Axtarış

The search found 105785 results in 0.026 seconds.

Search results

  1. Ən məşhur öpüşün müəllifi öldü - II dünya müharibəsini bitirən fotonun maraqlı tarixçəsi...

    20-ci əsrin ən önəmli fotolarından birinin məşhur ulduzu George Mendosa vəfat edib. Bir əsrə damğa vuran “İkinci Dünya Müharibəsi”ni dayandıran foto olaraq, xatırlanan bu görüntülər haqqında maraqlı məlumatları sizlərə təqdim edirik.

    Fotoya baxdımız zaman George Mendosa və Greta Zimmer Friedmanın arasında dərin bir eşq olduğunu düşünmək olar. Lakin bir çoxları belə düşünsə də, əslində öpüşləri ilə dünyanın gündəminə oturan bu fotodakı iki şəxs bir-birilərini tanımırdılar.

    Muxalifet4 - 24-02-2019

  2. “180 manatla dolana bilərsiniz” deyən Hadı Rəcəblinin ƏMLAKININ SİYAHISI

     Millət vəkili Hadi Rəcəbli tez-tez qıcıq doğuran açıqlamalaır ilə gündəmə gəlir. Millət vəkili bu dəfə də verdiyi açıqlamada maraqlı nüanslara toxunub.
    Muxalifet.az sosial şəbəkədəki səhifələrin birinə istinadən xəbər verir ki, bu dəfə millət vəkilinin çoxsaylı əmlakları sosial şəbəkə istifadəçiləri tərəfindən paylaşılıb.
    Deputat Hadı Rəcəbli dünən yeni açıqlama verib: "180 manatla bir ay dolanmaq olar". Buyurun, bu da ayda 180 manatla "dolanan" Hadı Rəcəblinin biznesi, sərvətləri:
     
    1. "DNS" Komputers şirkəti ( 7 mağaza) 

    Muxalifet4 - 24-02-2019

  3. “Ayağını itirdi, topa olan sevgisini isə əsla itirmədi” - “Təkayaqlı Messi”nin həyat hekayəsi - FOTOLAR

    UEFA, #EqualGame haştəqi altında karyerası boyunca sıxıntılarla qarşılaşan futbolçuların həyat hekayələrini təqdim etməyə davam edir. 2017-ci ildən başlayan kampaniyada bu dəfə Türkiyənin milli paralimpiya futbol komandasında çıxış edən Barış Tellidir.

    UEFA-nın “Xəyalını gerçəyə çevir” başlığı ilə dərc etdiyi məqalədə gənc futbolçunun uşaqlıq illərindən bəri futbola olan sevgisi haqqında bəhs edilir.

    Muxalifet4 - 24-02-2019

  4. Oğuz sakini elektrik mişarı ilə öz ayağını kəsdi

    Oğuz sakini bədbəxt hadisə nəticəsində özünə xəsarət yetirib. Hadisə günorta saatlarında rayonun Muxas kəndində baş verib.

    Həmin kəndin 1989-cu il təvəllüdlü sakini Allahverdiyev Tərlan Knyaz oğlu bağda elektrik mişarı ilə ağacları budayarkən ehtiyatsızlıqdan ayağını kəsib.

    Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılan T.Allahverdiyevə sol ayağın kəsilmiş yarası diaqnozu qoyulub(report).

    Muxalifet4 - 24-02-2019

  5. Tramp nikbindir: Kim Çenlə görüş...

    Qarşıda Şimali Koreya ilə baş tutacaq sammitdə proqress və Pxenyanın denuklarizasiyası gözlənilə bilər.
    Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Tvitter mikrobloqunda yazıb.
    “Şimali Koreya lideri Kim Çen İnlə görüş məqsədilə sabah səhər saatlarında Vyetnama, Hanoya yola düşürəm. Hər ikimiz Sinqapurda əldə edilən razılaşma ilə bağlı irəliləyiş əldə ediləcəyini gözləyirik. Denuklarizasiya?”, - Ağ Ev rəhbəri bildirib.
    Qeyd edək ki, Tramp-Kim Çen İn görüşü fevralın 27-28-də Vyetnamın paytaxtı Hanoyda baş tutacaq.
     

    Muxalifet3 - 24-02-2019

  6. DİQQƏT: Uşaq pulları bərpa olunur - VİDEO

    Muxalifet.az bax.tv-yə istinadən həmin xəbəri oxucularına təqdim edir. 

    Muxalifet3 - 24-02-2019

  7. ABŞ-da təyyarə qəzaya uğradı: ölənlər var

    ABŞ-ın Massaçusest ştatında “Cesna – 172” tipli təyyarə qəzaya uğrayıb.
    Muxalifet.az xəbər verir ki, hadisə nəticəsində göyərtədə olan 2 nəfər həyatını itirib.
    Polisin məlumatına görə, təyyarə Norvud hava limanından təxminən 24 km məsafədə yerə çırpılıb.
    Faktla bağlı araşdırma başladılıb.
     

    Muxalifet3 - 24-02-2019

  8. İstanbul məktəblərində tətil elan edildi - Səbəb

    Türkiyənin İstanbul şəhərinə yağan şiddətli qar səbəbilə məktəblərdə tətil elan edilib.
    Muxalifet.az xəbər verir ki, bu barədə İstanbul valisi Əli Yerliqaya sosial şəbəkə hesabında məlumat yayıb.
    O, yağıntının davam etməsinə görə sabah dərs olmayacağını bildirib.
     

    Muxalifet3 - 24-02-2019

  9. "Neftçi" - "Səbail" oyununda insident

    "Neftçi" və "Səbail" arasında keçirilmiş Azərbaycan Premyer Liqasının XVIII tur matçından sonra iki komandanın baş məşqçiləri arasında insident baş verib.
    Muxalifet.az-ın  məlumatına görə, flaqmanın baş məşqçisi Roberto Bordin gənc həmkarı Aftandil Hacıyevə sərt formada etirazını bildirib.
    Hacıyev isə buna eyni qaydada cavab verib. İnsidentin böyüməsinə köməkçi məşqçilər imkan verməyiblər.
    Bordin Hacıyevlə münaqişənin səbəbini belə izah edib: "Oyunun gedişində futbolçumuza etirazını bildirirdi. Bu isə məncə, düzgün deyil".

    Muxalifet3 - 24-02-2019

  10. Erməni hərbçi maşını su anbarına aşırdı və...

    Ermənistanın Tavuş vilayətinin Tavuş kəndi yaxınlığındakı su anbarına avtomobil düşüb.
    Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, xilasedicilər hadisə yerinə gəlib və su anbarından VAZ 2107 markalı avtomobilinin sürücüsünün meyitini aşkarlayıblar. Onun hərbi qulluqçu olduğu məlum olub. Hazırda hərbçinin şəxsiyyətinin dəqiqləşdirilməsi istiqamətində istintaq aparılır.
     

    Muxalifet3 - 24-02-2019

  11. İndoneziyada güclü zəlzələ: Ən təhlükəli...

    İndoneziyanın Sulavesi adasındakı Qorontalo əyalətində 5,3 bal gücündə zəlzələ baş verib.
    Muxalifet.az xəbər verir ki, zəlzələ nəticəsində insan tələfatı və dağıntının yaşanması ilə bağlı hələlik məlumat yoxdur.
    Zəlzələdən sonra sunami təhlükəsinin gözlənilmədiyi bildirilib.
    Qeyd edək ki, Sulavesi adası ən təhlükəli zəlzələ bölgələrindən hesab olunur. Bir qədər əvvəl burada baş vermiş 7,5 bal gücündə zəlzələ nəticəsində 2 min insan həlak olub, 20 mini evsiz qalıb.
     

    Muxalifet3 - 24-02-2019

  12. SON DƏQİQƏ: Dubaya uçan təyyarə qaçırıldı

    Banqladeşdə sərnişin təyyarəsi qaçırılıb. 
    Muxalifet.az xəbər verir ki, Bdnews24 nəşrinin yaydığı məlumata görə, Biman Bangladesh aviaşirkətinə məxsus təyyarənin Çittaqonq hava limanında olarkən naməlum şəxslər tərəfindən qaçırıldığı deyilir. 
    Bildirilir ki, hadisə sərnişinlər təyyarəni tərk etdikdən sonra baş verib. 
    Biman Bangladesh şirkətinin nümayəndəsi faktı təsdiqləsə də, əlavə məlumat verməyib. 
    Qeyd edək ki, təyyarə Dəkkə-Dubay reysi ilə uçurmuş.
     

    Muxalifet3 - 24-02-2019

  13. Futbolumuzun qara günü: 1946-da Şəmkirdə nə baş verib?

    Bu gün “Düyərli faciəsi”nin ildönümüdür.
    Muxalifet.az xatırladır ki, 1946-cı il fevralın 24-də Tovuzun “Turan” klubunun futbolçularını daşıyan maşın Şəmkir rayonundan oyundan qayıdarkən Düyərli kəndində qəzaya uğrayıb.
    Hadisə nəticəsində klubun bir çox futbolçusu həlak olub.
    Bu olay Azərbaycan futbolu tarixinə “Düyərli faciəsi” kimi düşüb.
     

    Muxalifet3 - 24-02-2019

  14. Azərbaycanda yaz bu tarixdə başlayacaq

    2019-cu ildə yaz fəsli Azərbaycana martın 21-i Bakı vaxtı ilə saat 01:58-də daxil olacaq.
     Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının verdiyi məlumata görə, bu zaman gecə ilə gündüz bərabərləşir. 
    Günəş ekliptika üzrə hərəkət edərək cənub yarımkürəsindən şimal yarımkürəsinə keçir və həmin andan Şimal yarımkürəsində yaz fəsli başlayır.
    Xalq təqvimində qış fəsli 3 hissəyə bölünür. Dekabrın 21-dən yanvarın 30-dək böyük çillə, yanvarın 31-dən fevralın 19-dək kiçik çillə, fevralın 20-dən martın 20-dək boz ay davam edir.

    Muxalifet3 - 24-02-2019

  15. Magistraturaya imtahan başa çatdı

    Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanının birinci mərhələsini keçirib.
    Dövlət İmtahan Mərkəzindən  verilən məlumata görə, magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsi respublikanın 5 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərində, ümumilikdə 39 imtahan binasında aparılıb.
    İmtahan bütün binalarda eyni vaxtda başlanıb və 2 saat 30 dəqiqə davam edib.

    Muxalifet3 - 24-02-2019

  16. Yas düşmüş evdə yanğın baş verib

    Qubanın Qorxmazoba kəndində yanğın olub.
    Muxalifet.az-ın “Report”a istinadən məlumatına görə, Dadaşov Cəmil Şamil oğluna məxsus ikimərtəbəli yaşayış evində baş verən yanğın zamanı evin bir otağı yararsız vəziyyətə düşüb.
    Yanğının elektrik qısaqapanması səbəbindən baş verdiyi bildirilir. Alov kənd sakinləri tərəfindən söndürülüb.
    Hadisə zamanı xəsarət alan olmayıb.
    C.Dadaşovun həyat yoldaşı bir neçə gün əvvəl vəfat edib.
    Faktla bağlı araşdırma aparılır.
     

    Muxalifet3 - 24-02-2019

  17. "50 ildir siyasətdəyəm. Hamı məni yaxşı tanıyır" - Hadı Rəcəbli QƏZƏBLƏNDİ

    Son günlər Milli Məclisin deputatı Hadi Rəcəblinin müsahibəsi ictimaiyyətdə narazılığa səbəb olub və sosial şəbəkələrdə deputatın "Ailədə iki nəfər iki ayrı yerdə işləsə, 180 manatla dolanmaq olar" fikri tənqid olunub. Həmçinin sosial şəbəkələrdə deputata məxsus olduğu iddia edilən obyektlərin siyahısı yayımlanıb.
    Muxalifet.az xəbər verir ki, qaynarinfo-ya açıqlama verən millət vəkili barəsində yazılanların tamamilə cəfəngiyat olduğunu və heç bir fakta söykənmədiyini bildirib:

    Muxalifet3 - 24-02-2019

  18. ​Əsəbi və nevroz insanlara bu qidalar olmaz — Yağlı ət, istiot...

    Pəhrizin məqsədi sinir sistemini qıcıqlandıracaq qidalardan uzaq durmaqdır.
    Muxalifet.az medicina.az-a istinadən xəbər verir ki, sinir sistemi xəstələrinə bəzi qidalardan uzaq durmaq məsləhət görülür:
    - kəskin, ədviyyatlı qidalar
    - müxtəliq qatqılı qida maddələri
    - istiot, pul bibər
    - hisə verilmiş qidalar
    - həddən artıq yağlı ət məhsulları
    - spirtli içkilər
    - tünd çay, kofe.
    Belə xəstələrin aşağıdakı qidalardan daha çox istifadə etmələri daha məqsədəuyğundur.
    - qara ciyər
    - mal dili

    Muxalifet3 - 24-02-2019

  19. Türkiyə parlamentinin yeni sədri seçildi

    Mustafa Şentop Türkiyə parlamentinin yeni sədri seçilib.
    Muxalifet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, gizli səsvermənin birinci və ikinci turlarında namizədlərin heç biri tələb olunan səs toplaya bilməyib.
    Üçüncü turda isə AKP-nin (Ədalət və İnkişaf Partiyası) üzvü M. Şentop digər namizədləri üstələyərək parlamentin sədri seçilib.
    Qeyd edək ki, parlamentin sədri Binəli Yıldırım hakim Ədalət və İnkişaf Partiyasını tərəfindən İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri postuna namizəd irəli sürüldüyündən tutduğu vəzifədən istefa verib.
     

    Muxalifet3 - 24-02-2019

  20. ABŞ Venesuelaya ordu yeridə bilər - Pompeo AÇIQLADI

    ABŞ Dövlət katibi Mayk Pompeo Venesuelada hərbi əməliyyatların keçirilmə ehtimalını istisna etməyib.
    Muxalifet.az xəbər verir ki, ABŞ rəsmisi Venesuela Prezidenti Nikolas Maduronu da “xəstə tiran” adlandırmaqdan da çəkinməyib.
    “Bütün variantlara nəzər yetirilir. Biz qaçılmaz olaraq o addımları atırıq ki, orada Venesuela xalqı öz azad fikrini ifadə edə bilsin, demokratiya hakim olsun. Həmçinin elə edək ki, Venesuela xalqının gələcəyi də parlaq olsun”, - deyə Pompeo bildirib.
    O, eyni zamanda bildirib ki, Maduro ən zalım və dəhşətli tirandır:

    Muxalifet3 - 24-02-2019

Pages