Axtarış

The search found 105785 results in 0.086 seconds.

Search results

  1. DST: təhlükəsiz qidalanmanın 5 əsas prinsipi...

    Dünya Səhiyyə Təşkilatı (DST) qida mənşəli xəstəliklərin qarşısını almaqdan ötrü hamını sadə qaydalara riayət etməyə çağırır.
    Muxalifet.az xəbər verir ki, DST-nin müraciətində deyilir: “Ərzaq məhsulları istehsalçıları onların təhlükəsizliyi üçün əsas məsuliyyət daşıyır. Lakin siz özünüzü və ailənizi 5 əsas prinsipi tətbiq edərək qida mənşəli xəstəliklərdən qoruya bilərsiniz”.

    Muxalifet3 - 23-02-2019

  2. DİQQƏT: Evlərə "kupça"nı necə almaq olar? - VİDEO

    Dövlət başçısının çoxmərtəbəli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında fərmanından sonra 10 minlərlə insan öz mənzilinə çıxarış ala biləcəklər. Bu isə çıxarış alma presedurları vərüsum məsələsini aktuallaşdırır. Növbəti süjetdə əməkdaşlarımız bu məsələni araşdırıb.
     
    Çoxmərtəbəli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi daşınmaz əmlaka dair çıxarışların rüsumunu və prosedurları aktuallaşdırıb. Əmlak məsələləri üzrə üzrə ekspert Nüsrət İbrahimov deyir ki, çıxarışın alınması bir neçə mərhələdən keçir.
     

    Muxalifet3 - 23-02-2019

  3. ​AB: Tramp bu qərarı versə, cavabı olacaq

    ABŞ Prezidenti Donald Tramp Avropa Birliyindən avtomobil idxalına vergi qoyacağı təqdirdə cavabı olacaq.
    Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı “Blumberq” yayıb. Məlumata görə, Avropa Birliyinin adı açıqlanmayan rəsmi nümayəndəsi Trampa cavab olaraq bir çox ABŞ şirkətinin istehsal etdiyi məhsullara vergi tətbiq edilməsinin gündəmə gətirildiyini bildirib.
    AB nümayəndəsi ABŞ-da istehsal edilən yük avtomobillərinin, texnikaların və yüklərin idxalına gömrük vergisi tətbiq ediləcəyini bildirib.
     

    Muxalifet3 - 23-02-2019

  4. Çində avtobus qəzası: 20 nəfər həlak oldu...

    Çində mədən işçilərini daşıyan avtobusun qəzaya uğraması nəticəsində 20 nəfər həlak olub, 30 nəfər yaralanıb.
    Muxalifet.az xəbər verir ki, qəzanın bu gün səhər saatlarında Daxili Monqolustan Muxtar Rayonunun Xilin Qol şəhərində baş verdiyi bildirilir.
    İlkin ehtimallara görə, qəzanın baş verməsinə səbəb avtobusun əyləcində yaranan nasazlıqdır
     

    Muxalifet3 - 23-02-2019

  5. Gəlin, bu şəhəri əsl sahiblərinə qaytaraq - Ərdoğan

    Ən azı yarım milyon suriyalı geri dönmək üçün Türkiyədən bölgəni təhlükəsiz vəziyyətə gətirməsini gözləyir.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda keçirilən seçki mitinqində deyib. O, bu işdə ABŞ və Avropa başda olmaqla, bütün dünyadan Türkiyəyə dəstək olmağı istəyib:

    Muxalifet3 - 23-02-2019

  6. Nazarbayev bu fərmanla Rusiyanı ŞOK-a SALDI

    Qazaxıstan öz milli valyutasının üzərində rus dilində olan yazıları götürəcək.
    Muxalifet.az xəbər verir ki, “Azadlıq” radiosunun yazdığına görə, bu haqda ölkənin prezidenti Nursultan Nazarbayev fərman imzalayıb.
    Fərmana əsasən, dəmir sikkələr və təngə banknotlarında yazılar yalnız ölkənin dövlət dilində olmalıdır. İndiyə kimi, milli valyutada rus və qazax dillərindən istifadə olunurdu.
    Xarici dillərdən istifadə yalnız kolleksiya və investisiya sikkələrinin rəsmiləşdirilməsi üçün buraxılacaq.

    Muxalifet3 - 23-02-2019

  7. Qurban Qurbanov: Bunun üçün onu cəzalandırdım

    Yaxşı və maraqlı oyun alındı. Qələbə qazanmağı çox istəyirdik. Qol epizodları olsa da, istifadə edə bilmədik. 1 xal qazandıq və 2 xal itirdik. Bu cür itkilərin olacağını əvvəlcədən demişdim".
    Muxalifet.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Sabah" komandası ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan PreAramyer Liqasının XXVIII tur matçından sonra mətbuat konfransında deyib.

    Muxalifet3 - 23-02-2019

  8. Əsəd rejimi İdlib şəhərini toplarla atəşə tutdu

    Suriyada Bəşər Əsəd rejimi və İrandan dəstək alan terrorçu qruplaşmalar İdlib şəhərində təhlükəsizlik bölgəsindəki yaşayış məntəqələrini toplarla atəşə tutub.
    Muxalifet.az xəbər verir ki, hücumlar nəticəsində 5 mülki vətəndaş həlak olub, 4 nəfər yaralanıb.
    “Ağ dəbilqəlilər” mülki-müdafiə agentliyinin direktoru Mustafa Həcc Yusif “Anadolu” agentliyinə açıqlamasında rejim qüvvələrinin hücumlara davam etdiyini söyləyib.

    Muxalifet3 - 23-02-2019

  9. Messidən möhtəşəm oyun: "Sevilya"nı təkbaşına məğlub etdi

    Fevralın 23-də İspaniya La Liqasının 25-ci turu çərçivəsində növbəti oyun keçirilib.
    Muxalifet.az xəbər verir ki, La Liqanın son çempionu "Barselona" səfərdə "Sevilya"nın qonağı olub. Görüş kataloniyalıların 4:2 hesablı qələbəsi ilə başa çatıb.
    “Barselona”nın heyətində Lionel Messi 26, 67 və 85-ci dəqiqələrdə fərqlənərək het-trik edib. Oyunda son nöqtəni isə 90-cı dəqiqədə Luis Suarez qoyub. "Sevilya"nın qollarına isə Xesus Navas (22) və Qabriel Merkado (42) imza atıblar.

    Muxalifet3 - 23-02-2019

  10. ABŞ-ın bu ölkə ilə sərhədə ordu yeritməsinin səbəbi...

    Pentaqon miqrantların qeyri-qanuni şəkildə ölkəyə girişinin qarşısını almaq məqsədilə Meksika sərhədinə 1000 əsgər göndərəcək.
    Muxalifet.az xəbər verir ki, Pentaqon 1000 əsgərin martdan etibarən Meksika sərhədində xidmət etməyə başlayacağını açıqlayıb.
    ABŞ mediası isə əlavə 1000 əsgərin Meksika sərhədində əvvəlcədən müəyyən edilmiş 225 kilometrlik bölgəyə tikanlı məftillər hörmək üçün göndəriləcəyini yazıb.

    Muxalifet3 - 23-02-2019

  11. SON DƏQİQƏ: Yeni müharibənin təməli QOYULDU

    Venesuela ordusuna Kolumbiya ilə sərhəddə qoşunların yerləşdirilməsi ilə bağlı əmr alıb.
    Muxalifet.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Silahlı Qüvvələrin rəhbərliyi məlumat yayıb.
    Bildirilir ki, prezident Nikolas Maduronun təlimatına əsasən bu addım atılıb.

    Muxalifet3 - 23-02-2019

  12. Sudandakı fövqəladə vəziyyət rejimi ilə bağlı - Yeni məlumat

    Sudan Prezidenti Ömər əl-Bəşir tərkibində Müdafiə və Xarici İşlər Nazirliyi də daxil olmaqla, 6 nazirliyin tərkibini dəyişdirib.
    Muxalifet.az xəbər verir ki, bu barədə məlumatl sputnik yayıb. Məlumata görə, prezidentin fərmanına əsasən, ölkədəki 18 əyaləti idarə etmək üçün ordudan nümayəndələr təyin edilib. Həmçinin bildirilib ki, bəzi nazir müavinləri və baş katiblər də vəzifədən azad edilib. Lakin işdən çıxarılan şəxslərin isə adları hələlik açıqlanmayıb.

    Muxalifet3 - 23-02-2019

  13. Bunu Türkiyənin hər yerinə gətirəcəyik - Ərdoğan

    Sosial bələdiyyə vacibdir. Biz birbaşa insanlara təsir etməliyik.
    Muxalifet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarını cavablandırarkən bildirib.
    "Rüşvətlə deyil, mədəniyyətlə bir dəyər qazandıran bələdiyyə anlayışını bu seçkilərdə Türkiyənin hər yerinə gətirəcəyik. Əskiklərimizi müəyyənləşdiririk, 100 faiz uğurlu deyilik, ancaq addımımızı atacağıq", - Ərdoğan qeyd edib.
     

    Muxalifet3 - 23-02-2019

  14. ABŞ-dan növbəti SANKSİYA DALĞASI - Dövlət Departamenti açıqlama yaydı

    ABŞ Konqo Demokratik Respublikasının (KDR) bəzi rəsmilərinə "seçkiləri saxtalaşdırdığını və insan haqlarını pozduğu"nu əsas gətirərək sanksiya tətbiq edib.

    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, ABŞ Dövlət Departamenti bununla əlaqədar bəyanat yayıb.

    Bəyanatda ABŞ-ın ölkədə dəyişiklik məsələsində KDR xalqının yanında olduğu bildirilir. Həmçinin xalqın seçkilərdə dəyişiklik iradəsi və hesabatlı, şəffaf dövlət qurmaq arzusuna dəstək ifadə edilir.

    Muxalifet4 - 24-02-2019

  15. İtlərini boğuşdururdular, özləri də əlbəyaxa oldular - YARDIMLIDA

    Yardımlıda Şovud və Ləzran kəndləri arasındakı Abudərə adlı ərazidə bir qrup şəxs arasında kütləvi dava baş verib.

    Muxalifet.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, itləri döyüşdürmək üçün bir araya gələn rayon sakinləri arasında bir müddət sonra münaqişə baş verib. Münaqişə zamanı üç nəfər bıçaqlanıb. Onlardan ikisi Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına, biri isə Yardımlı xəstəxanasına aparılıb. Lakin sonuncunun həyatını xilas etmək mümkün olmayıb.

    Muxalifet4 - 24-02-2019

  16. Qonşusunu öldürüb, Almaniyaya "siyasi mühacirətə" getdi... - RÖVŞƏN CAVADOV AZƏRBAYCANA TƏHVİL VERİLDİ

    Salyanda 4 il əvvəl qonşusunu qətlə yetirərək basdırıb üzərində hamam tikən Salyan şəhər sakini Rövşən Cavad oğlu Cavadov gizləndiyi Almaniyada saxlanılaraq Azərbaycana ekstradisiya olunub.

    Muxalifet4 - 24-02-2019

  17. Venesuela qoşunları nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə etdi

    Venesuelanın müxalifət lideri Xuan Quaydo özü şəxsən şənbə günü Kolumbiyanın Kukuta şəhərindən iki ölkə arasındakı sərhədə yardım karvanı göndərib. O, prezident Nikolas Maduronun etirazlarına baxmayaraq ac əhaliyə ərzaq və dərmanlar gətirəcəyinə söz verib.

    Bir çox Qərb ölkələrinin Venesuelanın qanuni lideri olaraq tanıdığı Quaydo çox qısa müddət ABŞ-ın dəstəklədiyi humanitar yardımı Venesuela sərhədinə daşıyan on iki yük maşınından birinə minib.

    Muxalifet4 - 24-02-2019

  18. Sosial şəbəkədə inanılmaz fırıldaq - Aldadaraq 12 min manata yaxın pulunu aldılar - VİDEO

    Sosial şəbəkədə tanış olduğu insan onu aldadaraq 12 min manata yaxın pulunu alıb.

    Qusar sakini Rahib Babayev 2015-ci ildə 30 minə yaxın izləyicisi olan "Facebook" səhifəsini 2200 manata satıb. Pulu almaq üçün də plastik bank kartına ehtiyac olub. Rahib bunun üçün sosial şəbəkədə elan paylaşıb və dostlarından kömək istəyib. Dostluğunda olan şəxslərdən biri, Naxçıvanda qeydiyyatda olan Rövşən Kazımov da ona kömək edəcəyini bildirib. Pul karta köçsə də həmin şəxs onu verməyib.

    Muxalifet4 - 24-02-2019

  19. Ermənilər beş rayonumuzu ATƏŞƏ TUTDU

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistanın Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Məzəm kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

    Muxalifet4 - 24-02-2019

  20. Maduronun döyüşçüləri humanitar yardıma od vurdu - YÜZLƏRLƏ YARALI VƏ ÖLƏNLƏR VAR

    Venesuela müxalifətinin Kolumbiya və Braziliyadan ölkəyə humanitar yardım keçirmək cəhdi qanlı qarşıdurmaya səbəb olub. Xarici KİV-lər xəbər verir ki, ötən gün müvəqqəti prezident Xuan Quaydo Braziliyadan Venesuelaya humanitar yardım daşıyan ilk yük maşınının keçdiyini elan etsə də Maduroya sadiq ordu qüvvələri daha sonra humanitar yüklərin qarşısını alıb.

    Muxalifet4 - 24-02-2019

Pages