Axtarış
The search found 105785 results in 0.025 seconds.
Search results
Maduro Rusiya ilə bağlı elə qərar verdi ki...
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Venesuela prezidenti Nicolas Maduronun müavini Delcy Rodriguez ilə mətbuat konfransı təşkil edib. Rodriguez çıxışında, Maduronun Venesuelanın dövlət neft və qaz şirkəti PDVSA-nın Avropadakı qərargahını Rusiyaya köçürmək qərarı verdiyini açıqlayıb.
Muxalifet3 - 1-03-2019
Prezident bəyan etdi: “İslahatlar bütün sahələri əhatə edəcək”
"Ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyur, bütün sahələrdə çox ciddi islahatlar aparılır. İslahatların yeni mərhələsinin anonsu keçən il prezident seçkilərindən sonra verilib.
Bunu Prezident İlham Əliyev mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə deyib. Dövlət başçısı bildirib ki, ciddi islahatların hazırlanması üçün keçən ilin ikinci yarısında çox fəal iş aparılırdı və bu ilin əvvəlindən genişmiqyaslı islahatlara start verildi.Muxalifet - 1-03-2019
“Ailəmizin dollar krediti var, bu fərmandan biz də yararlanacağıq” - DEPUTAT
"Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman xalqın rifahının yaxşılaşmasına xidmət edir. Bu, çox böyük addımdır”.
Muxalifet.az xəbər verir ki, bunu "Report”a açıqlamasında Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.Muxalifet - 1-03-2019
Təhsil Nazirliyinə aid məktəb bərbad vəziyyətdədir - FOTOLAR
Azərbaycanda daha bir məktəb və onun stadionu bərbad vəziyyətdədir. Muxalifet.az Unikal.org-a istinadən xəbər verir ki, Təhsil Nazirliyi strukturundakı Gəncə TİM stadionunun vəziyyəti həm şəhər əhalisinin, həm də futbol həvəskarlarının haqlı narazılığına səbəb olub. Məlumatda bildirilir ki, "Təhsil" Respublika İdman Mərkəzinin Gəncə şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin daxili də stadionla eyni durumdadır.
Muxalifet - 1-03-2019
Əməkdar artisti şantaj edirlər
Əməkdar artist Məlahət Abbasova bir xanım tərəfindən şantaj edilir.
Muxalifet.az axşam.az-a istinadən bildirir ki, Türkiyədə ya.ayan aktrisa özü bu haqda xəbər yayıb. O bildirib ki, İnstaqramda "melomaniya" adı ilə profil açan bir xanım hər gün ona təhqirlər yazır:Muxalifet - 1-03-2019
Rusiyada silsilə terror hazırlayan şəbəkə ələ keçdi - XÜSUSİ ƏMƏLİYYAT
Rusiyanın DİN və Federal Təhlükəsizlik Xidməti əməkdaşları Xantı-Mansiysk muxtar dairəsində silsilə terror hücumları planlaşdıran terrorçu şəbəkənin üzvlərini saxlayıblar. Bu barədə TASS Rusiya DİN-in rəsmi nümayəndəsi İrina Volka istinadən məlumat yayıb. Volkun sözlərinə görə, saxlanılan şəxslər beynəlxalq terrorçu təşkilatların ideologiyalarına biət edib, həmçinin, Şimali Qafqaz bölgəsində fəaliyyətdə olan quldurlarla sıx əlaqələri olub. Məlumata görə, onlar Surqut və Pıt-Yaxe şəhərlərində kirayələdikləri mənzillərdə gizli görüşlər təşkil ediblər.
Muxalifet - 1-03-2019
Xaçmazda şəhidlər abidəsinin qazını kəsiblər - REPORTAJ, FOTOLAR
Xaçmazın ilk məskunlaşma yeri belə adlanır - “Köhnə Xaçmaz”. Təxminən 4500 nəfər əhalisi var. Yaşayış məntəqəsinə gedən yolda “Köhnə Xaçmaz” yazılan heç bir lövhəyə rast gəlməyəcəksiniz, yolunuz düşərsə, gərək soruşub tapasınız. Şəhərin mərkəzindən uzaq deyil, Xaçmaza bitişikdir.
Muxalifet4 - 1-03-2019
DTX ermənilərə cəsusluq edən Fəxrəddin Abbasovu HƏBS ETDİ
Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı aparılan cinayət işi üzrə Azərbaycan Respublikasının vətəndaşı Abbasov Fəxrəddin Fərman oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (Milli, irqi nifrət və düşmənçiliyin salınması, milli ləyaqətin alçaldılması) maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli bilinərək, bu əməllərə görə təqsirləndirilən şəxs kimi məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilib.
Muxalifet - 1-03-2019
Qarabağ qaziləri “Sputnik Azərbaycan”a ETİRAZ ETDİLƏR - "Erməni təbliğatına son qoyulsun!"
“Qarabağ qaziləri” Birliyi “Sputnik Azərbaycan”ın baş redaktoru Mətin Yaşaroğlunun işdən çıxarılması ilə bağlı bəyanat yayıb. Muxalifet.az-ın məlumatına görə, bəyanatda deyilir: “Xəbər verildiyi kimi, Rusiyanın rəsmi informasiya agentliyi “Sputnik”in Azərbaycan bürosunun şef redaktoru, təcrübəli və istedadlı jurnalist Mətin Yaşaroğlu işdən çıxarılıb. Əldə etdiyimiz məlumatlara görə, M.Yaşaroğlu Sputnik Azərbaycandan məhz erməni təbliğatına qarşı olduğuna, ermənilərin maraqlarının birbaşa və ya dolayısı ilə təmin edilməsinə imkan vermədiyinə görə belə ədalətsizliklə üzləşib.
Muxalifet4 - 1-03-2019
Prezident: Səhiyyə sahəsində çox ciddi dönüş yaranacaq
Səhiyyə sahəsində çox ciddi islahatlar aparılır. Qərar qəbul olunub və ümid edirəm ki, biz gələn ildən icbari tibbi sığorta sisteminə keçəcəyik.
Bunu prezident İlham Əliyev martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə deyib.
Prezident xatırladıb ki, bir neçə şəhərdə pilot lahiyələr icra edilib:Muxalifet - 1-03-2019
İçkili kapitan gəmini körpüyə çırpdı - VİDEO
Rusiyanın karqo gəmisi Cənubi Koreyada körpüyə çırpılıb.
Muxalifet.az Qaynarinfo-ya istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 14:20-də Busan şəhərində baş verib. Qəza nəticəsində gəmi və körpü ciddi şəkildə zədələnib.
Bildirilir ki, qəza kapitanının içkili olması səbəbindən baş verib. Gəminin körpüyə çırpılmamışdan əvvəl isə bir sərnişin gəmisinə dəydiyi məlum olub.
Faktla bağlı cinayət işi açılıb.Muxalifet - 1-03-2019
Demet Akalın Bakıya kimin toyuna gəlir?
Türkiyənin məşhur müğənnisi Demet Akalın Bakıya gəlir.
Bu haqda ifaçı sosial şəbəkədə məlumat verib. Akaliın bildirib ki, sabah Bakıda keçirilən toyların birində çıxış edəcək.
Onun kimin toy məclisində çıxış edəcəyi isə bəlli deyil.
Qeyd edək ki, Akalın sonuncu dəfə 2017-ci ildə Yeni il gecəsi Azərbaycanda çıxış etmişdi.
Daha sonra ifaçının şirkətlərin birinin tədbirində iştirak edəcəyi bildirilsə də, onun həyat yoldaşı ilə yaşadığı problemə görə səfəri təxirə salınmışdı.Muxalifet - 1-03-2019
ŞAGİRDLƏRİN NƏZƏRİNƏ! - İmtahan nəticələri açıqlandı
Dövlət İmtahan Mərkəzi (DİM) ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdlər üçün keçirilən buraxılış imtahanlarının nəticələrini elan edib.
İmtahan nəticələri martın 1-də saat 15:05-dən etibarən DİM-in rəsmi internet səhifəsində yerləşdirilib.Muxalifet - 1-03-2019
ABŞ-dan F-35 həmləsi - “DÖYÜŞƏ HAZIRIQ!”
ABŞ Donanması F-35 hərbi təyyarəsinin C versiyasının döyüşə hazır olduğunu bildirib.
ABŞ Donanmasının dünən verdiyi açıqlamada iyirmi ildən artıq müddət ərzində davam edən test və təkmilləşdirmə mərhələlərdindən sonra F-35C qırıcılarının son tapşırıq testlərindən müvəffəqiyyətlə keçərək artıq döyüşə hazır vəziyyətə gəldiyi bildirilir.
Hava Qüvvələrinin donanma komandiri admiral Devulf Miller deyib: “F-35C əməliyyatlara, döyüşə və qələbə çalmağa hazırdır”.Muxalifet - 1-03-2019
Həmsədrlər bəyanat yaydı: İlham Əliyevlə Paşinyan görüşəcək
ATƏT-in Minsk qrupu həmsədləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ) regiona səfərlərinin yekununa dair birgə bəyanat yayıblar.
Bəyanatda bildirilib ki, mümkün mövzular da daxil olmaqla, yaxın zamanlarda liderlərin görüşünə hazırlıq məsələlərinin müzakirəsi üçün ATƏT-in Minsk qrupu həmsədləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ) 20 fevralda İrəvanda Ermənistan baş naziri Nikol Paşinyan və 21 fevralda Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüş keçiriblər.Muxalifet - 1-03-2019
Bakıda küçədə yaşlı qadına qarşı İYRƏNC HƏRƏKƏT
Bakıda soyğunçuluq hadisəsi baş verib.
Muxalifet.az publika.az xəbər verir ki, paytaxt sakini, 1961-ci il təvəllüdlü Dursun İslamova 37-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, günorta saatlarında tanımadığı şəxsin hücumuna məruz qalıb.
Belə ki, qadını izləyə-a istinadənn naməlum şəxs Gəncə prospekti 30 ünvanının qarşısında ətrafda kimsənin olmamasından istifadə edərək ona hücum edib. Qadına qarşı zor tətbiq edən soyğunçu onun əlindəki çantanı alaraq uzaqlaşıb.
Çantada “Samsung” markalı telefon, 150 manat pul və iki bank kartı olub.Muxalifet - 1-03-2019
Ukrayna İsrailə diplomatik NOTA VERDİ
Muxalifet.az xəbər verir ki, Ukrayna XİN mətbuat katibi Yekaterina Zelenko ölkəsinin İsrailə nota verdiyini, notanın məqsədinin İsraildə olan və oraya səfərə gedən Ukrayna vətəndaşlarının hüquqlarını qorumaq olduğunu bildirib. Zelenko İsrailə qeyri-rəsmi yollarla getmiş Ukrayna vətəndaşlarının və onlara məxsus şirkət məlumatları barəsində onlara informasiya verilməsini xahiş etdiklərini də bildirib.
Muxalifet - 1-03-2019
Lənkəranskinin ən yaxın adamı İtaliyada vəfat etdi - FOTO
Məşhur “qanuni oğru”, “Cemo Tbilliskiy” ləqəbli, gürcü əsilli Cemal Mikeladze fevralın 28-də İtaliyada vəfat edib.
Muxalifet.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 43 yaşlı “vor-zakon” yüksək miqdarda kokain qəbulundan ölüb.
Məlumata görə, “Cemo” kimi atası, “Arsen” ləqəbli Cemal Mikeladze də kriminal avtoritet olub. O, 1993-cü ildə öldürülüb. “Cemo”nun qardaşı Mamuka isə iki ay öncə Moskvada qətlə yetirilib.
“Cemo” kriminal aləmdə azərbaycanlı “qanuni oğru” Rövşən Canıyevin (Lənkəranski) ən yaxın adamlarından biri kimi tanınırdı.Muxalifet - 1-03-2019
Baş bankir kreditlərin silinməsindən danışır - Canlı
Mərkəzi Bankın sədri Elman Rüstəmov problemli kreditlərin həllinə dair Prezident fərmanı ilə bağlı danışır.
Muxalifet.az baş bankirin Real TV-yə canlı müsahibəsini təqdim edir:
Muxalifet - 1-03-2019
Moldova prezidenti Azərbaycana gələcək
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək VII Qlobal Bakı forumunda Moldova Respublikasının Prezidenti İqor Dodon da iştirak edəcək. Bu məqsədlə o mart ayında Bakıya gələcək. Moldova Prezidenti ötən il keçirilən VI Qlobal Bakı Forumunda da iştirak edib. O, foruma xanımı ilə birlikdə qatılıb. Qeyd edək ki Moldova Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ən sıx əməkdaşlıq etdiyi ölkələrdən biridir.
Muxalifet - 1-03-2019