Axtarış

The search found 105785 results in 0.044 seconds.

Search results

  1. Azərbaycanda 15 yaşlı oğlanın MÜƏMMA DOLU ÖLÜMÜ - Dəhşətli faktlar üzə çıxdı

    Ötən gecə Abşeron rayonu Masazır qəsəbəsində yerləşən yaşayış kompleksində 15 yaşlı oğlanın ölümü ilə nəticələnən dəhşətli hadisənin bəzi təfərrüatları üzə çıxıb.
    Məlumata görə, Abşeron Gənclər Şəhərciyi yaşayış kompleksi bina 2, 40-cı blok, mənzil 74-dən yıxılaraq ölən 2004-cü il təvəllüdlü Kənan Musayevin həmin mənzildə yaşamadığı üzə çıxıb.

    Muxalifet - 20-06-2019

  2. Gərginlik artır: ABŞ İranın onlara aid İHA-nın vurulduğunu təsdiq etdi

    İran İnqilab Mühafizəçiləri Ordusu Hava-Kosmos Qüvvələri ölkənin cənubundakı Hürmüzgan əyalətində ABŞ Hava Qüvvələrinə aid insansız hava vasitəsini (İHA) vuraraq saldığını bəyan edib. ABŞ TƏSDİQLƏDİ ABŞ-dan edilən açıqlamada, Bəsrə və Oman Körfəzlərini bir-birindən ayıran Hörmüz Boğazında, donanmaya aid bir İHA-nın salındığı təsdiqlənib. Açıqlamada, "Donanma güclərimizə aid yüksək irtifa insansız hava vasitəsi qurudan havaya raketlə beynəlxalq hava sahəsində Hörmüz Boğazı üzərində vurularaq salındı" deyilib. Müxalifət.az

    Muxalifet3 - 20-06-2019

  3. Şirkət rəhbəri cərimələndi - Əməkdaşını qanunsuz işdən çıxardığına görə

    “Tomstil” MMC-nin direktoru Gülşən Mehdiyeva inzibati qaydada cərimə edilib.
    O, İnzibati Xətalar Məcəlləsinin 192.6-cı (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddəsi ilə təqsirli bilinib.
    Bu əmələ görə, vəzifəli şəxslər üçün 500 manatdan 2000 manatadək cərimə cəzası nəzərdə tutulub.
    Nəsimi Rayon Məhkəməsinin 12.06.2019 tarixində verdiyi bu qəraran şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.
    Qeyd edək ki, “Tomstil” MMC geyim və aksesuarların dizaynı və istehsalı ilə məşğul olur./Unikal

    Muxalifet - 20-06-2019

  4. ​MİQ-ə sənəd qəbuluna start verilir

    İyunun 24-dən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbuluna start verilir. 
    İyulun 3-dək davam edəcək prosesə qatılmaq üçün namizədlər miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər.

    Muxalifet - 20-06-2019

  5. Xəstəxananın həyətində yüksək dozada narkotik qəbul edən şəxs öldü - Azərbaycanda

    Gəncə şəhər 3 saylı Xəstəxananın həyətində meyit tapılıb.
    Muxalifet.az trend-ə istinadən bildirir ki, Şəmkir rayonunun Təzəkənd kənd sakini, 1991-ci il təvəllüdlü Teymurov Tural Şakir oğlu axşam saatlarında idarə etdiyi "VAZ 2107" markalı 20 CA 442 dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə Şəhər 3 saylı Xəstəxananın həyətinə gələrək avtomobilin salonunda mənşəyi məlum olmayan narkotik maddə qəbul edib.
    Narkotik maddənin dozası yüksək olduğundan T.Teymurov avtomobilin salonunda zəhərlənərək ölüb.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 20-06-2019

  6. Mahsun Kırmızıgülün oğlu ortaya çıxdı - FOTO

    Türkiyənin sevilən müğənnisi Mahsun Kırmızıgül tədbirlərin birində oğlu Mahmut Kırmızıgüllə görüntülənib. Muxalifet.az xəbər verir ki, Mahmut atasına oxşarlığı ilə diqqətləri cəlb edib. 20 yaşlı Mahmut əsasən sevgililəri ilə gündəmə gəlib. Atası ilə tədbirə qatılan Mahmutun yanında sevgilisi Mina Ceran da olub.

    Muxalifet - 20-06-2019

  7. Tural Gəncəliyev: "Münaqişədən daha çox ziyan görən erməni icmasıdır"

    Dağlıq Qarabağın erməni icması Azərbaycanın ərazi bütövlüyünü tanıyacağı təqdirdə biz onlarla birlikdə yaşamağa hazırıq.

    Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı icması İctimai Birliyinin rəhbəri Tural Gəncəliyev deyib.

    Muxalifet - 20-06-2019

  8. Əmək pensiyalarının artırılması üçün qanunvericiliyə dəyişiklik edilir

    Azərbaycanda əmək pensiyalarının artırılması üçün qanunvericiliyə dəyişiklik edilir.
    Bununla bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsində “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

    Muxalifet - 20-06-2019

  9. Şorsu kəndinin məktəbində qurdlar məskən salıbmı?! - “DİREKTOR BAŞIMIZA İTİN OYUNUNU AÇIR…”

    Bu günlərdə sosial şəbəkələrdə Şəkinin Şorsu kənd sakininin kəndin məktəbində ipək qurdu saxlanıldığı, direktorun şagirdləri barama qurduna baxmağa məcbur etdiyi haqda müraciəti yayılıb.  

    Yaşlı kəndli müraciətində barama qurduna qulluq edən şagirdlərin xəstəlik tapdığını söyləyib.

    Muxalifet - 20-06-2019

  10. Banqladeşin Baş naziri Azərbaycana səfər edəcək - Bu tarixdə

    Banqladeşin Baş naziri şeyx Hasina Vazed Azərbaycana səfər edəcək.
    Muxalifet.az “Report”a istinadən xəbər verir ki, bu barədə Banqladeşin Ticarət və Sənaye Palataları Federasiyasının (FBCCI) prezidenti Müntəqim Əşrəf bildirib.
    Onun sözlərinə görə, səfər bu ilin oktyabr ayına planlaşdırılır.
    Qeyd edək ki, oktyabrın 25-26-da Bakıda Banqladeşin də üzvü olduğu Qoşulmama Hərəkatı təşkilatının sammiti keçiriləcək.

    Muxalifet - 20-06-2019

  11. Şamaxı RİH: "Zəlzələdə evləri dağılan ailələr üçün 288 ev inşa edilir"

    Şamaxıda baş verən zəlzələ nəticəsində dağılmış fərdi yaşayış evlərinin yenidən bərpası davam etdirilir.
    Muxalifet.az Trend-ə istinadən bildirir ki, bu barədə açıqlamasında Şamaxı Rayon İcra Hakimiyyətinin baş memarı, rayon Fövqəladə Hallar Komissiyasının sədr müavini Rüstəm Əliyev deyib.

    Muxalifet - 20-06-2019

  12. Kəndlər boşalır… - NİYƏ?

    Azərbaycan əhalisinin əsasən paytaxtda cəmlənməsi, iş yerlərinin, sənayenin, tikinti obyektlərinin, bankların əksəriyyəyinin şəhərdə fəliyyət göstərməsi və bunun yaratdığı fəsadlara istənilən qədər misal göstərmək olar. Bölgələr də ən yaxşı halda yerində sayır, paytaxt isə həddindən artıq yüklənir.

    Muxalifet4 - 20-06-2019

  13. Jirinovski deputatları TƏHQİR ETDİ: “Sizdən iyrənirəm” - VİDEO

    Rusiya Dövlət Duması deputatı Vladimir Jirinovski ilə deputatlar arasında yeni qalmaqal yaşanıb.
    BakuPost xəbər verir ki, Jirinovski Rusiya kökənli  xarici vətəndaşlar üçün Rusiya vətəndaşlığını əldə etməyi asanlaşdırmağı nəzərdə tutan  qanun layihəsinin rədd edildiyindən sonra deputatlara tənqid dolu sözlər yağdırıb.  
    Dövlət Dumasında çıxışı zamanı zaldakı deputatlara səslənərək bu sözləri deyib."Sizi boykot edərək zalı tərk edirəm. Sizlə eyni salonda oturmaq belə iyrənclikdir.  

    Muxalifet - 20-06-2019

  14. Bakıda gənc qızdan sərxoş atasına qarşı ŞOK HƏRƏKƏT

    Bakıda sərxoş atasını bıçaqlamaqda təqsirli bilinən Günel Hüseynovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Cinayət işi üzrə material üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi Faiq Qəniyevin icraatına verilib. Yaxın günlərdə məhkəmə prosesi başlanacaq. İttihama görə, hadisə bu il fevralın 20-də, gecə saatlarında paytaxtın Ramana qəsəbəsinin Zərdabi küçəsindəki evlərdən birində baş verib. 49 yaşlı İlham Hüseynov ağır bıçaq yaraları ilə 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

    Muxalifet - 20-06-2019

  15. "Terror təşkilatı PKK tamamilə bitəcək" – General Haqqı Pekin

    Türkiyə Baş Qərargahının keçmiş kəşfiyyat rəhbəri, təqaüddə olan general-leytenant İsmayıl Haqqı Pekin Türkiyənin terror təşkilatı PKK ilə mübarizəyə münasibət bildirib. Terror təşkilatı PKK-ya yönəlik əməliyyatlarla bağlı dəyərləndirmə edən İsmayıl Haqqı Pekin, "‘Tək terrorçu qalmayıncaya qədər mübarizə davam edəcək' deyə bir ifadə var. Bu ifadə həqiqətən də yerinə yetir və gedilən yerlərdə də mövqelər qazanılır. Məsələn, Hakurk və “Pəncə” əməliyyatları bitdiyi zaman böyük ölçüdə o dağların ön tərəfində bizim baza bölgələrimiz olacaq və Kandildən gələn terrorçuların keçişi əngəllənəcək.

    Muxalifet3 - 20-06-2019

  16. RÜSTƏMOVUN BANKI 8 MİLYON DOLLAR CƏLB ETDİ – Son illərin ən iri kredit sazişi…

    “Bank Respublika” və Hollandiya İnkişaf Bankı (FMO) arasında 8 milyon ABŞ dolları məbləğində kredit müqaviləsi imzalanıb. Bu barədə “Bank Respublika”dan mətbuata verilən rəsmi məlumatda deyilir.

    Muxalifet - 20-06-2019

  17. Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir

    İyunun 24-dən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbuluna start verilir.

    Nazirlikdən verilən məlumata görə, iyulun 3-dək davam edəcək prosesə qatılmaq üçün namizədlər miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər.

    Muxalifet4 - 20-06-2019

  18. "Nikoil" bankın işçiləri vətəndaşları belə aldadıb - kredit götürərkən diqqətli olun

    “Nikoil” İKB Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialının vəzifəli şəxsləri hakim qarşısına çıxarılıb. Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşlara qarşı dələduzluqda təqsirləndirilən Ruslan Talıbov, Vüsal Qasımov, Nazim İsmayılov və Elşən Xıdırovun məhkəməsi keçirilib. Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında zərərçəkmişlər ifadə verib. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxslər kredit üçün müraciət edən vətəndaşları müxtəlif üsullarla aldadıblar.

    Muxalifet - 20-06-2019

  19. Ermənilər Ağdamda qəbiristanlığımızı yandırdı - FOTOLAR

    Ağdamda qəbiristanlıqda yanğın başlayıb.

    Muxalifet.az xəbər verir ki, APA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, ermənilər işğal altındakı Baş Qərvənd kəndində törətdiyi yanğın neytral ərazini keçərək təmas xəttində yerləşən Qərvənd kənd məzarlığının yanmasına səbəb olub.

    Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.
    Ərazi düşmənin müşahidəsi altında olduğu üçün yanğının söndürülməsində çətinliklər yaranıb.

    Muxalifet4 - 20-06-2019

  20. BAKIDA BİABIRÇILIQ: Telefon almaq istədi, intim... - FOTOFAKT

    Azərbaycanda elektronika mağazasında biabırçı hadisə qeydə alınıb. 
    Vətəndaşlardan biri mobil telefon almaq istədiyi üçün mağazaya daxil olub. Mobil telefonların parametrlərini müqayisə edən zaman o, rüsvayçı görüntü ilə rastlaşıb. Həmin şəxs rastlaşdığı rəzalətin fotosunu çəkərək BiG.AZ-a yollayıb. 
    Belə ki, satış üçün stendə düzülmüş mobil telefonların birinin ana menyusu və ekranında erotik şəkil və əxlaqsız elan yerləşdirilib. 

    Muxalifet - 20-06-2019

Pages