Axtarış
The search found 105785 results in 0.079 seconds.
Search results
Nazirlikdən Azərbaycan bayrağına qarşı HÖRMƏTSİZLİK - VİDEO/FOTO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hazırladığı sosial çarxda Azərbaycan bayrağına qarşı hörmətsizlik edilib. Məlumata görə, nazirliyin "Dost" Mərkəzləri ilə bağlı hazırladığı marifləndirici sosial çarxda Azərbaycan bayrağı tərsinə asılıb. Belə ki, vide-çarxın 24-cü saniyəsində paralimpiyaçı uşaq su hovuzunda üzərkən divarda asılan bayraqda mavi və yaşıl rənglərinin yeri səhvdir. Həmin video-çarx 09 fevral 2019-cu il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi "Youtube" səhifəsində paylaşılıb.
Muxalifet - 25-02-2019
Bu raketlər Rusiya obyektlərini HƏDƏF ALACAQ: ABŞ-dan TƏHDİD
ABŞ çətin ki, Avropada nüvə döyüş başlıqlarının yerləşdirilməsinə gedəcək, amma orada qanadlı raketləri yerləşdirə bilər.
Muxalifet.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda “Penn Bayden diplomatiya və qlobal qarşılıqlı fəaliyyət Mərkəzi”nin böyük direktoru Brayan Makkeon deyib.
Onun sözlərinə görə, ABŞ bunu Rusiyanı Orta və kiçik mənzilli raketlərin məhv edilməsi haqqında Müqavilə üzrə öhdəliklərinə qayıtmağa inandırmaq üçün edə bilər.Muxalifet - 25-02-2019
ŞOK: Bakıda çoxmərtəbəli bina yanır
Bakıda tikilməkdə olan çoxmərtəbəli binada yanğın başlayıb.
Muxalifet.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub, digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb.
Əlavə məlumat veriləcək.Muxalifet - 25-02-2019
İrana qarşı inqilabi koalisiya yaradıldı – SENSASİON PLANIN TƏFƏRRÜATI
Almaniyanın Hannover şəhərində İranın 10 müxalif siyasi partiya və Qeyri-Hökumət Təşkilatları (QHT) İran hakimiyyətinə qarşı koalisiyanın qurulduğunu elan edib.
Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, təşkilatlar arasında əldə edilmiş razılaşmanın yol xəritəsi də təqdim edilib.
Məlumata görə, koalisiyanın məqsədi İranın mövcud dini-siyasi hakimiyyətini devirib demokratik və federal dövlət qurmaqdır.Muxalifet - 25-02-2019
“Problemli kreditlərlə bağlı məsələ öz həllini tapacaq” - PREZİDENT
İlin birinci ayının sosial-iqtisadi göstəriciləri deməyə əsas verir ki, aparılan islahatlar öz gözəl nəticələrini verir. 2018-ci il dərin iqtisadi islahatlar ili olmuşdur, xüsusilə prezident seçkilərindən sonra islahatların yeni mərhələsinə təkan verilmişdir.
Muxalifet - 25-02-2019
Ramil Usubov bu rayona yeni rəis TƏYİN ETDİ
Daxili işlər orqanlarında yeni təyinat olub.
Muxalifet.az “Report”a istinadən xəbər verir ki, daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmri ilə Zəngilan Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Ənvər Həsənov vəzifəsindən azad olunaraq Ağcabədi Rayon Polis Şöbəsinin rəisi təyin edilib.Muxalifet - 25-02-2019
“Quş qripi” ilə bağlı monitorinq başlandı – İlkin nümunələr götürülüb
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) “quş qripi” xəstəliyi ilə bağlı keçirilən monitorinqi davam etdirir.
DBX-dən Trend-ə verilən məlumata görə, milli qoruq və parklarda, quşçuluq və fərdi təsərrüfatlarda “quş qripi” xəstəliyinə görə aparılması nəzərdə tutulan növbəti monitorinqə bu gün, yəni fevralın 25-dən başlanılıb. Monitorinq Dövlət Baytarlıq Xidmətinin, Qida Təhlükəsizliyi Agentliyinin, Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə keçirilir.
Muxalifet - 25-02-2019
Çinli alimlərdən xərçənglə bağlı İNANILMAZ KƏŞF: hər gün yediyimiz bu qidalar əslində...
Sarımsaq və soğandan istifadən yoğun bağırsaqda yarana biləcək xərçəngin inkişaf riskini azalda bilər.
Bunu çinli elm adamları deyir.Muxalifet - 25-02-2019
Prezident BƏYAN ETDİ: Çox ciddi islahatlar gəlir
İlin birinci ayının sosial-iqtisadi göstəriciləri deməyə əsas verir ki, aparılan islahatlar öz gözəl nəticələrini verir. 2018-ci il dərin iqtisadi islahatlar ili olmuşdur, xüsusilə prezident seçkilərindən sonra islahatların yeni mərhələsinə təkan verilib.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev iqtisadi və sosial məsələlərlə bağlı keçirdiyi müşavirədə deyib.
Prezident 2017-ci ilin sabitləşmə ili olduğunu və bu ildə iqtisadi sabitliklə bağlı önəmli addımların atıldığını bildirib:Muxalifet - 25-02-2019
BAKIDA ŞOK HADİSƏ: Avtobusun altında qalan qızı... - VİDEO
Ötən gün saat 07:11-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda baş vermiş yol qəzası nəticəsində dayanacaqda dayanmış avtobusun təkərləri arasına düşən 1 nəfər piyadanın xilas olunması üçün müraciət daxil olub.
Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə gələrək təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi xilasetmə alət və avadanlıqları vasitəsilə gənc xanımı “Karsan” markalı avtobusun təkərləri arasından çıxarıblar.Muxalifet - 25-02-2019
Şəhriyar İmanov: "Qayınatam məni sənətimə görə bəyənib" - VİDEO
Dünyaca məşhur tarzən Şəhriyar İmanov Open.az-ın qonağı olub. Peşəkar tar ifaçıs ona ünvanlanan sualları fərqli tərzdə cavablayıb. O, suallara hazırlıqsız yaxalandığını vurğulayaraq, tam səmimi cavablar verməyə çalışıb. İmanovla sözügedən müsahibəni təqdim edirik:
Muxalifet - 25-02-2019
“Çoxmərtəbəli binada baş verən yanğına görə 5 həkim briqadası göndərilib” – Səhiyyə Nazirliyi
Bakıda yanğın baş verən çoxmərtəbəli binanın yerləşdiyi əraziyə 5 təcili-tibbi yardım briqadası göndərilib.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, hadisə ilə əlaqədar təcili yardıma saat 12.55 radələrində çağırış daxil olub.Muxalifet - 25-02-2019
Yardımlıda baş vermiş kütləvi davanın TƏFƏRRÜATLARI - Səbəb borc pul imiş
Yardımlıda fevralın 23-də baş verən kütləvi davanın təfərrüatları məlum olub.
Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, davaya əslində it boğuşdurulması yarışı deyil, bir tərəfin digərinə 7 min manata yaxın borcu olması səbəb olub.Muxalifet - 25-02-2019
Bakıda yanan binadan son görüntülər - VİDEO/FOTOLAR
Bakıda yaşayış kompleksində baş verən yanğın davam edir.
Muxalifet.az bildirir ki, ONA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Səfahət Mehdiyev küçəsində yerləşən 24 mərtəbəli yaşayış kompleksində baş verən yanğının söndürülməsinə 5 yanğınsöndürən maşın cəlb edilib.
Yanğın baş verən binanın sakinləri təxliyə edilir.
Yanğınla bağlı əraziyə 5 təcili tibbi yardım briqadası cəlb olunub.
Muxalifet - 25-02-2019
Parkinqdən belə çıxış görülmədi - "Uçan" maşın - VİDEO
Sosial şəbəkələrdə yayılmış video izləyənlərin marağına səbəb olub. Parkinqdən çıxan sürücü əvvəlcə parkinqin diqəyinə çırpılır. Daha sonra isə şəkiyə çıxaraq yolun əks tərəfinə keçir. Amma avtomobil sanki göydə uçur, digər avtomobilin üstündən keçir.
Muxalifet - 25-02-2019
Gənclərə “rəngli inqilab”ların ixracını necə öyrədirlər: İrəvan-Soros əməkdaşlığının ŞOK DETALLARI
Amerikalı milyarder Corc Sorosun sosial şəbəkədə bu ayın əvvəlində “ABŞ Ermənistanda gənc demokratiyanı necə dəstəkləməyə bilər" başlıqlı məqaləni paylaşmasından aylar əvvəl, işğalçı ölkədə hakimiyyət dəyişikliyinin ABŞ, o cümlədən Soros Fondunun yaxın dəstəyi ilə baş tutduğu məlum idi. Nikol Paşinyanı hakimiyyətə gətirən ABŞ-ın əsas növbəti hədəfinin də burada digər ölkələrdən olan gənclərə Qərbin pulu ilə dövlət çevrilişlərini həyata keçirməyi öyrətmək olduğu da sirr deyil.
Muxalifet - 25-02-2019
Sabiq deputatın qadın köməkçisinə 5 milyon kredit ayrılıb - Cahangir Hacıyevin işi
Sabir bankir Cahangir Hacıyev 21 nəfərlə birlikdə növbəti dəfə hakim önünə çıxarılıb.
Muxalifet.az musavat.com-a istinadən xəbər verir ku, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə ittiham edilən şəxslərin cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub.
Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən və ev dustaqlığında olan Svetlana Əsədullayeva da ifadə verib.Muxalifet - 25-02-2019
“Lotu Quli”nin adamına 9 ilə yaxın İŞ VERİLDİ: Azərbaycanlı biznesmeni öldürmüşdü - VİDEO
Sankt-Peterburqun Kuybışevski rayon məhkəməsində 46 yaşlı Azərbaycan vətəndaşı Mahir Məmmədova hökm oxunub. Muxalifet.az Rusiya KİV-nə istinadən xəbər verir ki, həmvətəni, sahibkar Füzuli Qarayevi öldürməkdə təqsirli bilinən M. Məmmədov 8 il 5 ay müddətinə azadlıqdan məhrum edilib.
Muxalifet - 25-02-2019
ABŞ Rusiya ilə əməkdaşlığa hazırdır
Vaşinqton Əfqanıstanda siyasi nizamlanmaya və davamlı sülhə nail olmaq üçün Moskva ilə əməkdaşlığa hazırdır.
Muxalifet.az “Gazeta.ru”ya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov Ankarada amerikalı həmkarı Zalmay Xəlilzad ilə keçirdiyi görüşlə bağlı “Rossiya 24” telekanalına müsahibəsində deyib. Bildirib ki, tərəflər Əfqanıstanın problemlərinin əfqan xalqının özü tərəfindən həll olunmasının vacibliyi barədə razılığa gəliblər.Muxalifet - 25-02-2019
Yanğın olan binadan oğurluq edən şəxs tutuldu - FOTO
Bakıda yanğın baş verən yaşayış kompleksindən oğurluq edən şəxs tutulub.
Muxalifet.az ONA-ya istinadən xəbər verir ki, yanğınsöndürənlər oğurluq edən şəxsi tutaraq polisə təhvil verib.
Qeyd edək ki, bu gün Yasamal rayonu, "Lider” televiziyasının yaxınlığında 24 mərtəbəli yaşayış binasında yanğın başlayıb.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.Muxalifet - 25-02-2019