Axtarış
The search found 105785 results in 0.077 seconds.
Search results
Minik maşını TIR-la TOQQUŞDU: Yaralı var
Bakı-Sumqayıt yolunda qəza baş verib.
Məlumatına görə, hadisə ötən gecə saat 02:00 radələrində Sumqayıt yolunun girişində qeydə alınıb.
Bakıdan Sumqayıta gedən "VAZ 2107" markalı minik avtomobili TIR-la toqquşub. Nəticədə avtomobilin sürücüsü xəsarətlər alaraq xəstəxanaya göndərilb.
Qəza yerinə YPX əməkdaşları cəlb olunub, hadisənin səbəbləri araşdırılır.Muxalifet - 26-02-2019
Hindistan qırıcıları Pakistanı BOMBARDMAN ETDİ - Dünya dəhşətli nüvə müharibəsinə doğru
Hindistan və Pakistan arasında gərginlik yenidən artıb.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Hindistanın döyüş təyyarələri Kəşmirdəki nəzarət xəttində yerləşən Muzafferabad bölgəsindən Pakistan hava məkanını pozub.
Bu barədə Pakistan Silahlı Qüvvələrinin sözçüsü, general Asif Gafur tvitter səhifəsində yazıb. Onun sözlərinə görə, sərhəddən 5-6 kilometr Pakistanın hava məkanına daxil olan təyyarələr bu ölkənin qırıcılarının müdaxiləsindən sonra geri çəkiliblər. Hava məkanının pozuntusunda ümumilikdə 12 ədəd “Miraj 2000” qırıcısı iştirak edib.Muxalifet - 26-02-2019
ABŞ hərbi gəmiləri növbəti dəfə Tayvan boğazından keçib
ABŞ-a məxsus iki hərbi gəmi növbəti dəfə Tayvan boğazından keçib.
AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, ABŞ və Çin arasında ticari danışıqların davam etdiyi bir vaxtda bu növbəti əzələ nümayişi kimi qəbul edilir. Bununla bağlı bəyanat yayan ABŞ-ın Sakit okean donanmasının rəhbərliyi bildirib ki, “Stethem” esminesi və “Cesar Chaves” yük gəmisi fevralın 25-də Çinin materik hissəsi ilə Tayvan arasından keçib.Muxalifet - 26-02-2019
Daha bir intihar Sumqayıtda – 61 yaşlı kişi özünü asdı
Sumqayıtda yaşlı kişi özünü asaraq intihar edib.
“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində baş verib.
Sumqayıt şəhər sakini, 1958-ci il təvəllüdlü Əmrah Ruhəddinov yaşadığı evdə özünü asaraq intihar edib. Onun hansı səbəbdən intihar etməsi bəlli deyil.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.Muxalifet - 26-02-2019
Deputatın obyektində DÖVLƏTƏ NECƏ FIRILDAQ GƏLİNİR... - İTTİHAM
Lerik rayonundan Milli Məclisi təmsil edən deputat İqbal Məmmədov elektrik sayğaclarını dayandırmaq üçün yeni qurğu icad etmişdir. Həmin antenalı qurğu 5-10 metr məsafədən elektrik sayğacının fəaliyyətini dayandırır.
İqbal Məmmədova məxsus Lerik rayonunda "Kaspi-Yıldız" MMC müştərək müəssisəsi elektrik enerjisindən oğurluq etdiyinə görə 06.02.2019-cu il tarixdə həmin müəssisəyə "Azərişıq" ASC əməkdaşları tərəfindən baxış keçirilərkən sözügedən qurğu aşkarlanaraq götürülmüş və müəssisəyə 62.000 (altımış iki min) manat cərimə aktı tərtib olunmuşdur.Muxalifet - 26-02-2019
Arif Rəhimzadə: “O deputatla liftə belə minmirəm”
Milli Məclisin deputatı Arif Rəhimzadə millət vəkili həmkarlarından biri ilə illərdir salamlaşmadığı, hətta o adamla eyni liftə belə minmədiyini açıqlayıb.
Muxalifet.az-ın xəbərinə görə, deputat bunu "Yeni Müsavat”a müsahibəsində bəyan edib.Muxalifet - 26-02-2019
“Biz həmişəlik müdafiədə oturmaq fikrində deyilik, hücum edəcəyik...” - ERMƏNİSTANIN MÜDAFİƏ NAZIRI NƏYİ ETİRAF EDİR?!
Ermənistanın iqtisadi və demoqrafik imkanları Azərbaycanla müqayisə olunmazdır. Məhz buna görə də Ermənistan “keyfiyyət üstünlüyünə” diqqəti yönəldəcək.
Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, bu sözləri Ermənistanın müdafiə naziri David Tonoyan İctimai Televiziyaya müsahibəsi zamanı deyib. Nazir bildirib ki, Ermənistan silahların alınmasında miqdara yox, keyfiyyətə üstünlük verəcək.
Muxalifet - 26-02-2019
Əsgər olmayan marşal, bakılı sənətçinin arvadına girişən baş nazir – generallara tuman öpdürmək istəyən Bulqanin
Nikolay Bulqanin marşal rütbəsi aldıqdan sonra ilk dəfə Georgi Jukova xüsusi rabitə vasitəsi olan “VÇ” telefonu ilə zəng vuranda özündən aşağı ranqlı hərbçidən gözləmədiyi cavabı alıb:
- Jukov eşidir, kiminlə danışıram?
- Marşal Bulqanindir.
- Kİm, kim???
- Marşal Bulqanin.
- Mən belə marşal tanımıram... – deyə Jukov dəstəyi yerə qoyub.
O, siyasi fəaliyyətindən daha çox, şəxsi həyatında baş verən hadisələrlə yadda qalıb. SSRİ-də ən yüksək vəzifələri tutsa da, həmişə kölgədə olub. Elə bu kölgə də onu tez unutdurub.
Muxalifet - 26-02-2019
Vatikanın 3-cü adamı da “pedofil” çıxdı
Dünya keşişlərin cinsi təcavüzü ilə sarsılmağa davam edir. Son olaraq Vatikanın kassası kimi tanınan kardinal Pell cinsi təcavüzdən günahkar sayılıb. Pell bu günə qədər cinsi təcavüzdən məhkum olunmuş ən yüksək səviyyəli vəzifəli şəxs olub.
Muxalifet3 - 26-02-2019
Kim Çen In siqaret çəkərkən kameraya düşdü - VİDEO
Donald Trampla görüş üçün Vyetnama yollanan KXDR lideri Kim Çen In Çinin Nanyin şəhər vağzalının perronunda siqaret çəkən yerdə kameralara tuş gəlib.
Bu barədə “ABC News” məlumat yayıb.
Kadrlarda Şimali koreyalı liderin əlləri cibində perronda gəzdiyini və siqaret çəkdiyini görmək olur. Ölkənin XİN rəhbəri Çoy Son Hi, baş qərərgahın rəisi Li Yon Ho və Kim Çen Inın bacısı Yo Çjon da onun yanında görünüb.
Məlumata görə, Kim Çen Inı daşıyan zirehli qatar Vyetnama yollanmazdan əvvəl yarım saat Çin şəhərinin vağzalında gözləməli olub.
Muxalifet - 26-02-2019
Milli BOCCİA-çılarımız dövlət qayğısı altında: “Amandır, tək qoyma məni”
Ötən bazar günü Azərbaycanın BOCCİA yığma komandası məşq zalında bəzi qonaqlarını qarşıladı. İdmançıların görüşünə muay-tay idman növü üzrə 9 qat dünya, 3 qat Avropa çempionu Araz Musayev, FHN-nin yüksək çinli əməkdaşı Saleh Tarverdiyev, şair-yazıçı Aləm Kəngərli və Araz Süleymanov təşrif buyurmuşdular.
Muxalifet - 26-02-2019
"ABŞ dünyanı parçalayır" - SERGEY LAVROV
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Vyetnama rəsmi səfəri zamanı, Vayday Beynəlxalq Müzakirə Klubunun görüşündəki çıxışında çoxqütblü yeni bir dünya sisteminin yaranmağa başladığını bildirərək deyib: “Beynəlxalq hüquqi zəmin bölünür, ABŞ isə hər şeyi parçalayır”.
Lavrov BMT Təhlükəsizlik Şurasının dünyanın inkişaf etməkdə olan regionlarını kifayət qədər təmsil eləmədiyini vurğulayıb: “BMT TŞ ilə bağlı islahatlar aparmağın vaxtı keçməkdədir. Çünki Asiya, Afrika və Latın Amerikasındakı inkişaf edən bölgələri yetərincə təmsil edə bilmir”.Muxalifet - 26-02-2019
ABŞ prezidenti Trampa “cinsi təcavüz” ittihamı
ABŞ prezidenti Donald Trampın seçki kampaniyaları ərəfəsindən onun xeyrinə fəaliyyət göstərən bir qadın, Trampın 2016-cı ildə bir mitinqdə razılığı olmadan onu öpdüyünü iddia edərək “cinsi təcavüz” ittihamı ilə məhkəməyə müraciət edib.
Şikayətçi Alva Conson Floridada bir rayon məhkəməsində açdığı iddiada, iddia etdiyi cinsi təcavüzün Trampın qadınlara qarşı təcavüzkar davranış tərzinin bir parçası olduğunu bildirib.Muxalifet3 - 26-02-2019
Nazirlikdən HAVA XƏBƏRDARLIĞI: yağış, qar gəlir - Martın birinədək...
Fevralın 26-sı axşamdan martın 1-i səhərədək hava şəraitinin bəzi rayonlarda qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, yağışın bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Bakıda və Abşeron yarımadasında fevralın 27-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz arabir güclənəcək.Muxalifet - 26-02-2019
Ərdoğandan sonra Rusiya da BMT-də “İslahat” çağırışı etdi
Rusiyanın xarici işlər naziri Sergey Lavrov beynəlxalq konfransda etdiyi çıxışında, dünyanın inkişaf etməkdə olan bölgələrinin BMT Təhlükəsizlik Şurasında kifayət qədər təmsil edilmədiyini söyləyib.
BMT TŞ-nın Asiya, Afrika və Latın Amerikadakı inkişaf edən ölkələri yetərli təmsil etmədiyini vurğulayan Lavrov, Şurada keçiriləcək bir islahat məsələsində gec qalındığını ifadə edib.
Lavrovdan BMT TŞ çıxışı
Muxalifet3 - 26-02-2019
8 yaşlı uşaq iynə vurulduqdan sonra öldü
Şabran rayonunda 8 yaşlı uşağın antibiotik iynə vurulduqdan sonra vəziyyəti ağırlaşıb, daha sonra yerləşdirildiyi xəstəxanada ölüb.
Muxalifet.az "Report"a istinadən xəbər verir ki, Şabran şəhəri S.Bəhlulzadə küçəsi ünvanında yaşayan 2011-ci il təvəllüdlü Gülnur Elnur qızı Dadaşova axşam saatlarında müalicə üçün yaxınları tərəfindən həkimin yaşadığı evə aparılıb.Muxalifet - 26-02-2019
“Bilmədim, sadəcə, çəkmək üçün götürdüm” - Həyətində narkotik becərən şəxs - VİDEO
Həyətində yabanı halda bitən narkotik tərkibli bitkiləri öz istidafəsi üçün saxlayan şəxsin arzusu ürəyində qalıb.
Muxalifet.az ARB TV-yə istinadən xəbər verir ki, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə stansiyası Xətt Polis Şöbəsinə şəhər dəmir yolu vağzalında bir nəfər şəxsin üzərində narkotik vasitə gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxsin Gəncə şəhər sakini 36 yaşlı Elnur İbrahimov olduğu müəyən edilib. O, saxlanaraq şöbəyə gətirilib.Muxalifet - 26-02-2019
Rusiya müharibəyə hazırlaşır - Poroşenko SENSASİON FAKTLARI AÇIQLADI
Rusiya tərəfindən tammiqyaslı təcavüz təhlükəsi realdır.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu haqda Ukrayna prezidenti Pyotr Poroşenko bildirib.
“Tammiqyaslı müharibə təhlükəsi bəyanat deyil. Xüsusilə, rəqibin indiki hərbi hazırlıqlarını nəzərə alaraq, müharibə təhlükəsi realdır. Hazırlıqlar Ukraynanın sərhədinə yaxın ərazilərdə - Smolensk, Voronej, Belqorod, Rostov vilayətlərində və Krımda aparılır”, - Poroşenko Kiyevdə Ukrayna Silahlı Qüvvələrinin rəhbər heyəti ilə keçirilən operativ-strateji iclasda deyib.Muxalifet - 26-02-2019
150 millət vəkli Ruhaniyə müraciət etdi: “İstefanı qəbul etmə”
İran Məclisindəki 150 millət vəkili prezident Həsən Ruhanidən xarici işlər naziri Məhəmməd Cavad Zərifin istefasını qəbul etməməsini istəyib.
Məclisdəki Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü və islahatçı millət vəkili Əli Nəcəfi Hoşrudi Məclisdə jurnalistlərə verdiyi açıqlamada, millət vəkillərinin əksəriyyətinin Zərifin vəzifədə qalmasını istədiyini bildirərək prezident Ruhaniyə bu istiqamətdə bir məktub çatdırdığını ifadə edib.Muxalifet3 - 26-02-2019
Paşinyan Tehrana gedəcək
Ermənistanın baş naziri Nikol Paşinyan və həyat yoldaşı Anna Akopyan fevralın 27-də Tehrana rəsmi səfər edəcək.
Open.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.
Paşinyanın İran prezidenti Həsən Ruhani və ali lideri Ayətullah Əli Xamneyi ilə görüşü nəzərdə tutulub.
Danışıqların ardından iki ölkənin liderləri mətbuata açıqlama verəcək. İran prezidenti Paşinyanın şərəfinə rəsmi yemək verəcək.
Ermənistanın baş naziri İran Parlamentinin sədri Əli Laricani ilə də görüşəcək.Muxalifet - 26-02-2019