Axtarış
The search found 105785 results in 0.04 seconds.
Search results
Venesueladan ABŞ-ı narahat edən səfər
Venesuela xarici işlər nazirinin müavini Ivan Hil və bərabərindəki heyətin 19-20 fevralda Serbiyaya səfər etməsi ABŞ-ın Belqraddakı səfiri Kyle Skotu narahat edib.
ABŞ səfiri Skot Venesuela nümayəndə heyətinin 19-20 fevralda paytaxt Belqrada həyata keçirdiyi səfəri nəzərdə tutaraq sosial media hesabı üzərindən etdiyi açıqlamada, Serbiyanın" tarixin səhv tərəfində" olduğunu qeyd edib.Muxalifet3 - 21-02-2019
Ermənistanda əsgər anaları yenidən etiraza qalxdı - VİDEO
Dinc dövrdə ölən erməni hərbi qulluqçuların anaları Baş prokurorla keçirilən görüşdən narazı qalıblar.
Muxalifet.az ordu.az-a istinadən xəbər verir ki, Ermənistan ordusunda sülh dövründə öldürülən hərbi qulluqçuların yaxınları Ermənistan Ombudsmanı Arman Tatoyan ilə görüşəcəklər.
Ermənistan hökumətinin iclasına tələsən İnsan hüquqları müdafiəçisi Arman Tatoyan ölən əsgərlərin valideynlərindən biri, İrina Qazaryanın şikayətini qısa dinləyərək qəbuluna dəvət edib.Muxalifet - 21-02-2019
Şok iddia: Həsən Ruhani ingilis kəşfiyyatına işləyir
İran Prezidenti Həsən Ruhani Böyük Britaniyanın Mİ6 kəşfiyyat orqanından təlimat alır.
Muxalifet.az xəbər verir ki, bu iddia ilə Məşhəddən seçilən iranlı deputat Cavad Kərimi Kuddusi çıxış edib.
O bildirib ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Mİ6 ilə əməkdaşlıq edən şəxsin danışığını ona təqdim edib.
Həmin şəxs isə məhz hazırki İran Prezidenti Həsən Ruhanidir.
Muxalifet3 - 21-02-2019
Rezidenturaya sənəd qəbulunun vaxtı uzadılıb
Dövlət İmtahan Mərkəzi (DİM) 2019/2020-ci tədris ili üçün rezidenturaya elektron ərizə qəbulunun vaxtını uzadıb.
Bu barədə DİM-in rəsmi saytında məlumat yerləşdirilib.
Bildirilib ki, indiyədək 853 namizəd (Azərbaycan bölməsi - 739; rus bölməsi - 114) elektron ərizəsini təsdiq edib. 41 namizəd isə elektron ərizəsini yadda saxlasa da, təsdiq etməyib. Elektron ərizəsini təsdiq etməyənlər, həmçinin imtahanda iştirak etmək istəyən digər namizədlər 28 fevral saat 23.59-dək ərizələrini təsdiq edə bilərlər.Muxalifet3 - 21-02-2019
Rusiyanın nəhəng layihəsi azərbaycanlı milyarderə verilir
Rusiyada adı korrupsiya qalmaqalında hallanan Vostoçnıy kosmodromunun inşası üçün Roskosmosun yeni podratçısı milyarder Araz Ağalarovun "Crocus Group" şirkəti ola bilər.
Muxalifet.az Qaynarinfo-ya istinadən xəbər verir ki, layihə ilə bağlı "Crocus Group" şirkəti ilə müzakirələr davam etdirilir, lakin Ağalarovun şirkətindən Angara super ağır raketlərinin işə salınması üçün idarəetmə masası hazırlaması istənilir. Layihənin ümumi dəyəri 40 milyard rubldur.Muxalifet3 - 21-02-2019
Afrində terakt: PKK-dan növbəti qanlı əməl
Suriyanın Afrin şəhərinin şimal-qərbində bomba quraşdırılmış avtomobillə terakt törədilib.
Muxalifet.az xəbər verir ki, insanların sıx toplaşdığı ərazidə baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 10-u isə yaralanıb.
Ölü sayının artacağı istisna edilmir.
İlkin məlumata görə, qanlı olay YPG/PKK qruplaşması tərəfindən təşkil edilib.
Muxalifet3 - 21-02-2019
DİN-dən müsabiqə: Rəis olmaq istəyənlər...
Daxili İşlər Nazirliyi polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edib.
Nazirlikdən verilən məlumata görə, respublikanın şəhər, rayon polis orqanlarında - Naxçıvan Muxtar Respublikası, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla - polis sahə rəisi, əməliyyat müvəkkili və yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili üzrə inspektor vəzifələrinə xidmətə qəbul ilə əlaqədar müsabiqə keçirilir.Muxalifet3 - 21-02-2019
"Sosial şəbəkədəkilər gədə-güdədirlər" - Vasif Məhərrəmlidən SƏRT AÇIQLAMA
"Mətanət Əsədovanın ad günündə Könül Xasıyevaya pul verilməsi təşəbbüsü məndən gəlib”.
Muxalifet.az aznews.az-a istinadən xəbər verir ki, müğənni Vasif Məhərrəmli, xalq artisti, ağır xəstəlikdən əziyyət çəkən Könül Xasıyevanın əlinə pul verilməsi ilə bağlı sosial şəbəkədə yayılan videoya münasibət bildirərkən deyib.
Sənətçi açıqlamasında sosial şəbəkə izləyicilərini təhqir edib:Muxalifet3 - 21-02-2019
Gürcü parlamenti bunu soyqırım kimi tanımalıdır - Çxeidze
Gürcüstan parlamenti Xocalıda törədilmiş qətliamı soyqırımı kimi tanımalıdır.
Muxalifet.az xəbər verir ki, bunu Gürcüstanın Yeni Xristian Demokratlar Partiyasının sədri Levan Çxeidze jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Xocalı faciəsi insanlığa qarşı törədilmiş cinayətdir:Muxalifet3 - 21-02-2019
Lavrovdan xəbərdarlıq: Kerçdə provokasiya hazırlanır
Kiyev Kerç boğazında növbəti provokasiyaya hazırlaşır. Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib. O bildirib ki, Ukrayna gəmiləri təhlükəsizlik tədbirləri olmadan sorğu-sualsız sözügedən su hövzəsinə daxil olmağı planlaşdırır. XİN rəhbəri eyni zamanda əlavə edib ki, Kiyev gəmilərdə NATO nümayəndələrini də göndərməyi hədəfləyir.
Muxalifet3 - 21-02-2019
Metronu robotlar təmizləyəcək - Hökumətdən qərar
Dubayda robotlar metro stansiyalarında təmizlik işləri görməyə başlayıb. Muxalifet.az azərtac-a istinadən xəbər verir ki, Dubayın nəqliyyat və yollar komitəsi süni intellektlə idarə olunan robotları ilk dəfə “Union” metro stansiyasında sınaqdan keçirib. Test rejimində işləyən təmizləyici texnika ilk gündən onun insandan daha səmərəli işlədiyini göstərib. Bundan əlavə, metronun ərazisini təmizləmək üçün robotlar daha az su sərf ediblər. Belə robotların işləmə zamanı faktiki operator xidmətinə ehtiyac yoxdur və onları müxtəlif təmizləmə rejiminə proqramlaşdırmaq mümkündür.
Muxalifet3 - 21-02-2019
"Türkcənin İranda təkrar güclənməsindən qorxurlar" - FƏRZAD SƏMƏDLİ
Fərzad Səmədli hesab edir ki, İranın qeyri-fars icmaları arasında ən çox türklərin ana dili məsələsinə önəm verdiyi kimi, İran hakimiyyəti də ən çox türk dilinin güclənməsindən qorxur.
Dünya Ana Dili Günü münasibətilə "Amerikanın Səsi"nə müsahibə verən jurnalist illərdir türk dili hüquqları uğrunda İran Azərbaycanında aparılan mücadilənin nəticələrini dəyərləndirib.Muxalifet4 - 21-02-2019
"Vor zakon"lara dair yeni qanun layihəsi qüvvəyə minir
Rusiya Federasiyasının Dövlət Duması Cinayət məcəlləsinə kriminal avtoritetlər üçün yeni maddə tətbiq edən qanun layihəsini birinci oxunuşda qəbul edib. Qanun yekdilliklə qəbul edilib.
Qanuna əsasən:
Muxalifet4 - 21-02-2019
Azərbaycanın futbol üzrə qadın millisi on ildən sonra bərpa olundu
Bu gün qadınlardan ibarət yığma komandalar arasında AVRO-2021-in seçmə qrup mərhələsinin püşkü atılıb.
Muxalifet.az xəbər verir ki, püşkatma mərasimi UEFA-nın İsveçrə şəhərindəki mənzil-qərargahında baş tutub.
47 komandanın iştirakı ilə püşkatma keçirilib. Kipr və Kosovonun qadınlardan ibarət yığması ilk dəfə mötəbər turnirin seçmə mərhələsinə qatılıb. Azərbaycan millisi 2009-cu ildə lipa məsələsinə görə dağıldıqdan sonra ilk dəfə Avropa çempionatınının seçmə mərhələsində çıxış edəcək.Muxalifet3 - 21-02-2019
Uşaq pulunun verilməsi haqqında ƏHALİYƏ ŞAD XƏBƏR
“Bir qrup valideyn Milli Məclisə aylıq uşaq pulunun bərpası üçün məktub göndərdi. Parlamentdə büdcə müzakirələri zamanı uşaq pulunun bərpası məsələsi də müzakirəyə çıxarıldı və bərpa olunacağı vədi verildi”.
Bu barədə bizimyol.info-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev bildirib.Muxalifet3 - 21-02-2019
Narkotik alverçisinin evindən 1,4 kq marixuana çıxdı
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları külli miqdarda narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayon polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Qalınçaq kənd sakini Məzahir Əzimov saxlanılıb.Muxalifet3 - 21-02-2019
Madurodan Türkiyə və Rusiya ilə bağlı təlimat
Venesuela Prezidenti Nikolas Maduro 50 şirkətə Türkiyə, Rusiya, Çin və Hindistanda bank hesabı yaratmaları barədə təlimat verib.
Muxalifet.az xəbər verir ki, prezidentin bununla sözügedən ölkələr arasında əlaqələrin gücləndirilməsini hədəflədiyi deyilib.
Bildirilib ki, bununla bağlı Maduronun rəhbərliyi ilə toplantı keçirilib və məhz həmin yığıncaqda belə qərar verilib.
Venesuelanın Maliyyə Nazirliyinin şirkətə bununla bağlı təlimatlar verəcəyi də açıqlanıb.
Muxalifet3 - 21-02-2019
AGF ilin ən yaxşı federasiyası seçildi
Azərbaycan Gimnastika Federasiyası (AGF) 2018-ci ilin yekunlarına əsasən, Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən ilin ən yaxşı federasiyası seçilib.
AGF-dən verilən məlumata görə, federasiya ardıcıl ikinci dəfə il ən yaxşısı adına layiq görülüb.
Qeyd edək ki, özündə 148 federasiyanı birləşdirən FIG-nin reytinq siyahısında Azərbaycan Gimnastika Federasiyası stabil olaraq, 2014, 2015 və 2016-cı illərdə 10 ən güclü federasiyaların sırasında, 2017-ci ildə isə ilk pillədə qərarlaşıb.
Muxalifet3 - 21-02-2019
Avropada fəhlələr arasında atışma: 2 nəfər öldü
Almaniyanın Münhen şəhərində baş verən silahlı atışmada 2 nəfər həlak olub.
Muxalifet.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
İlkin məlumatda deyilir ki, tikinti sahəsində çalışan işçilər arasında düşən mübahisə böyüyüb və nəticədə silahlı atışmaya səbəb olub.
Daha sonra isə polisin keçirdiyi əməliyyatdan sonra 2 nəfərin olayda öldüyü bildirilib.
Ölənlərin birinin atışmaya səbəbkar şəxs olduğu deyilir.
Muxalifet3 - 21-02-2019
25 yaş gənc sevgilisi Naomi Kempbelə xəyanət etdi
Naomi Kempbell haqqında yeni iddia ortaya atılıb.
Muxalifet.az xəbər verir ki, 48 yaşlı Naomi Sevgililər Gününü 23 yaşlı Layam Peyn ilə birlikdə keçirsə də, xəyanətlə üzləşib.
48 yaşlı top model musiqiçi Layamla bu yaxınlarda münasibət qurub. Cütlük Sevgililər Gününü Naominin Nyu-Yorkdakı evində keçirib. Musiqiçi Kempbelin evindən çıxarkən kameralara tuş gəlib. Amma onun başqa bir model ilə mesajlaşdığı iddia edilib. İddialara səbəb isə Naominin gənc sevgilisinə “Ciddi bir münasibət axtarmıram, sadəcə yaxşı vaxt keçiririk. Mənə çox yapışma” dediyi məlum olub.
Muxalifet3 - 21-02-2019