Axtarış
The search found 105785 results in 0.038 seconds.
Search results
Azərbaycanda iki uşaq atası özünü güllələyərək ÖLDÜRÜLDÜ
Goranboy rayonunda intihar hadisəsi baş verib.
Muxalifet.az-ın report-a istinadən məlumatına görə, rayonun 47 yaşlı Şəfəq kənd sakini Rövşən Ənvər oğlu Qurbanov ov tüfəngi ilə baş nahiyəsinə atəş açaraq intihar edib. İntiharın səbəbləri hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, mərhumun 2 övladı var.Muxalifet - 19-02-2019
"YPG və Əsəd rejimi arasında ittifaq mümkün deyil": Terrorçubaşı açıqladı
Terror təşkilatı PYD-nin keçmiş lideri Saleh Müslim YPG ilə Əsəd arasında razılaşma olmadığını bildirib.
Müslim YPG-Əsəd rejimi ittifaqı ilə bağlı şayiələrin doğru olmadığını deyib.
Müslim bütün Suriya üçün siyasi bir həll yolu tapılmadan Əsəd rejimi ilə YPG arasındakı ittifaqın mümkün olmayacağını söyləyib.
Müslim YPG-nin bütün Suriyanın müdafiə sisteminin bir parçası ola biləcəyini, ancaq bu an belə bir vəziyyətin həyata keçməsindən çox uzaq olduğunu deyib.
"İttifaq mümkün deyil"
Muxalifet3 - 19-02-2019
Gürcüstanda qasırğa: 87 ağac aşıb, 62 binanın dam örtüyü uçub
Gürcüstanda son üç gün ərzində müşahidə olunan güclü külək bir sıra fəsadlar törədib.
Muxalifet.az report-a istinadən xəbər verir ki, qasırğa və küləyin törətdiyi problemlərlə bağlı Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidmətinə 261 zəng daxil olub.
Zənglərin 200-ü paytaxt Tbilisinin payına düşüb. Güclü külək ölkədə 87 ağacın aşmasına, 62 binanın dam örtüyünün uçmasına, 32 avtomobilə ciddi ziyanın dəyməsinə və 4 reklam lövhəsinin dağılmasına səbəb olub.Muxalifet - 19-02-2019
Qadın terrorçudan etiraf: “Səmaya belə baxmağa qorxuruq”
Türk ordusu İraqın şimalına yönəlik müvəffəqiyyətli əməliyyatlarına davam edir. Bir qadın terrorçu TSQ-nin əməliyyatları ilə bağlı ifadəsində artıq hərəkət belə edə bilmədiklərini söyləyərək "Səmaya baxmağa belə qorxuruq" deyib.
Təhlükəsizlik qaynaqlarından əldə edilən məlumata görə, separatçı terror təşkilatından qaçaraq təhlükəsizlik qüvvələrinə təslim olan qadın terrorçunun verdiyi ifadələr təşkilatın düşdüyü çarəsizliyi gözlər önünə sərib.Muxalifet3 - 19-02-2019
Sarksiyanın qardaşı oğurladığı 18,5 milyon dolları geri verdi
Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın kiçik qardaşı “Saşik” ləqəbli Aleksandr Sarkisyan büdcəyə 18,5 milyon dollar qaytarıb.
Ermənistan KİV-ri xəbər verir ki, bu barədə məlumatı baş nazirin mətbuat katibi Vladimir Karapetyan da təsdiqləyib.
Aleksandr Sarkisyan onun azadlığa buraxılacağı təqdirdə oğurladığı bütün pulları yeni hökumətə verəcəyini demişdi./ModernMuxalifet - 19-02-2019
“Ermənilər, türklər, qafqazlılar birgə yaşayır...” - Əsədin müşavirindən AÇIQLAMA
Kürdlərə muxtariyyət verilməyəcək.
Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə Suriya Prezidenti Bəşər Əsədin müşaviri Buseyna Şaban çıxış edib.
O bildirib ki, belə muxtariyyətin verilməsi ölkənin parçalanması deməkdir:
“Suriyada ermənilər, türklər, qafqazlılar, xristianlar və daha başqaları birgə yaşayır. Bütün fərdlər Suriyanın qanunları qarşısında bərabərdir”.
Muxalifet3 - 19-02-2019
AFFA bu klubu cərimələdi
AFFA İntizam Komitəsi "Səbail" klubunu 2400 manat məbləğində cərimələyib.
Muxalifet.az AFFA-nın saytına istinadən xəbər verir ki, buna səbəb Azərbaycan Premyer Liqasının XVII turunda keçirilmiş "Sabah"la ev matçının klubun səhlənkarlığına görə gec başlamasıdır.
Görüşün birinci hissəsi 3, ikinci yarısı isə 9 dəqiqə gec start götürüb. Bununla bağlı Hakimlər Komitəsi tərəfindən İntizam Komitəsinə əlavə məlumat daxil olub.
Qeyd edək ki, qarşılaşma "Səbail"in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Muxalifet3 - 19-02-2019
Nazpərinin evini soyanlara hökm oxundu
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq etməkdə təqsirləndirilən Cavid Əliyev, Yunis Hüseynli, Namiq Fərəcov və Ruslan Verdiyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Muxalifet.az-ın trend-ə istinadən məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə R.Verdiyev 8 il, Y.Hüseynli 7 il, C.Əliyev 8 il, N.Fərəcov isə 6 il 6 ay azadlıqdan məhrum edilib.Muxalifet3 - 19-02-2019
ABŞ əsgərləri ən gec bu tarixdə Suriyadan çıxacaq
ABŞ əsgərlərinin Suriyadan çıxması prosesi İraq üzərindən həyata keçiriləcək.
Muxalifet.az xəbər verir ki, bu barədə İraq prezidentinin müşaviri Əbdülkərim Haşim Mustafa deyib.
O bildirib ki, bununla bağlı Bağdad və Vaşinqton arasında razılaşma imzalanıb.
Mustafa əlavə edib ki, hərbçilərin Suriyadan çıxması prosesi ən güc 1 apreldə başlayacaq.
Muxalifet3 - 19-02-2019
İndoneziyada növbəti güclü zəlzələ
İndoneziyanın Yava adasının cənubunda 5,7 bal gücündə zəlzələ olub.
Muxalifet.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilir ki, yeraltı təkanların episentri ölkənin ikinci ən böyük şəhəri olan Surabayadan 288 kilometr cənubda, ocağı 40 kilometr dərinlikdə yerləşib.
Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir, sunami xəbərdarlığı elan edilməyib.
Muxalifet3 - 19-02-2019
Diqqət: Bakının bu yollarında tıxac var
Pik saatlarında yollarda müşahidə edilən sıxlıq avtobusların hərəkət intervalında müəyyən qədər gecikmələrə səbəb olur.
Muxalifet.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) məlumatında deyilib.
Agentlik hazırda paytaxtda sıxlıq və tıxac müşahidə edilən yerlərin sıyahısını təqdim edib:
1. Üzeyir Hacıbəyov küçəsi (Cavanşir körpüsünün üzərindən Hökumət Evi istiqamətində) sıxlıq
2. Koroğlu Rəhimov küçəsi (Akademik Həsən Əliyev küçəsi istiqamətində) nisbətən sıxlıqMuxalifet3 - 19-02-2019
Türk əsgərləri S-400 təlimlərinə başlayır
Türkiyə hərbçiləri yaz aylarında S-400 təlimlərinə başlayacaq.
Muxalifet.az xəbər verir ki, bu barədə Rusiyanın “Rosteç” şirkəti məlumat yayıb.
Qeyd edək ki, S-400 zenit raket kompleksləri ilin sonuna kimi Türkiyəyə təhvil veriləcək.
Muxalifet3 - 19-02-2019
ABŞ-dan İraqla bağlı gözlənilməz - Açıqlama
Rəsmi Bağdad tələbə edərsə, ABŞ öz hərbçilərini İraqdan çıxara bilər.
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ-ın İraqdakı müvəqqəti işlər üzrə vəkili Coy Hud deyib.
O bildirib ki, hazırda amerikalı hərbçilərin bu ölkədəki mövcudluğu İraq hökumətinin çağırışından irəli gəlir:
“İraq mərkəzi hökumətinin tələbi olarsa, ABŞ əsgərləri, beynəlxalq koalisiya və NATO qüvvələri ölkədən çıxa bilər”.
Muxalifet3 - 19-02-2019
Bu sazişdən hər iki tərəf qazanacaq - Hololey
Azərbaycanla Avropa İttifaqı arasında aviasiya sahəsində sazişin imzalanmasından hər iki tərəf qazanacaq.
Muxalifet.az xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololey jurnalistlərə bildirib.
Azərbaycanın hava nəqliyyatı sahəsində geniş klasteri yüksək qiymətləndirən və Bakıdakı müasir və rahat Heydər Əliyev Beynəlxalq Hava Limanını da bunun ifadəsi kimi dəyərləndirən diplomat Azərbaycanla Avropa İttifaqı arasında aviasiya sahəsindəki sazişə dair altı ildir danışıqlar getdiyini qeyd edib.Muxalifet3 - 19-02-2019
ABŞ esminesi ikinci dəfə Qara dənizə gəlir
ABŞ-ın “Donald Kuk” esminesi bu il artıq ikinci dəfədir ki, Qara dənizə doğru yola düşüb.
Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ-ın VI donanmasının məlumatında deyilir.
“Hər səfər bizə partnyorlarımızla unikal əməkdaşlıq imkanları yaradır”, - deyə komandan Metyu Pauel bildirib.
Məlumatda həmçinin deyilir ki, esminesin regiona göndərilməsində əsas məqsəd stabilliyin möhkəmləndirilməsi, NATO müttəfiqləri və partnyorları ilə yerli manevrlərin icra edilməsidir.
Muxalifet3 - 19-02-2019
Aprel döyüşləri ilə bağlı gizli qalan video yayıldı - VİDEO
Muxalifet.az oxu24.com-a istinadən xəbər verir ki, 2016-cı ilin aprelində baş verən döyüşlərlə bağlı gizli qalan video üzə çıxıb.Video görüntülərdə Azərbaycan Silahlı Qüvvələrinin döyüş helikopterlərinin düşmənin hərbi obyektlərinə zərbələr endirməsi əks olunub. Həmin görüntüləri təqdim edirik:
Muxalifet3 - 19-02-2019
Ukraynasız Avropa yoxdur - Tusk
Ukraynasız Avropa yoxdur.
Muxalifet.Az xəbər verir ki, bu sözləri Ukraynada səfərdə olan Avropa Birliyi Şurasının Prezidenti Donald Tusk söyləyib.
“Ukraynaya xəyanət etmək istəyən, Avropanın gələcəyinə xəyanət etmiş olar. Avropaya inteqrasiyaya şübhə ilə yanaşan siyasətçilər, Ukraynanın ərazi bütövlüyünü şübhə altına alırlar”, - deyə Tusk bildirib.
Muxalifet3 - 19-02-2019
Prezidentdən əhaliyə gözlənilən ŞAD XƏBƏR - RƏSMİ
Prezident İlham Əliyevin fevralın 19-da imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi” haqqında Fərmanı 400-dək yaşayış kompleksinə şamil olunacaq, 50 minədək mənzili əhatə edəcək.
Muxalifet.az xəbər verir ki, bu barədə azərtac -a Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) şöbə müdiri Qulu Xəlilov deyib.
Q.Xəlilov bildirib ki, “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı on minlərlə ailənin sevincinə səbəb olub: \Muxalifet3 - 19-02-2019
Azərbaycanda məmurun qardaşına qarşı dələduzluq edən şəxs həbs edildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən İlham Xıdırov və Nazim Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Muxalifet.az xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, İ.Xıdırovun 9 il 6 ay və N.Mustafayev isə 5 il müddətinə azadlıqdan məhrum edilib. N. Mustafayev məhkəmə zalında həbs edilib.Muxalifet3 - 19-02-2019
2032-ci il Olimpiadasını keçirmək istəyən ölkələrin sayı artıb
2032-ci ildə keçiriləcək Olimpiya Oyunları İndoneziyada baş tuta bilər.
Muxalifet.az xəbər verir ki, ötən ilin avqustunda Asiya Oyunlarını paytaxt Cakarta və Palembanq şəhərində keçirmiş İndoneziya Milli Olimpiya Komitəsi (MOK) rəsmi şəkildə Beynəlxalq Olimpiya Komitəsinə (BOK) müraciət edib.
Bunu İndoneziya MOK-un sədr müavini Muddai Madanq deyib. Müraciət məktubu ötən həftə İndoneziya prezidenti Coko Vidodo və yerli MOK adından İsveçrədəki səfirlik vasitəsilə mənzil-qərargahı Lozannada olan BOK-a çatdırılıb.Muxalifet3 - 19-02-2019