Axtarış
The search found 105785 results in 0.024 seconds.
Search results
"Pensiyaçılardan niyə faiz tutulur?" - Deputatdan nazir müavininə sual
"Azərbaycanda pensiyaçılar yalnız iki bankın bankomatlarından – “Kapital Bank” və “Azərbaycan Beynəlxalq Bankı”ndan vəsait çıxara bilirlər. Lakin digər bankların bankomatlarından vəsait çıxardıqda müəyyən faizlər tutulur".
Muxalifet.az report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxışı zamanı deputat Vahid Əhmədovmaliyyə nazirinin müavini Azər Bayramova müraciəti zamanı bildirib.Muxalifet - 21-06-2019
İRANDAN ŞOK AÇIQLAMA: “TRAMP BİZƏ "SİZİ VURACAĞIQ" MESAJI GÖNDƏRDİ”
İran hökumətinin rəsmisi “Reuters”-ə etdiyi açıqlamada, dünən ABŞ prezidenti Donald Trampın İrana qarşı bir hücumun "an məsələsi" olduğunu ifadə edən bir mesaj göndərdiyini söyləyib.
İran rəsmisi “Reuters”-ə, Trampın bu mesajı dünən gecə göndərdiyini və İranı hücumla hədələdiyini bildirib.
TRAMPIN MESAJINA TEHRANDAN CAVAB GECİKMƏYİB
Muxalifet3 - 21-06-2019
Türkiyə 'Yavuz' sondaj gəmisini gödərdi! AB narahat oldu: “Cavab verməyə hazırıq”
Türkiyənin Kiprə ikinci qazma gəmisi olan “Yavuz”u dünən yola salması Avropa Birliyini narahat edib. Avropa Birliyinin dövlət başçıları Kipr açıqlarına karbohidrogen axtarmaq üçün ikinci qazma gəmisini göndərən Türkiyəyə qazma fəaliyyətlərinin "hüquqa zidd" və AB-nin "uyğun cavab verməyə hazır" olduğu xəbərdarlığını edib. Türkiyə dünən ikinci qazma gəmisini təbii qaz və neft axtarmaq üçün üç ay müddətinə Kiprin şərq açıqlarına göndərərkən, öz qitə sahəsi və Türk Kiprinin sahələrində axtarış işlərini fasiləsiz davam etdirəcəyini açıqlayıb.
Muxalifet3 - 21-06-2019
Müdafiə nazirindən S-400 MESAJI
Rusiyadan S-400 alınması mövzusunda açıqlama verən Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar, "Türkiyə NATO ilə bağlı bütün məsuliyyətlərini əskiksiz və tam yerinə yetirir. S-400-ü alaraq NATO-dan uzaqlaşdıq deyə, bir şey yoxdur. Bu bir tədarük məsələsidir. Bunun F-35 ilə əlaqələndirilməsini qətiyyətlə rədd edirik" deyib.
Müxalifət.azMuxalifet3 - 21-06-2019
Kritik görüş! Bərzani İstanbulda
İraq Kürd Regional Rəhbərliyinin başçısı Neçirvan Bərzani Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün İstanbula gəlib.
Ərdoğan sosial media və televiziyanın ortaq yayımı əsnasında Neçirvan Bərzaninin edəcəyi səfər haqda məlumat vermişdi.
Ərdoğan "Neçirvan uzun zamandır gəlmədi. Prezident vəzifəsinə gəldikdən sonra bizdən bir görüş tələbi olmuşdu, ona bir görüş verdik" demişdi.Muxalifet3 - 21-06-2019
Terrorçular 'Qurd Tələsinə” sıxışdırıldı
Türkiyənin Siirt vilayıtində terror təşkilatına yönəlik təşkil edilən hava dəstəkli 'Qurd Qapanı 2019” əməliyyatında 6 terrorçu məhv edilib. Türkiyənin Daxili İşlər Nazirliyindən edilən açıqlamada, daxili təhlükəsizlik əməliyyatları çərçivəsində xüsusi təyinatlı Polis Qüvvələri tərəfindən hava dəstəkli "Qurd Qapanı 2019” əməliyyatının keçirildiyi və əməliyyatda 6 terrorçunun öldürüldüyü qeyd olunub. Bölgədə əməliyyatların davam etdiyi bildirilib. Müxalifət.az
Muxalifet3 - 21-06-2019
Pərvin Abıyeva HƏR ŞEYİ AÇDI: İmkanlı şəxslərin övladları mənə... - VİDEO
ARB TV-nin “Show news” verilişinin növbəti müsahibi aktrisa Pərvin Abıyeva olub.
Aktrisa qarın əzələlərindən danışaraq özünü Dilarə və Səmra ilə müqayisə edib:
“Mən onların qarın əzələlərinə bir şey deyə bilmərəm. Dilarə xanımın çox gözəl bədəni var, amma mənimki ondan qat-qat daha gözəldir. Səmranın vicudu var, amma qarın əzələləri yoxdur. Səmra yeni-yeni o şeylərin üzərində çalışmağa başlayıb. Mən artıq 6 ildir ki, professional məşq edirəm”.
Daha sonra Abıyeva şəxsi həyatından söhbət açıb:Muxalifet - 21-06-2019
Öcalanın kürdlərə “seçkidə bitərəf qalın”çağırışına Kandildən tərs cavab verildi
Terrorçubaşı Abdullah Öcalanın HDP-yə etdiyi "23 iyun İstanbul seçkilərində bitərəf qalın" çağırışına cavab PKK-nın sözdə Kandil terroçubaşlarından olan Murad Karayılandan gəldi.
Muxalifet3 - 21-06-2019
Ən yaxşı məktəblərin adları açıqlandı - SİYAHI
Liseylərin attestat qiymətləri əla olan abituriyentlərindən 1.09%-i ötən ilin qəbul imtahanlarında 200 baldan aşağı nəticə göstərib.
Bu barədə Dövlət İmtahan Mərkəzinin "Abituriyent” jurnalının 12-ci sayında bildirilib.
Qeyd olunub ki, 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə cəmi 79.78%-dir.
Qəbul imtahanlarında 50 liseyin məzunları iştirak edib. Bu məktəblərdən "Oxbridge Academy” ümumi təhsil müəssisəsinin bir abituriyenti belə ali təhsil müəssisəsinə qəbul olmayıb.Muxalifet - 21-06-2019
“ABŞ İran ilə mümkün müharibənin nəticələrini yaxşı götür-qoy etməlidir” – RUSİYA XƏBƏRDARLIQ ETDİ
Rusiya Federasiyanın xarici işlər nazirinin müavini Sergey Raybkov deyib: “Vaşinqton İran ilə müharibənin mümkün nəticələri barəsində yaxşı-yaxşı düşünüb götür-qoy eləməlidir”.
Muxalifet - 21-06-2019
Dini Komitə rəsmisi: Sosial şəbəkələrə üstünlük verəcəyik
2018-ci ildə Azərbaycana 52 adda dini ədəbiyyatın idxalına icazə verilməyib.
Bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.
Onun sözlərinə görə, ötən il 1652 adda dini ədəbiyyatın idxalına isə icazə verilib:Muxalifet - 21-06-2019
Xalq artisti xəstəxanaya yerləşdirildi
Azərbaycan Xalq artisti Canəli Əkbərovun səhhəti pisləşib.
Muxalifet.az Kult.az-a istinadn xəbər ki, xalq artisti 4-5 gündür Mərkəzi Klinika Xəstəxanasına yatırılıb:
“Ayaqlarımda problemlər vardı, gəldim xəstəxanaya. Həkimlər sağ olsun, əlindən gələni edirlər. Aləm yığışıb bura. Həmkarlar, tələbələr, ailə-uşaq, nəvə-nəticələr gəlib dəyirlər. 4-5 gündür buradayam”.Muxalifet - 21-06-2019
Mədət Quliyev nazir kimi təqdim olundu
Dövlət Təhlükəsizlik Xidmətinin sabiq rəisi Mədət Quliyev Müdafiə Sənayesi naziri kimi kollektivinə təqdim olunub.
M.Quliyevi kollektivə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Prezidentin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov təqdim edib./unikal.org/
Muxalifet - 21-06-2019
Xaçmazda əməliyyat – Tapança və rezin güllələr götürüldü
Xaçmazda polis əməliyyatı keçirilib Xaçmaz RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında Ləcət kəndinin ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş E.Tahirov tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş 1330 ədəd çətənə kolu, habelə ona məxsus çadırdan marixuana, 2 ədəd nömrəsi silinmiş tüfəng, 1 ədəd pnevmatik tapança, 2 ədəd patron darağı və 8 ədəd rezin güllə aşkar edilərək götürülüb. Araşdırma aparılır.
Muxalifet - 21-06-2019
“Nexter” Azərbaycana hansı məmulatları ilə gəlir? - ANALİZ
Fransanın paytaxtı Paris yaxınlığındakı Le Burjedə Kosmik Sənaye Assosiasiyasının himayədarlığı ilə hər iki ildən bir keçirilən “Paris Air Show-2019” sərgisi çərçivəsində Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin yüksək vəzifərli şəxslərinin dünyanın bir çox tanınmış şirkətlərinin rəhbərləri ilə görüşməsi ictimaiyyətin diqqətini cəlb etməyə bilməzdi. 53-cü dəfə keçirilən aviasalon, qlobal aviasiya sənayesinin ən nəhəng şirkətlərinin vahid platformada çıxış etdiyi ən geniş miqyaslı sərgidir. Sərgidə müdafiə, silahlanma, aviasiya, kosmik və hava limanı avadanlıqları nümayiş etdirilir.
Muxalifet4 - 21-06-2019
ŞƏHİD ANASI MEHRİBAN ƏLİYEVAYA MÜRACİƏT ETDİ – “Həkimlər növbəti həftənin 5-ci gününə kimi gözləyirlər ki, donor tapılsın...”
Göyçay rayonu, Müskürlü kənd sakini, şəhid anası Hüseynova Əntiqə Heybət qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına məktubu daxil olub. Müəllif qızının müayinə və müalicə olunmasına göstəriş verediyi üçün saytımız vasitəsilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını çatdırır: “Allah Mehriban xanımdan razı qalsın. Qızım Gülnarın müalicəsinə köməklik göstərilməsi üçün mətbuat vasitəsi ilə Mehriban xanıma müraciət etmişdim.
Muxalifet4 - 21-06-2019
Azərbaycanda DƏHŞƏT - 13 və 16 yaşlı iki qardaş öldü
Bu gün günorta saatlarında Salyan rayonunun Noxudlu kəndində Kür çayında iki qardaş boğulub.
Kür çayında çimmək istəyən kənd sakinləri olan iki qardaş - 13 yaşlı Ramal Seymur oğlu Sadıqov və 16 yaşlı Rəvan Seymur oğlu Sadıqov batıblar.
Hazırda hadisə yerinə gələn FHN-nin dalğıc-xilasediciləri çayda batmış uşaqların cəsədlərinin axtarışlarına başlayıblar.(Virtualaz.org)
Muxalifet - 21-06-2019
Azərbaycanda ŞOK OLAY: 22 yaşlı nişanlı qız ingilisə qoşulub qaçdı - FOTO
Azərbaycanda 22 yaşlı nişanlı qız 23 yaşlı ingilisə qoşulub qaçıb.
Muxalifet.az big.az-a istinadla xəbər verir ki, bunu Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verlişinə çıxan qızı Arzu Skwierezi axtaran ana deyib.
Muxalifet4 - 21-06-2019
SON DƏQİQƏ! Gürcü spiker Bakıdan qayıdan kimi İSTEFA VERDİ
Gürcüstan parlamentinin spikeri İrakli Kobaxidze istefa verib.
Trend-in məlumatına görə, bunu "Gürcü arzusu" partiyasının baş katibi Kaxa Kaladze bildirib.
Qeyd edək ki, ötən gün Tbilisidə spikerin istefası tələbi ilə etiraz aksiyası keçirilib.
Qeyd edək ki, Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze nümayəndə heyəti ilə birgə ötən gün Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin Baş Assambleyasının 53-cü iclasını tərk edərək təcili geri qayıdıb.
Muxalifet - 21-06-2019
Türkiyə ordusundakı dəyişikliklər nə vəd edir?
Politoloq: “Orduda heyətin sayının çoxluğu, həmin ordunun mütləq şəkildə zəfər qazanacağı anlamına gəlməz”
Türkiyədə Hərbi Xidmət Qanununa edilən təkliflər Türkiyə Böyük Millət Məclisində (TBMM) qəbul edilib. Dəyişikliyə əsasən sıravi əsgərlər üçün hərbi xidmət müddəti 6 ay, gizir və zabitlər üçün isə 12 ay təyin edilib. Bundan başqa, hərbi xidmət Türkiyə vətəndaşı olan bütün kişilər üçün icbari olacaq.
Qeyd edək ki, bu vaxta qədər Türkiyədə hərbi xidmət müddəti sıravi əsgərlər üçün 1 il idi.
Muxalifet - 21-06-2019