Axtarış
The search found 105785 results in 0.026 seconds.
Search results
Gürcüstan seçkiləri və Fransanın MARAQLARI – Qonşu ölkədən Azərbaycan və Türkiyəni hədəfə alan siyasət...
Bəlli olduğu kimi, Gürcüstanın yeni prezidenti Salome Zurabişvili uzun illər Fransa Xarici İşlər Nazirliyində yüksək çinli məmur olmuşdur. Daha sonra qəflətən Ata yurdunu xatırlayaraq, 10 il öncə Gürcüstanda qurduğu partiyanın başına keçdi. Daha sonra, ötən ilə qədər vaz keçə bilmədiyi Fransa vətəndaşlığından çıxıb, Gürcüstan vətandaşı olaraq seçkilərə qatıldı və qalib oldu. Fransızlar Gürcüstana böyük maraq göstərirlər. Səbəblərindən biri Fransanın iqtisadi gücü olan şərabdır!
Muxalifet4 - 20-02-2019
Gündə 7 saatdan çox oturan insanlarda bu xəstəliklər olur
Oturaq həyat tərzi keçirməyin sağlamlıq üçün zərərli olduğu barədə alimlər və həkimlər dəfələrlə açıqlama veriblər.
Medicina.az The Daily mail-ə istinadən bildirir ki, Kaliforniya Universitetinin tədqiqatçıları bəyan edib ki, insan gün ərzində heç olmasa 1 saat oturmağa sərf olunan vaxtı azaltsa və hərəkət etsə, ürək-damar sistemi xəstəlikləri riski 20% azalır.
Təcrübə 5600 qadın üzərində müşahidəhlər əsasında aparılır. Analizlər göstərib ki, hər 1 saat əlavə fiziki aktivlik ürək və damar xəstəliklərini 26% azaltmışdır.Muxalifet - 20-02-2019
“Müdafiə Nazirliyinin yüksək rütbəli zabiti olduğu üçün…” - Sabiq nazirin qardaşının məhkəməsi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Naxçıvan Muxtar Respublikasının sabiq Daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Əvəz Əhmədovun məhkəməsi keçirilib.
Muxalifet.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hakim Samir Əliyevin icraatında olan prosesdə Ə.Əhmədovun vəkili Samir Əsədov müdafiə çıxışı edib.
Muxalifet - 20-02-2019
“Azərbaycan dövlətinə qarşı etnik bölücülük siyasəti..." - ƏNVƏR BÖRÜSOYDAN SENSASİON MÜSAHİBƏ
“...İran xüsusi xidmət orqanlarının generalı rütbəsini daşıyan bu zat ilahiyyatçı alim kimi Moskvada fəaliyyət göstərir” “Tehran rejimi açıq şəkildə bildirir ki, Azərbaycan Respublikasını mollaxanaya çevirə bilməsək, narkomaniya və etnik bölücülük prosesləri gücləndirilməlidir” Fevralın 14-də Rusiyanın paytaxtı Moskvanın Peçatniki rayonu, Kuryanova küçəsində azərbaycanlılara məxsus “Neolit” kafesində saat 23-00-da çeçenlərlə soydaşlarımız arasında baş verən münaqişədə orta hesabla 70-100 nəfər iştirak edib. Bu olayda 10 nəfər yaralanıb.
Muxalifet4 - 20-02-2019
Dünyanın ən güclü orduları... - Siyahıda Türkiyə yer almayıb
Bir ölkənin siyasi iqtisadi nüfuzu ilə bərabər ordusunun gücü onun siyasi arenada yerini müəyyən edir. Hər il milyonlarla xərc çəkilərək saxlanılan ordular həmdə böyük bir söz sahibi olmaq deməkdir.
Global Fire Power 2018-2019-сu ildə dünyanın ilk 10 ən güclü ordusunun siyahısını açıqlayıb. Bu siyahı hazırlanarkən orduya ayrılan vəsait əsgər sayı və s. kimi əsas meyarlar nəzərə alınıb.
Muxalifet.az həmin siyahını təqdim edir:Muxalifet - 20-02-2019
Rəsmən açıqladılar: Putin dövlət çevrilişi planlaşdırıb
Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın Ukraynadakı seçkilərdən sonra dövlət çevrilişi etməyi planlaşdırdığını açıqlayıb.
Ukrayna Təhlükəsizlik Xidməti (SBU) sədrinin müavini Viktor Kononenko, Rus gizli xidmətinin nəzarətindəki radikal qrupların Ukraynada 31 mart tarixində keçiriləcək prezident seçkilərinin ilk turundan sonra ölkədə iğtişaş törətmə planlarının ortaya çıxarıldığını söyləyib.Muxalifet3 - 20-02-2019
Qəbulda müsahibə mərhələsi LƏĞV EDİLDİ
Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul olmaq istəyən bakalavrlar üçün ixtisaslaşma seçimindən əvvəl keçirilən müsahibə mərhələsi ləğv olunub.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyası AMEA-nın magistraturasına qəbul zamanı ixtisaslaşma seçimindən əvvəl keçirilən müsahibə mərhələsinin ləğv olunması ilə bağlı DİM-ə müraciət edib.Muxalifet - 20-02-2019
Metroda soyğunçuluq edən şəxs tutuldu
Fevralın 19-da metronun “28 May” stansiyasının platformasında bir nəfər Abşeron rayon sakini S.Babayevaya zor tətbiq edib mobil telefonunu ondan alıb.
DİN mətbuat xidmətindən verilən məlumata görə, metropolitendə PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini H.Əbilzadə saxlanılıb.Muxalifet - 20-02-2019
Başına 1,5 milyon mükafat qoyulmuşdu: Yaxalandı
Başına 1,5 milyon TL mükafat qoyulan DHKP/C-li terrorçu Xədicə Ruken Qılınc, başqa bir DHKP/C-li terrorçunun etirafları nəticəsində yaxalanıb.
Axtarılan terrorçular siyahısında "mavi" kateqoriyada yer alan və İstanbulda yaxalanan terror təşkilatı DHKP/C-nin sözdə yüksək səviyyəli rəhbərlərindən olan Xədicə Ruken Qılıncın xarici əlaqəli başqa bir DHKP/C mənsubu terrorçunun etirafları nəticəsində keçirilən əməliyyat nəticəsində yaxalandığı ortaya çıxıb.Muxalifet3 - 20-02-2019
“Tramp Venesuelaya hərbi müdaxiləyə hazırlaşır” – Boliviya prezidenti
Boliviya prezidenti Morales “ABŞ prezidenti Donald Tramp Venesuelaya etdiyi iqtisadi hücumdan sonra indi də hərbi müdaxilə etməyə hazırlaşır” deyib.
Morales bunu Twitter hesabından verdiyi açıqlamada bildirib.
Morales ABŞ-ın Venesuelaya qarşı təcavüzünü dayandırmağa and içdiklərini də qeyd edib açıqlamasında.
Morales Trampın müharibəni təşviq edən biri olduğunu bildirərək Venesuelada baş verəcək fəlakət və ölümlərdən məsul olacağını bildirib.
Müxalifət.azMuxalifet3 - 20-02-2019
“Mən heç bir açıqlama və ya izahat verməmişəm” - Səfir Şahin Abdullayev də DANIŞDI
Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyə mətbuatında xüsusi tapşırıqlar üzrə səfir Elşad İskəndərov barəsində gedən məlumatları təkzib edib.
Açıqlamada qeyd olunur ki, Türkiyədə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) hər hansı bir iclası keçirilməyib. Bu ilin 15 yanvar tarixində Ciddədə İƏT-in İqtisadi Sosial və Mədəni məsələlər üzrə İslam Komissiyasının iclası keçirilib və Azərbaycan XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov həmin iclasda iştirak etməyib.Muxalifet - 20-02-2019
Avropa Şurasının Nazirlər Komitəsi Əli İnsanovun şikayətinə baxacaq
Martın 12-dək Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycanın keçmiş səhiyyə naziri Əli İnsanovun şikayətinə baxacaq. Məsələ Nazirlər Komitəsinin gündəliyinə salınıb. Bu barədə REAL Partiyasının sədri İlqar Məmmədov facebook səhifəsində yazıb.
Belə ki, Əli İnsanov 2018-ci il dekabrın 14-də Nazirlər Komitəsinə məktub yazıb.Muxalifet3 - 20-02-2019
Avropa Qarabağ üçün BİRLƏŞİR: Vaxt müəyyənləşdi
Dünyanın 20-dən çox ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü ilə Fevralın 23-də Belçika Krallığının paytaxtı Brüssel şəhərində “Lüksemburq Palas”ın qarşısında Ümumavropa Qarabağ mitinqi keçiriləcək.
Muxalifet.az xəbər verir ki, aksiyaya Almaniya, Fransa, Hollandiya, İtaliya, Polşa və digər Avropa ölkələrində yaşayan soydaşlarımız, eləcə də Azərbaycana dost münasibəti bəsləyən xalqların diaspor üzvlərinin qatılacağı gözlənilir.Muxalifet3 - 20-02-2019
Azərbaycandan səbirsizliklə gözləyirik ki... - Avrokomissar
Azərbaycan qazının yaxın gələcəkdə Avropa İttifaqına çatmasını səbirsizliklə gözləyirik.
Muxalifet.az xəbər verir ki, bu sözləri Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı Günter Ottinger fevralın 20-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısındakı çıxışında deyib.Muxalifet3 - 20-02-2019
Dələduzluq etdiyi üçün 11 il cəza alan şəxsin şikayətinə baxılmadı
Bakı Apellyasiya Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Azad Əliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Muxalifet.az bildirir ki, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, A.Əliyevin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.Muxalifet3 - 20-02-2019
Azərbaycandan 5.5 milyard manat çıxaran bank işçilərinin məhkəməsi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət yolu ilə eldə edilmiş külli miqdarda pulu leqallaşdırmaqda təqsirləndirilən “Royalbank”ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev və tanışı Rüfət Vəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Muxalifet.az xəbər verir ki,hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahiq qismində Vidadi Əliyev ifadə verib.
O, söyləyib ki, 2012-ci ilə qədər keçmiş "Röyalbank"ın əməkdaşı olub, 2013-ci ildə M.Əliyevlə tanış olub, ona iş təklif edib:Muxalifet3 - 20-02-2019
AB ilə Bakı arasında danışıqların növbəti raundu baş tutdu
Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında strateji tərəfdaşlıq münasibətlərinin hüquqi əsasını təşkil edəcək yeni Saziş layihəsinə dair danışıqların siyasi və təhlükəsizlik, eləcə də ticarət istiqamətləri üzrə davam etdirilməsi məqsədilə Avropa İttifaqının nümayəndə heyətləri ölkəmizə səfər edib.
Muxalifet.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Muxalifet3 - 20-02-2019
Onlar məhv edilməlidir, çünki... - Boqdanov
Suriyanın İdlibdəki silahlı qruplara qarşı hərbi əməliyyatı qaçılmazdır.
Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov çıxış edib.
"Bunun qaçılmaz olduğunu düşünürəm. Çünki təslim olmayan radikal qruplar təbii olaraq məhv edilməlidir. Bu məsələ sentyabr ayında türkiyəli tərəfdaşlarımızla və digər bütün maraqlı tərəflərlə müzakirə edilib", - Boqdanov qeyd edib.
Muxalifet3 - 20-02-2019
Dünyanı SİLKƏLƏYƏN AÇIQLAMA: “Rus silahları NATO-nu vuracaq...”
Avropaya orta mənzilli raketlər yerləşdirilərsə, Rusiya silahları NATO qərargahını və NATO ölkələrinin komanda mərkəzlərini hədəf alacaq. Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Dövlət Duması Müdafiə Komitəsinin sədri Vladimir Şamanov bildirib. NATO-nun Rusiya ilə normal danışıqlar prosesini qurmasının lazım olduğunu deyən Şamanov ilk növbədə Rusiyanın maraqlarını və suverenliyinin qorunmasına təsir edəcək qərarları özündə gizli saxlayacağını bildirib.
Muxalifet3 - 20-02-2019
“ASAN xidmət” daha 8 ölkədə...
Azərbaycanın “ASAN xidmət” modelinin 8 ölkədə oxşarı yaradılacaq.
Muxalifet.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev "ASAN Radio"nun "QəbuldASAN" proqramında deyib.Muxalifet3 - 20-02-2019