Axtarış
The search found 105785 results in 0.029 seconds.
Search results
NOTARİAT İŞÇİLƏRİ DƏLƏDUZLARLA ƏLBİR İŞLƏYİR? – 9 saylı Notariat Kontorunun müdirindən ŞİKAYƏT
Son illər Azərbaycanda dələduzluğun, başqalarının etibarından sui-istifadə edərək külli miqdarda vəsaitin ələ keçirilməsi hallarının artdığı müşahidə olunur. Demək olar ki, hər həftə mətbuatda bu cür faktlara dair məlumatlara rast gəlinir. Acınacaqlı haldır ki, dələduzluqla məşğul olanların əksəriyyəti əsasən vəzifəli şəxslər və onların yaxınları, qohumlarıdır.
Muxalifet - 20-02-2019
MƏTANƏTLƏ QIRĞINA ÇIXDILAR: “Səni orada…” - VİDEO
Prodüser Toliklə Mətanət Əsədova arasında qalmaqal yaşanıb.
Muxalifet.az yenicag.az-a istinadən xəbər verir ki, Tolik Mətanət-Sərxan qarşıdurmasında Kərəmoğlunun tərəfini tutub: “Bu müharibədə Sərxan qalib gəldi. Mənə söz atmaq lazım deyil. Könül Kərimovanın ad günündə mikrafonu sənə gec verəndə mən alıb verdim, sözümü dedim”.
“Hər şey daxil” verilişindən olan görüntüləri təqdim edirik:Muxalifet - 20-02-2019
“Qazprom” Gürcüstanda SOCAR-ı sıxışdırmağa başladı, Saakaşvili sərt bəyanat verdi - “AZƏRBAYCAN HEÇ VAXT QAZI KƏSMƏYİB, AMMA...”
Xəbər verildiyi kimi Gürcüstan hökuməti Rusiyanın “Qazprom” şirkəti ilə ölkənin qaz təchizatının şaxələndirilməsi üçün danışıqlar aparır. Gürcü rəsmilərin bildirdiyi kimi danışıqlar yekunlaşmaq üzrədir və əldə edilmiş razılaşmaya əsasən Gürcüstan Rusiyadan “müəyyən həcmdə” qaz alaraq Azərbaycan qazından asılılığı azaldacaq.
Muxalifet - 20-02-2019
ABŞ Konqresi Trampın planını araşdıracaq
ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Tramp administrasiyasının Səudiyyə Ərəbistanına "son dərəcə həssas" nüvə texnologiyasını transfer etmək planına araşdırma başladıb.
Nümayəndələr Palatasının Nəzarət Komitəsinin üzvü Elijah E. Cummings etdiyi açıqlamada, Səudiyyə Ərəbistanına nüvə texnologiysının transferi ilə əlaqəli istintaq başladıldığını ifadə edərək söz mövzusu texnologiya transferi ilə bağlı bir hesabat paylaşıb.Muxalifet3 - 20-02-2019
Bakı metrosunda HƏYƏCANLI ANLAR: 58 yaşlı kişi arvadının və bacısının yanında... - FOTO
Bu gün səhər saatlarında Bakı metrosunda ölüm hadisəsi baş verib.
Nəriman Nərimanov stansiyasında 1961-ci il təvəllüdlü Zaqatala rayon sakini Ömərov Hidayət Şaban oğlu qəfil özünü pis hiss edib.
Təcili Tibbi Yardım əməkdaşları gəlsə də, onun həyatını xilas etmək mümkün olmayıb. İlkin məlumata görə, Hidayət Ömərov ürəktutmadan vəfat edib.
H. Ömərovun həyat yoldaşı və bacısı da yanında olub. /qafqazinfoMuxalifet - 20-02-2019
Əli İnsanova azadlıq yolu göründü - Martda əfv edilə bilər
Novella Cəfəroğlu: "Çox ümid edirik ki, sabiq nazir bu dəfə azad olunacaq”
Muxalifet - 20-02-2019
Terror təşkilatının lideri komaya düşdü - Türkiyədə xəstəxanadadır
"Hayat Təhrir əş-Şam" ("Cəbhat ən-Nusra") terror təşkilatının lideri Əbu Məhəmməd əl-Culani başından qəlpə yarası alıb.
Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "RİA Novosti"yə türk mənbə bildirib. Suriyanın İdlib şəhərində baş vermiş partlayış nəticəsində ağır yaralanan terrorçu Hatay vilayətinin Antakya şəhərində dövlət xəstəxanasına yerləşdirilib.
Əbu Məhəmməd başından əməliyyat olunub. Hazırda o, komadadır, vəziyyəti ağırdır.Muxalifet - 20-02-2019
Məcburi köçkünlərin məskunlaşdığı evlər YANDI: Yaralı var - VİDEO/YENİLƏNDİ
Sabunçu rayonu, Zabrat qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı evlərdə baş verən yanğın zamanı 1 nəfər xəsarət alıb.
Trend-in məlumatına görə, hadisə ötən gün saat 23:00 radələrinə bir-birinə bitişik tikilmiş, arakəsmə divarları taxta konstruksiyalardan olan 4 tikilidə baş verib.
Hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadası xəsarət alan şəxsi 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırıblar.
Muxalifet - 20-02-2019
Vatikanın gizli qaydaları ifşa oldu
Uşaqlara qarşı cinsi istismarla gündəmə gələn Vatikanın uşaq sahibi olan keşişlər üçün gizli qaydaları ifşa olub. Məsələ ilə bağlı açıqlama verən Vatikanın sözçüsü Gisotti, gizli qaydaların olduğu sirli sənədin varlığını qəbul edib.
Keşiş və kardinalların uşaqlara və qadınlara cinsi təcavüz və istismarı qalmaqalları ilə gündəmdən düşməyən Vatikanın nikahsızlıq qaydasını pozaraq uşaq sahibi olan keşişlər üçün hazırladığı bir sənədin olduğu ortaya çıxıb.Muxalifet3 - 20-02-2019
Azərbaycan yenidən İsrailin kamikadze PUA-larını alır - Düşmən qorxu içində...
İsrailin hərbi şirkəti Azərbaycanla 13 milyon dollarlıq müqavilə imzalayıb.
Muxalifet.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin "Aeronautics Defense Systems" şirkəti Azərbaycanda tenderdə qalib gəldiyini elan edib, bununla yanaşı 13 milyon dollarlıq müqavilə imzalayıb.Muxalifet - 20-02-2019
“ŞAHZADƏNİN” QÜRUBU… - Gülnarə Kərimova qeyri-insani şəraitdə saxlanılır?
Özbəkistanın birinci prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova yenidən mətbuatın gündəminə gəlib. “Özbək şahzadəsi”nin adının qarışdığı cinayət işlərindən biri üzrə məhkəmə təhqiqatı bugünlərdə yekunlaşıb. Gülnarə Kərimovaya rüşvət verməkdə ittiham olunan şirkət rəsmiləri Stokholm məhkəməsində bəraət alıblar. İttiham olunanlar bütün maddələr üzrə təqsirsiz biliniblər.
Muxalifet - 20-02-2019
Rus iqtisadiyyatı üçün qorxulu xəbərdarlıq! "Yeni “şoklar” baş verə bilər
Rusiyanın Palata sədri Aleksey Kudrin ABŞ-ın yeni mümkün sanksiyaları səbəbindən Rus iqtisadiyyatında yeni" şoklar" baş verəcəyi barədə xəbərdarlıq edib.
Aleksey Kudrin bu sözləri paytaxt Moskvada jurnalistlərə verdiyi açıqlamada bildirib.
Rusiya iqtisadiyyatının ABŞ-ın mövcud sanksiyalarına uyğunlaşdığını bildirən Kudrin, "Təəssüf ki, yeni mümkün sanksiyalar yeni “şoklara” təkan verəcək və yeni uyğunluq səyləri tələb edəcək" deyib.Muxalifet3 - 20-02-2019
Tanınmış müğənni toyda yıxıldı - VİDEO
Müğənni Zenfira İbrahimova məclislərin birində həmkarları ilə bir araya gəlib.
Muxalifet.az axşam.az-a istinadən bildirir ki, məclisdə çıxış etmək üçün səhnəyə əməkdar artist Mətanət İsgəndərli çıxıb. O, "Yallı" mahnısını ifa edərək həmkarlarını rəqsə dəvət edib.
Bu zaman rəqs edən Zenfira müvazinətini itirərək yıxılıb. Kənardakıların köməkliyi ilə müğənni ayağa qalxıb.
Sözügedən görüntüləri təqdim edirik:Muxalifet - 20-02-2019
Düşmən bölmələrimizi ATƏŞƏ TUTDU
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 29 dəfə pozub.
Bu barədə Muxalifet.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Muxalifet - 20-02-2019
İraq Suriya sərhədinə qoşun yeritdi
İraq Müdafiə Nazirliyi Suriya sərhədinə hərbi qüvvə göndərdiyini bildirib.
Nazirlikdən edilən yazılı açıqlamada, Enbar rayonunun Suriya sərhədindəki Əl-Əli rayonunda yerləşən sərhəd xəttinə möhkəmlətmə güc göndərildiyi qeyd edilib.
Açıqlamada, alınan bu qərarla sərhəd xəttində tam bir təhlükəsizliyin təmin edilməsi və terror təşkilatı İŞİD dəstələrinin ölkə içinə sızmasının qarşısının alınması məqsədinin güdüldüyü vurğulanıb.
İŞİD-ın yenidən ortaya çıxacağı iddiaları
Muxalifet3 - 20-02-2019
"Əgər mən Ramzanın əmisiyəmsə..." - Qafqazın şeyxi
Moskvada azərbaycanlılarla çeçenlər arasındakı insidentə bir neçə gündür ki, ən yüksək səviyyədə münasibət bildirilir. Elə dünən Rusiya paytaxtında hər iki tərəfin rəsmi şəxsləri arasında görüş olub.
Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazədə də məsələyə münasibət bildirərək nöqtə qoyub. Muxalifet.az xəbər verir ki, o, Real TV-yə açıqlamasında hər iki xalq arasında qardaşlıq münasibəti olduğunu qeyd edib:Muxalifet - 20-02-2019
Bakıdakı “Armani” şirkətinin ermənilərlə nə əlaqəsi - təfərrüat
“Armani”nin Bakıda 9 mağazası fəaliyyət göstərir ki, onların da hamısı şəhərin mərkəzində yerləşir
Məşhur “Armani” firmasının erməni sözünün dəyişilmiş şəkli olması ilə bağlı iddia yenidən gündəmə gəlib. Belə ki, bu barədə modern.az saytında dərc edilən məqalədə iddia edilir ki, İtaliya istehsalı kimi “Armani” adı ilə satılan pal-paltarların satışından əldə edilən yüz minlərlə dollar italyan milyarderi, əslində erməni olan Corco Armaninin fonduna, oradan isə silah şəklində Azərbaycana düşmən ölkəyə ötürülür.Muxalifet - 20-02-2019
YPG/PKK-dam Qərb ölkələrinə yalvarma turları
PKK/YPG örtük olaraq istifadə etdiyi SDG-nin sözdə həmsədri İlham Əhməd başçılıq etdiyi bir qrupla birlikdə Vaşinqton, Paris və Londona Suriyada terrora dəstəyin davam etməsi üçün inandırma turlarına çıxıb.
Muxalifet3 - 20-02-2019
SON DƏQİQƏ: Azərbaycanlı kriminal avtoritetlər aeroportda SAXLANILDI
Kriminal dairələrdə “Asiman” və naxçıvanlı “Maqa” kimi tanınan şəxslər Afina aeroportunda xüsusi xidmət orqanları tərəfindən saxlanılıb.
Muxalifet.az yenicag.az-a istinadən xəbər verir ki, onlar İstanbulun Atatürk hava limanından uçuş edib.
Saxlanılanlar Yunanıstan dövləti üçün arzuolunmaz şəxslər hesab olunurlar.
Adıçəkilən şəxslərin hansı səbəbdən Afinaya üz tutduğu bilinmir. “Asiman” və “Maqa”nın yaxın günlərdə deportasiya ediləcəyi gözlənilir.Muxalifet - 20-02-2019
Gələn ay bayramlarla əlaqədar 10 gün iş olmayacaq
Gələn ay 8 Mart – Beynəlxalq Qadınlar Günü və Novruz bayramı ilə əlaqədar 10 gün iş olmayacaq.
“Report” xəbər verir ki, Beynəlxalq Qadınlar Günü münasibətilə martın 8-i, həftənin cümə günü qeyri-iş günüdür.
Martın 9-u şənbə, 10-u isə bazar gününə təsadüf etdiyindən ardıcıl 3 gün iş olmayacaq. Martın 11-i isə iş günüdür.
Martın 20-24-də Novruz bayramı ilə əlaqədar qeyri-iş günləridir. Martın 23-ü şənbə, 24-ü isə bazar gününə təsadüf etdiyindən ayın 25-i və 26-da da iş olmayacaq.
Martın 27-də isə növbəti iş günüdür.Muxalifet - 20-02-2019