Axtarış

The search found 105785 results in 0.027 seconds.

Search results

  1. Polis baş nazir vəzifəsinə namizəd Boris Consonun evinə basqın etdi - QONŞULARIN ŞİKAYƏTİNƏ GÖRƏ

    İngiltərədə polis baş nazir vəzifəsinə namizəd Boris Consonun evinə basqın edib.

    Qonşuların evdən qışqırıq səsləri gəlməsi ilə bağlı şikayətindən sonra polis evə gəlib.

    Şahidlərdən birinin polisə bildirdiyinə görə, evdə güclü dava-dalaş olub. Hətta qab-qacaq qırılıb. Amma London Polis Təşkilatı Consonun evinə basqından sonra açıqlamasında evdə hər şeyin qaydasında olduğunu bildirib.

    “Qafqazinfo” xatırladır ki, Conson ötən il 25 illik həyat yoldaşı Marina Viilerdən boşanma qərarı alıb.

    Muxalifet4 - 23-06-2019

  2. İstanbulda təkrar bələdiyyə seçkiləri - TARİXİ GÜN

    Türkiyənin birinci böyük şəhəri olan İstanbulda təkrar bələdiyyə seçkiləri start götürüb. Qeyd edək ki, burada əsas mübarizə nəticəsi Mərkəzi Seçki Komissiyası tərəfindən ləğv edilən 31 Mart seçkilərində olduğu kimi, hakim Ədalət və İnkişaf Partiyasından namizəd Binəli Yıldırım ilə müxaliftəçi Xalq Cumhuriyyət Partiyasının namizədi Əkrəm İmamoğlu arasında gedəcək.

    Muxalifet4 - 23-06-2019

  3. Bakıda imtahandan əvvəl abituriyentlərdən birinin halı pisləşib - VİDEO

    Bakının Nərimanov rayonu ərazisində yerləşən 200 saylı orta məktəbin qarşısında ali təhsil müəssisələrinə imtahan verməyə hazırlaşan abituriyentlərdən birinin halı pisləşib.

    "Report" xəbər verir ki, yaxınlıqdakı təcili tibbi yardım əməkdaşları tərəfindən dərhal tibbi yardım göstərildikdən sonra abituriyentin vəziyyəti yaxşılaşıb.

    Lakin həmin abituriyentin valideynlərinin səs-küy salması digər imtahan iştirakçılarının gərginliyə səbəb olub.

    Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV qruplar üzrə qəbul imtahanı keçirilir.

    Muxalifet4 - 23-06-2019

  4. Paytaxtda qadını döyüb, pulunu əlindən aldılar

    Bakının Səbail rayonunda bir nəfər qadının döyülməsi faktı aşkarlanıb.

    APA xəbər verir ki, hadisə rayonun M.Hüseyn küçəsində yerləşən restoranlardan birində baş verib.

    Belə ki, Bakı şəhər sakini, 1964-cü il təvəllüdlü Məhərrəmova Səbinə Gündüz qızı restoranda naməlum şəxs və ya şəxslər tərəfindən döyülərək 221 manat pulu əlindən alınıb.

    Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən fakt araşdırılır.

    Muxalifet4 - 23-06-2019

  5. Gürcüstan prezidenti rusiyalı turistlərə çağırış edib

    Gürcüstan prezidenti Salome Zurabaşvili bildirib ki, Rusiyadan olan turistlər Gürcüstana səfər etməkdən çəkinməməlidir. Rusiya mediası xəbər verir ki, prezident bu açıqlamanı rus turistlərə Gürcüstana səfər qadağası qoyulduğu üçün verib: “Turistlər bizə gəlmək üçün imkan qazanmalıdılar. Çünki onlar Gürcüstanı çox sevirlər. Siyasətçilər isə baş vermiş bu problemin həlli üçün çalışmalıdılar”. Prezidentin sözlərinə görə, hazırda Tiflisdə yaranmış situasiya nə turistlərə, nə də yerli əhaliyə təsir etməməlidir.

    Muxalifet4 - 23-06-2019

  6. ABŞ radiosunda Azərbaycanla bağlı debat - AMERİKALI PROFESSOR ÖLKƏMİZ HAQDA NƏ DANIŞDI...

    Bu ilin 20 iyun tarixində ABŞ-da məşhur və geniş auditoriyaya malik olan Con Batçelor Şou (John Batchelor Show) radio proqramının canlı yayımlanan verilişlərindən birində radionun ev sahibi, məşhur yazar Con Batçelor ABŞ-ın Corctaun Universitetinin professoru Brenda Şafferdən müsahibə götürüb.

    Muxalifet4 - 23-06-2019

  7. ​Messi Neymarı “Barselona”ya qayıtmağa məcbur edir

    “Barselona”nın kapitanı Lionel Messi Neymarın komandaya qayıdacağına ümid etdiyini açıqlayıb.
     
    Bu barədə “Paris United”in Twitter səhifəsində yer alan məlumatda deyilir.
     
    Bildirilir ki, Neymar özünü Parisdə xoşbəxt hiss etmir və bu üzdən PSJ-ni tərk etmək niyyətindədir.
     
    Messi isə klub yoldaşlarını bu məsələyə cəlb edərək Neymara təzyiq göstərir ki, o, “Barselona”ya qayıtsın.
     
    El Mundo nəşri yazır ki, Messi “Barselona” prezidenti Xosepr Mariya Bartomeodan Neymarın transferi məsələsində səylər göstərməsini xahiş edib. 

    Muxalifet4 - 23-06-2019

  8. Tramp Şimali Koreya liderinə məktub yazdı... "MƏKTUBUN ƏLA MƏZMUNU VAR..."

    Şimali Koreya lideri Kim Çen In ABŞ prezidenti Donald Trampdan şəxsi məktub alıb.

    Bu barədə “Yonhap” agentliyi Koreyanın mərkəzi teleqraf agentliyinə (KMTA) istinadən xəbər verir.

    KMTA-nın yaydığı məlumata əsasən, məktubun “əla məzmun”u var.

    “Trampın siyasi dərrakəsi və müstəsna cəsarətini dəyərləndirərək Kim Çen In bildirir ki, maraqlı məzmun (red.-məktubun) üzərində ciddi düşünəcək”, - deyə agentliyin məlumatında bildirilir.

    Məktubda məhz nədən bəhs edildiyi açıqlanmır.

    Muxalifet4 - 23-06-2019

  9. "Ölkəmizin milli təhlükəsizliyi etibarlı əldədir” - SABİQ NAZİR

    “Əli Nağıyev professional çekist və təhlükəsizlik mühitini əməliyyat baxımından düzgün qiymətləndirməyi bacaran kadrdır”.

    Bu fikirləri Azərbaycanın sabiq Milli Təhlükəsizlik naziri Namiq Abbasov Əli Nağıyevin Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin olunmasına münasibət bildirərkən deyib.

    Muxalifet4 - 23-06-2019

  10. ATV-nin aparıcısı efirdən getdi - SƏBƏB

    ATV telekanalının aparıcısı, tanınmış jurnalist Ceyhun Səfərov efirdən gedib.

    Redaktor.az bildirir ki, ötən gün kanalın Xəbərlər Departamentinin işçiləri ilə keçirilən yığıncaqda Ceyhun Səfərova "Azad Azərbaycan" MTRK-nın rəhbərliyinin təşəkkürnaməsi verilib. Telekanalın rəhbəri Azər Xəlilov Ceyhun Səfərovun mühüm dövlət qurumlarından birində xidmətə başlayacağını bildirib.

    Muxalifet4 - 23-06-2019

  11. İran ABŞ-ı beynəlxalq məhkəməyə verəcək

    ABŞ-ın pilotsuz təyyarəsinin İranın hava məkanına qanunsuz daxil olması beynəlxalq qanunların pozulmasıdır.

    Muxalifet.az azertac-a istinadən bildirir ki, bu sözləri İranın vitse-prezidenti Leya Cənidi deyib.

    O bildirib ki, insidentlə əlaqədar İran beynəlxalq məhkəməyə müraciət edəcək. Hələlik faktlar və sübutlar toplanır. Sonra İran bu faktları beynəlxalq məhkəməyə təqdim edərək hava sərhədinin ABŞ tərəfindən pozulmasına hüquqi qiymətin verilməsini tələb edəcək.

    Muxalifet4 - 23-06-2019

  12. İstanbulun “fəthi”-2 - MEQAPOLİSDƏ KRİTİK SƏSVERMƏ GEDİR

    Bu gün Türkiyənin ən iri şəhəri olan İstanbulun meri postu uğrunda təkrar səsvermə keçriilir.

    2019-cu il martın 31-də keçirilmiş ümumi seçkilərdə CHP-İYİ partiya ittifaqının namizədi, o vaxta qədər çoxlarının tanımadığı Əkrəm İmamoğlu hakim AKP ilə MHP-nin ittifaqının namizədi, keçmiş baş nazir Binəli Yıldırıma təxminən 1 faizlik fərqlə qalib gəlmişdi. Lakin AKP əvvəlcə etibarsız sayılmış səslərin yenidən sayılmasını tələb etdi, daha sonra bir sıra məntəqələr üzrə bütün səslər yenidən sayıldı.

    Muxalifet4 - 23-06-2019

  13. Astarada maşın körpüdən aşdı: bir ailənin üç üzvü xəsarət aldı

    Astara rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    "Report"un məlumatına görə, hadisə ötən gecə Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Astara rayonu ərazisində olub.

    Muxalifet4 - 23-06-2019

  14. Azərbaycanda dəhşətli isti gözlənilir – SABAH 40 DƏRƏCƏ...

    Sabah Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq.
     

    Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
     
    Havanın temperaturu gecə 21-25° isti, gündüz 32-36° isti, Bakıda gecə 23-25° isti, gündüz 33-35° isti təşkil edəcək.
     
    Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 55-65 %, gündüz 30-35 % olacaq.
     

    Muxalifet4 - 23-06-2019

  15. Rayondan qayıtdı, hamamda yad kişi tutdu, sonra arvadının... - Azərbaycanda ŞOK OLAY

    Qəsdən adam öldürməyə cəhd etməkdə təqsirli bilinən Şəmkir rayon sakini, 1987-ci il təvəllüdlü Mövlan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Milli.Az Publika.az-a istinadən xəbər verir ki, Mövlan Məmmədov 12 avqust 2015-ci il tarixdə qayınatası Könül Əliyev ilə birlikdə Samux rayonuna gedib.

    Muxalifet4 - 23-06-2019

  16. Binəli Yıldırım bələdiyyə seçkilərində səs verdi

    Ədalət və İnkişaf partiyasından İstanbulun meri vəzifəsinə namizəd Binəli Yıldırım təkrar bələdiyyə seçkilərində səs verib.

    Muxalifet.az trend-ə istinadən bildirir ki, B.Yıldırım səs verdikdən sonra jurnalistlərə açıqlama da verib.

    B.Yıldırın bildirib: "Bu gün söz haqqı İstanbul xalqınındır. Onlar bu gün öz seçimlərini edəcəklər".

    Qeyd edək ki, əsas mübarizə Ədalət və İnkişaf Partiyasının namizədi Binəli Yıldırım və Cümhuriyyət Xalq Partiyasının namizədi Əkrəm İmamoğlu arasında gedir.

    Muxalifet4 - 23-06-2019

  17. Gürcüstanda rezin güllələrin qadağan olunması tələb edilir - PETİSİYA

    Gürcüstanda etiraz aksiyalarının dağıdılması zamanı rezin güllələrdən istifadənin qadağan olunması tələbi ilə petisiya yaradılıb.

    “Report”un yerli bürosu xəbər verir ki, www.manifest.ge saytında yerləşdirilən petisiya Gürcüstan parlamentinə ünvanlanıb.

    Bu vaxta qədər müraciəti 1700-dən çox şəxs imzalayıb. Petisiya üçün, ümumilikdə, 20 min imza tələb olunur.

    Muxalifet4 - 23-06-2019

  18. Bakıda tez-tez yanğınlar baş verməsinin səbəbi... - Partiya sədri FHN-i "TOPA TUTDU"

    "Son vaxtlar Bakı şəhərinin mərkəzi ərazilərində tez-tez belə yanğınların baş verməsi heç də yaxşı əlamət deyil".
     
    Muxalifet.az xəbər verir ki, bu fikirləri demokrat.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.
     
    S.Cəlaloğlu deyib ki, hətta, bu cür hadisələr təbii şəkildə belə baş verirsə, bu, paytaxtın yanğınlardan sığortalanmadığını göstərir:
     

    Muxalifet4 - 23-06-2019

  19. Rusiyada həbs olunan azərbaycanlı milyarder azad olundu

    Bu ilin yanvarında Rusiyanın Rostov şəhərində həbs edilən Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin (AzerRos) sabiq prezidenti Söyün Sadıqov sərbəst buraxılıb.
     
    Muxalifet.az xəbər verir ki, b barədə demokrat.az-a Söyün Sadıqov özü məlumat verib.
     
    O, günahsız olduğunu və məhkəmənin qərarı ilə azadlığa çıxdığını bildirib.
     

    Muxalifet4 - 23-06-2019

  20. Dilarə kameralar qarşısında elə hərəkətlər etdi ki... - VİDEO

    Müğənni Dilarə Kazımova “Jara” beynəlxalq musiqi festivalı ilə bağlı keçirilən partiyə qatılıb.

    Gecəyə qırmızı libas geyinən sənətçi uzun yarıqları ilə diqqətləri üzərinə toplayıb.

    Qırmızı xalça üzərindən keçən Dilarə kameralar qarşısında cazibədar rəqs nümayiş etdirib.(axsam.az)

    Muxalifet4 - 23-06-2019

Pages