Axtarış

The search found 105785 results in 0.023 seconds.

Search results

  1. ​İvanişvili HAMINI SİLİR: “Gürcü Arzusu”nun qurucusu da getdi

    Gürcüstan parlamentinin ən nüfuzlu deputatlarından biri - Eka Beseliya Gürcü Arzusu Partiyasını tərk edəcəyini bəyan edib.
    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, Beseliya bu addımı partiyanın 2025-ci ilin sonuna qədər şəhər, rayon və apellyasiya məhkəmələrinə qeyri-müəyyən müddətə hakim təyinatı prosesinin dayandırılması təşəbbüsünü dəstəkləməməsindən sonra atıb. O, bundan sonra parlamentdə müstəqil deputat olacağını bildirib.

    Muxalifet - 22-02-2019

  2. ​Qiymət artımının səbəbləri: Növbəti devalvasiyaya işarə, yoxsa…? – İqtisadçıdan açıqlama

    “İstənilən ölkədə vergi və gömrük rüsumları artırılırsa, bunun son ödəyicisi vətəndaş olur”
    Son günlərdə ölkə başçısının verdiyi qərarlar, minimal əmək haqqının, təqaüdlərin artırılması ilə paralel olaraq qiymətlərin artması da müşahidə olunur. Qiymət artımı əsasən, yeyinti məhsulları, tütün məmulatları, məişət əşyaları və s. əhalinin təlabatının çox olduğu sahələrdə qeydə alınıb. Bu isə əhali arasında narahatlığa səbəb olub.
    Əmək haqlarının artırılması və birdən qiymət artımı ötən illərdə də yaşanan devolvasiya işarədirmi?

    Muxalifet - 22-02-2019

  3. ​Rusiyada azərbaycanlı diaspora FƏALI İTKİN DÜŞÜB

    Əslən Azərbaycanın Şirvan şəhərindən olan 1971-ci il təvəllüdlü Şahsuvarlı Ərəstun Gülməmməd oğlu Rusiyanın Sankt-Peterburq vilayətinin Nevskiy rayonunda itkin düşüb. 
    Məlumata görə, Ərəstun Şahsuvarlı Rusiyada biznes və diaspora fəaliyyətilə məşğul idi. O, Rusiyada Azərbaycanın fəal diaspora nümayəndələrindən olub. 
    Artıq bir neçə gündür itkin düşən azərbaycanlı iş adamından ailə üzvləri və yaxınları heç bir məlumat əldə edə bilmir. /demokrat.az

    Muxalifet - 22-02-2019

  4. ​FİFA-dan "Çelsi"yə ağır cəza - Bundan sonra...

    FİFA “Çelsi”yə ağır cəza verib.
    Muxalifet.az xəbər verir ki, İngiltərə Premyer Liqasının təmsilçisi 18 yaşdan aşağı futbolçuların transferlərində qanunsuzluğa yol verdiyinə görə, ali futbol qurumu tərəfindən sanksiyaya məruz qalıb.
    Belə ki, "Çelsi"yə növbəti iki transfer pəncərəsində futbolçu transfer edə bilməyəcək. Bundan başqa, 970 min avro cərimə də ödəyəcək.

    Muxalifet - 22-02-2019

  5. Həcc ziyarətinin qiyməti açıqlandı - Sənəd qəbulu başladı

    Azərbaycandan Həcc ziyarətinə getməyin qiyməti artıq məlum olub.
    Muxalifet.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Trend-ə verilən məlumata görə, bu il Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edir.
    Ziyarətin ötənilkindən bir qədər baha olması Səudiyyə Ərəbistanında xidmətlərin və hotellərin qiymətlərinin bahalaşması ilə əlaqədardır.

    Muxalifet - 22-02-2019

  6. ​Abel Məhərrəmovun səhhəti necədir?

    Xəbər verdiyimiz kimi, Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmovun ürək çatışmazlığı diaqnozu ilə daxil olub. Bir gün reanimasiya şöbəsində həkim nəzarətində saxlanıldıqdan sonra o palataya köçürülüb. A.Məhərrəmovun ürəyində ciddi problemlərin olduğu üçün xaricdə xəstəxanaların birinə yerləşdiriləcəyi ilə bağlı da məlumat yayılıb.

    Muxalifet - 22-02-2019

  7. “DSX-nin hərbi potensialı ciddi şəkildə səfərbər olunub” – Elçin Quliyev

    “Bu gün Azərbaycan Sərhəd Mühafizəsi ən ciddi döyüş tex­ni­ka­ları, müasir sərhəd gözətçi gəmiləri ilə, silah və sur­satla təc­hiz olunub, istənilən döyüş tap­şı­rıqlarını uğurla yerinə yetir­mə­yə qadir hərbi qurumdur”.
    Bunu Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev xidmətin Yevlax şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasi­mində deyib.

    Muxalifet - 22-02-2019

  8. ​XƏBƏRDARLIQ! Azərbaycana yağış, qar yağacaq

    Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Muxalifet.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
    Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
    Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5, gündüz 9-11, Bakıda gecə 3-5, gündüz 9-11 dərəcə isti təşkil edəcək.

    Muxalifet - 22-02-2019

  9. Bakıda maşın KÖRPÜNÜN ÜSTÜNDƏ AŞDI: Qəza yerindən - FOTO

    Paytaxtda qəza hadisəsi baş verib.
    Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.
    Bir qədər əvvəl Ziya Bünyadov prospekti və Əhməd Rəcəbli küçəsinin kəsişməsində körpünün üstündə ("Koroğlu" istiqamətində) avtomobil aşıb. Bu səbəbdən hazırda həmin istiqamətdə tıxac var.

    Muxalifet - 22-02-2019

  10. ​Avropa azərbaycanlıları bəyanat yayıb: "Vətənə sədaqət hamımızın borcudur"

    "Son zamanlar Azərbaycanda diaspor siyasətinin həyata keçirilməsində müşahidə olunan müsbət tendensiyalar, çevik diaspor hərəkatının formalaşdırılması keyfiyyətcə yeni mərhələyə qədəm qoymaqla yanaşı, daha intensiv xarakter alıb".
    Bu fikir Avropadakı azərbaycanlı diaspor təşkilatlarının yaydığı birgə bəyanatda yer alıb.

    Muxalifet - 22-02-2019

  11. ​Alimin proqnozu REALLAŞDI - Dəhşətli ZƏLZƏLƏ

    Ekvador-Peru ölkələrinin sərhədinə baş verən 7,7 ballıq zəlzələdən dərhal sonra daha bir silkələnmə baş verib.
    ikinci zəlzələ 5,5 bal gücündə qeydə alınıb.
    Qeyd edək ki, onlarla aktiv vulkana malik olan “Sakit Okeanın Alov Dairəsi” Sakit okeanı başdan-ayağa qət edən dünyanın ən hərəkətli tektonik bölgəsidir. Başda Ekvador olmaqla, bütün Cənubi Amerika ölkələri bu bölgənin üzərində yerləşir.

    ***

    Muxalifet - 22-02-2019

  12. Stalin, Xruşov və Brejnev lətifələrdə - Birinci barəsindəki lətifələrdən xəbərsizmiş, üçüncü xoşhal olurmuş

    SSRİ kimi nəhəng bir dövlətin rəhbərləri olmuş Stalin, Xruşov və Brejnevin digər liderlərlə müqayisədə siyasi fəaliyyətlərində maraq doğuran, cəmiyyətdə səs-küyə səbəb olan hadisələr daha çox olub. Bunlar nə qədər məxfi saxlanılsa da, müxtəlif mənbələrdən bu hadisələr haqqında ictimaiyyətə informasiyalar sızıb. Beləliklə, siyasi liderlərlər haqqında rəy formalaşmaqla yanışı, həm də bir çox lətifələr meydana çıxıb.

    Muxalifet - 22-02-2019

  13. ​Qüdrət Həsənquliyevdən növbəti ŞOK SÖZLƏR: “Naxçıvanda Prezidentə çıxışı olan adamlar işini itirməsin!”

    “Dostum Əliməmməd Nuriyevin fikirləri mənim sizə dediklərimi təkzib etmir”.
    “Hürriyyət” qəzetinə açıqlama verən BAXCP sədri, deputat Qüdrət Həsənquliyev belə deyib.
    Deputatın sözlərinə görə, o, Naxçıvanda heç bir iş görülmədiyi barədə hər hansı fikir söyləməyib.

    Muxalifet - 22-02-2019

  14. ​Ən pis ssenari odur ki… - Lukaşenko ABŞ-a ULTİMATUM VERDİ

    ABŞ Avropada yeni raketləri yerləşdirərsə, Moskva və Minsk birgə cavab üzərində düşünəcək.
    BELTA agentlyi xəbər verir ki, bu haqda Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.
    Lukaşenko qeyd edib ki, ən pis ssenari yeni raketlərin qonşu Ukraynanın ərazisində yerləşdirilməsidir.
    Qeyd edək ki, ABŞ-ın Avropada yeni raketləri yerləşdirməsi riskləri Vaşinqton Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilədə iştirakını dayandırmasından sonra artıb./publika

    Muxalifet - 22-02-2019

  15. “Bəlkə də bu sonuncu müraciətimdir” - Ermənilər məşhur jurnalistimizi öldürmək istəyir / VİDEO

    Məşhur azərbaycanlı jurnalist Fuad Abbasov həyatının təhlükədə olduğunu açıqlayıb.

    Muxalifet.az orman.az-a istinadən xəbər verir ki, son 2 ildiR Türkiyə və Azərbaycanın müxtəlif problemlərinin Rusiyada qabardılması, ölkəmizin reputasiyasının artırılması istiqamətində çalışmaları məşhur jurnalistin həyatını təhlükəyə atıb..

    Muxalifet4 - 22-02-2019

  16. Senator Lindsi Qrem: “Hazırlaşın, cəhənnəmdən sanksiyalar gəlir...”

    Birləşmiş Ştatların hər iki partiyasını təmsil edən senatorlar Rusiyaya yeni sanksiyalar nəzərdə tutan qanun layihəsi hazırlayıb. “Reuters” xəbər verir ki, bu sanksiyalar Rusiyanın ABŞ-da seçkilərə iddia olunan müdaxiləsi, Ukraynaya təcavüzünə görə tətbiq olunacaq. Layihə müəlliflərindən biri, respublikaçı senator Lindsi Qrem (Lindsey Graham ) sənədi “cəhənnəmdən gələn sanksiya layihəsi” adlandırıb.

    Muxalifet - 22-02-2019

  17. Erməni bayrağına görə etiraz edən Zəhranın atası: “Qızımla fəxr edirəm” - FOTO

    Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 95 nömrəli tam orta məktəbin V sinif şagirdi Zəhra Salmanlı İranda keçirilmiş idman yarışında nümunəvi addım atıb. Belə ki, Z.Salmanlı turnirin keçirildiyi məkanda Azərbaycan bayrağının Ermənistan bayrağının altından asılmasına etiraz edib. Azərbaycan bayrağının yerinin dəyişilməyəcəyi təqdirdə yarışa qatılmayacağını bildirib.

    Muxalifet - 22-02-2019

  18. Putin Suriyada Əsəddən hökmlüdür? - BU FOTO HƏR ŞEYİ DEYİR...

    Muxalifet.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin Suriyanın Latakiya vilayətindəki rus hərbi bazasında Rusiya hərbçiləri qarşısında çıxışı zamanı Suriya prezidenti Bəşər Əsədin “hərbi qarovul” kimi arxada durduğu foto Türkiyənin “Yeniakit” internet nəşrində dərc edilib.
    Portalın xəbərində Əsədin Rusiya və İranın verdiyi dəstəklə Suriyada hakimiyyətdə qaldığı və “müharibənin kimlər tərəfindən idarə edildiyi, kimlərin müharibədən qazandığı həqiqəti bu foto vasitəsilə bir daha aşkara çıxır” fikirləri öz əksini tapıb./Hurriyyet

    Muxalifet - 22-02-2019

  19. SENSASİON AÇIQLAMA - “Xocalıda cəmi 2 nəfər ölüb” xəbərini kim vermişdi...

    1992-ci il fevralından 25-dən 26-na keçən gecə törədilmiş dəhşətli Xocalı qətliamının bir neçə gündən sonra 27-ci ildönümü qeyd olunacaq. Hələ də beynəlxalq səviyyədə Xocalı soyqırımını törədənlərə ədalətli məhkəmə qurulmayıb.

    Əsrin ən dəhşətli faciəsi ilə bağlı bəzi müəmmalar hələ də açılmamış qalır.

    O zaman soyqırımı törədiləndən sonra Azərbaycan ictimaiyyətinə verilən ilk rəsmi məlumatda yalnız 2 nəfərin öldüyü söylənilmişdi.

    Halbuki, həmin gecə Azərbaycan xalqına qarşı ən dəhşətli soyqırımı törədilmiş, yüzlərlə insan qanına qəltan edilmişdi.

    Muxalifet4 - 22-02-2019

  20. ​Hacıbaba Hüseynovun 100 illik yubileyi qeyd ediləcək

    Prezident İlham Əliyev Hacıbaba Hüseynovun 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. 
    Muxalifet.az xəbər verir ki, sərəncam Azərbaycanın musiqi mədəniyyətinin inkişafı və təbliğində təqdirəlayiq xidmətləri olan ustad sənətkar Hacıbaba Hüseynovun anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədi daşıyır. 

    Muxalifet - 22-02-2019

Pages