Axtarış
The search found 105785 results in 0.025 seconds.
Search results
Sərxoş kişi şəhərdə tank sürdü- VİDEO
Polşanın Paençno şəhərində spirtli içki qəbul edən şəxs şəhər küçələrində T-55 tankı idarə etməyə başlayıb.
RİA-ya xəbər verir ki, hadisədən xəbər tutan polis əməkdaşları sərxoş kişinin qarşısını alıb.
Polislər tankda daha bir nəfəri də aşkarlanıb.
Onun isə sonradan tanka mindirildiyi deyilib./axar.az
Muxalifet - 19-06-2019
PAŞİNYAN APREL HADİSƏLƏRİNİ ARAŞDIRACAQ KOMİSSİYA YARADIB - Rusiya, yoxsa "köhnə komanda" ittiham ediləcək? - TƏHLİL
Ani Meclumyan
Eurasianet.org (ABŞ), 18.06.2019
Ermənistan parlamenti Azərbaycanla 2016-cı il “Aprel savaşı”nı araşdırmaq üçün komissiya yaradıb. Bu addım ölkənin kənarlaşdırılan hökumətinin təmsilçiləri və onların Dağlıq Qarabağı idarə etməyi sürdürən müttəfiqləri ilə genişlənən qarşıdurma fonunda atılıb.
Baş nazir Nikol Paşinyan komissiyanın yaradıldığı haqda mayın 20-də elan edib. O deyib: “Hamımızı həyəcanlandıran bir sıra suallara cavab almağın zamanı çatıb”.
Muxalifet - 19-06-2019
Mərmi partladı: Qarabağda erməni yaralandı
İşğal altındakı Dağlıq Qarabağda Sərkisyan adlı bir erməni yaralanıb.
Muxalifet.az xəbər verir ki, onun mərminin partlaması nəticəsində yaralandığı bildirilib. Xəstəxanaya yerləşdirilən erməninin durumunun ağır olduğu qeyd edilib.
Hadisənin necə baş verdiyi barədə məlumat verilməyib.
Muxalifet3 - 19-06-2019
Türkiyədən PKK-çılar qonşu ölkəyə qaçmaq istədi, ancaq...
Türkiyənin Ədirnə bölgəsindən Yunanıstana qaçmaq istəyən terrorçular yaxalanıb.
Muxalifet.az xəbər verir ki, 2 PKK terrorçusu bölgənin Meriç rayonuna bağlı Umurca kəndi istiqamətindən qonşu ölkəyə qaçmaq istəyib.
Təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində terrorçular saxlanılıb.
Muxalifet3 - 19-06-2019
Rusiyadan kritik S-400 açıqlaması
Rusiya Xarici İşlər nazirinin müavini Aleksandr Gruşko Türkiyənin Rusiyadan S-400 raketdən müdafiə sistemini alması ilə bağlı razılaşmanın beynəlxalq qaydalara uyğun olduğunu, bütün qərarların alındığını bildirib.
Gruşko ABŞ-ın Türkiyəyə qarşı ola biləcək sanksiya tətbiqinə yönəlik verdiyi açıqlamada, "Biz uzun zaman əvvəl davranışımızı dilə gətirdik. Hər suveren dövlət hərbi -texniki sahədə öz tərəfdaşlarını seçmə haqqına sahibdir. Bütün qərarlar verildi, razılaşma beynəlxalq qaydalara uyğundur" deyə söyləyib.Muxalifet3 - 19-06-2019
Böyük dövlətlərin qarşıdurması: Qarabağın həllində süni əngəl...
Yaxın Şərqdə geosiyasi proseslər növbəti gərginlik mərhələsinə qədəm qoyur. Əvvəllər də analoji keçidlər baş verib. Lakin bu dəfə mənzərəni daha riskli və gərgin edən düşündürücü faktorlar xeyli qabarıq şəkildə özünü göstərir. Və bunun özəl cəhətlərindən biri böyük dövlətlərin mübarizəsinin artıq daha açıq və kəskin şəkildə həmin regiona təsir etməyə başlaması ilə əlaqəlidir. Burada ilk olaraq ABŞ-İran qarşıdurmasını vurğulamaq doğru olardı. Digər gərginlik xəttini ABŞ-Türkiyə münasibətləri təşkil edir. Bunların fövqündə isə ABŞ-Rusiya və ABŞ-Çin rəqabəti dayanır.
Muxalifet3 - 19-06-2019
DİN-dən sürücülərə XƏBƏRDARLIQ: Əməl edin...
Daxili İşlər Nazirliyi (DİN) avtomobilləri piyada səkilərində saxlayan sürücülərə müraciət edib.
Muxalifet3 - 19-06-2019
Səudiyyədən BMT-nin “Qaşıqçı” qərarına ilk təpki
Səudiyyə Ərəbistanından BMT-nin “Qaşıqçı” cinayəti ilə bağlı hesabatına ilk açıqlama verilib. Səudiyyə Ərəbistanı tərəfindən hesabatla əlaqədar olaraq edilən açıqlamada bu ifadələrə yer verilib: "BMT-nin “Qaşıqçı” cinayəti ilə bağlı hesabatı ziddiyyətlərlə doludur. BMT nöqtəni qoydu: “Səudiyyə Ərəbistanı məsuldur, Türkiyədən üzr istəyin” Yeni bir şey deyil. İnsan Haqqları Şurası məruzəçisinin bağlayıcı olmayan hesabatında, daha əvvəl mediada yer alan iddiaları təkrar nəşr edib.
Muxalifet3 - 19-06-2019
ABŞ bunu etməsə, 2020-ci ildə gərginlik artacaq - Rusiya
ABŞ Şimali Koreyanı əlaqələri inkişaf etdirməkdə ciddi olduğuna inandıra bilməsə, 2020-ci ildə Koreya yarımadasında gərginlik artacaq.
Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Təhlükəsizlik Şurası baş katibinin müavini Aleksandr Venediktov çıxış edib.
"Şimali Koreyanın prioretlərinə ehtiramla yanaşmaq lazımdır. Xüsusilə, Şimali Koreya ilə bağlı prosesin mərhələli şəkildə həll ediləcəyi barədə verilən təminatı və beynəlxalq təhlükəsizlik zəmanətinin vəd edildiyini unutmamalıyıq", - Venediktov qeyd edib.
Muxalifet3 - 19-06-2019
Magistraturaya müsabiqənin nəticələri elan olundu - DİM
Dövlət İmtahan Mərkəzi (DİM) 2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına müsabiqənin nəticələrini elan edib.
DİM-dən verilən məlumata görə, nəticələr iyunun 19-dan etibarən Mərkəzin internet saytında yerləşdirib.
Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar ("Azercell", "Bakcell", "Nar", "Naxtel") vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Qəbul olunanların siyahısı “Magistr” jurnalının 5-ci sayında dərc olunacaq.Muxalifet3 - 19-06-2019
Əhməd Qaya ilə bağlı bu gün belə bir imkan olsa... - Ərdoğan
Bu gün Əhməd Qaya ilə bağlı belə bir imkan olsa, ailəsi onun torpağımıza gətirilməsini qəbul etsə, biz əlimizdən gələn hər şeyi edərik.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kral FM radiosunda yayımlanan proqramlardan birində iştirak edərkən bildirib.
Ə.Qayanın musiqiləri səsləndirildikdən sonra Ərdoğan Qayanın nəşinin gətirilməsi üçün hər şeyi edə biləcəklərini deyib:Muxalifet3 - 19-06-2019
Türkiyə ilə bütün qərarlar qəbul edildi - Qruşko
Rusiya və Türkiyə arasında imzalanan S-400 raket əleyhinə müdafiə sistemləri ilə bağlı müqavilə beynəlxalq normalara uyğundur.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər nazirinin müavini Aleksandr Qruşko bildirib.
"Biz mövqeyimizi uzun zamandır bildiririk. Hər suveren dövlət hərbi-texniki sahədə tərəfdaşlarını seçmək hüququna malikdir. Bütün qərarlar qəbul olundu, bu müqavilə beynəlxalq qaydalara uyğundur", - Qruşko deyib.
Muxalifet3 - 19-06-2019
Mingəçevirdə su anbarının yaxınlığında güclü yanğın
Mingəçevir şəhərində ehtiyat su anbarının yaxınlığında güclü yanğın baş verib.
Muxalifet.az xəbər verir ki, bu barədə report-a yerli sakinlər məlumat verib.
Muxalifet3 - 19-06-2019
ABŞ-ın Azərbaycandakı səfirliyi maşınlarını satışa çıxarır
İyunun 21-də ABŞ-ın Azərbaycandakı səfirliyi ikinci əl avtomobillər üzrə qapalı hərrac keçirir.
Muxalifet.az-ın əldə etdiyi məlumata görə, hərrac 09:00 - 11:00 arasında ABŞ səfirliyinin Məmmədşərif Həmidov 51 üvanında yerləşən anbarında baş tutacaq.
Hərracın qaydaları, eləcə də avtomobillər ilə həmin vaxt müddətində tanış olmaq mümkündür. Qalib gəlmiş şəxslər mütləq şəxsiyyəti təsdiq edən şəkilli sənəd təqdim etməli və ödənişi Azərbaycan Manatı ilə nağd şəkildə dərhal həyata keçirməlidir.
Muxalifet3 - 19-06-2019
Bu ittiham düzdürsə, Yıldırımla birgə... - Dəmirdaş
Barəmdə irəli sürülən ittihamlar həqiqətdirsə, Binəli Yıldırımla ikimizin eyni müttəhim kürsüsündə oturması lazımdır. Muxalifet.az xəbər verir ki, bu sözləri HDP-nin həbsdə olan keçmiş lideri Səlahəddin Dəmirdaş bu gün keçirilən məhkəmədə bildirib. Dəmirdaş Yıldırımın səs uğrunda Kürdüstün anlayışından istifadə etməsini 7 il öncə özünün istifadə etdiyini və bu səbəbdən mühakimə olunduğunu deyib. Qeyd edək ki, bu gün keçirilən məhkəmədə Dəmirdaşın həbs müddətinin davamı barədə qərar qəbul edilib.
Muxalifet3 - 19-06-2019
Serbiya Azərbaycan qazını nə zaman əldə edəcək?
Serbiyanın Azərbaycan qazını əldə edəcəyi Bolqarıstan-Serbiya interkonnektoru 2022-ci ildə istifadəyə veriləcək.
Muxalifet.az-n məlumatına görə, bunu Bolqarıstanla Serbiyanın energetika nazirləri Temenujka Petkova və Aleksandr Antiç təsdiq edib.
T.Petkova serbiyalı həmkarını Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) layihəsinin inkişafı barədə məlumatlandırıb.
Onun sözlərinə görə, məqsəd ondan ibarətdir ki, “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində ildə bir milyard kubmetr qaz Bolqarıstana tədarük olunsun.Muxalifet3 - 19-06-2019
DÜNYA MƏHV OLACAQ? - Yer kürəsinə yaxınlaşan TƏHLÜKƏ
Yeni Zelandiya milli institutunun elm adamları planet üçün yeni təhlükə mənbəyini müəyyənləşdiriblər. Onların fikrincə, Yeri metan fəlakəti gözləyir.
Muxalifet.az xəbər verir ki, Vellinqtonda suyun və atmosferin tədqiqatı yaxşı nəticələr ortaya çıxarmayıb. Metan həcminin sürətli artımı qeydə alınıb.Muxalifet3 - 19-06-2019
Mursinin ölümü ilə bağlı skandal: Aparıcı görün nə etdi...
Misirin keçmiş prezidenti Məhəmməd Mursinin ölümü ilə bağlı ölkənin bütün televiziyalarına eyni mətn göndərilib.
Muxalifet.az xəbər verir ki, "Ekstra Nyus" kanalının aparıcısı mətni səsləndirərkən böyük səhvə yol verib. Belə ki, o, mətnin altındakı "Sent Samsung" ("Samsunq" cihazı ilə göndərilib) yazısını da oxuyub.
Qeyd edək ki, Prezident Əbdülfəttah Sisi hökuməti televiziya kanallarına Mursinin ölümü ilə bağlı 42 sözdən ibarət mətn göndərib.
Muxalifet3 - 19-06-2019
Fuad Abbasovla bağlı YENİ XƏBƏR
Jurnalist Fuad Abbasov aclıq aksiyasını dayandırıb.
Muxalifet.az report-a istinadla xəbər verir ki, o, bu barədə öz bəyanatında bildirib.Muxalifet3 - 19-06-2019
“Ştutqart”ın oyunçusu “Qarabağ”la anlaşdı
“Neftçi”nin sabiq müdafiəçisi Ailton Silva karyerasını “Qarabağ”da davam etdirə bilər.
Muxalifet.az-ın əldə etdiyi məlumata görə, 24 yaşlı braziliyalı sol cinah müdafiəçisi özü “Qarabağ”da oynamağa razılıq verib. Hazırda isə danışıqlar futbolçunun müqavilə ilə məxsus olduğu Almaniyanın “Ştutqart” klubu ilə davam etdirilir. Almanlarla da razılıq əldə edilsə, o zaman Ailton yaxın vaxtlarda “Qarabağ”la müqavilə imzalayacaq.Muxalifet3 - 19-06-2019