Axtarış

The search found 105785 results in 0.077 seconds.

Search results

  1. ABŞ-a gəlin köçən azərbaycanlı qızın bu görüntüsü səs-küyə səbəb oldu - VİDEO

    Bir neçə gün öncə qızının tapılması üçün "Səni axtarıram" verilişinə müraciət edən anaya xoş xəbər verilib.

    Muxalifet.az AzNews.az-a istinadən xəbər verir ki, ABŞ-ın Çikaqo ştatına gəlin köçən Arzudan iki aydır xəbər olmayıb. Bundan narahat olan qadın verilişə müraciət edib. Məlum olub ki, Arzu ailə üzvlərindən küsdüyü üçün onlarla əlaqə saxlamayıb:

    Muxalifet4 - 24-06-2019

  2. ABŞ-dan İranı küncə sıxışdıracaq addım

    ABŞ-ın İrana qarşı yeni sanksiya dalğası iqtisadi böhranı dərinləşdirəcək. Dünyaya iqtisadi müharibə başladan Donald Trampın İrana qarşı yeni iqtisadi sanksiyaları bu gün başlayır. ABŞ prezidenti Donald Trampın bu gündən etibarən İrana yeni sanksiyalar tətbiq ediləcəyini bəyan etməsindən sonar atılacaq addımlarla ölkədə davam edən iqtisadi böhranın daha da dərinləşməsi gözlənilir. Davam edən embarqolar nəticəsində ABŞ təzyiqi ilə bir çox ölkədə xidmət edən çox millətli şirkətlər İranla ticari əlaqələrini dayandırıb.

    Muxalifet3 - 24-06-2019

  3. ABŞ-a İrandan gözdağı: “Lazım olsa, bir daha vurarıq”

    İran Dəniz Qüvvələrinin komandiri Hüseyn Hanzadi ABŞ-a aid insansız hava vasitəsinin (İHA) salınmasının Washintona yönəlik "sərt bir cavab" olduğunu ifadə edərək hava sahələrinin pozulduğu təqdirdə yenə eyni cavabı verəcəklərini söyləyib.
     
    “Fars” Xəbər Agentliyinə görə, Hanzadi "Düşmən (ABŞ) ən inkişaf etmiş texnologiyaya sahib insansız kəşfiyyat təyyarəsini qadağan olunmuş bölgəyə göndərdi və onun salındığını gördü. Açıqca elan edirik ki, eyni cəhd təkrarlandığı təqdirdə düşmənə verilən bu sərt cavab təkrarlanacaq. Düşmən bunu bilir" deyib.
     

    Muxalifet3 - 24-06-2019

  4. İrandan ABŞ-ın 'qlobal koalisiya" təşəbbüsünə cavab

    İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi ölkəsinə qarşı ABŞ liderliyində qlobal bir koalisiya yaratmaq üçün atılan addımların yeni olmadığını və Amerikan rəhbərliyinin bunu bacara bilməyəcəyini söyləyib. ABŞ Xarici İşlər naziri Mayk Pompeonun "İrana qarşı qlobal bir koalisiya meydana gətirmənin ilk addımı" olaraq xarakterizə etdiyi Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmrlikləri (BƏƏ) səfəri ilə bağlı Musəvi, "Koalisiya yaratmaq üçün atılan addımlar yeni deyil və yaratdıqları ittifaqlar da uğursuz olmuşdur" deyib.

    Muxalifet3 - 24-06-2019

  5. İspaniyada məscidə hücum

    İspaniyaya bağlı Ceuta şəhərindəki “Muley əl Mehdi” Məscidinə şəxsiyyəti bilinməyən adam və ya şəxslər tərəfindən atəş açılıb.
     
    Ceutanın ən böyük məscidi olaraq bilinən “Muley əl Mehdi” Məscidinə silahlı hücum küçədən təşkil edilib.
    Camaatın namaz qıldığı zaman bir və ya iki adamın çöldən ən az 4 dəfə məscidə atəş etdiyi, çaxnaşmaya səbəb olan hücumda, kimsənin yaralanmadığı bildirilib.
    Ceuta polisinin hücumla bağlı istintaq başlatdığı açıqlanıb.

    Muxalifet3 - 24-06-2019

  6. “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır” - MƏMMƏDYAROVDAN QƏRİBƏ AÇIQLAMA

    "Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ilk növbədə Ermənistan qoşunları işğal olunmuş ərazilərdən çıxmalıdır".

    Muxalifet.az azvision.az-a istinadən xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov deyib. Nazir bildirib ki, həmsədrlərin təklifinə əsasən yaxın 2-3 ay ərzində Ermənistanın XİN rəhbəri ilə növbəti görüş keçiriləcək: 

    Muxalifet4 - 24-06-2019

  7. "Kandil-Sincar” terror bağı qoparıldı – Polkovnikdən açıqlama

    Türkiyənin təqaüddə olan polkovniki İbrahim Keleş Türk Silahlı Qüvvələrinin (TSQ) Şimali İraqda keçirdiyi “Pəncə” əməliyyatına münasibət bildirib. Polkovniki Keleş-in fikrincə, "Pəncə” hərəkatı Türkiyənin İraqın şimalındakı yuvanmış olan terror təşkilatlarının gələcəkdə ola biləcək Şərqi Fərat əməliyyatına əngəl törədə biləcəkləri düşüncəsiylə, əvvəl İraqın şimalındakı bataqlığı qurutmaq və Kandil ilə ikinci Kandil sayılan Sincar bölgəsi arasındakı əlaqəni kəsmək və orada bir ərazi hakimiyyəti yaratmaq məqsədi güdür.

    Muxalifet3 - 24-06-2019

  8. “Hakimiyyət etirazçılarla alver edir” - Gürcüstanın müxalifət partiyası

    Gürcüstanın müxalif “Avropalı Gürcüstan” Partiyası hakim Gürcü Arzusu Partiyasının 2020-ci ildə parlament seçkilərinin proporsional seçki sistemi üzrə keçirilməsi barədə qərarına münasibət bildirib. Muxalifet.az report-a istinadən xəbər verir ki, partiya liderlərdindən biri Elene Xoştaria qərarı vətəndaş cəmiyyətinin qələbəsi adlandırıb. O bildirib ki, hakim partiyanın aksiyaların yalnız bir tələbini yerinə yetirməsi hakimiyyətin etirazçılarla daxili işlər naziri Giorgi Qaxarianı vəzifədə saxlamaq məqsədilə alver etdiyini göstərir: “Əsas tələb Giorgi Qaxarianın istefasıdır.

    Muxalifet4 - 24-06-2019

  9. BAKIDA DƏHŞƏT: Qəsdən maşını üstünə sürüb öldürdü

    Bakıda qətl törədilib.
    Dünən gecə saatlarında Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində Murad Baxşıyev münaqişə zəminində, idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Xaçmaz rayon sakini Rəşad Əliyevi vurub. R.Əliyev hadisə yerində ölüb.
    Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib.
    Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə qəsdən adam öldürməkdə şübhəli bilinən M.Baxşəliyev tutulub.
    Araşdırmalar davam etdirilir./Publika

    Muxalifet - 24-06-2019

  10. Futbolçular da etiraz etdi - "Rusiya ölkəmizi işğal edib" - FOTO

    Gürcüstanın futbol üzrə yüksək liqasının dünən və srağagün keçirilən oyunlarında qəribə hadisə baş verib. Belə ki, ölkənin  üç komandası –“Torpedo” (Kutaisi), “Rustavi” və Tbilisi “Lokomotiv”inin futbolçuları meydana Rusiya əleyhinə şüarlarla çıxıblar və etiraz bildiriblər.
    Azarkeşlər də onlara qoşularaq etiraz edib və plakatlar açıblar. 
    Muxalifet.az xarici mətbuata istinadən xəbər verir ki,  futbolçuların formalarının üzərində “Biz Gürcüstandanıq, Rusiya bizim ölkəni işğal edib” sözləri yazılıb.

    Muxalifet - 24-06-2019

  11. Bakıda məşhur "avtoş"u öldürən şəxsə hökm oxundu

    Bakıda tanınmış "avtoş”u öldürməkdə təqsirləndirilən Ehtiram Şərifovun məhkəməsi bitib.
    Bakı AĞır Cinayətlər Məhkəməsində hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə E.Şərifov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 
    Qeyd edək ki, hadisə ötən il noyabrın 17-də Xəzər rayonu, Şüvəlan qəsəbəsində baş verib. Həmin ərazidə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Şərifov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmyerlisi Cabir Babayevin ayağına xəsarət yetirərək hadisə yerini tərk edib. Xəstəxanaya yerləşdirilmiş C.Babayev orada ölüb.

    Muxalifet - 24-06-2019

  12. ​Ağsu aşırımında DƏHŞƏTLİ ANLAR: "Əjdaha" peyda oldu - FOTO

    Ağsu rayonunda qorxunc ilan öldürülüb.
    Muxalifet.az trend-ə istinadən xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 150-ci kilometrliyində, Ağsu dolaylarında baş verib.

    Muxalifet - 24-06-2019

  13. Yeni nazir yol polisi ilə bağlı hansı dəyişiklik edəcək?

    Yeni təyin olunan Daxili işlər naziri Vilayət Eyvazovun nazirlikdə və polis sistemində bir sıra islahatlar həyata keçirəcəyi ehtimal olunur. Bu haqda proqnoz verən şərhçilər hesab edirlər ki, nazir müavini olduğu uzun müddət ərzində onun adının heç bir korrupsiya işində hallanmaması həyata keçirəcəyi tədbirlərin də müsbət olacağını deməyə əsas verir. “Yeni Sabah” bildirir ki, Azərbaycanda ümumi olaraq polislərlə bağlı ictimai rəy birmənalı deyil. Bu vaxta qədər asayiş keşikçiləri ilə bağlı mediada kifayət qədər neqativ xəbərlər yayılıb.

    Muxalifet - 24-06-2019

  14. Tbilisidə daxili işlər nazirinin istefası tələbi ilə avtomobil yürüşü başlayıb

    Tbilisidə Birinci Respublika meydanından Daxili İşlər Nazirliyinin binasına doğru avtomobil yürüşü başlayıb. “Report” xəbər verir ki, yürüş nazirlik binasının qarşısınadək davam edəcək və orada keçiriləcək aksiyada daxili işlər naziri Giorgi Qaxarianın istefası tələb olunacaq. Hakim Gürcü Arzusu Partiyasının etirazçıların proporsional sistem üzrə parlament seçkilərinin keçirilməsi ilə bağlı tələbini yerinə yetirməsinə baxmayaraq, aksiya saat 19:00-da Gürcüstan parlamentinin binası qarşısında davam etdiriləcək.

    Muxalifet - 24-06-2019

  15. “Facebook”da işləyən azərbaycanlı şirkətin bütün “gizli məlumat”larını açıqladı - MÜSAHİBƏ

    Emil Məmmədov Naxçıvanda anadan olub, Culfa rayonunun Bənəniyar kənd orta məktəbini bitirib. Azərbaycan Dövlət Neft Akademiyasında istehsalat proseslərinin avtomatlaşdırılması mühəndisliyinin bakalavriat və magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib, daha sonra London İmperial Kollecində ikinci magistratura təhsili alıb. Paralel olaraq Bakıda neft sahəsində beş il çalışıb. 2018-ci ilin əvvəllərindən “Facebook”da idarəetmə mütəxəssisi olaraq işləyir. Hazırda Danimarkada yaşayır.

    Muxalifet4 - 24-06-2019

  16. Putin ordunu ayağa qaldırdı – İrəvandakı rus hərbiçilər hərəkətə keçdi

    Rusiya Silahlı Qüvvələrinin Mərkəzi Hərbi Dairəsində (Rusiyanın 29 regionu) qəfil döyüş hazırlığının yoxlanılması başlanıb. uxalifet.az publika.az-aistinadən xəbər verir ki, müdafiə naziri Sergey Şoyqu yoxlamaların prezident Vladimir Putinin göstərişi ilə aparıldığını açıqlayıb. “Bu, terror təhhlükələrinin olduğu Mərkəzi Asiyada hərbi təhlükəsizliyin təmin edilməsində Silahlı Qüvvələrin hazırlığını yoxlamaq məqsədi daşıyır”, - deyə Şoyqu bildirib. Nazir qeyd edib ki. eyni məqsədlə Cənub və Şərq hərbi diarələrində də döyüş hazırlığının yoxnaılmasına start verilib.

    Muxalifet - 24-06-2019

  17. "Fuad həbs edilməli idi, yaxşı qurtardı" - KUZNETSOV

    Azərbaycanlı jurnalist Fuad Abbasov bütün bunlara şüurlu şəkildə getdi. O öz fəaliyyətində bu mövqeyə sadiq qaldı – Rusiyadakı Azərbaycan diasporunun rəhbərliyi Azərbaycandan həyata keçirilməlidir. Bu isə mümkün deyil. Çünki Azərbaycan milliyətli Rusiya vətəndaşları (sayları 600 mindir) Rusiya Federasiyasının qanunları ilə yaşayır. İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına əsasən, mədəni, milli və digər maraqları qarşılamaq üçün Milli-Mədəni Muxtariyyət İnstitutu yaradılıb. Bu barədə qanun 1996-cı ildə qəbul edilib.

    Muxalifet4 - 24-06-2019

  18. ABŞ dövlət katibi Səudiyyə Ərəbistanında səfərdədir - İRANA QARŞI KOALİSİYA QURULUR?

    ABŞ xarici işlər naziri Mayk Pompeo hazırda Səudiyyə Ərəbistanında səfərdədir. Ölkənin “Əl Arabiya” telekanalının məlumatına görə, Pompeonun Ciddədə kral Salman bin Əbdüləziz və vəliəhd şahzadə Məhəmməd bin Salmanla görüşəcəyi gözlənilir.

    Pompeo “İrana qarşı qlobal koalisiya” üçün Yaxın Şərqdədir

    Muxalifet - 24-06-2019

  19. Bakıda ŞOK CİNAYƏT – Zorla 17 min manat aldılar

    Bakıda polisin yaxaladığı şəxsin başqa cinayəti  üzə çıxıb.
    Xuliqanlıq etdiyinə görə tutulmuş K.Əliyevin ətrafında Nərimanov RPİ 17-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun bu il fevralın 20-də Bakı şəhər sakini olan bir nəfərə zor tətbiq edib 17000 manat pulunu alması da müəyyən edilib.
    K.Əliyevin ətrafında aparılan araşdırmalar davam etdirilir./Publika

    Muxalifet - 24-06-2019

  20. Azərbaycanda daha bir “pir”: Ağacdan alt paltarı asırlar, “əl uzadan”ın ağzı əyilir - REPORTAJ

    Bir müddət əvvəl Azərbaycanda sonradan “Qaloş piri” adı verilən xürafata inananların ardınca, daha bir “pir” biabırçılığı ortaya çıxıb. Oxu.Az-ın əməkdaşlarının tapdığı bu “pir” Xaçmazın Vələmir kəndi yaxınlığında yerləşir. İnsanlar buradakı ağacdan alt paltarı asaraq, şəfa diləyirlər. Yerli əhali Şeyx Ömər Baba adlı şəxsin və Şeyx nəslindən olan daha iki nəfərin məzarının yerləşdiyi ərazini pir adlandırır. Bəziləri buranı “Dəli piri” kimi tanıyır. Bunun səbəbi pirə gətirilən əl-qolu bağlı bir gəncin əhvalatı ilə bağlıdır.

    Muxalifet - 24-06-2019

Pages