Axtarış

The search found 105785 results in 0.039 seconds.

Search results

  1. ​İşdən çıxarılan icra başçısına Prezident Aparatında VƏZİFƏ VERİLDİ

    Bu yaxınlarda Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Razim Məmmədova yüksək vəzifə verilib.
    Muxalifet.az Demokrat.az-a istinadən xəbər verir ki, Razim Məmmədov Prezidentin Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsinə təyin olunub.
    Təyinatın dünən olduğu deyilir.
    Qeyd edək ki, 52 yaşlı Razim Məmmədov prezident İlham Əliyevin 13 dekabr 2018-ci il tarixli sərəncamı ilə Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

    Muxalifet - 22-02-2019

  2. ​Kolleclərə tələbə qəbulu elan edilib

    Dövlət İmtahan Mərkəzi (DİM) 2019/2020-ci tədris ili üçün Azərbaycanın orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbə qəbulu elan edib.
    Mərkəzdən verilən məlumata görə, orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu martın 11-dək internet vasitəsilə aparılacaq.

    Muxalifet - 22-02-2019

  3. ​Zaqatalada ölümlə nəticələnən ağır yol qəzası

    Axşam saatlarında Zaqatala rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
    "Report"un Şimal-qərb bürosunun məlumatına görə, Göyəm kəndi ərazisində "VAZ" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində rayonun 1990-cı il təvəllüdlü Bəhmətli kənd sakini Qədimov Elgün Nazim oğlu və 1986-cı il təvəllüdlü Zaqatala şəhər sakini Dadaşov Bəxşiş Bayram oğlu aldıqları müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

    Muxalifet - 22-02-2019

  4. Azərbaycanda aliment problemi: ÖDƏMƏYƏNLƏR HƏBS EDİLİR

    Bəzi hallarda qadınlar da bundan boyun qaçırır
    Azərbaycanda aliment ödəməkdən boyun qaçıran şəxslərə qarşı inzibati həbs cəzası verilir. Bu gün ölkədə belə hallar tez-tez yaşanır. Muxalifet.az xəbər verir ki, bunu media.az-a verdiyi açıqlamada Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Ofeliya Rəhimova bildirib. “İş cinayət təqibi həddinə nadir hallarda çatsa da, inzibati həbslər müntəzəm xarakter alıb”, -deyə Rəhimova qeyd edib.

    Muxalifet - 22-02-2019

  5. Cəbhədə düşmən TƏXRİBATI – Pulemyotlar işə düşdü

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.
    Muxalifet.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan və İcevan rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

    Muxalifet - 22-02-2019

  6. ​YEVLAXDA SİLAHLI İNSİDENT - Keçmiş məhkum qətlə yetirildi

    Yevlax rayonunda silahlı insident nəticəsində 1 nəfər qətlə yetirilib. 
    Muxalifet.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Ərəbbəsrə kəndində qeydə alınıb. 
    Belə ki, kənd ərazisində yerləşən fermaların birində qarolçu işləyən, 1960-cı il təvəllüdlü Bəylər Tahir oğlu Qafarov işdə olan zamam naməlum şəxs və ya şəxslər tərəfindən odlu silahdan açılan atəş nəticəsində ölüb.
    Qətlə yetirilmiş şəxs əvvəllər məhkumluq həyatı yaşayıb.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 22-02-2019

  7. Avtobus qəzasında xəsarət alanların vəziyyəti - 6 nəfər reanimasiyadadır

    Sumqayıtda marşrut avtobusunun minik avtobusu ilə toqquşması nəticəsində xəsarət alanlardan 19 nəfəri Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında stasionar müalicə alır.
    Muxalifet.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında xəstəxananın baş həkimi Rauf Sadıqov deyib.

    Muxalifet - 22-02-2019

  8. İsrail Rusiyanın Türkiyəyə də satdığı müdafiə sistemlərini məhv etdi - Moskvadan ŞOK CAVAB

    İsrail istehsalı olan kamikadze tipli "Mini Harpy" pilotsuz uçuş aparatı Rusiya istehsalı olan S-300 və S-400 havadan müdafiə sistemlərinin 96L6E yüksək hündürlüklü radarlarını dəf edib.
    Bu situasiya Hindistanda təşkil edilən hərbi sərgidəki yayımlanan bir reklamda verilib.
    Bu reklamdan sonra Rusiyadan dərhal cavab atəşi gəlib. Mərkəzi Moskvada yerləşən Dünya Silah Ticarəti Analizi Mərkəzinin direktoru İqor Korotçenko məsələ haqqında açıqlama verib.

    Muxalifet - 22-02-2019

  9. Leyla Şıxlinskayanın iddiası üzrə təqsirləndirilənlər həbs olunmadı - MƏHKƏMƏ ZALINDAN

    Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti Leyla Şıxlinskayanın rəhbərlik etdiyi "Leyla Şıxlinskaya" klinikasının külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilən klinikanın sabiq işçiləri - baş mühasib Şəhla Abbasova, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyeva, Yelena Abdullayeva və digərinin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
    Prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərə şərti cəza verilib.

    Muxalifet - 22-02-2019

  10. Ombudsman martda seçki gözləmir... - deputat isə konstitusion müddətin bitdiyini söyləyir

    Azərbaycanın İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) postuna yeni namizəd irəli sürüləcəyi gözlənilir. Muxalifet.az bildirir ki, bBu barədə “Yeni Müsavat”ın əldə etdiyi məlumata görə, seçki martda keçiriləcək.
    Uzun müddətdir ombudsman vəzifəsində çalışan 81 yaşlı Elmira Süleymanovanın təqaüdə yola salınacağı xəbər verilir. Onun yerinə kimin namizəd irəli sürüləcəyi hələ müəyyən olunmayıb. Lakin bu dəfə kişi namizəd olacağı istisna edilmir.

    Muxalifet - 22-02-2019

  11. Afiq Səfərov “Azərsun”dan getdi - Yerinə təyinat da olub

    "Azərsun Holdinq"in İctimayətlə əlaqələr və Biznesin inkişafına dəstək departamentinin müdiri Afiq Səfərov tutduğu vəzifədən ayrılıb.
    Muxalifet.az missiya.az-a istinadən xəbər verir ki, A.Səfərov öz ərizəsi ilə işdən çıxıb. Lakin məlumatlı mənbələrin iddiasına görə, Afiq Səfərovun işdən çıxmasının daha dərin səbəbləri var. 
    A.Səfərovun yerinə artıq təyinat da olub. "Azərsun Holdinq"in İctimayətlə əlaqələr və Biznesin inkişafına dəstək departamentinə bundan sonra Kazım Babayev rəhbərlik edəcək. 

    Muxalifet - 22-02-2019

  12. ​Ərini öldürən qadın: Məni hər gün döyürdü, bezmişdim

    Bakı Ağır Cinayətlər Məhkəməsində ərini öldürməkdə təqsirləndirilən Tünzalə Vəliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Muxalifet.az-ın xəbərinə görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. O, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin məhkəmə istintaqı zamanı tam sübuta yetirildiyini deyib. Prokuror T.Vəliyevanın 17 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Vəkilin müdafiə çıxışı üçün vaxt verilib. Proses fevralın 28-də davam etdiriləcək.

    Muxalifet - 22-02-2019

  13. ​SENSASİON TƏKLİF: Bu şəxslərə ayda 10 min maaş...

    İndi ölkədə 8 dövlət orqanının istintaq departamenti var. Bunların hamısı birləşdirilməlidir. Baş Prokurorluğun tabeçiliyində vahid Dövlət İstintaq Komitəsi yaradılmalıdır. Yəni hər hansı bir cinayət faktını aşkar edən orqan həmin materialları istintaq aparılması üçün Dövlət İstintaq Komitəsinə göndərməli və araşdırma burada getməlidir. Bu, həm də əsassız cinayət işlərinin, təqiblərin qarşısını alacaq.
    Muxalifet.az xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev “Yeni Müsavat”a geniş müsahibəsində islahatlarla bağlı danışarkən deyib.

    Muxalifet - 22-02-2019

  14. Vatikanda pedofil qalmaqalı - şok detallar

    “Hər 50 katolik keşişdən biri uşaqbazdır” - Fransiskinin etirafı dünyanı silkələyib

    Dünya miqyasında 190 piskopos və prelates kilsələrdə rahiblərin uşaqları və böyükləri cinsi istismar etməsinə qarşı bir çıxış yolu tapmaq üçün dünən bir araya gəlib. Onlar Roma papası Papa Fransiskin çağırışına əsasən Vatikanda toplaşıblar.

    Muxalifet - 22-02-2019

  15. Qarabağ məsələsində “bəzi pozitiv dəyişikliklər” nədir...

    ATƏT-in Minsk Qrupu həmsədrlərinin Yerevanda və Bakıda apardıqları məsləhətləşmələrin nəticəsi olaraq Azərbaycan və Ermənistan rəhbərliyi arasında ilk rəsmi danışıqların təşkil ediləcəyi gözlənilir. Doğrudur, hələlik bu danışıqların mümkün vaxtı və məkanı barədə proqnozlar yoxdur. Hərçənd erməni mənbələrində iddia etmişdilər ki, baş nazir Nikol Paşinyanla prezident İlham Əliyevin ilk rəsmi danışıqları ABŞ-da baş tuta bilər.

    Muxalifet - 22-02-2019

  16. ​Sumqayıtda avtobusun binaya çırpılma anı - VİDEO

    Sumqayıtda marşrut avtobusunun dəhşətli qəza anı müşahidə kamerasına düşüb. 
    Muxalifet.az xəbər verir ki, görüntülərdə avtobusun "Toyota Prado” markalı avtomobillə toqquşduqdan sonra binaya çırpılması əks olunub. 
    Xatırladaq ki, hadisə zamanı 42 nəfər xəsarət alıb. Onlardan 2-si hamilə qadındır. 
    12 nəfər müayinə olunduqdan sonra evə buraxılıb, 6-sı isə reanimasiyaya yerləşdirilib.
    Qəzaya uğrayan 30 saylı avtobus Sumqayıt - H.Z.Tağıyev qəsəbəsi marşrutu üzrə hərəkət edib.

    Muxalifet - 22-02-2019

  17. ​Mehriban Əliyeva tapşırıq verdi - Qarabağ əlili üçün ev tikiləcək

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Ucar rayonu, Qaracallı kənd sakini, ağır mənzil-məişət şəraitində yaşayan ikinci qrup Qarabağ müharibəsi əlili Şöhrət Qasımov üçün fərdi ev tikilməsi barədə tapşırıq verib.
    Bu barədə Trend-ə Heydər Əliyev Fondundan məlumat verilib.
    Qeyd edək ki, Şöhrət Qasımovun Fondun “Regional İnkişaf” İctimai Birliyinə daxil olmuş müraciəti əsasında əraziyə baxış keçirilib və tikinti ilə bağlı layihələndirmə işləri aparılıb.

    Muxalifet - 22-02-2019

  18. ​Bakıda intihara cəhd - Yollar bağlandı

    Bakıda vətəndaş intihara cəhd edir.
    Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, Ziya Bünyadov prospektində, yer altı tunelin kənarına çıxan 35-40 yaşlarında olan bir şəxs intihar edəcəyini deyir.
    Hadisə yerinə polis əməkdaşları Fövqəladə Vallah Nazirliyinin əməkdaşları gəlib.
    Hazırda intihara cəhd edən şəxsi fikrindən daşındırmaq üçün FHN əməkdaşları tərəfindən onunla danışıqlar aparılır.
    Yolda avtomobillərin hərəkəti dayanıb.

    Muxalifet - 22-02-2019

  19. Putinin nifrət etdiyi ÇEX QIZI: "Mavi quş"un İNANILMAZ SİRRİ

    Niyəsə mənə elə gəlir ki, bəstəboy insanlar daha müdrik olur. Xüsusən də siyasətdə... 147 sm boyu ilə planetə broş əlifbası öyrədən Madlen Olbrayt kimi.

    Dünya liderlərinin yaxın dostu, siyasi qüdrəti dillərə dastan olan Olbraytı kosmopolit adlandıra bilərik. Ən qorxunc müharibələrə, ən soyuq ayrılıqlara tab gətirib Madam Katib. Amma yenə də dünyanın vətəndaşı olmaqdan vaz keçməyib.

    Əsl adı Mariya Yana olan çex qızı haqda məqaləni oxuyandan sonra, onun haqda təsəvvürünüzün dəyişəcəyinə əminəm.

    Madlen Olbrayt haqda yazını təqdim edirik.

    Muxalifet - 22-02-2019

  20. Paşinyan “otel otağına” heç kəsi buraxmır - KTMT baş katibsiz qalacaq

    Ermənistanın pozucu mövqeyinə görə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatınin (KTMT) baş katib postu 2020-ci ilin yanvarınadək boş qalacaq. Artıq təşkilatın digər üzvləri bununla barışıblar və növbəti 1 il ərzində baş katibin səlahiyyətlərini onun rusiyalı müavini Valeri Semerikov icra edəcək.

    Muxalifet - 22-02-2019

Pages