Axtarış
The search found 105785 results in 0.024 seconds.
Search results
Neft gəlirlərindən neft-qaz sektoruna investisiya: Dünya və Azərbaycan təcrübəsi
İlham Şaban: “Bu layihələrdən əldə olunacaq gəlirlər Fondun vəsaitlərinin daha çox artmasına gətirib çıxaracaq; Vüqar Bayramov: “Neft-qaz sektoruna, xüsusilə emal sənayesinə investisiyaların edilməsi vacib məsələdir”
Muxalifet - 24-06-2019
Yolda huşsuz vəziyyətdə tapılan şəxs xəstəxanada öldü
Ələt-Astara magistralında huşsuz vəziyyətdə 34 yaşlı kişi tapılıb.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə yolun Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Polis əməkdaşları magistral yolda hərəkətdə olarkən yolun kənarında huşsuz vəziyyətdə qalan kişini görüblər. Dərhal həmin şəxs Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Xəstəxanada həkimlərin səyinə baxmayaraq kişi dünyasını dəyişib. Məlum olub ki, kəllə-beyin travması ilə dünyasını dəyişən şəxs Astara rayon sakini, 1985-ci il təvəllüdlü Mirzəyev Taleh Atakişi oğludur.Muxalifet - 24-06-2019
TARİXİN ÖYRƏNİLMƏMİŞ DƏRSLƏRİ – Gürcülər 2008-ci il hadisələrini unudublar?…
Rusiyalı deputat Segey Qavrilovun çıxışı zamanı minlərlə gürcü küçələrə axışaraq parlament binasına hücum çəkdi. Polislə toqquşma oldu və ən azından min nəfər yaralandı. Hamı özünü sanki münaqişənin gərginləşməsini istəyən kimi aparırdı. Polşalılar isə Gürcüstandakı hadisləri şərh edərkən, rusları qovduqları üçün gürcüləri tərifləyirdilər. Ancaq heç bir tərəfin mövqeyi konstruktiv görünmürdü.
Muxalifet - 24-06-2019
Uşaq pullarının bərpası ilə bağlı son xəbər
Sentyabrın 1-dən Azərbaycanda minimum əməkhaqqı 250 manata olacaq. İyunun 18-də Prezident İlham Əliyev bununla ilə bağlı sərəncam imzalayıb.
Amma dəfələrlə Milli Məclisdə bəzi deputatlar və müstəqil ekspretlər aylıq uşaq müavinətlərin verilməsinin bərpasını gündəmə gətirsələr də, bu barədə hər hansı yenilik yoxdur.
“Yeni Sabah” xəbər verir ki, deputat Vahid Əhmədov "Azadlıq Radiosu”na uşaq pullarının bərpasının gündəmdə olduğunu bildirib:
"Bərpanın necə qəbul ediləcəyi, yaxud hansı sistem əsasında götürüləcəyi hesablamalardan asılıdır”.
Muxalifet - 24-06-2019
ABŞ-dan İrana qarşı yeni təşəbbüs
ABŞ-ın Xarici İşlər naziri Mayk Pompeo İranla ön şərtsiz müzakirəyə hazır olduqlarını, həm də İrana qarşı qlobal bir koalisiya üçün addım atacaqlarını bildirib.
Səudiyyə Ərəbistanına səfərindən əvvəl “Joint Andrews” Havalimanında mətbuat mənsublarına açıqlama verən nazir Pompeo, əsas gündəm maddəsinin İran olacağını söyləyib.Muxalifet3 - 24-06-2019
Azərbaycanda qohumlar arasında DAVA - 18 yaşlı gəncin üzərindən avtomobillə keçdi
Samux rayon Qarayeri qəsəbəsində qohumlar arasında dava baş verib.
Dava zamanı tərəflərdən biri digərinin üzərindən NİVA markalı avtomobillə keçib.
18-yaşlı Hüseynov Ramil İntiqam oğlu yaralı vəziyyətdə Gəncədəki xəstəxanalardan birinə çatdırılıb. Yaralının bədənin müəyyən hissələrinə sınıq diaqnozu qoyulub.
Muxalifet - 24-06-2019
Saakaşvilinin arvadı və oğlu Tbilisidəki mitinqdə - AKSİYAÇILAR BU GÜN DİN-İN QARŞISINA TOPLAŞACAQLAR
İyunun 24-nə Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) binası qarşısında etiraz aksiyası təyin olunub.
"Report" xəbər verir ki, sabah saat 14:00-da etirazçılar Birinci Respublika meydanından maşınlarla DİN-in binasına qədər yürüş edəcəklər.
Nazirlik qarşısında keçiriləcək aksiyada daxili işlər naziri Giorgi Qaxarianın istefası tələb olunacaq.
Aksiyanın təşkilatçıları avtomobili olan hər kəsi yürüşə qoşulmağa dəvət edib.
Muxalifet - 24-06-2019
SON DƏQİQƏ: Azərbaycanda Sosialist Əməyi Qəhrəmanı vəfat edib - FOTO
Azərbaycanda Sosialist Əməyi Qəhrəmanı dünyasını dəyişib.
Muxalifet.az "Report"a istinadən xəbər verir ki, Sabirabad rayonunda Sosialist Əməyi Qəhrəmanı Zəminə Sərdar qızı Aslanova 79 yaşında vəfat edib.
Z.Aslanova 1940-cı ildə Sabirabad rayonunun Qalaqayın kəndində anadan olub. O, Azərbaycanın pambıq ustası, SSRİ Dövlət Mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı və Prezident təqaüdçüsü olub.Muxalifet - 24-06-2019
SON DƏQİQƏ: Ramzan Kadirovun evinə silahlı hücum!
Çeçenistanın dövlət başçısı Ramzan Kadirovun evinə silahlı hücum təşkil edilib.
Muxalifet3 - 24-06-2019
BAKIYA MÜHARİBƏ ÇAĞIRIŞLARI: “İşğalçını cəzalandırmaq zamanı çatıb”
Paşinyan “iki cəbhə”yə qarşı; erməni baş nazir “va-bank” gedir; analitiklərdən maraqlı gözlənti; region sülhə, yoxsa müharibəyə yaxınlaşır?..
Muxalifet - 24-06-2019
İstanbul seçkilərində ən çox FETÖ-çular sevindi!
Rəsmi olmayan nəticələlərə görə, İstanbul Böyükşəhər Bələdiyyə sədrliyi seçkisinin qalibi CHP namizədi Əkrəm İmamoğlu oldu. İmamoğlunun seçkidə qalib gəlməsinə FETÖ-çu vətən xaini Əmrə Uslu və terror təşkilatı PKK-ya yaxın şəxslərdən Amed Diclənin sevinməsi diqqətlərdən qaçmayıb. İlk baxışda xırda bir məsələ kimi görünsə də, CHB namizədinin arxasında nə boyda qlobal bir şəbəkələr birliyinin birləşdiyini ortaya qoyur. Müxalifət.az
Muxalifet3 - 24-06-2019
7,3 bal gücündə zəlzələ baş verdi, şəhər boşaldıldı
İndoneziyada güclü yeraltı təkanlar qeydə alınıb.
Maluku əyalətində 7,3 bal gücündə zəlzələ baş verib.
İndoneziya Meteorologiya, İqlim və Goefizika Qurumu bildirib ki, zəlzələnin episentri Maluku bölgəsindən 245 km uzaqda, yerin 231 km dərinliyində olub.
Qurum zəlzələdən sonra sunami xəbərdarlığı etməyib.
Zəlzələnin tələfata səbəb olması ilə bağlı məlumat verilməyib.
ABŞ Geoloji Araşdırmalar Mərkəzi də zəlzələnin 7,3 bal gücündə olduğunu təsdiq edib.Muxalifet - 24-06-2019
Mingəçevirdə DƏHŞƏT: Oğul anasını bıçaqladı
Mingəçevirdə oğul ananı bıçaqlayıb.
Muxalifet.az APA-ya istinadən xəbər verir ki, nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Aydın Məmmədov küçəsi 10/ 1 ünvanında baş verib.
İlkin məlumata əsasən, ailə münaqişəsi zəminində həmin ünvanda yaşayan oğul 1976-cı təvəllüdlü anası Mustafayeva Vüsalə İman qızını bıçaqlayaraq ağır xəsarət yetirib. Yaralı qadın təcili xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Muxalifet - 24-06-2019
AK Partiyadan 10 maddəlik seçki analizi
AK Partiya kulislərində təkrar keçirilən İstanbul Böyükşəhər Bələdiyyə sədrliyi seçkiləri ilə Türkiyədə demokratiyanın nə qədər inkişaf etdiyi ilə blı müzakirələr aparılır.
Seçki ilə əlaqədar AK Partiyanın 10 maddəlik şərhi müəyyən olunmuşdur:
1- Seçkinin yenilənməsi qərarı hüquqi bir qərardır. Milli iradənin tam olaraq təcəlli etmədiyi 31 mart seçkilərini AK Partiyanın etirazı nəticəsində YSK yeniləmişdir.
Muxalifet3 - 24-06-2019
Ermənilər viran qoyduqları Ağdamın ən son şəkillərini yaydılar - FOTOLAR
Ermənilər işğal altındakı Ağdam şəhərinin ən son fotolarını yayıblar. Hazırda ermənilərin Əsgəranın inzibati sərhədlərinə daxil etdiyi və "Akna" adı verdiyi Ağdam xarabalıqlar içindədir və rayonun daimi əhalisi yoxdur. Xatırladaq ki, Ağdam 1993-cü il iyulun 23-də erməni hərbi birləşmələrti tərəfindən işğal olunub.
Muxalifet - 24-06-2019
"Kərəm Həsənovun əmisi oğlu məni polislərə döydürtdü, DİN-nin qarşısında intihar edəcəm" - VİDEO
Dövlət başçısı çıxışlarında hər dəfə məmur özbaşınalığına, vəzifəli şəxslərin yaxınlarının harın davranışlarına sərt münasibət göstərəcəyini bəyan etsə də, zaman-zaman belə sərt münasibəti göstərsə, bir neçə məmur buna görə işdən çıxarılsa da, hələ də belə hallara yol verənlər var.
Muxalifet - 24-06-2019
İran buna əsla sahib ola bilməyəcək - İsraildən Tehrana SƏRT MESAJ
“İran əsla nüvə silahına sahib olmayacaq”. Bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton deyib. Qüds şəhərində İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşdən öncə təşkil olunan mətbuat konfransında çıxış edən Bolton bildirib ki, İrana tətbiq olunan sanksiyalar siyahısına yeniləri əlavə olunub: “İran ABŞ və dünyaya qarşı nəzərdə tutduğu nüvə silahına əsla sahib olmayacaq. Kimsə onlara Yaxın Şərqdə ovçuluq lisenziyası verməyib”. Bolton rəsmi Tehrana mesaj verərək bildirib ki, ABŞ-ın həssas və ehtiyatlı davranmasını zəiflik kimi qəbul etməsinlər.
Muxalifet - 24-06-2019
“Qaşıqçı” cinayəti soruşuldu, Tramp cavab verə bilmədi!
ABŞ prezidenti Donald Tramp Səudiyyə jurnalisti Camal Qaşıqçının Səudiyyənin İstanbuldakı Baş Konsolluğunda öldürülməsi ilə bağlı ABŞ-ın istintaq başladıb başlatmayacağına yönəlik suala dəqiq bir cavab verməkdən qaçınıb.
Amerikan televiziyası “NBC”-yə müsahibə verən Tramp, BMT-nin Səudiyyə jurnalisti Qaşıqçı cinayəti ilə bağlı Federal İstintaq Bürosunun (FBI) istintaq başlatması çağırışına ölkəsinin riayət edib etməyəcəyi ilə bağlı suala baş gicəlləndirici cavab verməklə birbaşa cavabdan yayınıb.Muxalifet3 - 24-06-2019
Əkrəm İmamoğlundan tarixi rekord – Heç kim bu qədər səs qazanmamışdı - FOTOLAR
Ötən gün İstanbulda baş tutan bələdiyyə seçkilərində bütün səslər sayılıb. Bakupost.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, qeyri-rəsmi rəqəmlərdə Əkrəm İmamoğlu seçkini böyük üstünlüklə qalib bitirib. Belə ki, Millət İttifaqının namizədi Ə.İmamoğlu qeyri-rəsmi rəqəmlərə görə 4 milyon 741 min 868, Cumhur İttifaqının namizədi Binali Yıldırım isə 3 milyon 935 min 453 səs alıb. İki namizəd arasında fərq 800 min səsdən çox olub. Qeyd edək ki, İmamoğlunun bu qələbəsi Türkiyə seçki tarixinə yazılıb.
Muxalifet - 24-06-2019
AMEA-dan magistraturaya qəbul olunan bakalavrlara XƏBƏRDARLIQ
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) magistraturaya qəbul olunan bakalavrlara xəbərdarlıq edib.
Akademiyanın Rəyasət Heyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, 2019/2020-ci tədris ili üçün AMEA-nın magistraturasına qəbul olan bakalavrlar AMEA-da qeydiyyatdan keçməlidirlər.
Qeydiyyat üçün aşağıdakı sənədlər tələb olunur:
- Bakalavrın təhsilini başa vurduğunu təsdiqləyən diplom və ya arayış;
- Şəxsiyyət vəsiqəsinin surəti – 2 nüsxə;Muxalifet - 24-06-2019