Axtarış
The search found 105785 results in 0.023 seconds.
Search results
200 ABŞ əsgəri Türkiyənin qarşısını ala bilməz - Rus ekspert
ABŞ-ın sülhməramlı qüvvələrinin məqsədlərindən biri Suriya rəhbərliyinin kürdlərə qarşı addımlarının qarşısını almaqdır.
Muxalifet.az xəbər verir ki, bunu rusiyalı siyasi ekspert Kirill Semenov bildirib.Muxalifet3 - 22-02-2019
Nazarbayev təngəni də "rusca"dan xilas etdi
Qazaxıstan hakimiyyəti milli ölkənin milli valyutası olan təngənin dizaynını və banknotlarını dəyişdirmək qərarına gəlib.
Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, indi yeni əskinasların üzərində rus dilində yazı olmayacaq.
Prezident Nursultan Nazarbayevin müvafiq fərmanı “Adilet” adlı hüquq-informasiya saytında dərc olunub.
“Banknot və dəmir pulların dizaynında istifadə olunan yazı mətni dövlət dilində aparılmalıdır. İnvestisiya və kolleksiya pullarında isə xarici dildən (məsələn rus dilindən-red.) yararlanmaq mümkündür” - deyə sənəddə bildirilir.Muxalifet3 - 22-02-2019
İran ABŞ PUA-larını məhv etdi, məlumatlar ələ keçirildi
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İran və Suriya üzərində uçan ABŞ pilotsuz uçuş aparatlarını (PUA) məhv edib.
Muxalifet.az xəbər verir ki, bu sözləri SEPAH-ın Aerokosmik Qüvvələrinə rəhbərlik edən Əli Hacızadə deyib.
Onun sözlərinə görə, ordu 7, yaxud 8 PUA-dan kəşfiyyat məlumatları ələ keçirib.
“Məlumatları izlədik və “birinci əl”ə çıxış əldə edə bildik”, - deyə Hacızadə bildirib.
Qeyd edək ki, SEPAH 2017-ci ildə də bənzər açıqlama yaymışdı.Muxalifet3 - 22-02-2019
“Belarusu nə Polşaya, nə də Rusiyaya vermərəm” - LUKAŞENKO
Müstəqil dövlətin yaradılması belarusların başlıca nailiyyətidir. Virtualaz.org “BelTA”ya istinadən xəbər verir ki, bunu hərbi akademiyaya səfəri zamanı Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
“Suverenlik və müstəqillik bu gün malik olduğumuz ən böyük nailiyyətdir. Mən fəxr edirəm və şadam ki, bu suveren ölkənin ilk prezidentiyəm. Birlikdə qurduğumuz ən böyük nailiyyətimizdir”, - Belarus dövlətinin başçısı bildirib.
Muxalifet4 - 23-02-2019
Dağlıq Qarabağ danışıqlarının canlanmasından nə gözləməli? - TƏHLİL
Dağlıq Qarabağ ətrafında vəziyyətin təhlili danışıqların yeni mərhələsində proseslərin çoxistiqamətli olduğunu göstərir.
Birinci tendensiya prosesin açıq-aydın canlanması və Ermənistandakı dəyişikliyin danışıqlar prosesində tərəqqiyə apara bilməsi ehtimalının tərəflərdə doğurduğu nikbinlikdir.
Əslində, Sankt-Peterburq, Düşənbə və Davosdakı danışıqlar dövrəsi, prezidentlərin qeyri-rəsmi görüşləri, habelə Parisdə xarici işlər nazirlərinin danışıqları etimadın artırılması üzrə tədbirlər barədə qərarla nəticələnib.
Muxalifet4 - 23-02-2019
ŞOK: Maduronun əsgərləri Braziliya ilə sərhəddə bir etirazçını öldürdü
Braziliya ilə sərhəddə Venesuela təhlükəsizik qüvvələri ilə toqquşmalar nəticəsində azı bir mülki vətəndaş həlak olub.
Yerli aborigen icmasının üzvlərinin qatıldğı insident Kumarakapay qəsəbəsi yaxınlığında baş verib. Yerli rəsmi ölən şəxsin Zorayda Rodriquez olduğunu bildirib.
Pemon etnik icmasının üzvləri Braziliya ilə sərhədə tanklarla gələn Venesuela Milli Qvardiyasının əsgərləri ilə toqquşublar.
Şəhər meri Emilio Qonzalez deyib ki, əsgərlər mülki vətəndaşlara rezin güllələrlə atəş açmış və gözyaşardıcı qazdan istifadə etmişlər.
Muxalifet4 - 23-02-2019
Rusiyada nüfuzlu amerikalı iş adamının HƏBSİNİN PƏRDƏARXASI - Maliyyə sektorunda qorxu...
Rusiyada hörmət edilən amerikalı iş adamlarından biri olan Maykl Kalvi Moskvada fırıldaqçılıq ittihamı ilə həbs olunub.
ABŞ-lı investor 37,5 milyon dollar dəyərində müqavilə ilə bağlı ona qarşı irəli sürülən ittihamları rədd edir.
Kalvinin həbsi biznes dünyasında çoxlarını təəccübləndirib.
"Bu şok idi. Bu, sadəcə zərər vermir, həm də son 7-8 il ərzində Strateji Təşəbbüslər Agentliyi tərəfindən investisiya mühitinin yaxşılaşdırılmasına dair edilmiş bütün işləri kölgə altına alır." - deyə, Aleksanr Xurudzi bildirib.
Muxalifet4 - 23-02-2019
Qadın ərinin cəsədini hökumət binasının qarşısına gətirdi - ŞOK SƏBƏB
Samara vilayətinin sakini fevralın 21-i axşam regional hökumət binasına içərisində həyat yoldaşının cəsədi qoyulmuş açıq tabut gətirib.
O həmin günü onu “Rubejnoe” qəbirstanlığında dəfn etməli idi, lakin yerli ayin şirkətlərin nümayəndələri ona mane olublar. Bu barədə Samara vilayətinin rəsmisi Azat Tuymasov “Komsomolskaya Pravda” qəzetinə müsahibəsi zamanı bildirib.
Muxalifet4 - 23-02-2019
Milli Şuranın növbəti mitinqinin vaxtı bəlli oldu
Milli Şura martın 2-də Bakıda “Məhsul” stadionunda mitinq keçirmək barədə qərar qəbul edib.
Bu barədə AXCP sədri Əli Kərimli Turan.tv-nin “Sözarası” proqramında canlı yayımda bildirib.
Muxalifet4 - 23-02-2019
UEFA "Arsenal"ın futbolçusunu cəzalandırdı
UEFA İngiltərənin "Arsenal" klubunun futbolçusu Aleksandr Lyakazetti 3 oyunluq cəzalandırıb. "Report"un qurumun rəsmi saytına istinadən məlumatına görə, fransalı hücumçu Belarusda BATE-yə 0:1 hesabı ilə uduzduqları Avropa Liqasının ilk 1/16 final matçında rəqibə dirsək zərbəsi endirdiyi üçün diskvalifikasiyaya məruz qalıb. O, artıq 3:0 hesablı qələbə qazandıqları cavab görüşündə iştirak etməyib. 27 yaşlı forvard daha 2 oyunluq cəzanı isə Fransa "Renn"i ilə 1/8 final qarşılaşmalarında çəkəcək.
Muxalifet4 - 23-02-2019
Lukaşenkodan ABŞ-ı qəzəbləndirəcək açıqlama:: “Venesuela üçün müdafiə planı hazırladıq”
Belarus prezidenti Aleksandr Lukaşenko Venesuelanın keçmiş prezidenti Hugo Chavez dövründə Venesuela üçün bir müdafiə planı hazırladığını və iqtisadiyyatın yaxşılaşdırılmasına kömək etdiyini ifadə edib.
Muxalifet3 - 23-02-2019
Trampdan “Suriya” açıqlaması
ABŞ prezidenti Donald Tramp “Suriyada "kiçik" ABŞ kontingentinin qalmasına müsbət baxıram. Çoxları bu fikri uyğun görür, mən də fikirlərə açığam" deyib.
ABŞ qoşunlarının Suriyadan çıxarılması ilə bağlı bir suala Tramp, "NATO və ya digər birliklərlə birlikdə biz də kiçik bir hərbi kontingent saxlaya bilərik, beləliklə də İŞİD təkrar qayıda bilməz. Bu fikrə müsbət yanaşıram, oradakı birliklərimizə nisbətdə kiçik bir birlik olacaq. Bir çox adam da bu fikri qəbul edir" deyə cavab verib.Muxalifet3 - 23-02-2019
Tramp bunu gözləmirdi! Avropa ABŞ-a misli ilə cavab verəcək
Avropa Birliyi (AB) ABŞ prezidenti Donald Trampun AB-dən avtomobil idxalına vergilər qoyduğu təqdirdə buna misli ilə cavab verməyə hazırlaşır.
“Bloomberg”-in verdiyi məlumata görə, Avropa Birliyi Trampın mümkün addımlarına qarşı misilləmə olaraq aralarında Caterpillar Inc, Xerox Corporation və Samsonite International S.A. kimi şirkətlər də olmaqla, bir ABŞ şirkətinin istehsal etdiyi məhsulların idxalına vergilər tətbiq etməyi planlaşdırır.Muxalifet3 - 23-02-2019
Şəmkirin icra başçısı Fazil Məmmədovu rayondan qovub - ŞOK İDDİA
Biznes imperiyasını idarə etmək üçün şirkətlərin başına keçən sabiq vergilər nazirinə “öz adamı”ndan ağır zərbə; Şəmkir “qala”sı içindən çökdürüldü...
Musavat.com-un məlumatına görə, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov sabiq nazir Fazil Məmmədova rayon ərazisində sahibkarlıq fəaliyyəti göstərməyi qeyri-rəsmi olaraq qadağan edib. Hətta Şəmkirdən aldığımız bir məlumata görə, Fazil Məmmədov rayon ərazisindən qovulub.
Muxalifet - 23-02-2019
Məşhur müğənni HƏBS OLUNDU
ABŞ-da əvvəllər 10 maddə üzrə cinsi zorakılıqda ittiham olunan müğənni R.Kelly həbs edilib.
Bu barədə Çikaqo polis idarəsinin rəsmi nümayəndəsi Entoni Qulyelmi "Twitter"də yazıb.
O, artistin hazırda həbs olunduğu, fevralın 23-də isə məhkəmə qarşısına çıxarılacağını bildirib./PublikaMuxalifet - 23-02-2019
Rusiya Türkiyəni “Əfqanıstan” prosesinə daxil etmək istəyir
Rusiyanın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov Əfqanıstan böhranı ilə bağlı çözüm prosesində Türkiyənin əhəmiyyətli bir aktyor olduğunu və Moskva formatına daxil edilə biləcəyini açıqlayıb.
ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad ilə görüşmək üçün Ankarada olan Kabulov, “Sputnik”-ə etdiyi açıqlamada, bu ifadələri işlədib:Muxalifet3 - 23-02-2019
ABŞ-dan ermənilərə “qırmızı vərəqə” - Nikolun Qarabağa görə strateji səhvi
Paşinyanın “iki stul” siyasəti fiasko oldu; inqilabçı baş nazir İrana Amerikanın sərt xəbərdarlığı ilə gedir; erməni portalı: “Nikol Paşinyan özünün qurduğu tələyə düşdü...”
Muxalifet - 23-02-2019
Yaşayış binaları ilə bağlı fərman neçə mənzili əhatə edəcək?
Prezident İlham Əliyevin çoxmərtəbəli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında fərmanı təxminən 400 binanı və ya 50-60 min mənzili əhatə edəcək.
Bunu Trend-ə müsahibəsində Əmlak Xidmətləri Məkanının rəhbəri Rəşad Əbləsənov deyib.
R.Əbləsənov vurğulayıb ki, bu fərman cəmiyyətin sosial-iqtisadi inkişafında vacib rol oynayacaq.
Onun sözlərinə görə, bu istiqamətdə reallaşdırılacaq tədbirlər ilk növbədə daşınmaz əmlak bazarının leqallaşmasına, əmlak sahiblərinin hüquqlarının müdafiəsinə yönələcək:Muxalifet - 23-02-2019
ABŞ-ın gizli “Suriya” planını açıqladı: “Onların gizli bir gündəmi var”
Türkiyə prezidentinin Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Mesut Haqqı Caşın ABŞ-ın Suriya siyasəti ilə bağlı etdiyi açıqlamada, "ABŞ Suriyadan çəkilməyəcək. Onların gizli bir gündəmi var və bunu Türkiyə ilə paylaşmırlar 'deyib.
“Aydınlık qəzetinin xəbərə görə, ABŞ prezidenti Donald Trampın təklif etdiyi təhlükəsiz bölgənin PKK terrorçularını qoruduğu üçün qəbul edilə bilməyəcəyini söyləyən professor Caşın, ABŞ-ın Suriyadan çəkilməyəcəyini və gizli bir gündəmlərinin olduğunu ifadə edib.Muxalifet3 - 23-02-2019
Salyanda AĞIR QƏZA: xəsarət alan var
Salyan rayonunda yol qəzası baş verib.
Muxalifet.az "Report"a istinadə n xəbər verir ki, hadisə Ələt-Astara magistralının 95-ci kilometrliyində rayon ərazisindən keçən hissəsində qeydə alınıb.Muxalifet - 23-02-2019