Axtarış
The search found 105785 results in 0.021 seconds.
Search results
İçki içib, ayaqqabı oğurladı - Sumqayıt bazarında SATDI
Siyəzəndə oğurluq edən şəxs tutulub. DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Muxalifet.az-a verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bu ilin əvvəlində rayon ərazisində yerləşən Elnur Abdullayevə məxsus geyim mağazasının saxlanc yerindən 30 cüt kişi və qadın ayaqqabıları oğurlayaraq, zərərçəkənə min manata qədər maddi ziyan vurmaqda şübhəli bilinən 48 yaşlı Mais Nəzərov saxlanılıb.
Muxalifet - 1-03-2019
Təbrizdə Qarabağ həyəcanı – “Ararat”a gecə sürprizi
Ermənistanın baş naziri Nikol Paşinyanın Tehranda erməni diasporunun nümayəndələri ilə görüşü zamanı “Qarabağ Ermənistanındır” şüarının qaldırılması İranda yaşayan azərbaycanlılar arasında böyük narazılıqla qarşılanıb. Lent.az-ın İrandakı mənbələrdən əldə etdiyi xəbərə görə, ən böyük narazılıqlar qədim Təbriz şəhərində yaşanır. İlk hədəf Təbriz ermənilərinin “Ararat” klubunun ofisi olub. Bu gün səhər Təbriz sakinləri ofisin divarlarında “Qarabağ Azərbaycanın ayrılmaz parçasıdır” şüarının yazıldığının şahidi olublar.
Muxalifet - 1-03-2019
Deputat: Ən çox sevinənlər talış qardaşlarımız olacaq
Buna ən çox sevinən bizim talış qardaşlarımız olacaq.
Muxalifet.az xəbər verir ki, bu sözləri oxu.az-a açıqlamasında millət vəkili Sahib Alıyev separatçı Fəxrəddin Abbasovun Moskvadan Bakıya deportasiya olunması xəbərini şərh edərkən deyib.
O bildirib ki, bu, prezident İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putin arasında qarşılıqlı güvənə dayanan əlaqələrin nəticəsidir.Muxalifet - 1-03-2019
Jirinovski SÜLALƏSİ: 51 villa, 150 milyon dollar və otellər - TƏDQİQAT
Rusiya Liberal Demokratik Partiyasının lideri Vladimir Jirinovskinin 51 daşınmaz əmlakı var.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu, “Proekt.media” saytının apardığı tədqiqatdan sonra ortaya çıxıb. Məlumata görə, bu daşınmaz əmlakların qiyməti 150 milyon dollar dəyərindədir.Muxalifet - 1-03-2019
Umayra Tağıyeva: "Bu ay havanın temperaturu iqlim norması daxilində tərəddüd edəcək"
"Bu ay havanın temperaturu çox da nəzərə çarpmayan müsbət və mənfi fərqlərlə iqlim norması daxilində tərəddüd edəcək".
Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli hidrometeorologiya departamentinin direktoru Umayra Tağıyeva deyib.Muxalifet - 1-03-2019
Zurabişvili Ermənistana səfər edəcək
Gürcüstan prezidenti Salome Zurabişvili Ermənistana rəsmi səfər edəcək.
Muxalifet.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə erməni KİV-ri etibarlı mənbələrinə istinadən məlumat yayıblar. Qeyd olunur ki, Zurabişvilinin səfəri 13-14 mart tarixlərinə planlaşdırılıb.
Xatırladaq ki, Salome Zurabişvili Gürcüstan prezidenti kimi regiona ilk rəsmi səfərini 27 fevralda Azərbaycana gerçəkləşdirib.Muxalifet - 1-03-2019
Əli Mirəliyevdən ŞOK ETİRAF: O qədər xəyanət etmişəm ki...
Müğənni Əli Mirəliyev həyat yoldaşı ilə bağlı etiraflar edib. Muxalifet.az xəbər verir ki, yenicag.az-a açıqlama verən müğənni xanımının onun aparıcılıq etdiyi verilişə baxmadığını deyib: "Həyat yoldaşım zamanında çox qısqanc olub. Amma yaşa dolandan sonra məni qısqanmır. Hərdən deyirlər ki, verilişdə qızlarla oriyental oynayırsan, deyib-gülürsən, xanımın əsəbiləşmir ki? Deyirəm yox, xanımım mənim verilişlərimə baxmır. Əsəbiləşib neyləyəcək ki? Yazıq o qədər deyib, yorulub". Mirəliyev dəfələrlə xanımına xəyanət etdiyini də deyib: "O qədər xəyanət etmişəm ki... Amma cavanlıqda.
Muxalifet - 1-03-2019
28 məktəbə direktor təyin edildi
Təhsil Nazirliyi dövlət ümumi təhsil müəssisələrində vakant olan direktor vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqənin növbəti yerləşdirmə nəticələrini açıqlayıb.
Nazirlikdən verilən məlumata görə, 28 nəfər namizəd müvafiq məktəblərə direktor vəzifəsinə təyin edilib.
Yeni direktorlar martın 4-dən öz vəzifələrinin icrasına başlayacaqlar.Muxalifet - 1-03-2019
Hindistandan Türkiyə açıqlaması: Minnətdarıq!
Hindistanın Ankaradakı səfiri Bhattacharyya, "Pakistanda terrorun məhv edilməsi məsələsində Türkiyənin müsbət bir rol oynamağa davam edəcəyindən əminik" deyib.
İki ölkə arasında yaşanan problemə düzgün prizmadan yanaşılması lazım olduğunu söyləyən Bhattacharyya, on illər ərzində Hindistanın Pakistandan gələn transmilli terror hadisələrindən əziyyət çəkdiyinə diqqəti çəkib.Muxalifet3 - 1-03-2019
Bolqarıstan baş naziri: “Biz Rusiyanın NATO-dakı “Troya atı” deyilik”
Bolqarıstanın baş naziri Boyko Borisov NATO baş katibi Yens Stoltenberqlə görüşündə ölkəsinin alyansın ən intizamlı üzvü olduğunu söyləyib. Muxalifet.az xarici mətbuata istinadən xəbər verir ki, Bolqarıstan hökumətinin başçısı Rusiya ilə yaxınlıq məsələsinə aydınlıq gətirib. “Biz Moskvanın alyansdakı “Troya atı” deyilik, tam əksinə, ölkəmiz NATO-nun bütün əməliyyatlraında nizamla iştrak edir. Bunun üçün Bolqarıstan yeni çoxfunksiyalı təyyarələrin, iki hərbi patrul gəmisinin və 150 zirehli döyüş maşınının alınması üçün vəsait ayırıb”, - deyə B.Borisov bildirib.
Muxalifet - 1-03-2019
“Azəriqaz”dan əhaliyə XƏBƏRDARLIQ
SOCAR-ın "Azəriqaz” İstehsalat Birliyi (İB) abonentlərə xəbərdarlıq edib.
Muxalifet.az Azərtac.az-a istinadən xəbər verir ki, son günlər Bakının müxtəlif ünvanlarında özünü "Azəriqaz” İstehsalat Birliyinin əməkdaşı kimi təqdim edən şəxs və ya şəxslər mənzillərdə quraşdırılmış smart-kart tipli qaz sayğaclarının batareyasının dəyişdirilməsi və ya smart kartların "vaxtının keçməsi” kimi məsələləri bildirərək həmin "problemlərin” aradan qaldırılması üçün vətəndaşlardan müəyyən miqdarda pul tələb edirlər.Muxalifet - 1-03-2019
AZƏRBAYCANDA İLK DƏFƏ - Ürək xəstələri üçün məktəb yaradıldı
Azərbaycanda ilk dəfə olaraq ürək xəstələri üçün məktəb yaradılıb.
Muxalifet.az bildirir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə, akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu nəzdində xroniki ürək çatışmazlığı xəstələri və onların qohumları üçün geniş reabilitasiya proqramı başlanılıb.
Belə xəstələr üçün məktəb yaradılıb. Məktəbdə dərslərdə xəstəliyin səbəbləri, simptomları, düzgün həyat tərzinin aparılması və vəziyyətlərinə uyğun pəhrizin saxlanılması yolları izah olunur.Muxalifet - 1-03-2019
Türkiyə ABŞ-ın təklifini rədd etdi!
ABŞ-ın Rusiyadan S-400 hava müdafiə sistemlərini satın alınmasının ləğv edilməsi qarşılığında 2019-un sonuna qədər “Patriot” raketi satmaq təklifi Türkiyə tərəfindən rədd edilib.
ABŞ-ın xəbər kanalı “Bloomberg”-in iki yüksək vəzifəli Türk nümayəndəliyə əsaslandırdığı xəbərində, ABŞ-ın Rusiyadan S-400 hava müdafiə etmə sistemləri satın alınmasının ləğv edilməsi müqabilində 2019-cu ilin sonuna qədər “Patriot” raketi satmağı təklifi edib.Muxalifet3 - 1-03-2019
Ermənistan həbsxanasında 3 məhbus aclıq aksiyası keçirir
Ermənistanın “Nubaraşen” cəzaçəkmə müəssisəsində 3 məhbus aclıq aksiyası keçirir.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu müəssisənin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi Nona Navikyan bildirib.
Məhbuslar Karen Ovanisyan, Vaçaqan Avdalyan və Muşeq Mxitaryan barələrində çıxarılan hökmə etiraz edirlər və cinayət işinin yenidən məhkəməyə qaytarılmasını istəyirlər.
Məlumata görə, K.Ovanisyan fevralın 10-da aclıq aksiyasına başlayıb. Daha sonra ona iki məhbus da qoşulub.Muxalifet - 1-03-2019
"Qarabağ"ın futbolçusuna ağır itki
"Qarabağ" klubunun futbolçusu Con Delarjın ailəsində faciə baş verib. Muxalifet.az xəbər verir ki, konqolu hücumçunun bacısı dünyasını dəyişib. Buna görə də o, dünən axşam saatlarında Bakını tərk edərək vətəni Konqoya yollanıb. Futbolçu bir neçə günə geri qayıdacaq. Qeyd edək ki, Con Delarj mövsümün əvvəlində Türkiyənin "Bursaspor" klubundan transfer edilib.
Muxalifet - 1-03-2019
İranda möhtəşəm Qarabağ ETİRAZLARI: Yer-yerindən oynayır - VİDEO
Hazırda Təbrizin “Traktor” futbol klubu İsfahanın “Sepahan” komandası ilə qarşılaşır.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, oyunda ikinci hissə oynanılır və “Traktor” 2-0 hesabı ilə irəlidədir.
Oyunun əvvəlində başlayaraq, “Traktor” azarkeşləri Ermənistanın Baş naziri Nikol Paşinyana etiraz olaraq “Qarabağ bizimdir, bizim olacaq” şüarları səsləndirirlər.Muxalifet - 1-03-2019
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətləri artırılıb
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Müvafiq sənədi AZƏRTAC dərc edib.Muxalifet - 1-03-2019
DİQQƏT: "Azəriqaz"dan əhaliyə XƏBƏRDARLIQ
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) abonentlərə xəbərdarlıq edib.
Muxalifet3 - 1-03-2019
Cəlilabadda zəhərlənənlərin hamısı evə buraxıldı - Yeniləndi
Cəlilabad rayonunda marketdə zəhərlənənlərin hamısı evə buraxılıb.
Bu barədə report -a Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından verilib.
Qeyd edək ki, zəhərlənmə hadisəsi şəhərdə yerləşən "Green Store" adlı marketdə baş verib. Zəhərlənənlərin hamısı marketin işçiləri olub. Məlumata görə, marketin döşəməsi təmizlənərkən kimyəvi məhluldan istifadə edilib. Məhz bu kimyəvi məhlulda işçilərin zəhərlənməsinə səbəb olub. Zəhərlənən şəxslər dərhal xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Muxalifet3 - 1-03-2019
Bütün şəhər və rayonlarda Novruz yarmarkaları açılacaq
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə paytaxtın 14 ünvanında, ölkənin bütün şəhər və rayon mərkəzlərində martın 2-dən etibarən hər həftənin şənbə və bazar günləri, martın 16-dan 21-dək isə hər gün Novruz yarmarkaları keçiriləcək. Yarmarkalarda respublikamızın müxtəlif bölgələrindən fermerlər, ailə təsərrüfatları əhaliyə geniş çeşiddə kənd təsərrüfatı məhsullarını bazar qiymətlərindən xeyli ucuz təklif edəcəklər. Yarmarkalarda məhsulların keyfiyyətinə və qiymətlərinə müvafiq qurumlar tərəfindən nəzarət olunacaqdır.
Muxalifet3 - 1-03-2019