Axtarış

The search found 105785 results in 0.021 seconds.

Search results

  1. Rusiyada bazarda bomba xəbərdarlığı: Hər kəs təxliyə edildi

    Rusiyanın Lipetsk şəhərinin Petrovski bazarında bomba xəbərdarlığı olub.
    Muxalifet.az xəbər verir ki, bazara bomba qoyulduğu barədə polisə anonim zəng edilib.
    Bundan dərhal sonra bazar təxliyə edilib. Ancaq bazarda aparılan axtarışdan sonra xəbərdarlıq təsdiqini tapmayıb.
     

    Muxalifet3 - 22-02-2019

  2. Azərbaycanda çörəyin qiyməti qalxdı? -DİQQƏT

    Son günlər ölkədə un və çörəyin qiymətinin artması ilə bağlı xəbərlər yayılıb. Sosial şəbəkələrdə "Bravo” marketlər şəbəkəsində qiymətlərin artımı ilə bağlı fotolar paylaşılıb.
    Muxalifet.az posta.az-a istinadən xəbər verir ki, məsələni araşdırmaq üçün çörək istehsalçıları ilə əlaqə saxlanılıb.

    Muxalifet3 - 22-02-2019

  3. Qubada məktəb binasındakı yanğınla bağlı YENİ MƏLUMAT

    Quba rayonunda məktəb binasında baş verən yanğının qarşısı alınıb.
    Hadisə Bayram Şıxəmirov adına Zərdabi qəsəbə tam orta məktəbində baş verib.
    Belə ki, odun peçindən taxta döşəmənin üstünə düşən köz parçaları səbəbindən məktəbin 3-cü mərtəbəsində yerləşən sinif otaqlarından birində tüstülənmə baş verib. Hadisə dərsdən sonra baş verdiyindən xəsarət alan olmayıb.
    Yanğın qısa müddət ərzində söndürülüb.
    Faktla bağlı araşdırma aparılır.
     

    Muxalifet3 - 22-02-2019

  4. “Məni hər an ermənilər öldürə bilərlər…” - Fuad Abbasov

    Məşhur azərbaycanlı jurnalist Fuad Abbasov həyatının təhlükədə olduğunu açıqlayıb. Son 2 ildə Türkiyə və Azərbaycanın müxtəlif problemlərinin Rusiyada qabardılması, ölkəmizin reputasiyasının artırılması istiqamətində çalışmaları məşhur jurnalistin həyatını təhlükəyə atıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə musavat.com -a danışan Rusiyadakı məşhur jurnalist Fuad Abbasov son proseslərdən olan "azərbaycanlılarla çeçenlər arasında qalmaqal"da vasitəçilik edərək sülhə nail olan jurnalist özünün hər an öldürülə biləcəyini bildirib.

    Muxalifet3 - 22-02-2019

  5. "Ailədə 2 nəfər işləyəndə, 2 işdə çalışanda 180 manatla dolanmaq olar" — Hadi Rəcəbli - VİDEO

    "Mən adamların içərisində tez-tez oluram, pensiyaçılarla, aztəminatlı ailələrlə görüşürük, adamlarla söhbət edirik. Pensiyaların artması ilə bağlı bu rəqəmi görəndə, insanlar böyük sevinc keçirirlər. İnşallah martın 1-dən bunu hiss edəcəklər. Bu rəqəm olduqca böyükdür". 
    Muxalifet.az xəbər verir ki, bu fikirləri REAL TV-yə müsahibəsində Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri, deputat Hadi Rəcəbli bildirib. 
    Komitə sədri deyib ki, Azərbaycanda minumum əmək haqqı 50 manat artırlıb:

    Muxalifet3 - 22-02-2019

  6. Bakı ilə Ankara arasında siyasi məsləhətləşmələr keçirildi

    Bakıda Azərbaycan və Türkiyə Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib.
    Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nümayəndə heyətlərinə Azərbaycan Respublikası tərəfindən xarici işlər nazirinin müavini Ramiz Həsənov, Türkiyə Respublikası tərəfindən isə xarici işlər nazirinin müavini Sədat Önal rəhbərlik ediblər.
    R.Həsənov iki dost və qardaş dövlət arasında əməkdaşlığın bütün sahələrdə və müxtəlif formatlarda yüksək səviyyəli inkişafından, siyasi əlaqələrin strateji müttəfiqlik səviyyəsindən məmnunluğunu ifadə edib.

    Muxalifet3 - 22-02-2019

  7. Kılıçdaroğluna daha bir zərbə: O da istefa verdi - Səbəb

    Türkiyənin Cümhuriyyət Xalq Partiyasının Adana şəhəri üzrə rəhbəri Əmrah Kozay vəzifədən istefa verib.
    Muxalifet.az xəbər verir ki, bu barədə Tvitter hesabında məlumat yayan Kozay TBMM üçün hazırlanan siyahı barədə onlara məlumat verilmədiyi üçün istefa verdiyini bəyan edib.
    Kozay bildirib ki, bölgə təşkilatına seçki komissiyasına veriləcək siyahı barədə bir söz deyilməyib və təşkilatın fikri nəzərə alınmayıb:

    Muxalifet3 - 22-02-2019

  8. Ramil Usubov bu rayona yeni rəis təyin etdi

    Balakən rayon Polis şöbəsinə yeni rəis təyinatı olub.
    Muxalifet.az-ın məlumatına görə, bununla bağlı Daxili İşlər naziri Ramil Usubov əmr imzalayıb.
    Əmrə əsasən, Mehman Əliyev Balakən rayon Polis şöbəsinə rəis təyin edilib.
    Qeyd edək ki, M.Əliyev bu təyinatadək Abşeron rayon Polis idarəsinin rəis müavini olub.
     

    Muxalifet3 - 22-02-2019

  9. "Ruhani Azərbaycana ərazi iddiasında haqlıdır" - Azərbaycanlı tarixçidən ŞOK AÇIQLAMA

    İran Prezidenti Həsən Ruhani Tehranda 1979-cu il inqilabının 40-cı ildönümü münasibətilə keçirilən yürüşdə Azərbaycan qarşı ərazi iddiaları ilə çıxış edib. O iddia edib ki, 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsindən sonra İran ölkənin şimalını (Azərbaycan Respublikasının hazırkı ərazisini nəzərdə tutur – red.) itirib. Ruhaninin bu fikirləri həm Güney, həm də Quzey Azərbaycanda etirazla qarşılanıb.

    Muxalifet3 - 22-02-2019

  10. Bu ölkədə prezidentin korteji yenə qəzaya uğradı

    Moldova Prezidenti İqor Dodonun kortejindəki avtomobillərdən biri yol-nəqliyyat hadisəsi ilə üzləşib.
    Muxalifet.az xəbər verir ki, hadisə xidməti səfər zamanı baş verib. Prezidentin mətbuat xidmətinin məlumatına görə, qarşıdan gələn avtomobilin sürücüsü ötüb-keçmə əməliyyatı zamanı yolun sürüşkən olduğunu yaddan çıxarıb.
    Yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan olmayıb. Polis təhqiqat aparır.

    Muxalifet3 - 22-02-2019

  11. Bu reseptlə siqareti bir günə TƏRGİDİN - VİDEO

    Əgər siqareti həqiqətən tərgizmək istəyirsinizsə bu resept tam sizə görədir. Professor Doktor İbrahim Saraçoğlu-nun təklif etdiyi qarabaşaq otu və kəklikotu ilə hazırlanan bu dəmləmə sayəsində siqareti asanlıqla tərgidə biləcəksiniz.
     

    Muxalifet3 - 22-02-2019

  12. Türkiyədə yaralanan 5 kursantdan biri öldü

    Fevralın 20-də Ankaranın Poladlı rayonundakı Sakarya hərbi kazarmasında təlim zamanı partlayış olması barədə xəbər vermişdik. Partlayış zamanı hərbi məktəbin 5 kursantı yaralanmışdı.
    Hürriyet-in xəbərinə görə, bu gün  yaralı kursantlardan biri həyatını itirib.
    Verilən məlumata görə, 29 yaşlı kursant Mehmet Xan ailəli olub və bir uşaq atası idi.
     Həkimlərin müdaxiləsinə baxmayaraq, dünyasını dəyişən Mehmetin cənazəsi Tokata göndəriləcək.
    Digər yaralıların vəziyyəti barədə məlumat verilmir.
     

    Muxalifet3 - 22-02-2019

  13. Dənizkənarı Milli Parkı haqqında Əsasnamə təsdiq edilib

    Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dənizkənarı Milli Parkı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman imzalayıb.
    Bu barədə azərtac məlumat yayıb.
    Fərmanda qeyd edilir ki, Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    Muxalifet3 - 22-02-2019

  14. ​Lukaşenkodan Putinə dəstək: Ukraynaya raket yerləşdirilsə...

    ABŞ Avropaya yeni orta mənzilli raketlər yerləşdirərsə, buna Rusiya ilə ortaq bir şəkildə qarşılıq verəcəyik.
    Muxalifet.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.
    "Əgər ABŞ raketlər yerləşdirərsə, bu məsələdə Rusiya ilə bərabər düşünmək lazımdır. Belə bir şey etsələr, bunun nəticələrindən qaça bilməyəcəklər. Allah qorusun, bu raketlər Ukraynaya yerləşdirilsə, daha pis olar", - Lukaşenko deyib.
     

    Muxalifet3 - 22-02-2019

  15. ​Xocalı soyqırımı bu ölkədə də qeyd ediləcək

    26 fevral Xocalı soyqırımı hadisəsi Bişkekdə geniş qeyd ediləcək.
    Muxalifet.az xəbər verir ki, fevral ayının 25 də Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun təşkilatçılığı ilə Bişkek şəhəri mərkəzləşdirilmiş kitabxanalar sistemində Xocalı soyqırımı hadisəsi geniş qeyd ediləcək. Mərkəzləşdirilmiş kitabxanalar sisteminə daxil olan 28 kitabxanada eyni vaxtda fondun sifarişi ilə qırğız dilinə tərcümə edilib, dublyaj edilmiş “Xoca” filmi nümayiş etdiriləcək.

    Muxalifet3 - 22-02-2019

  16. Gömrük Komitəsinin sifariş verdiyi aparatlar gəldi

    Dövlət Gömrük Komitəsi 9 ədəd “Body Scan” (B-Scan) yoxlama aparatı alıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə komitənin Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin əməkdaşı Böyükağa Şəfiyev deyib.
    O bildirib ki, bu avadanlıqlar artıq ölkəyə gətirilib. Yoxlama aparatlarının Azərbaycanın bütün beynəlxalq hava limanlarında və ölkənin cənub sərhədində yerləşən gömrük sərhəd-keçid məntəqələrində quraşdırılması nəzərdə tutulur.
     

    Muxalifet3 - 22-02-2019

  17. SENSASİYA: Azərbaycan konfetləri Ermənistanda SATILIR - FOTO

    Ermənistan mağazalarında üzərində Azərbaycan dilində markalanma olan konfetlər satışa çıxarılıb.
    Muxalifet.az xəbər verir ki, bunu ölkənin Qida məhsullarının təhlükəsizliyi dövlət xidmətinin başçısı Georgi Avetisyan deyib.
    Avetisyanın sözlərinə görə, konfet qutularının üzərində erməni dilində qeyd olmasa da, Azərbaycan dilində və digər dillərdə markalanma olub, bu isə qüvvədə olan qanunvericiliyin pozulmasıdır, həm də onu göstərir ki, məhsul Ermənistana ixrac olunmaq üçün nəzərdə tutulmayıb.

    Muxalifet3 - 22-02-2019

  18. Soylu açıq-aşkar ABŞ-a meydan oxudu: Burada biz varıq

    Bu məkanda biz varıq. Biz bu coğrafiyada qərar vermədən heç kəsə oyun qurdurmarıq.
    Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə Türkiyə Daxili İşlər naziri Süleyman Soylu çıxış edib.
    "Amerika bizə dedi ki, Afrinə girə bilməzsən. Girdik, nə oldu? PKK-nı oradan rədd etdikmi? Nə oldu, nə edə bildilər? Bu məkanda biz varıq", - Soylu qeyd edib.
     

    Muxalifet3 - 22-02-2019

  19. Azərbaycan çempionatında bir oyunda 42 qol vuruldu

    Futzal üzrə Yüksək Liqada XIX turun oyunları keçirilib. 
    Muxalifet.az xəbər verir ki, “Olimpik Star”da keçirilən qarşılaşma “Liman” – EKOL matçında darmadağın qeydə alınıb.
    42 qolun qeydə alındığı görüşdə ikinci pillədə olan EKOL rəqibini 38:4 hesabı ilə məğlub edib. Millimizin üzvü olan Namiq Məmmədkərimov bu görüşdə 18 qola imza atıb.
     

    Muxalifet3 - 22-02-2019

  20. ​Meksikada silahlı qarşıdurma: 8 nəfər öldü

    Meksikanın qərbində yerləşən Mikoakan əyalətində silahlı qarşıdurma yaşanıb.
    Muxalifet.az xəbər verir ki, qarşıdurma nəticəsində 8 nəfər öldürülüb, 3 nəfər isə yaralanıb.
    Bölgəni təhlükəsizlik qüvvələri mühasirəyə alıb.
    Faktla bağlı araşdırma aparılır.
     

    Muxalifet3 - 22-02-2019

Pages