Axtarış

The search found 105785 results in 0.026 seconds.

Search results

  1. Putin ABŞ-a xəbərdarlıq etdi: Cavabını verəcəyik

    Rusiya prezidenti Vladimir Putin “Vaşinqtonun Avropaya orta və qısa mənzilli raketlərini yerləşdirməsi Rusiya üçün ciddi təhdidlər yaradacaq. Bu tip raketlər Rusiyaya 10-12 dəqiqədə çatır, bu bizim üçün çox ciddi bir təhdiddir” deyib.
     
    Vladimir Putin Federal Məclisdəki çıxışında, "ABŞ Avropaya raket sistemləri yerləşdirsə, buna eyni şəkildə cavab verəcəyik, yeni silahlar və texnologiyalar inkişaf etdirməyə davam edirik" deyib.

    Muxalifet3 - 20-02-2019

  2. Türkiyədə avtobus aşıb, 4 nəfər ölüb, 26 nəfər yaralanıb

    Türkiyədə kənd təsərrüfatı işçilərini daşıyan avtobus aşıb.

    Muxalifet.az “Hürriyet”ə istinadən xəbər verir ki, hadisə Mersin əyalətinin Silifke rayonunda baş verib.

    Nəticədə 4 nəfər ölüb, 26 nəfər yaralanıb. Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım briqadaları və xilasedicilər cəlb olunub. Qəzanın səbəbi hələlik məlum deyil.

    Hadisə ilə bağlı araşdırma aparılır.

    Muxalifet - 20-02-2019

  3. ​ŞOK: Azərbaycanlı-çeçen görüşündən Kərimov belə qaçdı - Video

    Moskvadakı "Prezident otel”də tanınmış azərbaycanlılar və çeçenlər arasında keçirilən görüşdə iki xalq arasında bir neçə gün davam edən münaqişəyə səbəb olan erməni Harnik Aramoviç Vardanyanın timsalında bütün erməniləri müdafiə etmək üçün Rusiyada fəaliyyət göstərən Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsinin sədri Ağadadaş Kərimov da iştirak etməyə cəhd göstərib.

    Muxalifet - 20-02-2019

  4. ​“Nar” 45-dən çox bölgəni 4G şəbəkəsi ilə təmin edib

    Ölkənin ən gənc mobil operatoru olan “Nar” yüksəkkeyfiyyətli 4G şəbəkəsini bütün ölkə ərazisində genişləndirməyə davam edir. Baza stansiyalarının sayını sürətlə artıran mobil operator hazırda ölkədə ən geniş şəbəkələrindən birinə malikdir. Aparılan təkmilləşmə işlərinin nəticəsi olaraq, “Nar” son 3 ayda ölkə ərazisində 355-dən çox 4G, 35-dən çox 3G texnologiyası ilə təmin olunmuş mobil baza stansiyasını istifadəyə verib. Hazırda mobil operatorun 4G baza stansiyalarının sayı 1700-ü, 3G baza stansiyalarının sayı isə 2600-ü ötüb.
     

    Muxalifet4 - 20-02-2019

  5. “ELMAR VƏLİYEV ƏMR ELƏDİ Kİ, XANIMI HƏBS ELƏ…” – İcra başçısı ilə polis rəisinin toqquşmasının yeni təfərrüatı

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə criminal.az saytının redaktoru Anar Məmmədovun işi üzrə fevralın 19-da keçirilən növbəti məhkəmə iclasında Gəncə şəhər Polis İdarəsinin keçmiş əməkdaşı Gülnar Muradova şahid qismində dindirilib.

    Şahid məhkəmədə jurnalistə Gəncə hadisləri ilə bağlı məlumatlar verdiyini təsdiq edib. Onun sözlərinə görə, criminal.az saytında dərc edilən məqalələrlə tanışdır və onda qorxu hissi yaratmayıb.

    Muxalifet - 20-02-2019

  6. Ərdoğan ermənilər haqqında QƏRAR VERDİ: “deportasiya....”

    Türkiyədə qanunsuz yaşayan ermənilər ölkədən deportasiya edilməyəcəklər. 
    Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən VI Budapeşt Prosesi Nazirlər Konfransında bildirib.
    Hazırda Türkiyənin 3,6 milyonu suriyalı olmaqla, dünyanın müxtəlif ölkələrindən 4 milyondan çox qaçqın və miqranta ev sahibliyi etdiyini deyən Ərdoğan vurğulayıb ki, ölkəsində 100 min erməni yaşayır və "soyqırım" iddialarına rəğmən, onlara qarşı heç bir ayrı-seçkilik edilmir. 

    Muxalifet - 20-02-2019

  7. Xocalı soyqırımının qurbanları dünyanın 50-dən çox ölkəsində yad ediləcək

    Hər il olduğu kimi, bu il də Xocalı soyqırımının növbəti ildönümü ilə əlaqədar dünyanın bir sıra ölkələrində soyqırımı qurbanlarının xatirəsi anılır, qətliamın dünya ictima­iyyətinə tanıdılması istiqamətində müxtəlif tədbirlər keçirilir.
    Muxalifet.az Diaspor Komitəsinə istinadən xəbər verir ki, artıq bəzi ölkələrdə Azər­baycan diasporunun təşkilatçılığı ilə Xocalı qətliamının 27-ci ildönümünə həsr olunmuş tədbirlərə start verilib.  

    Muxalifet4 - 20-02-2019

  8. ​İki rayonun icra hakimiyyətindən İlkin Həsəninin İTTİHAMINA CAVAB

    Tanınmış teleaparıcı İlkin Həsəni bildirib ki, Zərdab və Balakən rayonlarında "Buğlama" verilişinin çəkilişinə icazə verilməyib. Bu barədə İ.Həsəni sosial şəbəkədə etdiyi canlı yayım zamanı danışıb:
    "Biz adətən harasa qonaq gedəndə ev sahibinə deyirik. Amma Zərdab və Balakəndə bizi müxtəlif bəhanələrlə yola vermişdilər. Ona görə də bu iki rayonda çəkilişimiz olmayıb".

    Muxalifet - 20-02-2019

  9. Yəhudi alimlərdən xərçənglə bağlı İNQİLABİ KƏŞF - Bir gündə...

    İsrailin Sürətləndirilmiş Təkamül Biotexnologiyaları (Accelerated Evolution Biotechnologies) əczaçılıq şirkəti bir il ərzində xərçəng xəstəliyini tam müalicə edən dərmanı təqdim etməyi planlaşdırır.
    AEB-nin sözçüsü Dan Aridorun sözlərinə görə, bu, inqilabi bir yenilik olacaq: "Bizim dərmanımız ilk gündən təsirli olacaq, təsirləri bir neçə həftə davam edəcək. Dərman özü isə bazarda baha olmayacaq və hər hansı əks təsirlər göstərməyəcək".

    Muxalifet - 20-02-2019

  10. ​"Porsche" nə vaxtdan bahalı maşın olub? - Deputat avtomobili ilə törədilən qəzadan DANIŞDI

    Milli Məclisin deputatı Cavanşir Feyziyev ona məxsus olan "Porsche Cayenne GTS” markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobillə fevralın 15-də Bakı şəhərinin Xəzər rayonunda baş vermiş ağır yol qəzasından danışıb. C.Feyziyev açıqlamasında sözügedən "Porsche Cayenne GTS” markalı avtomobilin ona məxsus olduğunu təsdiqləyib. Deputat qəza törədilən zamanı sükan arxasında özünün deyil, sürücüsünün olduğunu bildirib: "Qəza baş verən zaman mən Bakıda olmamışam. Mən ayın 12-dən Brüsseldə səfərdəyəm. Bakıya yeni qayıtmışam. Maşını idarə edən sürücüm olub.

    Muxalifet - 20-02-2019

  11. ​Bakıda ŞOK OLAY: Bəy toy günü başqa bir qızla...

    Bakıda toy günü bəy başqa bir qızla ölkə xaricinə qaçıb.
    Qəribə olayın üstü ötən gün 2 saylı “ASAN Xidmət” mərkəzində açılıb.
    Belə ki, əvvəlcədən müəyyənləşdirilmiş tarixdə nikah şəhadətnamələrini götürməli olan cütlük dövlət qurumuna gəlməli olublar. Axşam toyu olacaq gəlin mərkəzə gəlsə də, bəydən xəbər çıxmayıb.
    Sonradan onun başqa bir qızla Türkiyəyə qaçdığı məlum olub. Arzuolunmaz hadisə qohum olacaq şəxslər arasında ciddi problem yaradıb. (yeniçağ)

    Muxalifet - 20-02-2019

  12. Vəfat etmiş şəxsə niyə protokol yazıldı? - AÇIQLAMA

    Vəfat etmiş şəxsə inzibati cərimə yazılması barədə yayılmış xəbərlərə DİN-in Baş DYP İdarəsindən münasibət bildirilib. 
    İdarədən verilən məlumatda qeyd olunur ki, “NISSAN PATROL” markalı, 90-FH-041 dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü tərəfindən 19.10.2018-ci il və 04.01.2019-cu il tarixlərdə törədilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar xüsusi texniki vasitənin köməyi ilə aşkar edilib.

    Muxalifet - 20-02-2019

  13. ​Evi yanan köçkünlərə yeni mənzillər təklif ediləcək

    Bu gün səhər Bakı şəhərinin Sabunçu rayonunda, Zabrat qəsəbəsi ərazisində beş məcburi köçkün ailəsinin müvəqqəti məskunlaşdığı birmərtəbəli tikilidə yanğın baş verib.
    Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən Muxalifet.az -a bildirilib ki, yanğın barədə məlumat alandan dərhal sonra Dövlət Komitəsinin məsul əməkdaşları hadisə yerində olublar. Yanğın nəticəsində müvəqqəti məskunlaşma yerləri yararsız vəziyyətə düşən məcburi köçkünlər siyahıya alınıblar. 

    Muxalifet - 20-02-2019

  14. ​"Onları bir həftə görməyəndə darıxıram" - Artur Rasizadə danışdı

    "Allah hamıya ömür versin ki, nəticələri ilə vaxt keçirə bilsin. Hazırda nəticələrimlə oynayıram və onları bir həftə görməyəndə darıxıram”.
    Muxalifet.az xəbər verir ki, bu sözləri azxeber.com-a açıqlamasında Azərbaycan Respublikasının sabiq Baş naziri Artur Rasizadə söyləyib.
    O bildirib ki, vaxtının çoxunu mütaliə etmək və ailəsi ilə birgə keçirir: 
    "Şükür Allaha ki, hər şey qaydasındadır. Vaxtımın çoxunu dünayada gedən prosesləri izləməklə keçirirəm. Bundan başqa köhnə əsərləri oxuyuram və vaxtaşırı olaraq klassik musiqilər dinləyirəm".

    Muxalifet - 20-02-2019

  15. ​Koçaryan həbsxanadan Qarabağla bağlı BƏYANAT YAYDI

    Ermənistanın yeni hakimiyyəti Ermənistanın və "Qarabağın" əsaslarını vurur.
    Muxalifet.az virtualaz.org-a istinadən bildirir ki, Ermənistanın həbsdə olan sabiq prezidenti Robert Koçaryanın yaydığı müraciətdə belə deyilir.
    R.Koçaryanın sözlərinə görə, "Qarabağ hərəkatı erməni xalqının tarixində, qısamüddətli maraqları rəhbər tutan adamların onu azaltmağa çalışmasından asılı olmayaraq, əsas rol oynayır".

    Muxalifet - 20-02-2019

  16. Türkiyəyə buraxılmadığı deyilən səfir Elşad İskəndərovla bağlı RƏSMİ MƏLUMAT

    "Elşad İskəndərovla bağlı mətbuatda yayılan məlumatlar tamamilə yalandır və qərəzlidir".
    Muxalifet.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
    "Türkiyədə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) hər hansı bir iclası keçirilməyib. Bu ilin 15 yanvar tarixində Ciddədə İƏT-in İqtisadi Sosial və Mədəni məsələlər üzrə İslam Komissiyasının iclası keçirilib və Azərbaycan XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov həmin iclasda iştirak etməyib.

    Muxalifet - 20-02-2019

  17. Ermənistanda ata qızı ilə birgə hökumət binasında intihara cəhd etdi

    İrəvanda Ermənistan hökumətinin binasında ata və qızının intihar cəhdinin qarşısı alınıb. 
    Muxalifet.az “Shamshyan.com”a istinadən xəbər verir ki, Gümrü şəhərinin sakini olan 54 yaşlı P.Arutyun baş nazir Nikol Paşinyan hakimiyyətinə etiraz olaraq qızı ilə birlikdə hökumət binasına daxil olub, orada özlərini yandırmağa cəhd ediblər.
    Lakin binadakı növbətçi polislər intihar cəhdinin qarşısını vaxtında ala biliblər. 

    Muxalifet - 20-02-2019

  18. “Hadisə barədə xəbər tutan kimi dərhal...” - İlham Rəhimov Moskvada baş verən insidentdən danışdı

    Hüquq elmləri doktoru, professor İlham Rəhimov fevralın 14-də Moskvanın Peçatniki rayonun Kuryanova küçəsi, ev 28 ünvanında azərbaycanlılara məxsus "Neolit" kafesində azərbaycanlılar və çeçenlər arasında baş vermiş silahlı insidentlə bağlı musavat.com-a açıqlama verib.

    Muxalifet - 20-02-2019

  19. ​Göyçay Xəstəxanasında ölən qadınla bağlı iclas keçirildi - Həkim və şöbə müdiri işdən çıxarıldı

    Göyçay rayon Mərkəzi Xəstəxanası Tibbi Şurasının növbədənkənar iclası keçirilib.
    Muxalifet.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Göyçay rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elçin Bilalov deyib.
    E.Bilalovun sözlərinə görə, iclas fevralın 12-də xəstəxanada qadının abort zamanı dünyasını dəyişməsi ilə bağlı keçirilib: "İclasda həmin hadisənin baş verməsi ciddi pislənib. Sonda Şuranın qərarı elan olunub.

    Muxalifet - 20-02-2019

  20. Meriyadan mitinqlə bağlı AÇIQLAMA

    Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın fevralın 23-də keçirmək istədiyi mitinqə icazə verməyib.
    Muxalifet.az xəbər verir ki, meriyanın imtina məktubu bir qədər əvvəl təşkilatçılardan İbrahim İbrahimli və Rövşən Əhmədliyə təqdim olunub. 

    Muxalifet - 20-02-2019

Pages