Axtarış

The search found 105785 results in 0.149 seconds.

Search results

  1. Konsulluq xidmətləri bu gündən ASANlaşdı

    Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli konsulluq xidmətlərinin göstərilməsində şəffaflığın artırılması məqsədilə imzalanmış müvafiq fərmanına əsasən “ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin sayı artırılıb.
    Muxalifet.az xəbər verir ki, bu gündən “ASAN xidmət”də Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən sənədə apostil verilməsi və sənədin leqallaşdırılması, həmçinin viza rəsmiləşdirilməsi üçün xarici ölkələrin səfirliklərinə və konsulluqlarına notanın verilməsi xidmətləri də həyata keçiriləcək.

    Muxalifet3 - 1-03-2019

  2. ABŞ-dan Venesuelaya qarşı növbəti sanksiya

    ABŞ Venesuelaya qarşı tətbiq etdiyi sanksiyalar siyahısını genişləndirib.
    Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirlyi məlumat yayıb.
    Sanksiya tətbiq olunan Venesuela rəsmilərinin siyahısına daha 6 şəxs əlavə olunub.
     

    Muxalifet3 - 1-03-2019

  3. Prezidentdən sonuncu SƏRT XƏBƏRDARLIQ - VİDEO

    Muxalifət.az bax.tv-yə istinadən həmin videolenti oxucularına təqdim edir

    Muxalifet3 - 1-03-2019

  4. Xanım Poroşenkodan Azərbaycan diasporuna təşəkkür

    Ukrayna Millətlər Assambleyasının (UMA) prezidenti, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri Rövşən Tağıyev ölkənin birinci xanımı Marina Poroşenko və ABŞ-ın Ukraynadakı xüsusi nümayəndəsi Kurt Volker ilə görüşüb. BUAK-dan verilən məlumata görə, görüş Ukraynanın paytaxtı Kiyevdə şəhərində keçirilən "Krım Forumu" çərçivəsində baş tutub. Görüşdə Rövşən Tağıyev rəhbərlik etdiyi təşkilatın və azərbaycanlıların Ukraynanın ərazi bütövlüyünü daim dəstəklədiklərini söyləyib.

    Muxalifet3 - 1-03-2019

  5. ​Ben Ladenin oğlu vətəndaşlıqdan çıxarıldı - XİN

    Əl-Qaidə terror qruplaşmasının qurucusu Üsame Ben Ladenin oğlu Həmzə Ben Laden Səudiyyə Ərəbistanı vətəndaşlığından çıxarılıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə krallığın Xarici İşlər Nazirliyi məlumat yayıb.
    Qeyd edək ki, ABŞ Həmzə Ben Ladenin başına 1 milyon dollar məbləğində mükafat qoyub.
     

    Muxalifet3 - 1-03-2019

  6. ​Ankarada böyük əməliyyat: İŞİD-çilər saxlanıldı

    Türkiyənin paytaxtı Ankarada genişmiqyaslı antiterror əməliyyatları keçirilib.
    Muxalifet.az xəbər verir ki, əməliyyatlar zamanı 7 İŞİD üzvü saxlanılıb.
    Onlardan 5-i Türkiyə, 2-si isə İraq vətəndaşıdır.
     

    Muxalifet3 - 1-03-2019

  7. Türkiyə ABŞ-ı RƏDD ETDİ - ŞOK QƏRAR

    Rəsmi Ankara ABŞ-ın Patriot raket sistemləri ilə bağlı təklifini rədd edib.
    Muxalifet.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.
    Bildirilib ki, Vaşinqton Türkiyənin S-400-dən imtina etməsini və bunun qarşılığında ilin sonuna kimi “Patriot” raketlərini əldə edəcəyini vəd verib.
    Belə ki, ABŞ-ın təklifində texnoloji transferin olmaması Ankaranın bundan imtina etməsi ilə nəticələnib.
     

    Muxalifet3 - 1-03-2019

  8. ABŞ-ın yəhudi və xristian icması ölkəmizə gəlir

    ABŞ-ın “Etnik Anlaşma Fondu”nun yaradıcısı və rəhbəri ravvin Mark Şnayer və “İqls Vinqs” yevangelik təşkilatının icraçı direktoru, yepiskop Robert Störnsün rəhbərliyi ilə ABŞ-ın yəhudi və yevangelist xristian icmasının üzvlərindən ibarət nümayəndə heyəti cari il martın 3-8-də Azərbaycanda səfərdə olacaq.

    Muxalifet3 - 1-03-2019

  9. Son 10 gündə bu doğum evində 4 körpə öldü - Video

    Son günlər Bərdə doğum evində doğuş zamanı bir neçə ölüm faktı baş verib. Təkcə son on gündə 4 körpə ölüb. Səhiyyə Nazirliyindən bildirilib ki, hazırda qeyd olunan faktların səbəbləri həm nazirlik, həm də Bərdə rayon prokurorluğu tərəfindən araşdırılır.
    Bərdə rayon mərkəzi xəstəxanasının baş həkimi Rəna Mustafayeva Xəzər Xəbər-ə deyib ki, xəstəxanaya yerləşdirilən zaman qadınlar ultrasəs müayinəsindən keçib və döldə uşaqların ölü olduğu müəyyən olunub. Qadınların ikisi Tərtər, biri isə Ağcabədi rayonundandır.

    Muxalifet3 - 1-03-2019

  10. Pakistan hindi pilotu belə təhvil verdi - Video

    Pakistan dövləti hindli pilot Abhinandan Varthamanı girovluqdan azad edib.
    Muxalifet.az xəbər verir ki, sənədləşmə işləri tamamlandıqdan sonra pilot iki ölkə arasındakı Vagah keçid məntəqəsində qarşı tərəfə təhvil verilib.
    Pilotun mülki geyimdə olması diqqət çəkib.
    Xatırladaq ki, çərşənbə günü Pakistan ordusu Kəşmir yaxınlığında vurulan Hindistan qırıcı məhv etmişdi. Pilot isə katapult vasitəsilə sağ qalmışdı.
     

    Muxalifet3 - 1-03-2019

  11. Kreditə görə məhkəməyə verilənlərə şad xəbər - Video

    Problemli kreditlərin həlli ilə bağlı imzalanan fərman Azərbaycanda məhkəmələrdən 311 min işin geri qayıtmasına səbəb olacaq.
    Muxalifet.az xəbər verir ki, bunu Milli Məclisin komitə sədri Ziyad Səmədzadə Xəzər Xəbər-ə bildirib. Millət vəkili bu fərmanla dövlətin bütün yükü üzərin götürdüyünü bildirib və banklarıdaha ədalətli və məsuliyyətli olmağa çağırıb.

    Muxalifet3 - 1-03-2019

  12. Bakıda polis hamilə qadını xəstəxanaya belə çatdırdı - VİDEO

    Bakıda doğuşa gedən qadını xəstəxanaya YPX avtomobili ilə aparıblar.
    Muxalifet.az baku.vs-yə istinadən xəbər verir ki, Vasili adlı şəxs həyat yoldaşını xəstəxanaya çatdırmaq üçün polislərdən kömək istəyib. 26 fevral tarixində tədbirlərlə əlaqədar olaraq Yusif Səfərov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Bu səbəbdən Vasili YPX əməkdaşlarına müraciət edib.

    Muxalifet3 - 1-03-2019

  13. Bu şəxslərə də diplomatik pasport veriləcək – Fərman

    Azərbaycan Prezidenti İlham Əliyev bu gün “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nda dəyişiklik edilməsi barədə fərman imzalayıb.
    Muxalifet.az xəbər verir ki, fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru və onun müavini, İcraçı direktorun müşaviri, köməkçisi, İcraçı direktorun ofisinin, Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın Katibliyinin və digər struktur vahidlərinin (müdiriyyət, departament, şöbə) rəhbərləri və onların müavinlərinə də diplomatik pasport veriləcək.
     

    Muxalifet3 - 1-03-2019

  14. Zurabişvili Ermənistana səfər edəcək

    Gürcüstan prezidenti Salome Zurabişvili Ermənistana rəsmi səfərə gedəcək.
    Bu barədə Sputnik-Ermənistan məlumat yayıb. Səfər 13-14 mart tarixlərinə planlaşdırılıb. 
    Qeyd edək ki, Salome Zurabişvili Gürcüstan prezidenti kimi regiona ilk rəsmi səfərini 27 fevralda Azərbaycana gerçəkləşdirib.

    Muxalifet3 - 1-03-2019

  15. Lukaşenko: Nə üçün Rusiya Ermənistana krediti daha az faizlə verir?

    Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin KİV nümayəndələri ilə söhbət zamanı bildirib ki, “Minsk Rusiyanın çörəyini yeyən müftəxor deyil”.
    Onun sözlərinə görə, Rusiyanın Ermənistana və Vyetnama daha az faiz dərəcəsi ilə  verdiyi kreditlər də bunu sübut edir.

    Muxalifet3 - 1-03-2019

  16. Neft Fondu gəlir və xərclərini açıqlayıb

    Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2018-ci il ərzində büdcə gəlirləri 17 614,1 milyon manat, büdcə xərcləri isə 11 455,6 milyon manat təşkil edib.
    Muxalifet.az xəbər verir ki, bu barədə Fondun mətbuat xidmətinin məlumatında deyilir.
    2018-ci il ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 17 433,0 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 16 645,6 milyon manat, bonus ödənişləri 765,2 milyon manat, akrhesabı ödənişləri 4,1 milyon manat, tranzit gəlirləri 18,1 milyon manat təşkil edib.

    Muxalifet3 - 1-03-2019

  17. Maşına benzin vurarkən və ya vurdurarkən, ehtiyatlı olun — Polisdən tövsiyə

    Bakıda maşının çənini benzinlə dolduran sürücü yanacaqdoldurma məntəqəsinin (YDM) əməkdaşına saxta 100 manatlıq əskinas verib.
    Muxalifet.az-ın məlumatına görə, bu barədə Sputnik Azərbaycan-a Bakının Qaradağ rayonunun Polis İdarəsindən məlumat verilib.
    Belə ki, fevralın 27-i saat 23:00-da Lökbatan qəsəbəsində yerləşən yanacaqdoldurma stansiyasının ərazisinə 99 NF 894 dövlət nömrə nişanlı Changan markalı avtomobil daxil olub. YDM-in operatoru maşının çənini benzinlə doldurandan sonra, sürücü ona 100 manatlıq əskinas verərək ərazini tərk edib.

    Muxalifet3 - 1-03-2019

  18. Tiflisdə xüsusi əməliyyat: Azərbaycanlı saxlanıldı

    Gürcüstanın paytaxtı Tiflis şəhərində - azərbaycanlıların sıx yaşadığı Poniçala (Soğanlıq) qəsəbəsində xüsusi əməliyyat keçirilib.
    Muxalifet.az xəbər verir ki, nəticədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən bir neçə şəxs saxlanılıb.
    Saxlanılanlar arasında 31 yaşlı Azərbaycan vətəndaşının da olduğu bildirilir.
    Gürcüstanın Daxili İşlər Nazirliyi xüsusi əməliyyat barədə hələ rəsmi açıqlama yaymayıb.
     

    Muxalifet3 - 1-03-2019

  19. Rusiyanın "Troya atı" deyilik - Borisov

    Bolqarıstan Rusiyanın NATO-dakı "Troya atı" deyil, əksinə, ölkəmiz NATO-nun ən intizamlı üzvlərindən biridir.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Bolqarıstan Baş naziri Boyko Borisov deyib.
    “Rusiya ilə dialoq axtarışındayıq. Lakin biz də güclü olub, bu dialoqda bərabər səviyyəli çıxış etməliyik”, - deyə baş nazir bildirib.
     

    Muxalifet3 - 1-03-2019

  20. Gürcü hökuməti "qara ciplər"i yığışdırmağa başladı

    Gürcüstan hökuməti “qara ciplər”lə bağlı qərarın icrasına başlayır. Belə ki, hökumət avtomobil parklarında olan qara rəngdə avtomobillərin sayını azaldır.
    Muxalifet.az azərtac-a istinadla xəbər verir ki, hökumət 180 ədəd “Pikap” markalı avtomobil alacaq. Bununla əlaqədar tender elan olunub.
    Tenderin şərtlərinə əsasən, avtomobillər yeni və qara rəngdən başqa digər rənglərdə olmalıdır. Yeni avtomobillərin alınması üçün 12 milyon 195 min lari (təqribən 4,6 milyon dollar) nəzərdə tutulub.

    Muxalifet3 - 1-03-2019

Pages