Axtarış
The search found 105785 results in 0.021 seconds.
Search results
Bakı-İstanbul təyyarəsi Ankaraya məcburi eniş etdi
"Buta Airways”-ə məxsus təyyarə Türkiyədə məcburi eniş edib.
Muxalifet.az xəbər verir ki, bu barədə şirkətin sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Qeyd olunub ki, İstanbulun Sabiha Gökçen Hava Limanında (SAW) güclü duman ilə əlaqədar olaraq "Buta Airways"in J2 9103 nömrəli aviareysində hava gəmisinin kapitanı Ankaranın Esenboğa Hava Limanına (ESB) məcburi eniş etmək qərarı alıb. Reys Bakı vaxtı ilə saat 11:10-da Ankarada uğurlu eniş edib.
Təyyarə hava şəraiti yaxşılaşdıqdan sonra Ankaradan İstanbula yola düşəcək.Muxalifet - 20-02-2019
Antalyada azərbaycanlı qıza sataşan ofisiant həbs edilib
Türkiyənin Antalya şəhərində marşurut avtobusunda Azərbaycan vətəndaşı olan universitet tələbəsi N.M-yə təcavüz edən şəxsin məhkəmə iclası keçirilib.
Muxalifet.az "Milliyet"ə istinadən xəbər verir ki, azərbaycanlıya təcavüz etdiyi iddia olunan Yılmaz K. məhkəmə zalında həbs edilib.Muxalifet - 20-02-2019
Con Bolton Maduronu mahnı sözləri ilə təhdid etdi
ABŞ-ın milli təhlükəsizlik müşaviri Con Bolton Venesuela prezidenti Nikola Maduroya əfsanəvi sənətçi Bob Dylan-ın bir mahnısından sitat gətirərək, "Ətrafındakı suların yüksəldiyini qəbul et. İndi üzməyə başlasan yaxşı edərsən, yoxsa bir daş kimi batacaqsan" deyib.
Bolton artıq Venesuelada zamanın dəyişdiyini deyib.
GUAİDODAN ƏSGƏRLƏRƏ MESAJLAR
Muxalifet3 - 20-02-2019
Azərbaycana ət idxalı kəskin artdı - BUNUN SƏBƏBİ NƏDİR: PAMBIQ, YOXSA…?!
Bu ilin əvvəlindən Azərbaycana ət idxalı kəskin artıb. Ötən ay ölkəyə 7,023 milyon dollar dəyərində 5,044 min ton ət idxal edilib. Dövlət Gömrük Komitəsinin rəsmi saytında yer alan hesabatda deyilir ki, ət idxalı ötən ilin yanvar ayı ilə müqayisədə 67,5 faiz çoxdur.
Kənd Təsərrüfatı Nazirliyindən isə virtualaz.org-a ət istehsalının ildən-ilə artdığını və əhalinin ətə olan illik təlabatının yerli istehsal hesabına təmin edildiyini bildiriblər. Nazirlik hesabatda yer alan statistikanin idxalın artması kimi təqdim edilməsinə qarşıdır.
Muxalifet - 20-02-2019
İntim video ilə şantaj, şirkət rəhbərlərinə hədə-qorxu: həbs edilən sayt rəhbəri şərləndiyini deyir
Daha bir sayt rəhbəri hakim qarşısına çıxarılır. Zərərçəkmiş sayt rəhbərinin qaynıdır. İttihama görə, sayt rəhbəri qaynından hədə-qorxu ilə pul tələb edib. Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində "Qafqaz” Xəbər Agentliyinin (qafqaznews.az saytı) rəhbəri Mahmud Tağıyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb. O, şantajla pul tələb etməkdə təqsirləndirilir. Hakim Fikrət Qəribovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib.
Muxalifet - 20-02-2019
Türkiyədən yerli döyüş təyyarəsi və F-35 açıqlaması
Türkiyənin müdafiə sənayesinin rəhbəri İsmayıl Dəmir, “5-ci nəsil milli döyüş təyyarəsinin müəyyən sistemlərinin külək testləri başlayıb. 2023-cü il bunkerdən çıxış tariximiz olacaq - deyib. ABŞ-ın F-35 döyüş təyyarəsi ilə bağlı da fikir bildirən Dəmir, “2 F-35 təhvil verilib. Önümüzdəki ay 2 ədəd daha təslim ediləcək” - deyib. Dəmir, F-35b üçün isə mövcud bir təklifin olmadığını bildirib.
Müxalifət.azMuxalifet3 - 20-02-2019
Venesuela ABŞ təcavüzünə qarşı S-300-ləri aktivləşdirdi
İsrail mərkəzli Imagesat şirkəti Venesuelanın Rusiyadan aldığı orta yüksəklikdə BUK-M2 hava müdafiə raketlərinin test edildiyini və S-300-lərin aktiv hala yetirildiyinin görüntülərini paylaşıb.
İsrail mərkəzli peyk görüntüləri analiz şirkəti olan Imagesat International Venesuelanın Rusiyadan aldığı orta yüksəklikdə qurudan havaya atılan hava vasitələrini salmaq məqsədli raketlər olan BUK-M2 hava müdafiə sisteminin test edildiyini, ABŞ hava hücumuna qarşı S-300-ləri aktivləşdirdiyini bəyan edib.Muxalifet3 - 20-02-2019
Ərəblərin TOYUNDA BİABIRÇILIQ: gəlin... – Video
Mərakeşdə toy mərasimi zamanı gəlin taxtdan yıxılıb. Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, gəlinin taxtdan yıxılma anını əks etdirən videoya sosial şəbəkələrdə rekord baxış olub. Toy mərasimi zamanı gəlinin əyləşdiyi taxt 4 rəqqas tərəfindən yerdən qaldırılıb. Taxtı havaya qaldıran rəqqaslar onu endirən zaman bir rəqqas büdrəyib və taxtı buraxıb. Bu əsnada gəlin taxtdan yerə düşüb.
Muxalifet - 20-02-2019
“"Azəriqaz" aşkar şəkildə vətəndaşların cibinə girir” – UCAR SAKİNİ DEPUTATLARA MÜRACİƏT ETDİ
Ucar şəhər sakini, Heydər Əliyev prospekti ev 91 mənzil 16-da yaşayan İsmayılzadə Akif Səlim oğlu tərəfindən Muxalifet.az xəbər portalının redaksiyasına şikayət məktubu daxil olub. Yazısında "Azəriqaz" İstehsalat Birliyinin rəhbərliyindən şikayət edən müəllif, Milli Məxlisin deputatlarına da müraciət ünvanlayıb:
Muxalifet4 - 20-02-2019
8 bal gücündə zəlzələ olacağı ilə bağlı məlumatlara RƏSMİ REAKSİYA
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli guya 21 fevralda Yer kürəsində 8 bal gücündə zəlzələ olacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Muxalifet - 20-02-2019
ABŞ-dan növbəti uydurma bəhanə
ABŞ Suriyada İŞİD ilə mübarizə bəhanəsi ilə SDG adını istifadə edən YPG/PKK-ya verdiyi dəstəyi İŞİD-ın əlindəki torpaqların hamısı alınmasına baxmayaraq davam etdirəcək.
ABŞ əsgərlərinin Suriyadan çəkilmə prosesini başlatmasına baxmayaraq Vaşinqton rəhbərliyinin İŞİD-dan sonrakı Suriya strategiyası hələ aydınlaşmayıb.Muxalifet3 - 20-02-2019
Türkiyədə ardıcıl şəkildə planlaşdırılan terror aktlarının qarşısı alındı
Türkiyədə ardıcıl törədilməsi planlaşdırılan bir neçə terror aktının qarşısı alınıb.
Muxalifet.az Trend-ə istinadən bildirir ki, terror aktlarının mart ayında ölkədə keçiriləcək bələdiyyə seçkiləri zamanı törədilməsi nəzərdə tutulubmuş.
Terror aktlarının Türkiyənin müxtəlif ərazilərində, əsasən Diyarbəkir vilayətində PKK terror təşkilatı tərəfindən planlaşdırıldığı qeyd edilir.
Qeyd edək ki, Türkiyədə bələdiyyə seçkiləri martın 31-də keçirləcək.Muxalifet - 20-02-2019
Övladı olmayanlara maliyyə yardımı ediləcək? - AÇIQLAMA
""Reproduktiv sağlamlıq haqqında" qanun layihəsi Milli Məclisin yaz ssesiyasında müzakirəyə çıxarılacaq. Millət vəkilləri, Qafqaz Müsəlmanları İdarəsinin narazılığına səbəb olan bəzi maddələr layihədən çıxarılıb".
Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Musa Quliyev deyib.
Millət vəkili bildirib ki, qanun layihəsindən çıxarılan bəzi maddələrin müsbət tərəfi olsa da, ümumi rəy nəzərə alınaraq bəzi dəyişiklik etdik:Muxalifet - 20-02-2019
Psixoloq-aparıcı İlham Mirzəyevin ŞOK görüntüləri YAYILDI - VİDEO
Psixoloq-aparıcı İlham Mirzəyev məclislərin birinə qatılıb.
Muxalifet.az SİA-ya istinadən xəbər verir ki, sözügedən tədbirdə aparıcı qeyri-adi şəkildə rəqs edib. O, videoda müğənni Mətanət Əsədova və stilist Rəşad Əliyevlə oynayır.
Görüntülərdən qərara gəlmək olur ki, deyəsən aparıcı spirtli içkidən çox istifadə edib.
Həmin videonu təqdim edirik:Muxalifet - 20-02-2019
Trampdan Türkiyəni qəzəbləndirəcək qərar!
ABŞ prezidenti Donald Tramp 2019 maliyyə ili xərclərinə yönəlik torba qanununu imzalayıb. Təsdiq olunan torba qanuna görə, Türkiyənin Rusiyadan S-400 hava müdafiə sistemlərini aldığı təqdirdə 1 noyabr 2019 tarixinə qədər F-35 döyüş təyyarələrinin alışını dayandırır.
Muxalifet3 - 20-02-2019
“Rusiyada 19 milyon yoxsul var” – Vladimir Putin
“Rusiyada 19 milyon vətəndaşımız yoxsulluq həddində yaşayır”.
“Report” xəbər verir ki, bunu ölkə Prezidenti Vladimir Putin Federal Şura və Dövlət Dumasına illik müraciətində bildirib.
“19 milyon rusiyalı yoxsulluq həddində yaşayır. Bu olduqca çoxdur”, – o vurğulayıb.
Qeyd edək ki, Rusiya əhalisinin sayı 146 milyon 793 min 744 nəfərdir. Bir neçə ilə əvvəl Vladimir Putin Rusiya vətəndaşlarının yoxsul yaşadığından utandığını bildirmişdi.
Muxalifet - 20-02-2019
Putin yenə həmin silahlardan danışdı - “KOSMOSA İLK PEYKİN BURAXILMASI İLƏ MÜQAYİSƏ OLUNA BİLƏR...”
Bu gün Rusiya prezidenti Vladimir Putin Federal məclis qarşısında ənənəvi illik proqram çıxışını edib.
Muxalifet - 20-02-2019
Azərbaycan səfirinin Türkiyəyə buraxılmamasının ŞOK GİZLİNLƏRİ – Sensasion planın bəzi detalları ortaya çıxdı...
Xəbər verdiyimiz kimi, Azərbaycan Xarici İşlər Nazirliyinin İslam Əməkdaşlıq Təşkilatı və bu təşkilata bağlı strukturlarla əməkdaşlığa məsul Xüsusi Tapşıqlar üzrə Səfiri Elşad İsgəndərovun Türkiyəyə girişinə qadağa qoyulub.
Muxalifet4 - 20-02-2019
Övladı olmayan ailələrə ŞAD XƏBƏR
Azərbaycanda gələn ildən ekstrakorporal (süni) mayalanmanın limitli şəkildə icbari tibbi sığorta sisteminin xidmətlər zərfinə daxil edilməsi nəzərdə tutulur.
Bu barədə Muxalifet.az-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
Agentlikdən bildirilib ki, orqan transplantasiyası xidmətinin də limitli şəkildə xidmətlər zərfinə daxil edilməsi nəzərdə tutulur.
Hazırda bununla bağlı qiymətləndirmələr aparılır.
Xidmətlər paketinə əlavələr əhalinin müraciətləri nəzərə alınmaqla edilir.Muxalifet - 20-02-2019
Bu həbsxanadan heç kim qaça bilməz - bunun mümkünsüzlüyü dəfələrlə sübut olunub...
Buradan çölə, azadlığa, işıqlığa yalnız ayaqları öndə çıxırlar, yəni tabutda... Bu məkan “Qara delfin” adı ilə məşhur olan dünyanın ən dəhşətli cəzaçəkmə müəssisələrindən biridir...Orenburq vilayətinin Sol-İletsk şəhərində yerləşən 6 nömrəli xüsusi rejimli cəzaçəkmə müəssisəsi Rusiya paytaxtından uzaq olsa da, o, hələ SSRİ dövründən bütün ölkədə “Qara delfin” adı ilə məşhur olub. Bu koloniyada ən qatı cinayətkarlar cəza çəkirlər. Müəssisə 1600 nəfər məhbus üçün nəzərdə tutulub və hazırda “Qara delfin”in 900-ə yaxın “sakin”i var.
Muxalifet - 20-02-2019