Axtarış

The search found 105785 results in 0.033 seconds.

Search results

  1. Trampla Kim Çenin görüş formatı açıqlandı

    ABŞ və Şimali Koreya liderlərinin Vyetnamın Hanoy şəhərindəki görüşü ötən il Sinqapurda keçirilmiş sammiti formatında olacaq.
    Muxalifet.az xəbər verir ki, bu barədə Ağ Evin adı açıqlanmayan yüksək vəzifəli nümayəndəsi məlumat verib.
    “Deyə bilərəm ki, bu, formatına görə ötən ilin iyununda Sinqapurda gördüklərimizi xatırladacaq. İki liderin təkbətək görüşmək, birlikdə nahar etmək, nümayəndə heyətlərinin geniş formatda görüşlərində iştirak etmək imkanı olacaq”, - deyə o qeyd edib.
     

    Muxalifet3 - 21-02-2019

  2. ​ŞOK! Messi "Barselona"dan gedir: tarix və yeni klubu AÇIQLANDI

    Lionel Messi 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatına qədər "Barselona"dan ayrılacaq.
    Muxalifet.az xəbər verir ki, bu barədə Argentina mediası məlumt yayıb. 
    Argentinalı ulduz bundan əvvəlki açıqlamalarında dəfələrlə bildirib ki, karyerasını bitirmədən bir müddət uşaqlıq arzusu olan "Newell's Old Boys" klubunun formasını geyinmək istəyir. Onun "Barselona" ilə müqaviləsi 2021-ci ildə başa çatacaq. Lakin futbolçu 2020-ci ildə anlaşmanı birtərəfli qaydada pozmaq hüququna sahibdi.

    Muxalifet3 - 21-02-2019

  3. Azərbaycanda aliment problemi: ödəməyənlər həbs edilir

    Azərbaycanda aliment ödəməkdən boyun qaçıran şəxslərə qarşı inzibati həbs cəzası verilir. Bu gün ölkədə belə hallar tez-tez yaşanır.
    Muxalifet.az xəbər verir ki, bunu media.az-a verdiyi açıqlamada Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Ofeliya Rəhimova bildirib.
    “İş cinayət təqibi həddinə nadir hallarda çatsa da, inzibati həbslər müntəzəm xarakter alıb”, -deyə Rəhimova qeyd edib.

    Muxalifet3 - 21-02-2019

  4. Azərbaycanda bu il işə qəbul olan direktorların sayı açıqlanıb

    Dövlət ümumi təhsil müəssisələrində vakant olan direktor vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqənin ilkin yerləşdirmə nəticələri açıqlanıb.
    Muxalifet.az report-a istinadən bildirir ki, 2018-ci ilin noyabr ayında elan edilən müsabiqə 4 mərhələdə keçirilib.
    Müsabiqəyə ölkə üzrə 604 vakansiya çıxarılıb. Müsabiqədə iştirak üçün müraciət etmiş şəxslərdən 1576 nəfərin elektron ərizəsi təsdiqlənərək müsabiqənin ikinci mərhələsinə (imtahan mərhələsi) buraxılıb. Bu mərhələyə qatılan 1412 nəfərdən 730-u müsabiqənin sonuncu mərhələsində - müsahibədə iştirak edib.

    Muxalifet3 - 21-02-2019

  5. İtaliya ilə yeni saziş layihəsi üzərində iş aparılır

    İqtisadiyyat naziri Şahin Mustafayev Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının 5-ci iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Andrea Cioffi ilə görüşüb.

    Muxalifet3 - 21-02-2019

  6. SON DƏQİQƏ: Ordumuz Ermənistana məxsus texnikanı MƏHV ETDİ – FOTOLAR

    ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycana səfəri çərçivəsində fəaliyyətini həyata keçirdiyi bir vaxtda Ermənistan tərəfi növbəti təxribat törədib.
    Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, fevralın 21-i günorta saatlarında cəbhənin Ağdam rayonu istiqamətində Ermənistan silahlı qüvvələri “X-55” taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.
    Hərbi Hava Qüvvələrimizin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmən PUA-sı dərhal aşkarlanaraq zərərsizləşdirilib.

    Muxalifet3 - 21-02-2019

  7. Ərdoğan: O evlərdən çıxın, kirayə haqqını biz ödəyək!

    Qeyri-qanuni tikililərdən çıxın, kirayə haqqınızı biz ödəyərik.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Manisa mitinqində çıxışı zamanı deyib.
    “İş işdən keçdikdən sonra ağlamağın, bağırmağın faydası yoxdur. Bu qeyri-qanuni tikililərlə bağlı hər cür tədbir görülüb. Ətraf Mühit Nazirliyi 81 vilayətə mətn göndərdi. Bu qaçaq tikililərdən çıxın, kirayə haqqını biz ödəyək deyə... Biz də oralarda TOKİ ilə davamlı, etibarlı binalar inşa edək”, - deyə dövlət başçısışı əhaliyə çağırışında bildirib.
     

    Muxalifet3 - 21-02-2019

  8. Kürdəmirdə faciə: 19 yaşlı ana doğuş zamanı öldü

    Kürdəmir rayonunda doğuş zamanı ölüm hadisəsi baş verib.
    Muxalifet.az xəbər verir ki, rayonun 19 yaşlı Carlı kənd sakini Nuranə Sədrəddin qızı Novruzova bu gün saat 14:00 radələrində doğuş sancıları ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının (RMX) Doğuş şöbəsinə yerləşdirilib.
    Saat 16:30-da isə doğuş baş tutub və ana 3,4 kq-lıq oğlan uşağı dünyaya gətirib. Doğuşdan təqribən 15-20 dəqiqə sonra anada boğulma halı baş verib. Həkimlər onu reanimasiya etmək istəsələr də, Nuranənin həyatını xilas etmək mümkün olmayıb.

    Muxalifet3 - 21-02-2019

  9. Almaniyadan təcili çağırış: Dərhal dayandırın!

     Almaniyanın Misirdəki son edam cəzalarını narahatlıqla izlədiyi, bu edamların dərhal dayandırılmasını istədiyi bildirilib.
     
    Yülsək səviyyəli bir Alman diplomat Anadolu Sgentliyinə verdiyi açıqlamada, "Misirdə son dövrdə artan ölüm hökmlərini və edamları böyük bir narahatlıqla qarşılayırıq. Misirə edam cəzalarını təxirə salması və edamları dərhal dayandırması çağırışı edirik" deyik.

    Muxalifet3 - 22-02-2019

  10. Ərdoğanla Tramp arasında telefon danışığı olub: Ağ Evdən açıqlama

     Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ prezidenti Donald Tramp arasındakı telefon danışığına dair Ağ Evdən edilən açıqlamada, "İki prezident potensial bir təhlükəsiz zonanın yaradılmasına dair koordinasiyanın davam etməsi mövzusunda razılaşıb" deyə bildirilib
     
     Ağ Evdən Ərdoğan-Tramp görüşməsinə dair yazılı açıqlama verilib.
    Açıqlamada, bu ifadələr yer alıb:

    Muxalifet3 - 22-02-2019

  11. “Zenit” azarkeşlərindən qalmaqal plakat!

     UEFA Avropa Liqasının son 32-ci turunun revanş matçında Fənərbaxça debütdə Rusiyanın “Zenit” komandasına qonaq olub. “Zenit” azarkeşləri Fənərbaxça matçı ərəfəsində qalmaqal bir plakat hazırlayıb.
     
    Rus azarkeşlərin hazırladığı plakatın üst tərəfində ikibaşlı başlı, başında tac olan qartal, altında isə başında Osmanlı fəsi olan sarı bülbül nümayiş etdirilib.
    Fənərbaxçalı azarkeşlər bu görüntünü sosial mediada tənqid yağışına tutub.
     
     Şərqə gedirik
     

    Muxalifet3 - 22-02-2019

  12. Maduro sərhədləri bağladı

    Venesuela prezidenti Nikolas Maduro xalqı qorumaq üçün Braziliya sərhədinin bağlanılacağını bildirib.
     
    Nikolas Maduro "xalqı qorumaq üçün" bu axşam ölkənin Braziliya sərhədinin bağlanılacağını bildirib.
     
    MƏQSƏDİMİZ XALQI QORUMAQDIR
     
     Maduro canlı yayımlanan çıxışında, Braziliya sərhədinin bu gün yerli vaxtla 20.00-da yeni bir açıqlamaya qədər bağlanacağını deyib. Qərarın məqsədinin "xalqı qorumaq" olduğunu deyən Maduro, Kolumbiya ilə sərhədin tamamilə bağlanması fikrini isə qəbul etmədiyini bildirib.
     

    Muxalifet3 - 22-02-2019

  13. ABŞ senatoru Trampı söyüş yağışına tutdu

    Amerika Birləşmiş Ştatlarında Respublikaçı senator Lindsey Qrehem Suriyadan çəkilmə qərarı alan Donald Trampa söyüşlər yağdırıb.
     
    Lindsey Qrehem prezident Donald Trampın Suriyadakı əsgərləri 30 aprelə qədər çəkmək qərarına söyüşlə təpki verərək " bu ən absurd fikirdir” deyib.
    “Washington Post”-un xəbərinə görə, Qrehem bir araya gəldiyi ABŞ Müdafiə Nazirini əvəz edən Patrik Şanahana ABŞ əsgərlərinin Suriyadan 30 aprelə qədər çəkiləcəyi xəbərinin doğru olub olmadığını soruşub.

    Muxalifet3 - 22-02-2019

  14. ABŞ-ın vitse-prezidenti “saxta prezident” Guaidoya dəstək üçün gedir

     ABŞ-ın vitse-prezidenti Pens Venesuelada özünü müvəqqəti prezident elan edən müxalif lider Guaidoya dəstək vermək məqsədilə fevralın 25-də Kolumbiyaya səfərə gedəcək.
     
    Ağ Evdən edilən yazılı açıqlamada, ABŞ vitse-prezidenti Mayk Pens-in Kolumbiya prezidenti Ivan Duquenin dəvəti ilə bu ölkəyə gedəcəyi qeyd edilib.

    Muxalifet3 - 22-02-2019

  15. Tramp-Ərdoğan arasındakı danışıqdan sonra ABŞ-dan “Suriya” açıqlaması

    Ağ Ev ABŞ-ın Suriyadan çəkilməsindən sonra "sülhü qoruma" məqsədi ilə təxminən 200 əsgərin bir müddət daha bu ölkədə qalacağını bildirib.
     
    Ağ Ev sözçüsü Sarah Sanders Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ prezidenti Donald Tramp arasındakı telefon söhbətindən qısa müddət sonra ABŞ-ın Suriyadan çəkilmə prosesilə bağlı yazılı açıqlama verib.
    Sanders açıqlamasında, "Təxminən 200 əsgərdən ibarət sülhü qoruma funksiyalı kiçik bir qrup Suriyada hələ bir müddət qalacaq" deyə qeyd edib.

    Muxalifet3 - 22-02-2019

  16. Fazil Məmmədov BİZNESİNİN BAŞINA KEÇDİ - sahibkarları incidəni indi nə gözləyir?

    Hələ nazir işlədiyi dövrdə yaradılan “Synergy Group” MMC istehsalat, tikinti, kənd təsərrüfatı, İKT, hotelçilik, təhsil, səhiyyə və bank işi sahələri üzrə iri yatırımlar edib; uzun illər sahibkarların qorxulu röyasına çevrilən sabiq nazir iş adamı və vergi ödəyicisi kimi özünü doğruldacaqmı? Fevralın 8-də “ölüm” xəbəri yayılan sabiq vergilər naziri Fazil Məmmədovun səhhəti normaldır və hazırda Bakıda biznes işləri ilə məşğuldur. Yaxın çevrəsində olan mənbənin modern.az-a verdiyi məlumata görə, F.Məmmədova əvvəlki biznesi İlə məşğul olmaq icazəsi verilib.

    Muxalifet - 22-02-2019

  17. Suriyadakı tayfalardan Türkiyəyə çağırış: “Fəratın şərqinə əməliyyat keçirin”

     Suriyanın Hələb şəhərinə bağlı Azez rayonunda Suriya Qəbilələr və Tayfalar Məclisi Türkiyənin yanında olduqlarını qeyd edən bir bəyannamə yayımlayıb.
     
    Türkyə Fəratın şərqinə qarşı əməliyyat hazırlığını davam etdirərkən, bölgədəki tayfalar və qəbilələrdən də mümkün əməliyyata yönəlik dəstək bəyanatı verilib.

    Muxalifet3 - 22-02-2019

  18. ABŞ Paşinyana elə bir zərbə endirdi ki... - Ekspert bütün DETALLARI AÇDI

    Vaşinqton Ermənistanın Xarici İşlər Nazirliyinin başçısı Zoqrab Mnatsakanyanın ABŞ-a planlaşdırılan səfərini ləğv edib. Xarici İşlər Nazirliyindəki şəxsi mənbələrin informasiyasına görə, İrəvan bu səfərin təşkili üçün uzun müddətdir işləyirmiş. Bildirilib ki, Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçsi Con Bolton arasında telefon söhbəti mühüm rol oynayıb. Ancaq Suriyaya erməni missiyasının göndərilməsi haqqında qərar səfərin ləğvinə səbəb olub.

    Muxalifet - 22-02-2019

  19. Kreml Ermənistanı Suriyada tələyə saldı - ABŞ-dan qəzəbli mövqe

    İrəvanın Suriyaya göndərdiyi humanitar missiyaya sərt reaksiyanın ardınca Vaşinqton Əsəd rejiminə silah daşıyan erməni şirkətini hədəfə aldı, erməni XİN başçısının Amerika səfəri isə ləğv olundu - vassal olmağın bədəli...

    Muxalifet - 22-02-2019

  20. Çeçenistan vətəndaşının idarə etdiyi avtobus PUTİNİN İQAMƏTGAHINA ÇIRPILDI - Foto

    Fevralın 21-də, səhər saatlarında Rusiya prezidenti Vladimir Putinin rəsmi iqamətgahı -Mayendorf malikanəsinin yerləşdiyi Barvixa qəsəbəsində avtobus qəzası baş verib.

    23 yaşlı Çeçenistan vətəndaşının idarə etdiyi marşrut avtobusunun əyləc sistemində problem yaranıb və avtobus qəsrin darvazasına çırpılıb.

    Dərhal xüsusi silahlandırılmış mühafizə dəstəsi tərəfindən mühasirəyə alınan sürücü yazılı ifadə verib. Araşdırmalardan sonra, adının İdris olduğu bildirilən sürücü evə buraxılıb. Hadisə zamanı avtobus boş olub.

    Muxalifet - 22-02-2019

Pages