Axtarış

The search found 105785 results in 0.023 seconds.

Search results

  1. Lavrovdan ABŞ-a Venesuela təpkisi

     Rusiyanın xarici işlər naziri Sergey Lavrov, "ABŞ-ın hərbi müdaxilə təhdidlərini Venesueladakı müxalifət dəstəkləyir. Müstəqil bir ölkəyə birbaşa müdaxilə edilməsi BMT-nin müəyyən etdiyi meyarlarına ziddir" deyib.
     
    Jurnalistlərin verdiyi suala cavab olaraq Venesueladakı vəziyyətdən narahat olduğunu bildirən Lavrov, Venesueladakı problemin dialoq yolu ilə həll edilməsi lazım olduğuna işarə edib.
    Müxalifət.az

    Muxalifet3 - 21-02-2019

  2. Fələstinlilər Məscid-i Aksa-da keşik çəkirlər

     İsrail polisinin bazar günü Məscid-iAksa-nın Rəhmət Qapısına enən pilləkəmlərin başındakı qapını zəncirləməsindən sonra Fələstinlilər də Hərəmi Şərifdə keşik çəkirlər.
     
    Rəhmət Qapısı yaxınlığında toplaşan çox sayda Fələstinli burada gecə (işa) namazını əda edib. Gənclərin çoxluq təşkil etdiyi qrup namazdan sonra marşlar oxuyaraq Məscid-i Aksa-dakı növbələrinə davam edib.
    Qeyd edək ki, İsrail polisi dünən keşik çəkən Fələstinlilərə hücum edərək bir çox adamı yaralamış, 19 nəfəri isə nəzarətə almışdı.

    Muxalifet3 - 21-02-2019

  3. “Münbiç, Fəratın şərqindəki terror hədəfləri məhv ediləcək" - GENERAL AKARDAN SƏRT MESAJ

    Türkiyənin milli müdafiə naziri Hulusi Akar baş qərargah rəisi Gülər ilə Yüksəkovadakı hərbi hissələrdə yoxlama keçirib.

    Nazir Akar terrorla mübarizə ilə bağlı fikir bildirib:
    “Münbiç, Fəratın şərqindəki terror hədəfləri yeri və zamanı gəldiyində məhv ediləcək, ölkəmizə, sərhədlərimizə, xalqımıza qarşı bu YPG təhdidinə son veriləcək”.

    Müxalifət.az

    Muxalifet3 - 21-02-2019

  4. "3 GÜNÜNÜZ QALDI..." - Guaido və ABŞ-lı komandirdən Venesuela ordusuna TƏHDİD

    ABŞ-ın dəstəklədiyi Venesuela müxalifəti ölkənin İsveçrə banklarındakı hesablarının nizamsız hərəkətlər səbəbilə dondurulmasını istəyərkən, Vaşinqton da dövlət başçısı Nikola Maduroya sadiq qalmağı davam etdirən ordunu bir daha təhdid edib.

    Muxalifet3 - 21-02-2019

  5. Növbəti avtobus BİABIRÇILIĞI: əlbəyaxa dava - VİDEO

    Bakıda avtobus sürücüləri arasında dava düşüb. Onları sərnişinlər sakitləşdirib. Davaya səbəb isə sürücülərdən birinin digərinin vaxtına girməsi olub.
    Avtobus sürücüləri əvvəlcə mübahisə edib, daha sonra əlbəyaxa olublar.
    Görüntülər sərnişinlərdən biri tərəfindən çəkilərək "Xəzər Xəbər"in votsap nömrəsinə göndərilib.
    Araşdırma zamanı məlum oldu ki, hadisə paytaxtın Sabunçu rayonu ərazisində, 55 saylı avtobus sürücülərinin arasında baş verib.

    Muxalifet - 21-02-2019

  6. Tiflisin riskli anti-Bakı gedişləri - “Qazprom”u SOCAR-la toqquşdurmaq və...

    Erməni Xocalı canisinə büst məsələsinin hay-küyü yatmamış Gürcüstan hökuməti başqa bir işğalçı ölkəyə reverans edir; qərb qonşumuzu Rusiya orbitinə dartan kimdir? Bu gün gürcü və erməni müdafiə nazirləri İrəvanda anlaşma imzalayacaqlar - hədəf...

    Muxalifet - 21-02-2019

  7. ​Banqladeşdə yanğın - 69 ÖLÜ

    Banqladeşin patyaxtı Dəkkə şəhərində baş verən yanğın nəticəsində 69 nəfər ölüb. 
    Muxalifet.az xəbər verir ki, bu barədə yanğınsöndürmə xidmətinin nümayəndəsi bildirib.
    Xatırladaq ki, yanğın yaşayış evində baş verib. Ev həm də kimyəvi anbar kimi də istifadə olunub. Hadisə səbəbinin qaz balonu olduğu bildirilirdi.

    Muxalifet - 21-02-2019

  8. ​Şəmkirdə ağır YOL QƏZASI: Polis öldü

    Şəmkirdə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. 
    Muxalifet.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Çənlibel kəndi ərazisində baş verib. Hərəkətdə olan "Toyota Prado” ilə "VAZ-21010” markalı avtomobilin toqquşması nəticəsində "VAZ"ın sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Sərnişin, rayonun Qasımlılar kənd sakini, 1983-cü il təvəllüdlü Xaliq Ələsgərov isə hadisə yerində ölüb.
    Məlumata görə X. Ələsgərov Gədəbəy rayon Polis Şöbəsinin Arıqıran və İnəkboğan kəndləri üzrə sahə müvəkkili idi.

    Muxalifet - 21-02-2019

  9. Prezident DTX-nın səlahiyyətlərini ARTIRDI

    Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Terrorçuluğa qarşı mübarizə haqqında” Fərmana bir sıra dəyişikliklər edib. 
    Muxalifet.az xəbər verir ki, sənəddə deyilir:

    Muxalifet - 21-02-2019

  10. Rusiya ilə NATO müharibə edərsə... “Nüvə silahına əl atacağıq”

     Rusiya Raket və Artilleriya Elmləri Akademiyasının direktor müavini Konstantin Sivkov Rusiyada dərc olunan bir jurnal üçün qələmə aldığı məqalədə, Rusiyanın NATO və ABŞ-la müharibəyə girdiyi təqdirdə müharibənin gedişini dəyərləndirib.
     

    Muxalifet3 - 21-02-2019

  11. Bakıda vəzifəli şəxsin ailəsində faciə - Əvvəl qardaşı, sonra anası öldü

    Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsinin Bakı şəhərində yerləşən 1 saylı notariat ofisinin xüsusi notariusu Famil Sabirova ağır itki üz verib. Famil Sabitovun anası Ayna Sabitova vəfat edib. Qeyd edək ki, A.Sabitovanın vəfatından 2 həftə əvvəl oğlu Fazil Sabitov dünyasını dəyişib. Qeyd edək ki, 1 saylı notariat ofisi Bakı şəhərinin mərkəzində (Üzeyir Hacıbəyli küçəsində) fəaliyyət göstərən əsas kontorlardan biridir. Xüsusi notarius Famil Sabitov paytaxtın məşhur notariuslarından biridir./Publika

    Muxalifet - 21-02-2019

  12. ​Goranboy, Tərtər atəşə tutuldu - RƏSMİ AÇIQLAMA

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub.
    Müdafiə Nazirliyindən Muxalifet.az-a verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Məzəm kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

    Muxalifet - 21-02-2019

  13. Vatikanda fövqəladə “uşaqlara cinsi təcavüz” zirvəsi!

     Katolik dünyasını silkələyən minlərlə keşişə qarşı cinsi istismar ittihamlarından sonra Vatikanda fövqəladə zirvə hazırlığı görülür.
     
    Katolik Kilsəsinin müasir zamanlarda üzləşdiyi ən böyük böhranlardan biri olan uşaqlara qarşı cinsi istismar qalmaqalları ilə mübarizə məqsədli Vatikanda fövqəladə bir zirvə hazırlığı aparılır.
     
    İlk dəfə belə bir toplantı keçiriləcək
     

    Muxalifet3 - 21-02-2019

  14. Çempionlar Liqasında 1/8 final: “Atletiko” və “Mançester Siti”dən qələbə

    Ötən gecə Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk qarşılaşmalarına yekun vurulub.

    Muxalifet.az xəbər verir ki, son oyun günündə də iki görüş baş tutub.

    “Atletiko” öz meydanında “Yuventus”u qəbul edib. Madrid klubu çətin rəqiblə ev oyununda inamlı qələbəyə sevinib.

    Muxalifet - 21-02-2019

  15. Bakıda dəhşətli partlayış - ÖLƏN VƏ YARALANANLAR VAR

    Bakıda evdə odun sobası partlayıb.

    Muxalifet - 21-02-2019

  16. ​Hüseyn Dəryanın qızı qardaşından DNT analizi tələb etdi: “Atamın oğlu yoxdur”

    Mərhum repçi Hüseyn Dəryanın qızı Aişə "Bizimləsən" verilişində gözlənilməz iddia ilə çıxış edib.
    Muxalifet.az xəbər verir ki, o, canlı efirdə atasının Sona İbadova ilə evliliyindən doğulan oğlu Cahangirin DNT analizi verməsini istəyib. Dəryanın qızı qeyd edib ki, onun qardaşı olub-olmamasını öyrənmək fikrindədir:
    "Sosial şəbəkələrdən istifadə edirəm. Hər kəs deyir ki, Hüseyn Dəryanın oğlu yoxdur. Sağ olanda da atamın adına qalmaqallar, sözlər çıxarıldı. Amma artıq onun adının belə hallanmasını təhqir kimi qəbul edirəm. 

    Muxalifet - 21-02-2019

  17. ABŞ Suriyaya silah daşıyan erməni şirkətini ifşa etdi - SENSASİON FAKTLAR

    ABŞ Maliyyə nazirliyinin Xarici aktivlər üzərində nəzarət idarəsi (U.S. Department of the Treasury’s Office of Foreign Assets Control-OFAC) Suriyada fəaliyyət göstərən iki iranlı hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.

    Bunlar İran İslam Keşikçiləri korpusuna bağlı "Mahan Air" aviaşirkəti və həmin şirkətin Ermənistandakı satış üzrə baş agentliyidir.

    Muxalifet.az Musavat.com-a istinadən ABŞ-ın Ermənistandakı səfirliyinin rəsmi səhifəsində yayınlanan həmin sensasion məlumatı təqdim edir.

    Muxalifet - 21-02-2019

  18. Səhiyyə Nazirliyindən Bakıdakı partlayışla bağlı AÇIQLAMA

    Səhiyyə Nazirliyi Suraxanı rayonu, Binə qəsəbəsində odun sobasının partlaması nəticəsində yanıq xəsarətləri almış ailə üzvlərinin vəziyyətləri barədə açıqlama verib.
    Nazirliyin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 19-u saat 20:50 radələrində Suraxanı rayonu, Binə qəsəbəsi ərazisindən bir ailənin 4 üzvü yanıq xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə gətirilib.
    Atanın əl, ananın ayaq nahiyələrində yanıq xəsarətləri olub. Onlar vəziyyətləri yaxşı olduğuna görə evə buraxılıblar.

    Muxalifet - 21-02-2019

  19. Mehman Əliyevə AĞIR İTKİ

    Turan İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyevə ağır itki üz verib.

    Belə ki, agentlik rəhbərinin atası rəhmətə gedib.

    Muxalifet.az Mehman Əliyevə dərin hüznlə başsağlığı verir və mərhuma Allahdan rəhmət diləyir!
     

    Muxalifet4 - 21-02-2019

  20. ​​Zərdabda Abubəkir İsayev zülmü: başçının adamı camaata “divan tutur” - QALMAQAL ​

    Zərdabın Şahhüseynli kəndində örüş sahələri zəbt olunub. Sakinlər məsələ ilə bağlı dəfələrlə rayon İcra Hakimiyyətinə müraciət etsələr də, nəticə olmayıb. Şahhüseynli kənd ərazi vahidi üzrə nümayəndəsi Abubəkir İsayev vaxtilə bələdiyyə sədri olarkən kəndin torpaqlarını özünə yaxın şəxslərə paylayıb. Torpaq islahatı aparılanda kəndin hər sakininə 1 hektar olmaqla torpaq sahəsi paylandı. Həmin vaxt kənd ağsaqqalları toplaşıb qərar verdilər ki, hərə 25 sot torpaq sahəsindən örüş sahəsi üçün ayırsın. Belə də oldu. Kənd sakinlərinin torpaqları hesabına 70 hektardan artıq örüş sahəsi formalaşdı.

    Muxalifet - 21-02-2019

Pages