Axtarış
The search found 105700 results in 0.019 seconds.
Search results
Rüşvət və “hörmət”in qardaşlığı...
Həzrət Peyğəmbər (s.ə.s) buyurur: “Rüşvətdən çəkinin, çünki rüşvət xalis küfrdür. O kəs ki, rüşvət alır, behiştin iyini hiss etməz”
Rüşvət. Bu, nə tələbdir, nə də təklif. Rüşvət bu günümüzə gəlib çıxmış elə bir “xəstəlik”dir ki, onun varlığı ilə mübarizə aparır, yoxluğunda isə çıxış yolları axtarırıq. Bunu qana yeridilmiş virus kimi də düşünmək olar. Vəziyyət o yerə çatıb ki, “yoldaş məmur özünüzü təqdim edin” dedikdə aldığımız cavab “hörmətimi et deyim” vəziyyəti yaranıb.
Muxalifet - 9-02-2015
Borçalılar Siyavuş Novruzova etiraz edir
Əlibala Əsgərov: “Biz ali qanunlar qəbul edilən bir dövlətdə yaşayırıq, Azərbaycan kimi qanunlar sadəcə kağız üzərində olan məmləkətdə deyil”
Muxalifet - 11-02-2015
Gecə
(Fantastik hekayə)
Biz iki qardaş idik. Mən böyük, o, kiçik idi. Uşaq və gənclik illərimizdə təbii ki, bir-birimizə paxıllıq edirdik.
Böyük bir hökmdarın iki övladı idik. Hər ikimiz qeyri-adi dərəcədə zəkalıydıq, amma o, ağılda, mən isə hiyləgərlikdə. Bütün paxıllar kimi, zahirən dost və mehriban idik.
Heç gözümüzü yumub-açmamış, ömrümüz başa çatdı.
Muxalifet - 11-02-2015
ABŞ-dan Bakıya tələb: “Emin Hüseynovu ölkədən burax!”
Kristofer Smit və “Civil Rights Defenders” Emin Hüseynovla bağlı açıqlama verdi
ABŞ Konqresinin Helsinki Komissiyasının sədri Kristofer Smit Azərbaycan hakimiyyətini cinayət təqibindən İsveçrə səfirliyində gizlənən hüquq müdafiəçisi Emin Hüseynova ölkəni tərk etməyə icazə verməyə çağırıb.
Muxalifet - 13-02-2015
“Mən əsasən öz iç dünyamın rəsmini çəkirəm”
Rafiq Hümmət: Bircə yaşam düsturum oldu: “sev ki seviləsən!”
Fevralın 13-də istedadlı şair, publisist, tərcüməçi, AYB Gürcüstan bölməsinin rəhbəri, Tiflisdəki “Varlıq” Mədəniyyət Mərkəzinin sədri, “Varlıq” qəzetinin baş redaktoru Rafiq Hümmətin 50 yaşı tamam olur. Qələm dostu Nəriman Əbdülrəhmanlının onunla söhbətini oxucularımıza təqdim edirik.
Muxalifet - 13-02-2015
Bizim manat qorxumuz
Ekspert milli valyutanın sabit saxlanmasının yollarını açıqlayıb
"Neftin dünya bazarında kəskin ucuzlaşması Azərbaycan iqtisadiyyatına mənfi təsirlərini göstərir. Bunun ilk təsiri maliyyə bazarlarında özünü göstərir."
Bu barədə Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib.
Muxalifet - 14-02-2015
Azərbaycandan ermənilərə pul köçürülür – Şok
“Bank VTB Azərbaycan” vasitəsilə Moskvaya pul köçürmələri dayandırılıb.
Axar.az xəbər verir ki, buna səbəb Azərbaycandan Ermənistana pul köçürülməsidir. Məlumatda qeyd olunur ki, “Bank VTB”nin Ermənistanda da filialının olması və Bakıdan İrəvana dolayı yolla – Moskva ofisindən keçməklə pul köçürülməsinin MTN tərəfindən müəyyənləşdirilməsindən sonra Mərkəzi Bank belə bir qadağa tətbiq edib.
Muxalifet - 16-02-2015
8-ci km bazarı niyə satılmadı?
Ticarət Mərkəzinin aqibəti haqda yeni təfərrüatlar üzə çıxıb
"Əvvəllər biz evə nəsə almaq lazım olanda ənənəvi bazarlara gedirdik. Səhər saatlarında bazara gəlir və məhsulun ən təzəsini, ucuz qiymətə alırdıq. Bazarda istədiyimiz malı tapmaq da mümkün idi. Bazar həm cibimizə uyğun idi, həm də burada satılan məhsullar təzə və keyfiyyətli idi".
Muxalifet - 17-02-2015
Putin arvadını döyürmüş...
Rusiya prezidenti Vladimir Putin keçmiş həyat yoldaşı Lüdmilanı döyürmüş. Bu iddia Rusiya lideri barədə yeni alman sənədli filmində irəli sürülüb. Xəbəri ilkin olaraq "Daily Telegraph" yayıb.
Muxalifet - 20-02-2015
DİLİMİZ, İSTİQLALIMIZ!
...Özümə məхsus olan başqa elim vardı mənim.
Elimə məхsus olan başqa dilim vardı mənim.
(M.T. Zehtabi)
Muxalifet - 20-02-2015
Əlisa Nicat: “Qadın ancaq doğmaq üçün yaranıb”
Fevralın 21-də “Kitabevim.az” Mağazalar Şəbəkəsində yazıçı Əlisa Nicatın imza günü keçiriləcək. İmza günündən öncə Kult.az-ın əməkdaşı Əlisa Nicatla söhbətləşib. Müsahibəni olduğu kimi dərc edirik.
– Əlisa müəllim, hazırda nə işlə məşğulsunuz?
Muxalifet - 20-02-2015
Qurban Məmmədov müğənni Elnarəni məhkəməyə verir...
"Qoy məhkəmə qərar versin görək ALLAHın verdiyi səsi, talantı belə baha satmağa Elnarə xanımın nə haqqı var?
Tanınmış hüquqşünas Qurban Məmmədov Moderator.az-a maraqlı məktub göndərib. Daha doğrusu, biletlərin baha olması səbəbindən konsertinə qatıla bilmədiyi müğənni Elnarəni məhkəməyə verməyə hazırlaşdığını bildirib: "Mən həbsxanada olanda hörmətli müğənnimiz Elnarə Abdullayevanın o yanıqlı səsiylə oxuduğu muğamlarla daha rahat nəfəs almışam.
Muxalifet - 21-02-2015
Gülər Əhmədova Həccə gedir...
“Hazırda həyatda ən böyük arzum Həcc ziyarətinə getməkdir”.
Bunu “a24.az”a Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin yaydığı videoların yaratdığı rüşvət qalmaqalından sonra həbs olunmuş eks-deputat, hazırda şərti azadlıqda olan Gülər Əhmədova deyib.
O vurğulayıb ki, qismət olsa, bu il Həcc ziyarətinə gedəcək: “İnşallah, bu, Allahın qismətidir və ziyarət mənə nəsib olsa, Həccə gedəcəm”.
Muxalifet - 21-02-2015
Sınıq Körpü Buraxılış məntəqəsinin girişində barmaqlıqlar quraşdırılıb - FOTOLAR
Fevralın 21-də Sınıq Körpü Buraxılış məntəqəsində Azərbaycan vətəndaşlarının Gürcüstan tərəfə keçməsində sıxlıq yaşanıb. Buraxılış məntəqəsinin piyada keçidinin girişində quraşdırılmış barmaqlıqlar saatlarla bağlı qalıb, insanlar soyuqda gözlədilib, sayla buraxılıb.
Muxalifet - 21-02-2015
Vətən bizə oğul dedi... Bəs biz?
“Ellərə gülən canım – indi olub el gülüncü”
Mövzu ağır, proses mürəkkəb, fikirlər aydın, nəticə isə... Əl-qərəz, söhbət 23 ildir problemli məsələ olaraq qalan və yekun nəticəsinə varıla bilinməyən Dağlıq Qarabağ münaqişəsinin həlli yollarından gedir.
Muxalifet - 22-02-2015
Qəribə ələkçi - PRİTÇA
Bir nəfər evinin qabağından axıb gedən çaya girib, əlindəki ələyi hey suya batırıb qaldırır, sevinclə guya, nəsə tapır və təzədən yenə ələyi suya batırır.
Dizə kimi suyun içində olub tamamilə islanmış bu adamı dəli hesab edib ötüb keçirlər və yalnız tək-təklər dayanıb gülə-gülə ona baxırlar.
Və yalnız bunu görən mində bir nəfər dayanıb tamaşa edir və bunun nəylə qurtaracağını gözləyir.
Muxalifet - 22-02-2015
Zabit Səmədov: “İdmana gəlişimdə Van Dammın rolu oldu” - FOTOLAR
K-1 qaydasız döyüş növü üzrə dəfələrlə dünyaçempionu olmuş “Mauqli” ləqəbli idmançı Zabit Səmədovun Ailem.az-a müsahibəsi
- “Mauqli” ləqəbinizin tarixçəsi necədir? Bu, hər hansı bir döyüşdən sonra verilib, yoxsa?
Muxalifet - 22-02-2015
Yuxuda arvadını kişi ilə “tutdu”, durub öldürdü
Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinən Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Aydın Gülməmməd oğlu Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Rauf Əliyev sədrlik edir.
Muxalifet - 22-02-2015
MİLLƏT ÖLDÜ
ƏZİZİM MANAT HARAY,
MƏN OLMUŞAM MAT, HARAY!
ELƏ DÜŞDÜ, QALMADI,
MANATDA HƏYAT, HARAY!
Dollar qalxdı, manat düşdü,
Dövlətdəki qudrət öldü.
Dövlət millət arasında,
İnam öldü, ülfət öldü.
Bərk gedərkən neft bazarı,
Tutdu özün çox yuxarı.
Yoxdu axı bir azarı,
Muxalifet - 23-02-2015
Əli Həsənov prezidentin köməkçisi oldu - SƏRƏNCAM
Əli Həsənov Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi təyin edilib.
Rəsmi məlumata görə, prezident İlham Əliyev Əli Məhəmmədəli oğlu Həsənovun Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi təyin edilməsi haqqında bu gün sərəncam imzalayıb.
Xatırladaq ki, Ə.Həsənov Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin rəhbəri vəzifəsində çalışırdı.
Muxalifet.az
Muxalifet - 23-02-2015