Axtarış

The search found 105785 results in 0.082 seconds.

Search results

  1. Nazirlərin V toplantısının yekunu: Birgə Bəyannamə imzalandı

    Fevralın 20-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısının yekununa dair Birgə Bəyannamə imzalanıb.
    Muxalifet.az xəbər verir ki, sənədi toplantı iştirakçıları adından Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı Günter Ottinger imzalayıb.
    İmzalanma mərasimindən sonra toplantının yekunları ilə bağlı mətbuat konfransı keçirilib.

    Muxalifet3 - 20-02-2019

  2. Rusiyada azərbaycanlı kişi yaşlı qadınla evləndi, ancaq...

    Rusiyanın Bryansk vilayətində yaşayan Azərbaycan vətəndaşının 42 yaşlı sakinlə bağladığı nikah ləğv olunub.
    Muxalifet.az qaynarinfo-ya istinadən xəbər verir ki, Bryansk prokurorluğunun bildirdiyinə görə, azərbaycanlı özündən yaşlı olan qadınla sevgi əsasında deyil, müvəqqəti yaşayış icazəsi almaq məqsədilə evlənib.
    Nəzarət qurumu onlardan heç birinin və ya birinin ailə qurmaq istəmədiyini müəyyən edib. Bu isə Rusiya Federasiyasının Ailə məcəlləsinə ziddir.

    Muxalifet3 - 20-02-2019

  3. Akar və ordu generalı ABŞ-a gedir: Şanahanla görüş olacaq

    Türkiyə Milli Müdafiə naziri Hulusi Akar və Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər ABŞ-a səfər edəcək.
    Muxalifet.az xəbər verir ki, səfərin fevralın 21-də baş tutacağı gözlənilir.
    Akarın müvəqqəti olaraq ABŞ müdafiə naziri vəzifəsini icra edən Patrik Şanahanla görüşəcəyi, Suriya və regional proseslərin müzakirə olunacağı bildirilib.
     

    Muxalifet3 - 20-02-2019

  4. Bakıda anasını yandıran şəxs dəlixanaya göndərildi

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Vitali Kolosovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 
    Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Elxan Xudaverdiyev vəsatət qaldıraraq, hüquqlarını müdafiə etdiyi şəxsin psixi problemlərinin olduğunu deyib. Vəkil V.Kolosovun psixi durumunun yoxlanılması üçün təkrar ekspertiza təyin edilməsini istəyib. 

    Muxalifet3 - 20-02-2019

  5. DİQQƏT: Beyini 10 il tez qocaldan BƏLA

    Depressiya beyinin qocalması prosesini sürətləndirir. Muxalifet.az-ın məlumatına görə, bu barədə Yel Universitetinin alimləri xəbərdar edirlər. İlkin araşdırmalar göstərib ki, depressiyalı insanlarda beyin 10 il tez qocalmağa başlayır. Belə ki, depressiyalı pasiyentlərdə beyinin qocalması prosesi 40, digər insanlarda isə 50 yaşında başlayır. Tədqiqatçıların fikrincə, bu araşdırmanın nəticəsi kişilərlə müqayisədə depressiyadan iki dəfə artıq əziyyət çəkən qadınlarda qocalıqla əlaqədar əqli zəifliyin inkişafının hansı səbəbdən 3 dəfə çox olmasını anlamağa kömək edir.

    Muxalifet3 - 20-02-2019

  6. Dünya Bankı: Azərbaycanda ciddi islahatlar aparılır

    Dünya Bankı uzun müddətdir ki, Vergilər Nazirliyi ilə tərəfdaş kimi çalışır. Bu müddətdə vergi inzibatçılığı və digər islahatlarla bağlı texniki yardım göstərilib.
    Muxalifet.az  xəbər verir ki, bu sözləri Dünya Bankının Azərbaycandakı ölkə ofisinin rəhbəri Navid Həsən Naqvi deyib.

    Muxalifet3 - 20-02-2019

  7. ABŞ esminesi Qara dənizə niyə gəlir? - Rusiyadan reaksiya

    ABŞ-ın “Donald Kuk” esminesinin ikinci dəfə Qara dəniz gəlməsi hərbi göstərişdən başqa bir şey deyil.
    Muxalifet.az xəbər verir ki, bunu rusiyalı ekspert Andrey Boldırev bildirib.
    "Donald Kuk"un Qara dənizə daxil olması yeni bir xarakter daşımır. Hər şey 2014-cü ildə NATO-nun tətbiq etdiyi sistem üzrə gedir. Amerika gəmisinin bu dəfəki gəlişində heç bir səbəb axtarmaq lazım deyil", - Boldırev vurğulayıb.
    Qeyd edək ki, ABŞ-ın “Donald Kuk” esminesi bu il artıq ikinci dəfədir ki, Qara dənizə doğru yola düşüb.
     

    Muxalifet3 - 20-02-2019

  8. Bu maşından Azərbaycanda birdənədir - Foto

    Avtomobil səhifələrindən birində Azərbaycanda bir ədəd olduğu iddia edilən "Mersedes” fotosu paylaşılıb.
    Muxalifet.az orman.az-a istinadən xəbər verir ki, "Mersedes-Benz SLS Brabus” - "700 Black” 2012-ci ildə istehsal olunub.

    Qiyməti qeyd olunmayan avtomobil fərdi sifarişlə ərsəyə gəlib.
     

    Muxalifet3 - 20-02-2019

  9. Türkiyədə hərbi məktəbdə partlayış: yaralılar var

    Türkiyənin paytaxtı Ankaranın Poladlı rayonunda yerləşən hərbi məktəbdə partlayış baş verib.
    Muxalifet.az Türkiyənin Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, partlayış nəticəsində 5 kursant yaralanıb.
    Bildirilir ki, partlayış təlim atəşi zamanı baş verib.
     

    Muxalifet3 - 20-02-2019

  10. Azərbaycanda da 8 bal gücündə zəlzələ olacaq? - Rəsmi AÇIQLAMA

    Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli guya 21 fevralda Yer kürəsində 8 bal gücündə zəlzələ olacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

    Muxalifet3 - 20-02-2019

  11. Türkiyə ilə müzakirələr rəsmən təxirə salındı - AB

    Avropa Birliyi ilə Türkiyə arasında müzakirələr rəsmən təxirə salınıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə keçirilən səsvermənin nəticəsini Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin Türkiyə üzrə məruzəçisi Kati Piri təsdiq edib.
    Keçirilən səsvermədə 7 AP üzvü Türkiyə ilə danışıqların lehinə səs versə də, 47 nəfər əleyhinə çıxıb. 10 deputat isə bitərəf qalıb.
     

    Muxalifet3 - 20-02-2019

  12. İstanbulda güclü zəlzələ

    Türkiyənin İstanbul şəhərinin Çanaqqala və Ayvacıq rayonunda zəlzələ baş verib.
    Muxalifet.az Türkiyə mediasına istinadən xəbər verir ki, zəlzələ 5.3 bal gücündə qeydə alınıb.
    Dağıntılar və tələfat barədə hər hansı məlumat verilməyib.
     

    Muxalifet3 - 20-02-2019

  13. Mark Eliyahu Bakıda konsert verəcək

    Dünyaca məşhur musiqiçi Mark Eliyahu Bakıda konsert verəcək. Muxalifet.az xəbər verir ki, onun konserti 25 may tarixində baş tutacaq. Konsertin Heydər Əliyev sarayında keçirilməsi planlaşdırılır. Qeyd edək ki, Mark Eliyahu 1982-ci il 28 mayda Dağıstanda anadan olub və ailəsi ilə birgə 1989-cu ildə İsrailə köçüb. 16 yaşında olarkən Habil Əliyevin kamança ilə ifasına qulaq asıb. Bundan təsirlənən Mark Bakıya köçür və Ədalət Vəzirovun rəhbərliyi altında kamança dərsləri almağa başlayıb.

    Muxalifet3 - 20-02-2019

  14. Şəmkirdə ağır qəza — Ölən və yaralanan var

    Şəmkir rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.
    Muxalifet.az “Report”a istinadən xəbər verir ki, hadisə Çənlibel kəndində qeydə alınıb.
    Belə ki, "VAZ-21010" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sərnişin - Ələsgərov Xaliq Nadir oğlu ölüb, avtomobilin sürücüsü, 1999-cu il təvəllüdlü Abdiyev Vüsal Rasim oğlu isə ağır yaralanıb.
    Faktla bağlı araşdırma aparılır.
     

    Muxalifet3 - 20-02-2019

  15. Qonşuda azərbaycanlıların yaşadığı problemlər müzakirədə

    Gürcüstan parlamentinin bugünkü iclasında azərbaycanlıların sıx yaşadığı Qardabani rayonunda mövcud bəzi sosial problemlər qaldırılıb.
    Muxalifet.az xəbər verir ki, deputat Savalan Mirzəyev Gürcüstanın regional inkişaf və infrastruktur naziri Maya Tskitişvilinin çıxışından sonra Qardabani sakinlərini narahat edən məsələləri dövlət rəsmisinin diqqətinə çatdırıb.

    Muxalifet3 - 20-02-2019

  16. Rusiya gəmiləri Venesuelaya çatdı

    Rusiyanın Venesuelaya göndərdiyi dərman preparatları və tibbi ləvazimatlarla yüklənmiş gəmiləri artıq ünvana çatıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
    Həmin yardımın Dünya Səhiyyə Təşkilatının himayəsində göndərildiyi bildirilib.
    Qeyd edək ki, Rusiya hazırda hakimiyyətdə olan Nikolas Maduronu dəstəkləyir.
     

    Muxalifet3 - 20-02-2019

  17. Tramp prezidentliyə namizədi belə lağa qoydu...

    ABŞ prezidenti Donald Tramp ABŞ-ın Vermont ştatının senatoru Bernie Sandersin 2020-dəki seçkilərdə prezidentliyə namizəd olacağını açıqlayan rəqibinə istehzalı bir tövrlə uğurlar arzulayıb. 

    Muxalifet3 - 21-02-2019

  18. Çin Tacikistanda gizli HƏRBİ BAZA qurub - Hədəfdə ABŞ-dır...

    Cənub-şərqi Asiyanın damı sayılan Vakhan dəhlizində iki super güc - Çin və ABŞ qarşı-qarşıya gəlib. Vaşinqton Pekin rəhbərliyinin bütün Avrasiyanı ehtiva edən “Bir Nəsil, Bir Yol” layihəsini əngəlləmək məqsədilə tətbiq etdiyi strategiya çərçivəsində İraq və Suriyadakı İŞİD təşkilatını Əfqanıstanın içinə və Fərqanə Vadisinə köçürməyə başladı. Pekin rəhbərliyinin də bu addıma cavab olaraq strateji Vakhan dəhlizinə nəzarət edən, Çin sərhədinə bir neçə kilometr məsafədəki Tacikistanın dağlıq Bedahşan bölgəsində gizli hərbi baza yaratdığı ortaya çıxıb.

    Muxalifet3 - 21-02-2019

  19. Avropa Parlamentindən yeni TÜRKİYƏ DÜŞMƏNÇİLİYİ

    Avropa İttifaqında Türkiyə əleyhinə işlərə rəhbərlik edən Kati Piri yenə bir Türk düşmənçiliyi ilə səhnədədir. Piri bu dəfə də Avropa parlamentarilərinə Türkiyənin AB müzakirələrinin rəsmən təxirə salınması üçün müraciət edib.
     
    MÜZAKİRƏLƏRİN TƏXİRƏ SALINMASI İSTİQAMƏTİNDƏ QƏRAR
     

    Muxalifet3 - 21-02-2019

  20. İngilis Clif müsəlman oldu - O, həyatının davamını Cəmil adı ilə yaşayacaq...

    Türkiyədə Muğlanın Fethiyə rayonunda 14 ildir tək yaşayan ingilis Clif Barbur öz istəyi ilə məscidə gedib, Kəlime-i Şəhadət gətirərək Müsəlman olub və Cəmil adını alıb.
     
    Üzlü Məhəlləsində 14 ildir tək yaşayan İngiltərə vətəndaşı Clif Piter Barbur ötən bazar ertəsi günü qan təzyiqi yüksəlib və tarazlığını itirərək evində yerə yıxılıb. Xəstəxanaya çatdırılan Clif Piter Barbur müalicədən sonra evə buraxılıb. Uzun müddətdir İslamı araşdırdığını bildirən və Müsəlman kimi ölməyə qərar verdiyini qeyd edən Barbur Fethiyədəki məscidə müraciət edib.

    Muxalifet3 - 21-02-2019

Pages