Axtarış
The search found 105785 results in 0.021 seconds.
Search results
Rusiyada “X6” ilə iki nəfəri öldürən azərbaycanlı həbs edildi
Rusiyanın Sankt-Peterburq şəhərində “BMW X6” ilə qəza törədən 30 yaşlı azərbaycanlı Murad Qasımov həbs edilib.
“RAPSİ”nin yaydığı məlumata görə, bununla bağlı Peterburqun Kuybışevsk rayon Məhkəməsi qərar çıxarıb.
Məlumatlara görə, qərara əsasən, Qasımov iki ay müddətinə - aprelin 23-dək həbs edilib.
Xatırladaq ki, M.Qasımov aprelin 24-də Sankt-Peterburqun Nevsk prospektində səki ilə hərəkət edən beş piyadanı vurub. Onlardan ikisi hadisə yerində keçinib, üç nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.Muxalifet - 25-02-2019
“Xocalı soyqırımını erməni silahlı qüvvələri, onların havadarları törədib” – Əli Əhmədov
“Xocalı sıyqırımı ən qanlı hadisələrdən biridir. Bir gecənin içində erməni daşnakları ölkəmizin bir şəhərinin əhalisini tamamilə məhv edib, dinc əhaliyə amansızlıqla divan tutub, 613 nəfər qətlə yetirilib, meyitlər təhqir olunub, 1275 nəfər girov götürülüb. Onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın və 70 nəfəri ahıl qoca idi. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilib. Bu dəhşətli faciə bir gecənin içində baş verib. Bu dəhşətli hadisə heç vaxt unudlmayacaq”.
Muxalifet - 25-02-2019
İlham Əliyevdən vacib SƏRƏNCAM - SİYAHI
Prezident İlham Əliyev “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.
Sərəncamla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakılarla bağlı normativ hüquqi aktların layihələrini on beş gün müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb:
yaşa görə sosial müavinətin məbləğinin 130 manata çatdırılması;
sosial müavinətin məbləğinin I qrup əlilliyə görə 150 manata, II qrup əlilliyə görə 130 manata, III qrup əlilliyə görə isə 110 manata çatdırılması;Muxalifet - 25-02-2019
ABEL MƏHƏRRƏMOVUN “SAĞ ƏLİ” REKTOR OLMAQ İSTƏYİR – Təzə qudası və Prezident Administrasiyasındakı qohumları Sani Hacıyevə dəstək ola biləcəkmi...
Bakı Dövlət Universitetinin (BDU) rektorluğu uğurunda qızgın mübarizə getdiyi haqda ötən həftə Hurriyyet.org-un oxucularına məlumat vermişdik. “BDU REKTORLUĞU UĞRUNDA SAVAŞ – Abel Məhərrəmovun komandasında məmur qapısını döyənlər…” sərlövhəli yazıda qeyd etmişdik ki, təhsil naziri Ceyhun Bayramovun dekabrın 21-də imzaladığı əmrlə BDU rektorunun səlahiyyətləri təhsil nazirinin müavini Firudin Qurbanova həvalə edilsə də, sabiq rektor Abel Məhərrəmovun komandasının bəzi üzvləri hələ də universitetin rəhbəri olmaq iddialarından əl çəkməyiblər.
Muxalifet4 - 25-02-2019
Biz azərbaycanlılar kimik? – ELMİ CAVAB - VİDEO
Muxalifet.az xəbər veriri ki, azvision.az -ın təqdim etiyi “Elmi cavab” verilişində bu dəfə bir qədər fərqli mövzu müzakirə edilir: Biz azərbaycanlılar kimik? Atalarımız kimdir və bu torpaqlarda nə vaxtdan yaşayırıq? Genefondumuz necə, hansı etnik qrupların iştirakı ilə formalaşıb? Bundan başqa, tariximizdə olan belə bir ziddiyyətli məsələyə də aydınlıq gətirilir: Biz əgər türkləriksə, türklər də bu bölgəyə Şərqdən gəliblərsə, onda regionun qədim yerli əhalisi kimdir?
Muxalifet - 25-02-2019
Bu magistrallarda sürət həddi endirildi
Hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ yolu-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bakı Nəqliyyat Agentliyindən Muxalifet.az-a verilən məlumata görə, məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir.Muxalifet - 25-02-2019
Qaçırılan qızın yaxınları oğlanın ata-anasını bıçaqladılar - FOTO
Masallı rayonunda qaçırılan qızın qohumları oğlanın evinə hücum edərək, ev sahiblərinə bıçaqla xəsarət yetiriblər.
Hadisə rayonunun Alışanlı kəndində baş verib.
Belə ki, kənd sakini 1969-cu il təvəllüdlü Xalıq Məmməd oğlu Həsənovun yaşadığı evə 4 nəfər basqın edərək ev sahibini və onun həyat yoldaşı, 1969-cu il təvəllüdlü Xanım Balaş qızı Həsənovaya bıçaqla xəsarət yetirib.Muxalifet - 25-02-2019
XİN və Baş Prokurorluq birgə bəyanat yaydı – Xocalı soyqırımı ilə bağlı
Azərbaycanın Xarici İşlər Nazirliyi və Baş Prokurorluğu Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar birgə bəyanat yayıb.
Muxalifet.az xəbər verir ki, bəyanatda deyilir:Muxalifet - 25-02-2019
Könül Xasıyeva ölən atasından danışdı - Elə bilirəm geri qayıdacaq...
Xəbər verdiyimiz kimi, xalq artisti Könül Xasıyeva "Hər şey daxil" verilişinin qonağı olub.
Muxalifet.az axşam.az-a istinadən xəbər verir ki, xanəndə atasının altı aydır xəstə olduğunu bildirib:Muxalifet - 25-02-2019
2 ölkədən “Venesuela” qərarı: Ağır sözlər dedilər!
Cənubi Koreya Xarici İşlər Nazirliyindən edilən açıqlamada, özünü "müvəqqəti prezident" elan edən Milli Məclisin sədri Xuan Guaidonun Venesuelanın dövlət başçısı kimi tanındığı qeyd edilib.
2018-ci ilin may ayında keçirilən seçkilərin “şəffa və keçərli" olmadığı vurğulanan açıqlamada, Guaido liderliyində yeni və "etibarlı" bir seçki keçirilməsinə dəvət edilib.
ALMANİYA: “MADURO VƏ ƏTRAFINA SANKSİYA TƏTBİQ ETMƏYİ DÜŞÜNÜRÜK”
Muxalifet3 - 25-02-2019
Bakıda DƏHŞƏTLİ HADİSƏ: 25 yaşlı qadın uşaqlarının gözü qarşısında... - TƏFƏRRÜAT
Bakıda gənc qadın intihar edib.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Sabunçu rayonu Bilgəh qəsəbəsində 1993-cü il təvəllüdlü Səidə Quliyeva yaşadığı evin həyətində üzərinə benzin tökərək özünü yandırıb.
Belə ki, 2 azyaşlı uşaq anası olan S.Quliyeva ailə üzvləri evdə olarkən həyətdə intihar məqsədilə özünü yandırıb. Mənzildən həyətə çıxan qadının 5 yaşlı övladı anasının özünü yandırdığını görərək qışqırmağa başlayıb. Daha sonra S.Quliyevanın ailə üzvləri onu xəstəxanaya çatdırıblar. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.Muxalifet - 25-02-2019
Yeni Prezident təqaüdləri təsis edilib
Prezident İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı bu gün imzaladığı sərəncama əsasən, Azərbaycanda yeni Prezident təqaüdləri təsis edilib.
Muxalifet.az xəbər verir ki, dövlət başçısının imzaladığı sənəddə aşağıdakı şəxslər üçün yeni təqaüdlər nəzərdə tutulur:Muxalifet - 25-02-2019
Avropa Birliyinin 2 hiyləgər hədəfi: Türkiyəni kürəyindən “vuracaqlar”
Avropa İttifaqının yeni oyun mərkəzi Türkiyənin Kipr Sülh Hərəkatı ilə müstəqilliyini qazanan Şimali Kipr Türk Respublikasıdır. Oyunun detalları bunlardır: Şimali Kiprin paytaxtı Nikosiyada Şimali Kipr prezidenti Mustafa Akıncı ilə Cənubi Kipr lideri Nikos Anastasiadis arasında baş tutacaq rəsmi olmayan bir görüşdə müzakirələr olacaq. Görüşün əsas müzakirə mövzusu isə Türkiyənin Kiprdəki qarant rolunda çıxışının bitirməsi və hərbçilərini KKTC-dən çəkməsi qarşılığında qurulacaq Kipr Federasiyası çətiri altında Kiprin Türk hissəsinin də Aİ-yə qəbul olunması təklifidir.
Muxalifet3 - 25-02-2019
Xanım direktordan Hadi Rəcəbli barədə İDDİALARA CAVAB: "Həmin fotomuz "Palıdlı sahil"də çəkilib" - FOTO
"Şəffaf İdarəçilik" İctimai Birliyinin nin şimal bölgəsinin rəhbəri Amil Hüseynov "Ölkə.Az"ın redaksiyasına müraciət edərək, Siyəzəndəki 6 saylı məktəb liseyin direktorundan şikayətçi olduğunu bildirib. Şikayətçi məktubunda qeyd edir ki, məktəbin direktoru Yeganə Əliyeva bütün məktəb kollektivini narazı salıb:
Muxalifet - 25-02-2019
Heykəl qalmaqalı Zurabişvilini Bakı səfərində tək qoydu
Gürcüstanın Vahid Milli Hərəkat və Avropalı Gürcüstan partiyalarından millət vəkilləri Gürcüstan prezidenti Salome Zurabişvilini Bakı səfərinə müşayiət edəcək heyətə qatılmaqdan imtina ediblər.
Musavat.com xəbəri Tiflisdəki qaynaqlardan alıb.Muxalifet - 25-02-2019
Fuad Abbasov qızını erməniyə ərə verən vəzifəli şəxslə bağlı Azərbaycana səsləndi - VİDEO
Azərbaycanlı-çeçen münaqişəsinin qarşısını alan Rusiya İnformasiya Təşəbbüsləri Mərkəzinin rəhbəri, jurnalist Fuad Abbasov dünən rəhbəri olduğu İnternet televiziyası "Misra TV" vasitəsilə canlı yayım edərək Rusiyada yaşayan həmvətənlərinə müraciət edib.
Muxalifet4 - 25-02-2019
Ermənistan vətəndaşı özünü hökumət binasının qarşısında yandırmaq istəyib
Ermənistanın Qezanist kəndinin sakini Andranik Adilxanyan paytaxt Yerevanda hökumət binasının qarşısında üzərinə benzin tökərək özünü yandırmağa cəhd göstərib.
Muxalifet.az “Növosti Armeniya”ya istinadən xəbər verir ki, binanın təhlükəsizliyini təmin edən polis əməkdaşları onun özünü yandırmasının qarşısını alıblar.
Hadisənin səbəbi məlum deyil.Muxalifet - 25-02-2019
Elmar Məmmədyarov İƏT toplantısında iştirak edəcək
Azərbaycan Əbu-Dabidə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) XİN rəhbərlərinin görüşündə iştirak edəcək.
Bunu Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.
L.Abdullayeva qeyd edib ki, martın 1-2-də keçiriləcək görüşdə Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov təmsil edəcək./trendMuxalifet - 25-02-2019
“Rusiyada neft kriptovalyutası bazara çıxarıla bilər” - SABİQ NAZİR
Muxalifet.az xəbər verir ki, Rusiyanın keçmiş energetika naziri, “Energiya” şirkətinin sahibi İqor Yusufov Rusiyanın neftə əsaslanan kriptovalyuta buraxmasının faydalı olacağını bildirib.
Muxalifet - 25-02-2019
Problemli kreditlər hansı yollarla qaytarılacaq? - EKSPERT TƏKLİFLƏRİ AÇIQLADI
"Hazırda Azərbaycanda problemli kreditlərin həcmi 1 milyard 585 milyon manatdır. Bu da ümumi kredit portfelinin 12 faizindən çoxunu təşkil edir. Problemli kreditlərin həlli istiqamətində təbii ki, xüsusi bir mexanizm hazırlanması və tətbiq edilməsinə ehtiyac var idi. Bir müddət əvvəl bizim mərkəzin keçirdiyi sorğuda da vətəndaşları narahat edən məsələlərdən birinin problemli kreditlər olduğu bildirilmişdi”.
Bu sözləri BakuPost-a açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, tanınmış iqtisadçı Vüqar Bayramov deyib.Muxalifet - 25-02-2019