, tədbirlərin həyata keçirilməsi nəticəsində meşə təsərrüfatının idarə olunmasında ciddi dönüşə nail olmaqla meşə ehtiyatlarının davamlı və dayanıqlı istifadəsinə nail olunacaq.Muxalifet - 23-02-2019
“Məhkumları istirahət günləri güllələyirdilər” - ölüm hökmünün ləğvinin 21 ili...
“Dustaq kamera yoldaşları ilə sağollaşırdı, cavabında eşidirdi: ”Allah sənə rəhmət eləsin!"; hüquqşünaslar ölüm cəzasının qaytarılmasına qarşıdır
1998-ci il fevralın 10-da Azərbaycanda ölüm cəzası ləğv olunub. Bundan artıq 21 il ötür. 21 fevral 1998-ci ildə “Cinayət Məcəlləsi, Cinayət-Prosessual Məcəlləsi və İslah-Əmək Məcəlləsinə dəyişikliklərin edilməsi” haqqında Azərbaycan Respublikasının qanunu qüvvəyə minib.
Muxalifet - 23-02-2019
Paşinyanın adamından SENSASİON ETİRAF: Qarabağda müharibə başlayarsa...
Azərbaycan Ordusunun gücü qarşısında aciz vəziyyətdə olan, yeni bir müharibə ilə bağlı qorxularını dəfələrlə dilə gətirən Ermənistan tərəfi növbəti dəfə bunu etiraf edib.
Ermənistan KİV-ri xəbər verir ki, etiraf Ermənistan prezidentinin müşaviri Tevan Poqosyandan gəlib.Muxalifet - 23-02-2019
“Millətə qan udduranları qəhrəman kimi yaddaşımıza soxdular” - FAZİL MUSTAFA
“Məktəb uşaqlarına necə təbliğat aparıblarsa, neçə uşaqdan soruşuram, deyir ki, bu gün, yəni 23 fevral oğlanların bayramıdır. Bu uşaqların heç Sovetlər barədə, onun ordu və donanması barədə təsəvvürləri də yoxdur, sadəcə bu tarixi 8 martdan öncə gələn oğlanlar bayramı kimi anladıblar”.
Muxalifet.az xəbər verir ki, bunu deputat Fazil Mustafa sosial şəbəkədə 23 fevralı uşaqlara bayram kimi təqdim edənləri tənqid edən paylaşımında yazıb.Muxalifet - 23-02-2019
Lənkəranda tələbələr aksiya keçirib?
Fevralın 22-də Lənkəran Dövlət Universitetində tələbələrin etiraz aksiyası keçirməsi ilə bağlı informasiyalar yayılıb. Yayımlanan videoda əksini tapan mətndən belə məlum olur ki, aksiya universitetin hər iki korpusunda eyni vaxtda başlayıb. Aksiya iştirakçılarının iddiasına görə, davamiyyət balının və sərbəst işlərin ləğvi, semestr imtahanından keçməyi çətinləşdirib. Tələbələr rəhbərlikdən köhnə sistemin bərpa olunmasını tələb ediblər.
Muxalifet - 23-02-2019
Qardaşının biri SOCAR-da, digəri Dövlət Neft Fondunda, özü isə Krım prokuroru... - “AZƏRBAYCANDA MƏNƏ PROKUROR İŞLƏMƏYƏ İMKAN VERMƏZDİLƏR”
Ukraynanın “Zerkalo Nedeli” portalı Rusiyanın ilhaq etdiyi Krım vilayətinin prokuroru (Kiyevin yuridikasiyasında), azərbaycanlı Gündüz Məmmədovla geniş müsahibəni dərc edib. Virtualaz.org xəbər verir ki, G.Məmmədov cəmi bir pasportunun olduğunu deyir: “Mən Ukrayna vətəndaşıyam”.
O danışır ki, Azərbaycanda anadan olub, valideyinləri tərəfindən sovet dövründə Odessa Dövlət Universitetində oxumağa göndərilib. 1991-ci ildə universiteti bitirəndə onun SSRİ pasportunda “Ukrayna vətəndaşı” qeydi vurulub. Beləliklə də Ukrayna vətəndaşı olub.
Müxbir Gündüz Məmmədovdan soruşub:Muxalifet - 23-02-2019
“RUSİYA BAKINI CƏZALANDIRMAQ ÜÇÜN XOCALI SOYQRIMINI TÖRƏTDİ” - “2 nəfər ölüb” xəbərini kim vermişdi?
1992-ci il fevralından 25-dən 26-na keçən gecə törədilmiş dəhşətli Xocalı qətliamının bir neçə gündən sonra 27-ci ildönümü qeyd olunacaq. Hələ də beynəlxalq səviyyədə Xocalı soyqırımını törədənlərə ədalətli məhkəmə qurulmayıb. Əsrin ən dəhşətli faciəsi ilə bağlı bəzi müəmmalar hələ də açılmamış qalır.
Muxalifet - 23-02-2019
Müdafiə nazirindən ABŞ səfəri ilə bağlı son dəqiqə açıqlaması
Türkiyənin milli müdafiə naziri Hulusi Akar Pentaqondakı təmasları ilə əlaqədar mühüm açıqlama verib.
Nazir Akar açıqlamasınad bu sözləri deyib:
"Pentaqondakı görüşlərdə, Suriyadan çəkilmə əsnasında heç bir boşluq bıraxılmamasının lazım olduğunu xatırlatdıq.
FETO və təşkilatın digər üzvlərinin Türkiyəyə iadə edilməsi məsələsini gündəmə və önümüzdəki günlərdə bunu təqib etməyə davam edəcəyik.
Münbiç Yol Xəritəsindəki gecikmənin qarşısını almaq, bunun dərhal başa çatdırılması məsələsini qəbul edib bu yöndə çalışacaqlarını bildirdilər".Muxalifet3 - 23-02-2019
Ruhani haqqında ŞOK İDDİA: Britaniya kəşfiyyatından təlimat alır
"Həsən Ruhani Böyük Britaniyanın "Mİ6” Xarici Kəşfiyyat Xidmətindən təlimat alır”.
Muxalifet.az xəbər verir ki, bunu İran parlamentinin Məşhəd şəhərindən olan deputatı, qanunverici orqanın Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Cavad Kərimi Kuddusi iddia edir.
Onun söylədiklərinə görə, İran İnqilab Keşikçiləri Qvardiyası "Mİ6” ilə əməkdaşlıq edən şəxslə danışığını ona təqdim edib. Bu şəxs isə prezident Həsən Ruhanidir.Muxalifet - 23-02-2019
"Uşaqlarım, nəvələrim bir-birinin paltarını geyinir” – HADI RƏCƏBLİ
“Yadınıza gəlir, bizim nə qədər istəklərimiz vardı? Yaşayış minimumunun minimum əmək haqqı ilə üst-üstə düşməsini istəyirdik.Bunu reallaşdırmaq çətin idi, amma zamanı gəldi, reallıq ona imkan verdi və bu yöndə addım atıldı. Ona görə biz tələsə bilmərik”.
Bu sözləri Oxu.az-a müsahibəsi zamanı Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.Muxalifet - 23-02-2019