Axtarış
The search found 105785 results in 0.094 seconds.
Search results
Putindən qadağa: O ölkəyə uçmayın!
Rusiyanın dövlət başçısı Vladimir Putin Gürcüstanda təşkil edilən Rusiya əleyhinə etirazlardan sonra Rus havayolu şirkətlərinin Gürcüstana uçmasını müvəqqəti qadağan edən fərman imzalayıb.
Fərmana görə, Rus havayolu şirkətlərinin Gürcüstana uçması 8 iyul etibarıyla müvəqqəti qadağan edilib.
Fərmanda, Gürcüstanda müvəqqəti olan Rusiya vətəndaşlarının Rusiyaya qayıtması üçün lazımlı dəstəyin təmin edilməsi təlimatı da verilib. Turizm operatoru olan şirkətlərə də Gürcüstana yönəlik gəzinti turları satışlarını dayandırma tövsiyəsi verilib.
Muxalifet3 - 22-06-2019
Putinin imperialist siyasətinə qarşı GÜRCÜ DİRƏNİŞİ - Tiflisdə baş verən olaylar nə ilə nəticələnəcək?
Gürcüstandakı hadisələr nəticəsində 240 nəfər xəsarət alıb; deputat Azər Süleymanov: “Növbədənkənar parlament seçkisi olmalıdır, bu dövləti kimlərinsə ayaqaltısı etmərik”
Gürcüstanın paytaxtı Tiflisdə etirazçılar və polis arasında baş verən qarşıdurmalar zamanı 70-dən çox insan xəsarət alıb. Xəsarət alanların 30-u etirazçı, 39-u isə polis əməkdaşıdır. Aksiyalarda jurnalistlər də yaralanıb. Səhiyyə nazirinin müavini 240 nəfərin xəsarət aldığını qeyd edib.
Muxalifet4 - 22-06-2019
"Təyinatlarım həmişə mənim üçün gözlənilməz olub" – MƏDƏT QULİYEV
Prezident İlham Əliyevin sərəncamı ilə nazir postuna gətirilən Mədət Quliyev yeni təyinatı ilə bağlı musavat.com-un müxbirinə danışıb:
"Biz əsgərlərik. Dövlət başçımız uğurla, qətiyyətlə, mətinliklə dövlətimizi irəli aparır və dövlətimiz inkişaf edir. Biz də dövlətimizin başçısının ətrafında daha da sıx birləşərək, Azərbaycanın daha da qüdrətlənməsi və daimi zəfərləri naminə bundan sonra da bütün qüvvəmizlə və fədakarlıqla çalışacağıq, xidmət edəcəyik".
Muxalifet4 - 22-06-2019
“Putinin Gürcüstanla bağlı fərmanı məcburi məhdudlaşdırmadır” – Peskov
Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Vladimir Putinin Gürcüstanla bağlı imzaladığı fərmanı şərh edib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Kremlin sözçüsü Putinin Gürcüstanla bağlı fərmanını Tbilisidə ekstremist fəaliyyətlər fonunda məcburi məhdudlaşdırma adlandırıb.
“Gürcüstanda vəziyyət normallaşmalı və bizim vətəndaşlar üçün kiçik təhlükə belə aradan qalxmalıdır. Ancaq bundan sonra prezident bu qərara yenidən baxa bilər”, – deyə Peskov bildirib.
Muxalifet4 - 22-06-2019
Ərdoğan Əkrəm İmamoğlu haqda nələr dedi?
Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan sabah İstanbulda keçiriləcək Bələdiyyə seçkisiylə ilə əlaqədar açıqlama verib:
Muxalifet3 - 22-06-2019
“İranla müharibə başlasa, heç kimin görmədiyi dağıntılar olacaq” – Tramp
ABŞ prezidenti Donald Tramp bildirib ki, o, İranla misli görünməmiş dağıntılara gətirib çıxaracaq müharibəyə başlamaq istəmir.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Amerika lideri NBC televiziya şirkətinə müsahibəsində bildirib.
“Mən müharibəyə (İranla -red) cəhd etmirəm və əgər o olacaqsa, onda heç kimin görmədiyi dağıntılar olacaq”, – deyə Tramp qeyd edib.
Amerika lideri “mən buna cəhd etmirəm”, – deyə bir daha təkrar edib.
O, həmçinin əmin edib ki, ABŞ İranla dialoqun başlaması üçün heç bir şərt irəli sürmür.
Muxalifet4 - 22-06-2019
Bakıda ŞOK OLAY: Gəlin qayınatasını öldürdü
Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib.
APA xəbər verir ki, 12 iyun tarixində Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsində 1958-ci il təvəllüdlü Səmədov Əfzələddin Əli oğlu kürək nahiyəsindən iki bıçaq xəsarətləri alaraq 1 saylı Xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, o, dünyasını dəyişib.
Muxalifet4 - 22-06-2019
NATO və Rusiya arasında müharibə harada başlayacaq? - MƏRUZƏ
Rusiya və NATO arasında hərbi münaqişə ağlasığmazdır, amma o yenə də mümkündür, Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda NATO-nun Müdafiə kollecinin “Baltikyanı niyə məna kəsb edir. NATO-nun şimal-şərq sərhədinin müdafiəsi” adlı məruzəsində deyilir.. Sənəddə qeyd edilir ki, Baltikyanı regiona daha çox Amerika qoşunlarını göndərmək lazımdır, çünki, məruzə müəllifinin fikrincə, Baltika respublikaları Avropada təhlükəsizlik arxitekturasının dağıdılması üçün Moskvaya bir yol ola bilər.
Muxalifet4 - 22-06-2019
“Tiflisdəki etirazların səbəbi...” – MEDVEDYEV ZURABİŞVİLİYƏ ETİRAZ ETDİ
Zurabişvilinin son bəyanatı qeyri-peşəkarlıqla hazırlanıb.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Baş naziri Dmitri Medvedyev deyib. Onun sözlərinə görə, bu cür ritorika, eləcə də antirusiya əhval-ruhiyyəsi Moskvanın öz turistlərinə Gürcüstanı ziyarət etməsi məsələsində lazımi məsləhət verməsiylə nəticələnəcək. O, bunun nəticəsində Gürcüstanın iqtisadiyyatında real problemlər olacağını bildirib.
Muxalifet4 - 22-06-2019
Putin 1991-ci ildə Rusiya prezidenti olsaydı... - SENSASİON BƏYANAT
Krımın Rusiyanın tərkibinə qayıdışı yalnız vaxt məsələsi idi.
Belə bəyanatla Ukraynanın keçmiş diplomatı Oleq Voloşin “NewsOne” telekanalının efirində çıxış edib.
Onun sözlərinə görə, əgər Vladimir Putin 1991-ci ildə Rusiya prezidenti olsaydı, Ukrayna müstəqil olardı, amma praktik olaraq 100 faiz Sevastopolsuz. O, bunu Sevastopolun ittifaq tabeliyində olan şəhər olması ilə izah edib.
Muxalifet4 - 22-06-2019
Öcalan və Kandil CHP üçün tutaşdı
Kandildəki terrorçubaşları və HDP həmsədri Demirtaş HDP-yə "Səsinizi İmamoğluna verin" çağırışı etdi. Öcalan "bitərəf olun" dedi. Ümidini HDP tabanına bağlayan və Kandilin dəstək açıqlamasına sevinən CHP təlaşa düşdü.
İmralı həbsxanasında məhbus olan terrorçubaşı Abdullah Öcalanın HDP-yə etdiyi "İstanbul seçkisində bitərəf qalın" çağırışı təşkilatdakı liderlik mübarizəsini gün üzünə çıxararkən, ümidini HDP-yə bağlayan CHP-nin də ikiüzlülüyünü ortaya qoydu.Muxalifet3 - 22-06-2019
Feyza Aktan Özcan Dənizdən 15 milyon aliment istədi
Özcan Dənizlə Feyza Aktan 15 aylıq evlilik həyatından sonra boşanır. Muxalifet.az ölkə.az-a istinadən bildirir ki, Aktanın Özcandan 15 ay üçün 15 milyon lirə (4.5 milyon manat) aliment istədiyi məlum olub. Aparıcı Bilal Özcan bu barədə deyib: "Mənə verilən məlumata görə, vəkillər vasitəsilə görüş keçirilib. Feyza "Bu təzminatı ödə, uşağın xərclərini sən çək, boşanaq" deyib. Özcan isə bunu qəbul etməyib və "Təzminatı ödəməyəcəm, ayda 25 min lirə (7 min manata yaxın) aliment ödəyərəm", - deyib.
Muxalifet4 - 22-06-2019
Mursi sui-qəsdə qurban getmişdir
İraqlı Şiə məzhəbinin imamlarından olan Məhəmməd Mehdi əl-Xalisi şəhid olan Məhəmməd Mursinin sui-qəsdə qurban getdiyini söyləyib.
Məhəmməd Mehdi əl-Xalisi Misirin demokratik yolla seçilmiş ilk dövlət başçısı Məhəmməd Mursinin planlı bir şəkildə ölümə aparıldığını söyləyib.
Xalisi paytaxt Bağdaddakı cümə xütbəsindən sonra etdiyi açıqlamada, Mursinin vəfatına toxunub.Muxalifet3 - 22-06-2019
Ermənilər mövqelərimizi yenə atəşə tutdu
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
Muxalifet4 - 22-06-2019
Poroşenkonun partiyası Tiflis üçün küçələrə çıxdı
Ukraynanın eks-prezidenti Pyotr Poroşenkonun Avropa Həmrəyliyi Partiyası Gürcüstana dəstək aksiyası keçirib.
Bu məlumat partiyanın saytında yer alıb. Partiya Gürcüstanda baş verənlərdə Rusiyanın barmağının olduğunu bəyan edib:
“Gürcüstanda baş verən hadisələr Kremlin özünün hibrid texnologiyalarını suveren dövlət ərazisində növbəti tətbiq cəhdidir”.
Muxalifet4 - 22-06-2019
Tramp onun məsləhəti ilə İranı vurmaq qərarını dəyişib - ŞOK AÇIQLAMA
ABŞ prezidenti Donald Tramp “Fox News” telekanalının aparıcısı Taker Karlsonun məsləhətinə qulaq asaraq İran ərazisinə zərbəni ləğv edib. Bu haqda “The New York Times” yazıb. Nəşrin məlumatına görə, bombardmanın ehtimal edilən tarixinə qədər bir neçə gün ərzində prezident zərbələrin vurulmasına meylli olan hərbi məsləhətçilərini dindirirdi. Ancaq Karlson bildirib ki, Tehranın təxribatına hərbi cavab ağılsız ideya olacaq və İrana qarşı müharibənin başlanması 2020-ci ildə Trampın yenidən seçilməsi şanslarını sıfra yaxınlaşdıracaq.
Muxalifet4 - 22-06-2019
ABŞ İraqda hava bazasını boşaldır: İranla müharibə təhlükəsi..
İraqdakı “Balad” Hava Bazasında xidmət edən yüzlərlə Amerikalı müqaviləli heyət, 'potensial təhlükə' səbəbiylə azad etməyə hazırlanır.
“Reuters”-in İraqlı hərbi mənbələrə əsaslandırdığı xəbərinə görə, ABŞ ordusunun əsas şirkətlərindən olan “Lockheed Martın” və “Sallyport Qlobal”-ın bazada olan 400 heyəti 10 gün içində çıxarılacaq.
Hal-hazırda bazada iki şirkətin cəmi 800 heyəti var.
Muxalifet3 - 22-06-2019
Kür çayında batan iki qardaşdan birinin cəsədi tapılıb - FOTO
Bu gün səhər ötən gün Kür çayının Salyan rayonunun Ağaşı Noxudlu kəndindən keçən hissəsində çimərkən boğulmuş iki yeniyetmə qardaşdan birinin cəsədi tapılıb.
Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, 16 yaşlı Rəvan Seymur oğlu Sadıqovun cəsədi batdığı yerdən 5 km aralıda FHN-nin dalğıc-axtarış qrupu tərəfindən aşkarlanaraq sudan çıxarılıb və aidiyyatı üzrə təhvil verilib.
Muxalifet4 - 22-06-2019
Balakəndə dəhşətli cinayət: arvadını boğaraq qətlə yetirdi
Balakəndə 66 yaşlı kişi arvadını boğaraq qətlə yetirib.
Muxalifet.az apa-ya istinadən xəbər verir ki, bu gün saat 05.00 radələrində rayonun Mahmalar kəndində 1953-cü il təvəllüdlü Nəcəfəli Mahmad oğlu Xəlilov həyat yoldaşı, 1960-cı il təvəllüdlü Şahnaz Sədi qızı Xəlilovanı münaqişə zəminində öldürüb.
N. Xəlilov şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı Balakən rayon prokurorluğunda araşdırma aparılır.Muxalifet4 - 22-06-2019
ABŞ BMT Təhlükəsizlik Şurasını təcili yığıncağa çağırdı
ABŞ BMT Təhlükəsizlik Şurasını İran mövzusunda təcili yığıncağa çağırıb. BMT-dəki diplomatik qaynaqlardan əldə edilən məlumata görə, ABŞ-ın BMT missiyası Təhlükəsizlik Şurasını İran mövzusunda bazar ertəsi günü bağlı iclas keçirməyə çağırıb. Qaynaqlar ABŞ-ın BMT TŞ-nin dövr başçısı olan Küveytə göndərdiyi rəsmi tələbdə, ABŞ-ın keçən həftə Oman Körfəzində iki tankerə yönəlik hücum haqqında son gəlişmələri müzakirə etmək üçün Təhlükəsizlik Şurasında yığıncaq istədiklərini ifadə etdiyini qeyd edib. Müxalifət.az
Muxalifet3 - 22-06-2019