Axtarış

The search found 105785 results in 0.045 seconds.

Search results

  1. ​İran da S-400 almağı düşünsün - Şerin

    İran da hökuməti də S-400 komplekslərinin satın alınması barədə düşünməlidir.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Dumasının Müdafiə Komitəsinin sədr müavini Aleksandr Şerin ABŞ-ın Yaxın Şərqə “Patriot” sistemlərini yerləşdirməsi ilə bağlı məlumatları şərh edərkən deyib.
    “Əvvəla, “Patriot”un hava məkanını bağlamağa çalışan, müdafiə edən ölkə tərəfindən istifadə edildiyini düşünürəm. ABŞ-ın təxribatları hərbi imkanlarını göstərməkdən, hərbi isterikanı ətrafa yaymaqdan başqa bir şey deyil”, - deyə Şerin bildirib.
     

    Muxalifet3 - 20-06-2019

  2. ​Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçirilir

    ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovla Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Zohrab Mnatsakanyan arasında görüş keçirilir.
    Bu barədə Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva məlumat yayıb.
    Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri - İqor Popov, Endryu Şofer və Stefan Viskonti və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edirlər.
     

    Muxalifet3 - 20-06-2019

  3. ​ABŞ İrana hücum edir? - Trampdan gözlənilməz cavab

    İran ABŞ-a aid PUA-nı vurmaqla böyük səhv etdi.
    Muxalif.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.
    Jurnalistlərdən birinin “İrana hücum edəcəksinizmi?” sualına isə Ağ Ev rəhbəri “Yaxın zamanda görəcəksiniz” cavabını verib.
    Qeyd edək ki, bu gün səhər saatlarında İran Oman körfəzində ABŞ-a məxsus PUA-nı vurub.
     

    Muxalifet3 - 20-06-2019

  4. ​Öcalandan HDP-yə çağırış: İstanbul seçkisində...

    PKK-nın keçmiş lideri, hazırda İmralı həbsxanasında cəza çəkən terrorçubaşı Abdulla Öcalan İstanbul bələdiyyə sədrliyinə keçirilən seçkilərlə bağlı HDP-yə bitərəf qalması yönündə çağırış edib. Muxalifet.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

    Muxalifet3 - 20-06-2019

  5. PKK-nın yeni strategiyası: İnsanları aclıqla imtahana çəkirlər

    Suriyada Əsəd hakimiyyəti və PKK terror təşkilatının təxribatları nəticəsində 103 min əkimlşi sahə yandırılaraq kül olub. İdlib, Hama çölü, Haseke, Deyrizor, Rakka və Münbiç bölgələrində biçim vaxı yandırılan ərazilər səbəbiylə torpağı becərənlər 60 milyard Suriya lirəsi (təxminən 100 milyon dollar) zərərə uğrayıb.
     

    Muxalifet3 - 21-06-2019

  6. Saakaşvili polisə çağırış ETDİ: Etirazçıların tərəfinə KEÇİN

    Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili müxalifəti hakim “Gürcü arzusu” partiyasına qarşı birləşməyə çağırıb.
    Muxalifet.az xəbər verir ki, siyasətçi bu haqda feysbuk səhifəsində yazıb.
    Saakaşvilinin sözlərinə görə, məhz bu partiya ölkədə baş verənlər üçün məsuliyyət daşıyır. O həmçinin polisi etirazçıların tərəfinə keçməyə çağırıb.

    Muxalifet - 21-06-2019

  7. İrandan ABŞ-a qadağa: Artıq uça bilməyəcəklər

    ABŞ Federal Havaçılıq İdarəsi Bəsrə və Oman Körfəzinin İran nəzarətindəki hava sahəsində ABŞ firmalarının uçuşlarını qadağan etdiyini açıqlayıb.
     
    ABŞ Federal Havaçılıq İdarəsi (FAA) İranın ABŞ-a aid bir insansız hava vasitəsini (İHA) vurmasından sonra Bəsrə və Oman Körfəzinin İran nəzarətindəki hava sahəsində Amerikan havaçılıq firmalarının uçuşlarına qadağa qoyduğunu açıqlayıb.
    FAA-dan edilən açıqlamada, bölgədə artan gərginlik və təhlükəsizlik məsələsinə toxunulub.

    Muxalifet3 - 21-06-2019

  8. S-400-ün 15 iyulda gəlməsi ABŞ-a tarixi bir mesajdır

    İyul ayında Türkiyə-ABŞ əlaqələrinə doğrudan təsir edən iki çox böyük hadisə var. Bunlardan biri 4 iyuldur. Tarixi xatırlasaq, 2003-cü ildə ABŞ-lılar tərəfindən İraqın Süleymanıya şəhərində Türk əsgərlərinin başına çuval keçirilərək nəzarətə alınması hadisəsi kimi olduqca xoş olmayan bir olay yaşanmışdı. Bu baxımdan 4 iyul ikonik bir tarixdir, ancaq S-400-lərin təhvil verilməsi bu müddətə çatdırılmaya bilər.
     

    Muxalifet3 - 21-06-2019

  9. Azərbaycanda qoca dövlət qulluqçularının sayı açıqlandı – Rəsmi

    “Ölkənin idarə olunmasında və inkişafının gücləndirilməsində ciddi rol oynayan dövlət qulluqçularının sayı həmişə diqqəti cəlb edən məsələlərdən biridir. İlk baxışda onların sayı çox görünsə də, əslində, heç də belə deyil. 2019-cu il yanvarın 1-nə olan məlumata görə, hazırda ölkədə dövlət qulluqçularının sayı 29 min 127 nəfərdir”.

    Muxalifet - 21-06-2019

  10. Azərbaycan dünyanı fəlakətdən XİLAS EDƏCƏK? - Vaşinqton görüşünün PƏRDƏARXASI

    Siyasi şərhçi, Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqov Publika.az-ın son günlər aktual olan siyasi mövzularla bağlı suallarını cavablandırıb.
    - Dünyanın siyasi gündəmini ABŞ-İran gərginliyi zəbt edib. Region ölkələri, həmçinin, Avropa bölgədə hərbi münaqişənin alovlana biləcəyindən narahatdır. Necə düşünürsünüz, Yaxın Şərqin qorxduğu başına gələcəkmi? ABŞ-İran münaqişəsinin gələcəyi nə vəd edir?

    Muxalifet - 21-06-2019

  11. Tramp son anda müharibədən vaz keçib

    ABŞ prezidenti Donald Trampın dünən İrana yönəlik bir hava hücumuna razılıq verdiyi, ancaq bir müddət sonra bu qərarından imtina etdiyi irəli sürülüb.
     
    ABŞ-ın “New York Times” (NYT) qəzeti adı açıqlanmayan bəzi üst səviyyə səlahiyyətlilərə söykədiyi xəbərində, ABŞ prezidenti Trampın İrana yönəlik bir hücum qərarından son anda imtina etdiyini iddia edib.

    Muxalifet3 - 21-06-2019

  12. Prezidentdən böyük dəyişikliklər - yeni görəvə gətirilən generalların dosyeləri

    İyunun 20-də prezident İlham Əliyev hakim komandada bir sıra ciddi kadr dəyişikliyi edib. Prezident Ramil Usubovu daxili işlər naziri vəzifəsindən azad edərək Azərbaycan Respublikası Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi təyin edilməsi haqqında sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazov daxili işlər naziri təyin edilib. Daha bir ciddi kadr dəyişikliyi Dövlət Təhlükəsizlik Xidməti ilə bağlı olub. Dövlət başçısı DTX rəisi Mədət Quliyevi vəzifəsindən azad edərək müdafiə sənayesi naziri təyin edib.

    Muxalifet - 21-06-2019

  13. Ərdoğandan Öcalanın çağırışına ilk şərh

    Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan sosial media və TV-lərin ortaq yayımında terrorçubaşı Öcalanın HDP-yə etdiyi 'seçkilərdə bitərəf qalın' çağırışına münasibət bildirib. Ərdoğan, 'Mən ortada bir güc-iqtidar mübarizəsi görürəm, bu mesajı Demirtaşa və Kandilə verilmiş bir mesaj olaraq görürəm. Öcalan əlindəki gücü onlara qazandırmaq istəmir' deyib. Müxalifət.az

    Muxalifet3 - 21-06-2019

  14. ​Keçmiş qaynını ürəyindən bıçaqlayıb qaçdı - YENİLƏNİB

    Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib. Müşfiq Ərəsov keçmiş qaynı, 1996-cı il təvəllüdlü İbrahim Etibar oğlu İsmayılovu ürək nahiyəsindən bıçaqlayaraq qətlə yetirib. O, daha sonra İbrahimin bacısına, yəni keçmiş həyat yoldaşı olan 1991-cil təvəllüdlü Ərəsova Zülfiyyə Etibar qızına da bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıb. Yaralı dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılaraq təcili əməliyyata alınıb. M.Ərəsov Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Polis İdarəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.

    Muxalifet - 21-06-2019

  15. Heydər Əliyev prospektində qəza – tıxac yarandı

    Hazırda Heydər Əliyev prospektində tıxac yaranıb.
    Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib ki, buna səbəb ərazidə yol nəqliyyat hadisəsinin baş verməsidir.
    “Bir qədər əvvəl Heydər Əliyev prospekti Atletlər kəndinin qarşısında yol nəqliyyat hadisəsi baş verib. Bu səbəbdən də hazırda qeyd edilən ərazidə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq  Bu isə öz növbəsində həmin hissədən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət intervalında gecikmələr yaradır".

    Muxalifet - 21-06-2019

  16. ABŞ Senatından “Səudiyyə Ərəbistanı” qərarı!

    ABŞ Senatı Tramp rəhbərliyinin Səudiyyə Ərəbistanına etmək istədiyi silah satışına maneə törədəcək qanunu qəbul edib.
     
    Senatdakı səsvermədə 45 əleyninə, 53 səs lehinə olmaqla qanun layihəsi qəbul olunub. Qanuna həm Demokrat, həm də Respublikaçı senatorların dəstək verməsi diqqəti çəkib.
    Bəzi senatorlar tərəfindən səsvermədən əvvəl edilən açıqlamada, Səudiyyə jurnalisti Camal Qaşıqçının İstanbuldakı Səudiyyə Baş Konsulluğunda öldürülməsinin göz önündə saxlanılacağı və Səudiyyə rəhbərliyinin bundan məsul tutulması lazım olduğu ifadə edilib.

    Muxalifet3 - 21-06-2019

  17. ​Usubov PA-da kimi əvəzlədi və indi onun əsas vəzifəsi nədən ibarətdi?

    Dünən prezident İlham Əliyev Ramil Usubovu Daxili İşlər naziri vəzifəsindən azad edərək Azərbaycan Prezidenti yanında Təhlukəsizlik Şurasının katibi təyin edib.
    Prezident yanında Təhlükəsizlik Şurası 1997-ci il aprelin 10-da Prezidentin Fərmanı ilə yaradılıb.

    Muxalifet - 21-06-2019

  18. 2,1 milyondan çox insanın əmək haqqı və pensiyasında ciddi artım olacaq

    Ekspert: “Belə sosial addımlar həmişə dəstəklənməlidir”

    Prezident İlham Əliyevin 18 iyun tarixli sərəncamları ilə   ümumilikdə ölkədə minimum əmək haqqının, müxtəlif sahələrdə işləyənlərin əməkhaqlarının artırılması 1 milyon 350 minədək insanı əhatə edəcək. Bunlardan 1 milyonu dövlət, qalanları isə özəl sektorda işləyənlərdir.

    Muxalifet - 21-06-2019

  19. Putin dünyaya elan etdi: Türkiyə ilə birlikdə edəcəyik

    Rusiyanın dövlət başçısı Vladimir Putin televiziyalardan hər il canlı yayımlanan “Birbaşa Xətt” proqramında xalqın suallarını cavablayıb.
     
    Son zamanlarda ABŞ ilə İran arasında artan gərginliyə dair münasibət bildirən Rus lider, "Əgər ABŞ İrana qarşı güc istifadə etsə, bu Orta Şərq üçün fəlakət olar" deyib.

    Muxalifet3 - 21-06-2019

  20. Raul "Real"ın baş məşqçisi oldu

    "Real"ın sabiq futbolçusu Raul Qonzales Madrid klubuna qayıdıb.
    "Yeni Sabah" ispan mediyasına istinadən xəbər verir ki, 41 yaşlı veteran hücumçu bu dəfə məşqçi kimi çalışacaq. O, "Real"ın ikinci komandası sayılan "Kastilya"ya baş məşqçi təyin edilib. İspaniyalı ilə müqavillə imzalanıb. Sözləşmənin detalları haqda məlumat verilməyib. "Kastilya" B Sequndasında mübarizə aparır.
    Qeyd edək ki, 1994-2010-cu illərdə "Real"da çıxış edən Raul 550 oyuna 228 qol vurub.

    Muxalifet - 21-06-2019

Pages