Axtarış
The search found 105785 results in 0.049 seconds.
Search results
Kəşfiyyat rəhbəri açıqladı: Sarkozi Qəddafidən 8 milyon dollar aldı!
Liviyanın keçmiş lideri Muammər Qəddafinin Kəşfiyyat rəhbəri Abdullah əs-Sennusi Fransanın keçmiş prezidenti Nikola Sarkozinin seçki kampaniyası üçün Qəddafidən 8 milyon dollar aldığını açıqlayıb.
Fransız xəbər saytı “Mediapart”-ın xəbərinə görə, Fransız hakimləri Liviiyanın keçmiş lideri Muammer Qəddafinin kəşfiyyat rəhbəri Abdullah əs-Sennusi ilə görüşüb.
8 milyon dollar yardım aldı!
Muxalifet3 - 21-02-2019
"Nüvə silahından istifadə edə bilərik" - RUSİYADAN QORXUNC AÇIQLAMA!
Rusiyanın Raket və Artilleriya Elmləri Akademiyasının direktorunun müavini Konstantin Sivkov NATO ilə müharibə ehtimalı barəsində sualın cavabında belə deyib: “NATO ilə müharibə edəcəyimiz təqdirdə nüvə silahlarından istifadə edə bilərik”.
Muxalifet4 - 21-02-2019
Avropa ABŞ-ın təklifini rədd etdi: "Suriyadan çəkilsəniz, biz də qalmayacağıq"
Suriyadakı hərbi qüvvələrini tamamilə geri çəkməyə qərar verən ABŞ Suriyadakı boşluğu doldurmaq üçün Avropalı müttəfiqlərinə təklif edib, lakin Avropa ölkələri bu tələbə mənfi cavab verib.
"Siz çəkilsəniz, biz də qalmayacağıq"
Muxalifet3 - 21-02-2019
Yeni rus raketi 5 dəqiqə ərzində ABŞ-a çata bilər
Rusiya prezidenti Vladimir Putinin bəyan etdiyi yeni səsdən sürətli raket “Tsirkon”-un ABŞ-ı 5 dəqiqədə vura biləcəyi iddia edilib.
Vladimir Putin dünən Federal Məclisdə etdiyi çıxışında bəyan etdiyi səsdən 9 dəfə sürətli “Tsirkon” raketinin ABŞ torpaqlarındakı hərbi əmr mərkəzlərini beş dəqiqə içində məhv edə biləcəyi iddia edilib.
Təqaüddə olan admiral Vsevolov Xamirov, Rus sualtı gəmilərinin səsdən sürətli “Tsircon”raketllərlə ABŞ torpaqlarındakı əmr mərkəzlərini beş dəqiqə içində məhv edə biləcəklərini deyib.Muxalifet3 - 21-02-2019
Azərbaycanda mağazadan pulla dolu seyf oğurlandı
Biləsuvarda oğurluq etmiş şəxslər tutulub.
Muxalifet.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Cəbrayıl RPŞ (Biləsuvar rayonu) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 357 manat pul və tütün məmulatı, habelə içərisində 6875 manat olan seyfi oğurlamaqda şübhəli bilinən şəxslər müəyyənləşdirilib.
Cəbrayıl rayon sakinləri Y.Abbasov və R.Həşimov saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.Muxalifet - 21-02-2019
"Təhsili elə bir günə salıblar ki, kolxoz bazarından betərdir" - KEÇMİŞ NAZİR
Əgər yeni “Ümumi təhsil haqqında” qanun qüvvəyə minərsə, məktəblər də sahibkarlıq fəaliyyəti ilə məşğul ola biləcəklər.
Muxalifet3 - 21-02-2019
Problemli kreditlər: Ekspert rəyləri və siyasi baxışlar
“Problemli kreditlər məsələsi yenidən aktuallaşıb. İndi 2019-cu ildə də bu problem qalır və həlli vacibdir. Amma bu məsələdə ehtiyatlı olmaqda fayda var.”
Bu barədə iqtisadçı Rövşən Ağayev facebook səhifəsində bildirib.Muxalifet3 - 21-02-2019
Maduro göstərişi verdi: “Türkiyədə bank hesabı açın”
Venesuela prezidenti Nikolas Maduro Venesuelalı şirkətlərə Türkiyə və Rusiyada bank hesabı açılması göstərişi verib.
Venesuelada Nikolas Maduro rəhbərliyinin 50-dən artıq şirkətə Rusiya, Türkiyə, Çin və Hindistanda bank hesapları açmaları yönündə təlimat verdiyi bildirilib.
Şirkətlərin beynəlxalq ödəmələrini bu ölkələrdə açacaqları bank hesabları üzərindən etmələri tövsiyə edilir.
Venesuela iqtisadiyyatı ABŞ-ın qatı sanksiyaları ucbatından dərin bir böhran içərisindədir.Muxalifet3 - 21-02-2019
REKTOR FƏLSƏFƏ DOKTORU OLAN XANIMDAN 100 MİN MANAT TƏLƏB EDİR - Olqa Vəlimedovadan Birinci vitse-prezidentə MÜRACİƏT
Azərbaycan Dövlət Pedoqoji Universitetin (ADPU) keçmiş əməkdaşı, fəlsəfə doktoru, dosent Olqa Viktorovna Vəlimedova tərəfindən Muxalifet.az-ın elektron poçtuna şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət edən şikayətçi yazır: “Hörmətli Mehriban xanım! Sizə müraciət edərək haqlarımın bərpa olunmasını və Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov və dekan Şəhla Əliyeva tərəfindən məni zülm və təqibdən xilas etməyinizi artıq dərəcədə xahiş edirəm.
Muxalifet4 - 21-02-2019
“Nar” ölkə üçün əhəmiyyətli sosial layihələrini bu il də davam etdirəcək
Ölkənin ən gənc mobil operatoru olan “Nar”, şəbəkənin genişləndirilməsi, yüksəkkeyfiyyətli xidmət və sərfəli qiymət strategiyası ilə yanaşı, ölkə üçün əhəmiyyətli sosial layihələr reallaşdırmaqdadır. Mobil operator özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində fiziki məhdudiyyətli insanlara qayğı, onların cəmiyyətə inteqrasiyası, eyni zamanda təhsil və maariflənmənin inkişafı, gənclər arasında idmanın təbliğı istiqamətində sosial layihələrini bu il də davam etdirəcək.
Muxalifet4 - 21-02-2019
Sabunçu məhkəməsində insident - Hakim və prokurora HÜCUM EDİLDİ
Sabunçu Rayon Məhkəməsində insident baş verib.
Muxalifet.az report-a istinadən xəbər verir ki, T.Səfərova məhkəmə iclasına sədrlik edən hakim Süleyman Ağayevə qarşı fiziki təzyiq göstərib.
Belə ki, oğurluqda təqsirləndirilən O.Səfərovun anası T.Səfərova dövlət ittihamçısının çıxışından sonra məhkəmə zalına daxil olub.
Muxalifet4 - 21-02-2019
Rusiya Qərb sərhədlərinə ordu toplayır - General Putinin PLANLARINI AÇDI
Rusiya Ukrayna ilə sərhəddə hərbi qüvvələri yığır, amma genişmiqyaslı hücum müzakirə mövzusu deyil. Kremldə aydın anlayırlar ki, bu addım böyük miqdarda qurbana gətirib çıxaracaq.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bunu Ukraynanın Xarici Kəşfiyyat Xidmətinin sabiq başçısı, Ukraynanın ordu generalı Nikolay Malomuj “Apostrof” nəşrinə müsahibəsində bildirib.
Muxalifet4 - 21-02-2019
"BAŞLAYIRIQ!" - TÜRKİYƏ BƏYAN ETDİ
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün biznesmenlərlə görüşüb.
O, görüş zamanı deyib: “Qarşıdakı günlərdə Kipr ətrafında 2 gəmi ilə qazma işlərinə başlayırıq. O bölgəyə uzaqdan gələnlər də, onların şirkətləri də o bölgədə biz olmadan heç nə edə bilməyəcəklərini görsünlər. Aralıq dənizində Türkiyəsiz heç nə edə bilməzlər, biz buna izn vermərik”./Hurriyyet.orgMuxalifet4 - 21-02-2019
Ermənistanın kəşfiyyat dronu Azərbaycan səmasında VURULDU - Müdafiə Nazirliyindən AÇIQLAMA
ATƏT-in Minsk Qrupu həmsədrinin Azərbaycana səfəri çərçivəsində fəaliyyətini həyata keçirdiyi bir vaxtda Ermənistan tərəfi növbəti təxribat törədib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Fevralın 21-i günorta saatlarında cəbhənin Ağdam rayonu istiqamətində Ermənistan silahlı qüvvələri "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib. Hərbi Hava Qüvvələrimizin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmən PUA-sı dərhal aşkarlanaraq zərərsizləşdirilib. ◀▶
Muxalifet4 - 21-02-2019
Türkiyə Ermənistanla sərhəddə genişmiqyaslı hərbi təlimlər keçirir - AZƏRBAYCAN HƏRBÇİLƏRİNİN İŞTİRAKI İLƏ
Türkiyə Ermənistanla sərhəddə, Qars vilayətində genişmiqyaslı hərbi təlimlər keçirir.
Qış-2019” adı verilən təlimdə 15 ölkədən hərbçilər iştirak edir.
Təlimlər zamanı Türkiyə hərbçilərinin yerli istehsallı silahlardan istifadə etdiyi deyilir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan videokörpü vasitəsilə təlimlərin gedişi ilə tanış olub.
Xatırladaq ki, bu təlimlərdə Azərbaycan hıərbçiləri də iştirak edirlər.Muxalifet4 - 21-02-2019
SOS: Azərbaycanda boşanma epidemiyası sürətlə yayılır
Ötən il Azərbaycanda bağlanan nikahların təxminən üçdə biri boşanma ilə nəticələnib. Ədliyyə Nazirliyinin rəsmi statistikasına görə, 2018-ci ildə respublikada 62 min 484 nikah, 14 min 857 min boşanma qeydə alınıb. Bu o deməkdir ki, əhalinin hər 1000 nəfərinə orta hesabla 1,5 boşanma düşür. Bu rekord göstərici yalnız rəsmi nikah bağlayan ailələrə aiddir. Nəzərə alsaq ki, xüsusən rayonlarda yaşı nikah bağlamaq üçün yetərli olmayan xeyli sayda gənc qeyri-rəsmi ailə qurur, statistikanın iki dəfəyə yaxın artma ehtimalı var.
Muxalifet4 - 21-02-2019
ABŞ ştatlarından birinin satılması təklif olunub - 1 TRİLYON DOLLARA
ABŞ-da dövlət borcunu azaltmaq üçün Montana ştatını 1 trilyon ABŞ dollarına Kanadaya satmaq təklifi irəli sürülüb.
“The New York Post” xəbər verir ki, Yan Hammond adlı şəxsin təklifi əsasında hazırlanan və “ifrat diqqət cəlb edən” müraciətdə deyilir: “Bizim borclarımız xeyli çoxalıb. Montana isə lazımsız bir yerdir. Sadəcə orada qunduz-filan yaşadığını onlara deyərsiniz, vəssalam”.
Muxalifet4 - 21-02-2019
“Ailəmiz aclıq və səfalət içində yaşamağa məhkum edilib” – Zərdab sakinindən PREZİDENTƏ MÜRACİƏT: “Bunu erməni vəhşilər də etməzdi...”
“Həyat yoldaşımın uzun müddət işsiz qalması, oğlum Romanın əlillik dərəcəsinin qanunsuz olaraq dayandırılması bizim ailəyə qarşı edilən zülm, işgəncə və əzabdır”
Muxalifet4 - 21-02-2019
Bakını bu hissəsində onlarla EV SÖKÜLƏCƏK - RƏSMİ
Bakı şəhəri, Səbail rayonu, Bayıl sürüşmə zonasında yerləşən 98 ev söküləcək.
“Report”un xəbərinə görə, yaxın müddətdə bununla bağlı müvafiq qərar qəbul ediləcəyi gözlənilir. Hazırda Nazirlər Kabineti və Səbail Rayon İcra Hakimiyyəti qərar layihəsi üzərində iş aparır.
Söküləcək evlərdən 71-nin sahibinə kompensasiya verilməsi planlaşdırılır. Digər 27 evin isə məcburi köçkünlərə məxsus olduğu əsas gətirilərək onlara kompensasiya ödənilməyəcəyi, dövlətin məcburi köçkünlər üçün tikdiyi evlərdə yerləşdiriləcəyi bildirilib.
Muxalifet - 21-02-2019
Azərbaycanlı futbolçu Çexiya klubuna getdi
Azərbaycanlı futbolçu Arzuman Rizvanov Çexiyanın yüksək liqasında mübarizə aparan "Bohemians" klubunun şərəfini qoruyacaq.
Muxalifet.az xəbər verir ki, bu barədə menecer Erkin İbrahimov öz "Facebook" profilində məlumat yayıb. "Neftçi"nin yetirməsi "Bohemians" ilə mövsümün sonuna kimi müqavilə imzalayıb.
Arzuman son 1,5 ili Çexiyanın "Banik" klubunda keçirib.Muxalifet - 21-02-2019