Axtarış

The search found 105785 results in 0.133 seconds.

Search results

  1. ​Metroda nəfəs ala bilməyənlərə ŞAD XƏBƏR

    Cari il ərzində metropolitendə istismar müddətini başa vurmuş 7 ventilyator yenisi ilə əvəz ediləcək.
    Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
    O qeyd edib ki, bununla əlaqədar olaraq, Rusiyanın “Artyomovsk Maşınqayırma Zavodu “Ventprom” Səhmdar Cəmiyyəti ilə müqavilə bağlanılıb.

    Muxalifet - 21-02-2019

  2. Azərbaycanda ölü mafiyası - sensasion iddialar, inanılmaz detallar

    Fəxrəddin Bağırov: “Bunların əsas işi insanları hakimiyyətin üzərinə qaldırmaqdır”

    Ölüm haqdır deyib atalar. Buna baxmayaraq, bu haqq işlə üzləşən, yaxınını itirən insanlar kədərlənib göz yaşı axıtmaya bilmirlər. Bu, dünyanın hər yerində belədir. Azərbaycanda isə proseslər çox fərqli gedir: yaxını vəfat edən insan bilmir dərdini ağlasın, yoxsa dəfn işləri ilə məşğul olsun, daha doğrusu, dəfn üçün gərəkən bahalı prosedurları keçsin.

    Muxalifet - 21-02-2019

  3. ​Deputat Cavanşir Feyziyev yalan danışır? - Dəhşətli qəza ilə bağlı müəmmalar var

    Xəbər verildiyi kimi, Xəzər rayonunda bir qadının ölümü ilə nəticələnən yol-qəza hadisəsinin Milli Məclisin deputatı Cavanşir Feyziyevə məxsus "Porsche Cayenne GTS” markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən törədildiyi ortaya çıxıb.

    Muxalifet - 21-02-2019

  4. Bakıda məktəbin qadın müəllimləri DAVA ETDİ, CİNAYƏT İŞİ AÇILDI

    Bakıda orta məktəbin qadın müəllimləri dava edib, fakt üzrə cinayət işi başlanılıb.
    "Report"un əldə etdiyi məlumata görə, paytaxtın Nizami rayonunda yerləşən Etibar Cəlilov adına 272 nömrəli tam orta məktəbin müəllimləri - D.İsayeva ilə Q.Süleymanova arasında əvvəl mübahisə düşüb. Mübahisə zamanı D.İsayeva həmkarına zor tətbiq edib.

    Muxalifet - 21-02-2019

  5. ​Tolikdən İlhamə ilə BAĞLI GİZLİNLƏR: “Gecəyarısı mənə...” - VİDEO

    Prodüser Tolik mərhum xalq artisti İlhamə Quliyevadan danışıb. Tolik onunla küsülü olduğu vaxtları yada salıb. Dediyinə görə, Amerikada olduğu vaxt İ.Quliyeva müğənni Cavanşir Məmmədova deyib ki, zəng vurub, onları barışdırsın: “Cavanşir müəllim mənə zəng elədi ki, arvadın ürəyi partlayır, niyə onunla barışmırsan”. “Hər şey daxil” verilişindən olan görüntüləri təqdim edirik:/yenicag

    Muxalifet - 21-02-2019

  6. TER-PETROSYAN HAKİMİYYƏTƏ GƏLİR – Köçəryanın azad olunması çətinləşir

    Ermənistan hökuməti yalnız iqtisadi sahədə görəcəyi işlə bağlı beşillik fəaliyyət proqramını parlamentdə təqsdiqlədə bilib. Ancaq hökumətin xarici siyasət, Dağlıq Qarabağ münaqişəsinə dair proqramı hələlik elan edilməyib. Ya belə bir proqram yoxdur, ya da çox qarışıqdır. Ona görə də Nikol Paşinyan hökuməti onu elan etməkdən ehtiyatlanır. Çünki hakimiyyətdə hələ də Serj Sarqsyan rejiminin yadigarı, yaxud nişanələri var. Nikol Paşinyan onlardan ya xilas ola bilmir, ya da bu məsələ gələcəkdə siyasi alver üçün vasitə olaraq saxlanılır.

    Muxalifet - 21-02-2019

  7. Venesuelaya hərbi müdaxilənin işarəti: Franca uçuşları ləğv etdi

     Fransız aviaşirkəti” Air France” təhlükəsizlik səbəbləri ilə 23-25 fevral tarixləri arasında Venesuelaya olan uçuşları ləğv etdiyini açıqlayıb. Bu qərar Milli Məclisin sədri Xuan Guaidonun özünü "müvəqqəti prezident" elan etməsindən sonra bir ölkənin aldığı ikinci sanksiya qərarı olaraq qeydlərə keçdi. İlk sanksiya ABŞ tərəfindən Venesuela dövlətinə aid neft şirkəti PDVSA-ya tətbiq olunmuşdu.
    Qeyd edək ki, 23 fevralda ABŞ-ın Venesuelaya “humanitar yardım” adı altında hərbi müdaxiləsi gözlənilir.
    Müxalifət.az

    Muxalifet3 - 21-02-2019

  8. Dostlar yenidən TUTULDU: bu dəfə oğurluğa görə...

    Gəncədə oğurluq edən şəxslər yaxalanıb.
    DİN-dən Muxalifet.az-a verilən məlumata görə, Baş Cinayət Axarışı İdarəsi və Gəncə ŞBPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 3-də mağazaların birindən 130 manat, tütün məmulatı və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər qəsdən sağlamlığa ağır zərər vurmaya görə məhkum olunub S.Əliyev və X.Ağayev saxlanılıb.

    Muxalifet - 21-02-2019

  9. İran prezidenti Ruhaniyə “İngilis casusu” ittihamı

    İran Millət Məclisinin Məşhəddən olan deputatı Cavad Kərimi Kuddusi prezident Həsən Ruhaninin İngilis xarici kəşfiyyat xidməti MI6-dan təlimat aldığını iddia edib.
     
    Səs qeydlərində deyib
     

    Muxalifet3 - 21-02-2019

  10. ŞOK: “Neolit” kafesində münaqişə - Kadırova sui-qəsd hazırlayan çeçen SAXLANILDI

    Moskvanın cənub-şərqindəki “Neolit” kafesində bir qrup çeçenlə azərbaycanlılar arasında baş vermiş münaqişə ilə bağlı işdə gözlənilməz dönüş baş verib. Kütləvi davadan az sonra avtoritet Qərib Orucovun qətlə yetirilməsində Ramzan Kadırova qarşı sui-qəsd hazırlamış terrorçu Lors Xamiyev ittiham olunub. Əlaltısı ilə birgə silahlı məhkəmə tərəfindən həbs edilib.

    Muxalifet - 21-02-2019

  11. Bu şəxslər hər ay 300 manat təqaüd alacaq - Prezident FƏRMAN İMZALADI

    Prezident İlham Əliyev Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında fərman imzalayıb.

    Muxalifet - 21-02-2019

  12. “Kitayski” süni yumurtalar yenə peyda oldu - ÖLKƏMİZDƏ DƏ VARMI? - VİDEO

    Muxalifet - 21-02-2019

  13. ABŞ “Huawei” istifadə edən ölkələrlə əməkdaşlıq etməyəcək

    ABŞ Çinin “Huawei” şirkətinin texnologiyalarını tətbiq edən ölkələrlə əməkdaşlıq edə və ya informasiya paylaşa bilməyəcək.
    Muxalifet.az “Reuters”ə istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo “Fox Business Network”a müsahibəsində deyib. Bildirib ki, “Huawei” məhsulları təhlükəsizlik baxımından narahatlıq doğurduğu üçün Vaşinqton belə etməyə məcburdur. 

    Muxalifet - 21-02-2019

  14. ​Azərbaycanda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: Binaya çırpıldı, 31 yaralı

    Sumqayıtda marşrut avtobusu qəzaya uğrayıb.
    Trend-in məlumatına görə, hadisə Sumqayıt şəhəri Sülh küçəsində baş verib.
    Sumqayıt - H.Z. Tağıyev qəsəbəsi marşrutu üzrə hərəkət edən 30 saylı müntəzəm xətt marşrutu minik avtomobili ilə toqquşub.
    Hadisə nəticəsində avtobus yaxınlıqdakı mağazaya çırpılıb.
    Qəza nəticəsində avtobusda olan sərnişinlərdən 31 nəfər Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
    Xəstəxanadan verilən məlumata görə, hazırda 10-a yaxın xəstə ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib.

    Muxalifet - 21-02-2019

  15. Salyan rayon İcra Hakimiyyəti kollektoru qazdırıb yolun üzərinə tökdürdü - BİABIRÇI FOTOLAR

    Salyan rayonunun Şorsulu kənd sakinləri İcra Hakimiyyətindən və ərazi nümayəndəsindən şikayətçidir.
    Muxalifet.az xəbər verir ki, sakinlər demokrat.az-a bildirib ki, Salyan rayonunun Şorsulu kənd ərazi nümayəndəsi kənddən keçən kollektorun qazdırılması üçün rayon İcra Hakimiyyətinə müraciət edib. İcra Hakimiyyəti isə kəndə ekskavator göndərib. Ancaq meliorasiya işləri düzgün görülməyib. İcra Hakimiyyətinin göndərdiyi ekskavatorçu kollektoru qazaraq, palçığı insanların intensiv istifadə etdiyi yolun üzərinə töküb.

    Muxalifet - 21-02-2019

  16. Trampdan təlimat: “O qadını ölkəyə buraxmayın”

     ABŞ prezidenti Donald Tramp İŞİD-a qoşulmaq üçün Suriyaya gedən Hoda Muthananın ölkəyə geri qayıtmasına icazə verməyəcəyini açıqlayıb.
     
    Tramp Twitter-də paylaşdığı mesajında ABŞ xarici işlər naziri Mayk Pompeo-ya "Hoda Muthananın ölkəyə buraxılmaması üçün göstəriş verdiyini" söyləyib.
    Pompeo isə 24 yaşlı Muthananın ABŞ vətəndaşı olmadığını və ölkəyə daxil olmasına icazə verilməyəcəyini bildirib.
    Ancaq Muthananın ailəsi qızlarının ABŞ vətəndaşı olduğuna israr edir.

    Muxalifet3 - 21-02-2019

  17. Bakıda qız sərxoş atasını bıçaqladı

    Bakıda yaşayan gənc qız atasını bıçaqlayıb. 
    Bununla bağlı “Sputnik Azərbaycan” Səbail rayon Polis İdarəsinə istinadən məlumat yayıb. 
    Hadisə fevralın 20-də gecə saatlarında Bakının Ramana qəsəbəsinin Zərdabi küçəsindəki evlərdən birində baş verib. 
    49 yaşlı Hüseynov İlham Şəhaddin oğlu ağır bıçaq yaraları ilə 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb. 
    Şübhəli şəxs rayonun 12-ci polis bölməsi tərəfindən saxlanılıb. 

    Muxalifet - 21-02-2019

  18. ​TRAMPA ŞOK! - RƏDD ETDİLƏR

    Müttəfiqləri Trampın Suriya tələbini rədd eləyiblər
    ABŞ prezidenti Donald Trampın ABŞ ordusunun Suriyadan çıxmasından sonra yaranacaq boşluğun avropalı müttəfiqlərinin qüvvələri tərəfindən doldurulması ilə bağlı tələbi, ABŞ-ın döyüş meydanındakı koalisiya ortaqları olan İngiltərə ilə Fransa tərəfindən rədd edilib.

    Muxalifet - 21-02-2019

  19. Hərbi komissarlıqda Azərbaycan bayrağı TƏHQİR EDİLDİ - FOTOLAR

    “Facebook” sosial şəbəkəsində Azərbaycan bayrağına zibil büküldüyünü əks etdirən görüntülər yayılıb. Muxalifet.az xəbər verir ki, fotolar qısa zamanda geniş müzakirələrə səbəb olub. Hadisənin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon Şöbəsində baş verdiyi bildirilib.

    Muxalifet3 - 21-02-2019

  20. Sumqayıtdakı dəhşətlə bağlı nazirlikdən AÇIQLAMA: Hamilə və vəziyyəti ağır olanlar var

    Sumqayıtda marşrut avtobusunun qəzaya uğraması nəticəsində yaralanan şəxslərdən 6 nəfəri reanimasiyaya yerləşdirilib.
    Bunu Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyib.
    Onun sözlərinə görə, yaralılardan biri əməliyyat otağına götürülüb:
    "Yaralıların biri isə hamilə qadındır. Ölən yoxdur, amma vəziyyəti ağır olanlar var".
    Qeyd edək ki, hadisə Sumqayıt şəhəri Sülh küçəsində baş verib.
    Sumqayıt - H.Z.Tağıyev qəsəbəsi marşrutu üzrə hərəkət edən 30 saylı avtobus minik avtomobili ilə toqquşub.

    Muxalifet - 21-02-2019

Pages