Axtarış
The search found 105785 results in 0.074 seconds.
Search results
“Əfv Komissiyasına yüzlərlə müraciət daxil olub” - Əliməmməd Nuriyev
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası həftə sonu keçirilə bilər.
Bu barədə Komissiyanın üzvü Əliməmməd Nuriyev məlumat verib. Bildirib ki, bu günə qədər Əfv Komissiyasına yüzlərlə müraciət daxil olub.
"Xocalı faciəsi ilə bağlı müxtəlif tədbirlər keçirilir. Ona görə komissiyanın növbəti iclası həftə sonunda baş tuta bilər".
Qeyd edək ki, bu ilin mart ayında, Novruz bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir./AzvisionMuxalifet - 25-02-2019
Az stress, bol məhsuldarlıq - dünya 4 günlük iş rejiminə keçir, bəs Azərbaycan?
Azərbaycanda da Yeni Zelandiyanın təcrübəsi tətbiq edilə bilərmi?
Yeni Zelandiyada işçilərin dördgünlük iş rejimi ilə bağlı araşdırma keçirilib. 2018-ci ilin noyabrında Yeni Zelandiyanın “Perpetual Guardian” kampaniyası dünyada dördgünlük iş rejiminə keçən ilk şirkət olub. “Yeni Müsavat” bu araşdırmanın nəticələri və onun gətirmiş olduğu bəzi sonucları diqqətə çatdırır. Bununla da onlar həftəlik iş saatlarını s 37,5-dən 30-a qədər azaldıblar.
Muxalifet - 25-02-2019
Yaxın günlərdə bir neçə orta məktəbə yeni direktor təyin olunacaq - Təhsil Nazirliyi
Azərbaycanda orta məktəb direktorlarının işə qəbulu üzrə müsabiqədə uğur qazanan daha bir neçə namizədin vəzifəyə təyinatı ilə bağlı yaxın günlərdə əmr imzalanacaq.
Bu barədə Təhsil Nazirliyindən bildirilib.
Qeyd olunub ki, dövlət ümumi təhsil müəssisələrində vakant direktor vəzifələrinin tutulması üçün elan edilən müsabiqənin ilkin yerləşdirmə nəticələrinə əsasən, uğur qazanan 228 nəfərdən 104 nəfəri müvafiq ümumi təhsil müəssisəsinin direktoru vəzifəsinə təyin olunub və onlarla əmək müqaviləsi bağlanılıb.Muxalifet - 25-02-2019
Qohum evliliyi QADAĞAN EDİLƏ BİLƏR? - “İrsi xəstəliklər sürətlə artır”
Qohum evliliklərinin tibbi baxımdan zərərli olması və irsi-genetik xəstəliklərin artmasına yol açması uzun müddətdir müzakirə olunur. Xüsusən Şərq ölkələrində bu hallar daha çoxdur. Bu baxımdan Özbəkistanda yaxın qohumlar arasında nikah bağlanması qadağan edən qanun layihəsi hazırlanması diqqət çəkir.
Muxalifet - 25-02-2019
Mənsimovun 4 tankerini kimlər aldı... - CƏMİ 8 MİLYON DOLLARA
Azərbaycanlı gəmiçilik maqnatı, son illər donanması nəhəng borclar altında “batan” Mübariz Mənsimovun 4 tankeri Rusiyanın “Sberbank” ına olan borcların əvəzində hərracla satılıb. “Palmali Gemiçilik” şirkətlər qrupunun ötən il müflis elan edilən Rusiya törəməsi “Palmali” MMC-nin mülkiyyətində olan tankerlərin satışından cəmi 8 milyon dollar vəsait əldə olunub. Şirkətin “Sberbank”a olan borcu isə 210 milyon dollardır.
Muxalifet - 25-02-2019
Salome Zurabişvili Azərbaycana gələcək
Gürcüstan Prezidenti Salome Zurabişvili fevralın 27-də Azərbaycana rəsmi səfər edəcək.
Muxalifet.az xəbər verir ki, bu barədə "Report"a Gürcüstanın Azərbaycandakı səfirliyindən bildiriblər.
İkigünlük səfər zamanı S.Zurabişvili ölkə rəsmiləri ilə bir sıra görüşlər keçirəcək, ikitərəfli əməkdaşlığın aktual məsələlərini müzakirə edəcək.
Qeyd edək ki, bu, onun ölkə Prezidenti seçilməsindən sonra ilk regional səfəridir.Muxalifet - 25-02-2019
Türkiyə sərhədində hərəkətli saatlar! ABŞ konvoyu...
Türkiyə ilə sərhəddə Suriyadakı Kamisli rayonuna gələn ABŞ-ın hərbi konvoyu Mardinin Nusaybin mahalında görüntülənib.
Çadırlarla örtülmüş 250 TIR-dan ibarət olan ABŞ hərbi konvoyu dünən İraq istiqamətindən Suriyaya daxil olub.
Hasəkə mahalındakı Qamışlı rayonu ərazisində içərisində yanacaq generatorları, tikinti maşınları və digər texnikaların olduğu TIR-lar müşahidə olunub. Konvoy Suriyanın içərisinə doğru hərəkət edib.
Müxalifət.azMuxalifet3 - 25-02-2019
Ərdoğan Mabel Matizə telefon zəngində nə dedi?
Türkiyə prezidenti Recep Tayyip Ərdoğan türk müğənni Mabel Matizə telefon zəngi edib.
Muxalifet.az xəbər verir ki, prezident ifaçıya atasının qəfil dünyasını dəyişməsinə görə baş sağlığı verib.
Qeyd edək ki, ifaçının atası Kipr qazisi olub.Muxalifet - 25-02-2019
Bakıda süpürgəçi qadının skletləşmiş MEYİTİ TAPILDI
Bakıda evdən qadın skeleti tapılıb.
Dünən Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi 35 ünvanından 1951-ci il təvəllüdlü Abdurəhimova Umuyət Şıxbalayevnanın zorakılıq əlamətləri olmayan skeletlənmiş meyiti aşkarlanıb.
Hadisə yerinə hüquq-mühafizə orqanalrının əməkdaşları gəlib.
Bildirilir ki, vəfat edən qadın Bakıda tənha yaşayıb və 102 saylı MKİS-də süpürgəçi işləyib.
Faktla bağlı araşdırmalar davam etdirilir./PublikaMuxalifet - 25-02-2019
Sol göz əvəzinə sağ gözü əməliyyat olundu - ŞOK HADİSƏ
Qastroentoloq Fateh Türkü İstanbulda klinikalardan birində müayinə etdikdən sonra həkimlər onun sol gözündə əməliyyat edilməsi ehtiyacının yarandığını bildiriblər.
Muxalifet.az Teleqraf.com-a istinadən xəbər verir ki, qulaq, burun və boğaz həkimi Fateh Türk əməliyyatdan sonra özünə diqqət edərkən onu dəhşət bürüyüb.
Bəlli olub ki, onun xəstə yox, sağlam sağ gözünü əməliyyat ediblər.
Onun gözü həkim həmkarı, professor Banu Coşar tərəfindən əməliyyat olunub.
Bu qalmaqallı hadisə klinika tərəfindən mümkün qədər gizli saxlanılıb.Muxalifet - 25-02-2019
Nazirlik Xəzəri çirkləndirən əsas mənbələri AÇIQLADI
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər dənizini çirkləndirən əsas mənbələrin adlarını açıqlayıb.
Nazirliyin əməkdaşı Mirsalam Qənbərov Xəzər dənizinin çirkləndirilməsi ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.Muxalifet - 25-02-2019
Nikolun Qarabağla bağlı mövqeyi... – Ter-Petrosyan AÇIQLADI
Ermənistan ilk prezidenti Levon Ter-Petrosyan Baş nazir Nikol Paşinyanla münasibətlərindən bəhs edən məqalə yazıb.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, "İlur.am” saytında dərc olunan məqalədə o, indiyə qədər müxtəlif dairələrdə onlar haqqında yayımlanan məlumatlara aydınlıq gətirib.Muxalifet - 25-02-2019
Bakıda şirkət rəhbərinə qarşı yarım milyon manatlıq dələduzluq
Bakıda şirkət rəhbərinə qarşı yarım milyon manatlıq dələduzluq edilib.
“Report”un xəbərinə görə, “Azərinteltek” QSC-nin rəhbəri Vüsal Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək QSC-nin əməkdaşı 33 yaşlı A.M.-nin şirkətə məxsus 500 min manat pulu mənimsədiyini bildirib.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 25-02-2019
Yevlaxda silahlı İNSİDENT: Yaralılar var
Yevlax rayonunda silahlı insident olub.
Muxalifet.az Report-a istinadən xəbər verir ki, hadisə Yevlax şəhərində qeydə alınıb.
Belə ki, hələlik adı məlum olmayan yerli sakin ayağından güllə yarası alıb.
Yaralı Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.Muxalifet - 25-02-2019
Hüseyn Abdullayevin həbs müddəti UZADILDI
Nəsimi Rayon Məhkəməsində keçmiş deputat Hüseyn Abdullayevin həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi vəsatətə baxılıb.
Muxalifet.az Report-a istinadən xəbər verir ki, hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, vəsatət təmin edilib, H.Abdullayevin həbs müddəti daha 3 ay uzadılıb.Muxalifet - 25-02-2019
İlham Əliyev nazirlərlə müşavirə keçirdi
Fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı müşavirə keçirilib.
Prezident İlham Əliyev müşavirədə çıxış edib./AzərTAcMuxalifet - 25-02-2019
Nazəninin arxiv görüntüsü yayıldı, görənlər tanımadı - VİDEO
Müğənni Nazənin Salayevanın arxiv görüntüləri ortaya çıxıb.
Muxalifet.az axşam.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntü müzakirələrə səbəb olub.
Sənətçinin tanınmaz dərəcədə dəyişikliyi gözdən qaçmayıb.
Qeyd edək ki, sözügedən kadrlar AzTV-də yayımlanan “Gəl, səhərim” verilişindən lentə alınıb.Muxalifet - 25-02-2019
İcra başçısının qəfil ölümündə DƏHŞƏTLİ MƏQAM - Qonşusu ŞOK FAKTI AÇDI
Bu gün qəfil dünyasını dəyişən Naftalan şəhərinin icra başçısı Rövşən İbrahimovun dəm qazından boğulduğu bildirilib.
Bu barədə Axar.az-a başçı ilə eyni binada yaşadığını bildirən ictimai fəal Fimar Asimqızı deyib. O qeyd edib ki, başçı Yasamal rayonunda yaşayırmış.
"Yaşadığımız bina 1990-cı ildə istifadəyə verilib, amma baca o vaxtdan bir dəfə də təmizlənməyib", - o deyib.
Onun sözlərinə görə, hadisə baş verən vaxt onun həyat yoldaşı işdə olub:Muxalifet - 25-02-2019
Venesuela Kolumbiya ilə diplomatik əlaqələrini kəsdi - Maduro Kolumbiya prezidentini “insan cildinə girmiş iblis” adlandırdı
Fevralın 23-də Kolumbiya-Venesuela sərhədində baş vermiş toqquşmadan sonra Venesuela prezidenti Nikola Maduro ölkəsinin Kolubiya ilə diplomatik və siyasi əlaqələri kəsdiyini bildirib.
Maduro deyib: “Bizim ölkəmizdə yaşayan Kolumbiya xalqının xatirinə uzun müddət səbr edirdim. Mən Kolumbiya ilə bütün diplomatik və siyasi münasibətləri pozmaq qərarını verdim”. Prezident Maduro Koumbiya prezidentini “insan cildinə girmiş iblis” adlandırıb.Muxalifet - 25-02-2019
Sabah bu yollar bağlı olacaq - SİYAHI
Xocalı Soyqırımının 27-ci ildönümü ilə əlaqədar sabah keçirilməsi nəzərdə tutulan yürüşlə bağlı paytaxtın bir neçə küçə və prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə Bakı şəhər BPİ Dövlət Yol Polis İdarəsi məlumat yayıb.Muxalifet - 25-02-2019