Axtarış
The search found 105700 results in 0.006 seconds.
Search results
Ukrayna hökuməti Donbas regionuna əlavə qoşun göndərəcək
Donetsk hava limanında döyüşlər davam edir, sutka ərazində 6 Ukrayna əsgəri həlak olub
Ukrayna hökuməti ölkənin şərqinə əlavə qoşun göndərəcək.
“RİA Novosti”nin məlumatına görə, bunu Ukrayna prezidenti Pyotr Poroşenko bəyan edib.
P. Poroşenkonun sözlərinə görə, Donbas regionunda yerləşən qoşunların qruplaşması yenidən aparılacaq.
“Bütün bunlar ona görə edilir ki, biz atəşkəsin zəiflik əlaməti deyil, güc olduğunu göstərək. Kimsə atəşkəsi pozmaq istəsə, bunu həyatı hesabına ödəcəyək”, - deyə o vurğulayıb.
Muxalifet - 16-01-2015
Anar Məmmədov dükanı sökülənlərə altı min manat paylayır...
Son günlər mətbuatda müzakirə mövzusuna çevrilən məsələlərdən biri də Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun sahibi olduğu “28 May”da yerləşən yeraltı keçidindəki ticarət köşklərinin sökülməsidir.
Muxalifet - 17-01-2015
"Hafiz Məmmədov 14 milyon ödəyəcək”
Azərbaycanlı müflis olmuş iş adamı Hafiz Məmmədov Fransanın “Lans” klubunu satmır.
Bu barədə klubun prezidenti Jerve Martel “L Equipe” qəzetinə açıqlamasında bildirib:
“Hafiz Məmmədov bu komandanın sahibidir və o, klubu satmır. Onun işləri qaydasında getmirdi və hazırda vəziyyətin düzəldiyini deyib. Məmmədov yanvarda bizə 4 milyon, fevralda isə 5 milyon avro ödəcəyək. Ümumiyyətlə, o, söz verdiyi 14 milyon avronu bizim hesabımıza köçürəcək”.
Muxalifet - 17-01-2015
Birlik
(Hekayə)
“Ay kişi, sür gedək də! Öldük ki... Nəyi gözləyirsən? Camaat evə gecikir axı!” deyə bir səs məni Remarkdan ayırdı. Romanın şirin yerində kitabı bağlayıb tər və kir qoxulu adamlarla qaynayan avtobusun içində güclə də olsa arxaya çevrilməyi bacardım.
Muxalifet - 19-01-2015
Zəlimxan Məmmədlinin xəyal dünyası
Və yaxud “Borçalı” Cəmiyyətinin sədri BÖYÜK İNSAN olmaq həvəsində
Muxalifet - 19-01-2015
Nazim İbrahimovdan "Azərros" açıqlaması
"Biz xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının daxili məsələlərlə bağlı qəbul etdiyi qərarlara müdaxilə etmirik".
Bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Moskvada fəaliyyət göstərən "Azərros" Rusiya Azərbaycanlılarının Federal Milli Mədəni Muxtariyyətinin növbədənkənar qurultayı və orada qəbul olunmuş qərarlar barədə Trend-in sorğusuna cavabında deyib.
Muxalifet - 19-01-2015
İxtiyar Şirindən qalmaqallı status
“Mən baş verən hadisələr barədə məlumatlı idim”
Keçmiş baş prokuror İxtiyar Şirin özünün facebook səhifəsində 20 Yanvar faciəsi ilə bağlı qalmaqallı status paylaşıb. Onun sözlərinə görə, faciənin baş verəcəyi əvvəlcədən bəlli idi, sadəcə dövlət rəsmiləri öz səlahiyyətlərini yerinə yetirmədikləri üçün bu qətliab qaçılmaz oldu. İ.Şirinin statusunu olduğu kimi dərc edirik:
Muxalifet - 20-01-2015
Ən seksual siyasətçinin dekoltesi qalmaqal yaratdı (FOTO)
20 yaşlı qız partiyasının yubiley gecəsinə geyindiyi geyimlə ölkə gündəminə oturub
Danimarkalı siyasətçinin geyindiyi ziyafət paltarı qalmaqala səbəb olub. ANS PRESS-in məlumatına görə, yerli seçkilərdə mühafizəkarlar partiyasının üzvü seçilən 20 yaşlı Nikita Klaestrup həm də "ən seksual siyasətçi" adı ilə tanınır.
Əyləncə gecəsi onun üzvü olduğu partiyanın 110 illiyi ilə bağlı keçirilib. 20 yaşlı politoloq gecəyə ətəyi uzun lakin sinə dekoltesi həddindən artıq dərin olan geyimlə qatılıb.
Muxalifet - 21-01-2015
Əhalinin banklara olan fantastik borcu - 18 milyard manat
2014-cü ildə əhalinin gəlirləri əvvəlki illə müqayisədə 4.8 faiz artaraq 39.4 milyard manata çatıb.
Bu məlumat Dövlət Statistika Komitəsinin 2014-cü ildə ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri ilə bağlı xülasəsində yer alıb. Məlumatda bildirilir ki, əhalinin hər nəfərə düşən məbləği isə 3.5 faiz artaraq 4180.5 manata çatıb. Gəlirlərin 68.8 faizi son istehlaka, 8.7 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 20.0 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf olunub.
Muxalifet - 21-01-2015
Nəqliyyat qoçuları sürücünü vəhşicəsinə döydü - Video
Nəqliyyat Nazirliyinin müfəttişlərinin sürücülərə qarşı daha bir kobud davranışını nümayiş etdirən görüntülər yayılıb.
“Qafqazinfo”nun əldə etdiyi videodan da göründüyü kimi Nəqliyyat müfəttişi taksi sürücüsü ilə əlbəyaxa davaya çıxıb. Sumqayıt şəhərində, avtovağzalın yaxınlığında qeydə alınan insidentin səbəbini öyrənə bilməsək də, bu artıq Nəqliyyat müfəttişləri ilə taksi sürücüləri arasında yaranan ilk qarşıdurma deyil.
Muxalifet - 21-01-2015
İntiqam Əliyevin vəkilinin bank hesabı bloklanıb
Hüquq müdafiəçisi, hazırda həbsdə olan İntiqam Əliyevin vəkili Şəhla Hümbətovanın bank hesabı bağlanıb. Bu barədə Ş.Hümbətova öz facebook səhifəsində yazıb. Vəkil bildirib ki, 19 yanvar tarixində "Unibank"da olan hesabdan pul çıxartmaq istəyərkən imtina edilib. Vəkil problemlə əlaqədar banka müraciət edib, ancaq bank işçisi bildirib ki, onun hesabı blok olunub.
Muxalifet - 22-01-2015
Vəfa Quluzadənin sensasion səs yazısı yayıldı - Audio
Sosial şəbəkələrdə Vəfa Quluzadənin maraqlı bir səs yazısı yayılıb.
Muxalifet - 22-01-2015
Tanınmış jurnalistin məhkəməsi niyə qapalı keçirilir?
Sevinc Osmanqızı: "Bu, siyasi motivlərlə açılan cinayət işidir və onun məqsədi məni qorxutmaq, susdurmaqdır"
Tanınmış jurnalist, Qadın Jurnalistlər Birliyinin rəhbəri Sevinc Osmanqızının CM-nin 147 və 148-ci (təhqir və böhtan) maddələrilə cəzalandırılması üçün xüsusi ittiham qaydasında qaldırılmış iddia üzrə Nərimanov rayon məhkəməsində hakim Məzahir Sadıqovun sədrliyilə keçirilən prosesin media nümayəndələrinin iştirakı olmadan, qapalı keçirilməsinə qərar verilib. Sevinc Osmanqızı ona qarşı iş üzrə məhkəmənin qapalı keçirilməsi qərarını pisləyib.
Muxalifet - 23-01-2015
Deputat Quranı təhqir etdi
Belçikanın daxili işlər naziri isə bu təhqirə kəskin etiraz edib
Belçikalı deputat keçmiş “Flamand Maraqları” partiyasının sədri Filipp Devinter müsəlmanların müqəddəs kitabı Qurani Kərimi təhqir edib. ANS PRESS-in məlumatına görə, hadisə Belçika parlamentinin “Məscilər və radikallaşma” mövzulu plenar iclasında baş verib. Daxili işlər naziri Yan Janbona sual vermk üçün parlament kürsüsünə çıxan Devinter əlindəki Quranı havaya qaldırıb və müqəddəs kitab üçün, “bütün pis şeylətin mənbəyi” – deyib.
Muxalifet - 23-01-2015
Xalq artisti renimasiyada
Nuriyyə Əhmədovanın beyin insultu keçirdiyi ehtimal edilir
Xalq artisti Nuriyyə Əhmədovanın səhhətində problem yaranıb. Aktrisa reanimasiyaya yerləşdirilib.
Aktrisanın rəfiqəsi, jurnalist Sədaqət Kamalın ANS PRESS-ə verdiyi məlumata görə, Nuriyyə xanımın vəziyyəti gecə saat 3 radələrində pisləşib.
Muxalifet - 23-01-2015
Sərdar Cəlaloğludan Müsavat Partiyasına dəstək
“Bir qrup partiyanın Müsavatı kənarda saxlamaqla blok yaratmaq cəhdi düzgün deyil”
“Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzi Müsavat Partiyasının təşəbbüsü ilə yaradılıb, biz də bu mərkəzin üzvüyük. İndi təşəbbüskarı bir kənara qoymaqla, bu mərkəzdəki bir qrup partiya parlament seçkiləri ilə bağlı mərkəzin içərisində seçki bloku yaratmağa cəhd edir. Biz hesab edirik ki, bir qrup partiyanın Müsavat Partiyasının kənara qoymaqla siyasi blok yaratmağa cəhd etməsi siyasi etika baxımından düzgün deyil”.
Muxalifet - 23-01-2015
Şok cinayət: Neftdən əldə edilən 100 milyard dollar oğurlanıb
Hərbi qruplaşma ölkəyə daxil olan neft pullarını ələ keçirib
Liviyada hərbi qruplaşmalardan biri ölkənin ikinci ən böyük şəhəri olan Benqazidə Mərkəzi Bankı qarət edib. Lent.az-ın məlumatına görə, silahlıların həyata keçirdiyi basqın nəticəsində bankdakı təxminən 100 milyard dollar pul ələ keçirilib.
Muxalifet - 23-01-2015
Mədət Quliyevdən gözlənilən cavab...
Lamiyə Quliyevanın “zon”da kimdən hamilə qaldığı niyə ört-basdır edilir?
Muxalifet - 23-01-2015
Gücsüzlərin gücü
Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının yaranması nəinki cəmiyyətdə, hətta hazırda siyasi fəaliyyətimi davam etdirdiyim partiyada da birmənalı qarşılanmadı, bu hadisəyə yanlışlı - doğrulu, müxtəlif reaksiyalar verildi, yozumlar səsləndirildi. Son vaxtlar hərəkatın təşəbbüs qrupuna, şəxsən mənə “ADR hansı zərurətdən yaradılıb, onun mövcud siyasi arenanı təmsil edən qurumlardan (partiya, hərəkat, QHT və sair) fərqi nədir”- deyə çox sual verildiyindən mən bu sualı mətbuatın köməyi ilə cavablandırmağa qərar verdim.
Muxalifet - 23-01-2015
Gürcüstanın daxili işlər naziri nə üçün istefa verdi?
Gürcüstanın daxili işlər naziri Aleksandr Çikaidze istefa verib.
Bu barədə bəyanat yayan nazir bildirib ki, istefasına səbəb 2006-cı ildə Gürcüstanda keçirilən xüsusi əməliyyat zamanı öldürülən Zurab Vazaqaşvilinin ölümündə iştirakçı olanları gizlətməkdə ittiham edilməsi olub.
"Baş nazirə istefa barədə müraciət etmək istəyirəm. Guya mən Zurab Vazaqaşvilinin ölümündə iştirakçı olan adamları gizlədirəm. Bu ittihamı yalan hesab edirəm və mənəvi məsuliyyət hiss edib vəzifəmdən istefa verirəm" - deyə nazir vurğulayıb.
Muxalifet - 23-01-2015