Axtarış

The search found 105785 results in 0.112 seconds.

Search results

  1. 3 bölgədə PKK-ya ağır zərbə

    Türkiyənin Daxili İşlər Nazirliyi tərəfindən PKK terrorçularına qarşı təşkil edilən əməliyyatlarda, Diyarbəkirdə 2, Hakkaridə 2 və Tuncəlidə 1 terrorçu olmaqla, toplam 5 terroristin məhv edildiyi bildirilib. Müxalifət.az

    Muxalifet3 - 25-06-2019

  2. Bakıda gecə kulubunda DAVA: 21 yaşlı gənc...

    Səbail rayonunda 21 yaşlı gənc bıçaqlanıb.
    Muxalifet.az apa-ya istinadən xəbər verir ki, hadisə Nizami küçəsində yerləşən gecə klublarından birinin yaxınlığında baş verib.
    21 yaşlı Balakişiyev Səbuhi Vüqar oğlu klubda mübahisə etdiyi naməlum şəxs tərəfindən bıçaqlanıb.
    Ayağından 2 bıçaq yarası alan S.Balakişiyev 1 saylı Klinik Tibbi Mərkəzə aparılıb. 
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 25-06-2019

  3. BNA bu sürücülərə XƏBƏRDARLIQ ETDİ

    "Yaxın günlərdə Agentlik tərəfindən dayanma, durma və parklanma qaydalarını pozan nəqliyyat vasitələrinin nəzərdə tutulmuş hallarda və qaydada müvəqqəti duracağa daşınması– təxliyyə xidmətinə başlanılacaq". 

    Muxalifet - 25-06-2019

  4. Müğənni boğulub öldü - FOTO

    Volqa çayında katerlə qayıq toqquşub.
    Muxalifet.az ölkə.az-a istinadən bildirir ki, incident axşam saatlarında baş verib. Xilasedilcilər sudan 28 yaşlı qızın meyitini çıxarıblar. Məlum olub ki, qızın ölümünə səbəb kterlə qayığın toqquşması olub. Meyit məşhur samaralı müğənni Yuliya Qoldinaya məxsusdur.

    Muxalifet - 25-06-2019

  5. İrandan 'B” Komandası”' xəbərdarlığı: Müharibə istəyir

    İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ABŞ prezidenti Donald Trampın əksinə, "B” Komandası" olaraq adlandırdığı Ağ Ev Milli Təhlükəsizlik Məsləhətçisi Con Boltonun rəhbərlik etdiyi qrupun diplomatiya yerinə müharibə istədiyini ifadə edib.
     
    Zərif Twitter hesabından paylaşdığı mesajında,  ABŞ prezidenti Trampı Ağ Ev Milli Təhlükəsizlik Məsləhətçisi Con Boltonun rəhbərlik etdiyi "B” Komandası" mövzusunda xəbərdar edib.
    Zərif mesajında bu ifadələrə yer verib:

    Muxalifet3 - 25-06-2019

  6. Azərbaycanda vəzifəli şəxsə AĞIR İTKİ

    Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin direktoru Xudayət Həsənliyə ağır itki üz verib.
    Publika.az xəbər verir ki, mərkəz direktorunun anası Şahbaz xanım vəfat edib.
    Allah rəhmət eləsin!

    Muxalifet - 25-06-2019

  7. Azərbaycanda 16 yaşlı qız cinsini dəyişmək istədi - Səbəbi sizi DƏHŞƏTƏ GƏTİRƏCƏK

    “Uşaqlar böyüklərin kiçildilmiş forması deyil. Uşaq və böyüklərin endokrinoloji problemləri bir-birindən kəskin fərqlənir. 18 yaşa qədər endokrinoloji xəstəliklərin müalicə və izləmi pediatr-endokrinoloqlar tərəfindən aparılmalıdır”.

    Bu sözləri Publika.az-a müsahibə verən Uşaq Endokrinoloqu Dr. Nabat Ağayeva-Əlibəyova deyib. Müsahibəsində bir çox endokrinoloji uşaq xəstəliklərinin yaranma səbəblərinə toxunan mütəxəssis valideynlərə qiymətli tövsiyələr verib.

    Muxalifet - 25-06-2019

  8. Dövlət Komitəsi “Megafun”dakı hadisə ilə bağlı valideynlərə çağırış edib

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Megafun” Əyləncə Mərkəzində helium şarlarının partlaması nəticəsində 3-ü uşaq olmaqla 8 nəfərin xəsarət alması hadisəsi ilə bağlı valideynlərə çağırış edib. "Report"un məlumatına görə, Dövlət Komitəsi eyni zamanda bununla bağlı əyləncə mərkəzlərində təhlükəsizlik tədbirlərinin görülməsinin zəruri olduğunu vurğulayıb: “Megafun” Əyləncə Mərkəzində helium şarlarının partlaması nəticəsində baş verən alışma nəticəsində 8 nəfər (3-ü uşaq olmaqla) xəsarət alıb. Baş verən hadisənin nəticələrindən dolayı təəssüfləndiyimizi bildiririk.

    Muxalifet - 25-06-2019

  9. Onlar ya axmaqdırlar, ya da satılıblar – Saakaşvili

    Ölkədə təcili növbədənkənar parlament seçkisi keçirilməlidir.
    Bu bəyanatı Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili paylaşıb.
    O, hökumətin proporsional seçki sisteminə keçid haqqında bəyanatını “axmaqlıq” adlandırıb. Saakaşvilinin sözlərinə görə, İvanişvilinin bu təklifi ilə razılaşanlar ya axmaqdırlar, ya da satılıblar.
    Qeyd edək ki, dünən Gürcü Arzusu Partiyası 2020-ci ildə ölkədə parlament seçkisinin tam olaraq proporsional qaydada keçiriləcəyini açıqlayıb./Axar

    Muxalifet - 25-06-2019

  10. Ağ Ev açıqladı: Tramp ilə Ərdoğan...

    ABŞ prezidenti Donald Trampın Yaponiyada 28-29 iyunda keçiriləcək G-20 Zirvəsində Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ikili görüş reallaşdıracağı bildirilib. Yüksək səviyyəli bir Ağ Ev səlahiyyətlisi ABŞ prezidenti Trampın Yaponiya proqramı ilə bağlı bir telekonfrans təşkil edib. Trampın Yaponiya proqramı çərçivəsində 8 ölkə lideriylə görüşəcəyini qeyd edən səlahiyyətli, Tramp ilə Ərdoğanın bir araya gələcəyini ifadə edib.

    Muxalifet3 - 25-06-2019

  11. Milyonların sərf olunduğu keyfiyyətsizlik... - İTTİHAM

    Azərbaycanda son zamanlar yol-nəqliyyat hadisələri, xüsusən də piyadaların vurulması və ölümü ilə nəticələnən qəzaların sayı artıb. 
    2016-cı ildə bu qəzaların sayı 62 faiz, 2017 və 2018-ci illərdə isə 67-69 faiz faiz olub. İl ərzində baş verən qəzaların xronologiyasına diqqət etdikdə bu il faiz dərəcələrinin daha yüksək olacağı ehtimal edilir.

    Muxalifet - 25-06-2019

  12. Bakıda tələbələr imtahan suallarını oğurladı - Nəticələr ləğv olundu

    Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ)​ bir qrup tələbə imtahan sisteminə qanunsuz müdaxilə edib, Riyaziyyat və Fizika suallarını sistemdən oğurlayıb.
    İyunun 10-da UFAZ-ın Fransadan dəvət olunmuş daimi fransız müəllimləri tərəfindən yekun imtahan nəticələrinin yoxlanılması zamanı müvəffəqiyyət göstəricisi aşağı olan tələbələrin imtahanda yüksək nəticə əldə etdikləri müəyyən olunub.

    Muxalifet - 25-06-2019

  13. Bakıda məktəblilərin öldüyü dəhşətli hadisə ilə bağlı YENİ FAKTLAR: demə, müəllimi... - FOTO

    2 gün əvvəl Bakı şəhər Səbail raonu ərazisində - Şıx qəsəbəsindəki qeyri-çimərlik sahədə 14 yaşlı iki yeniyetmənin suda boğularaq ölməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
    Salyan yolu 32 ünvanında yerləşən sahədə boğularaq ölən 14 yaşlı Yəhya Əliyev və Turab Nəsirov idmanla məşğul olurmuş. Belə ki, yeniyetmələr idman müəllimindən məşqdən sonra çimərliyə getmələrini xahiş edib. Müəllim uşaqlara onları dənizə aparmağa söz verib və Şıx çimərliyinə aparıb. Burada uşaqlardan ikisi yaxşı üzə bilmədiyindən dalğanın təsirinə məruz qalıb və boğularaq vəfat ediblər.

    Muxalifet - 25-06-2019

  14. Bakıda DƏHŞƏTLİ HADİSƏ: Oğlan bacısına görə özünü 12-ci mərtəbədən atdı – VİDEO

    Bakıda 24 yaşlı oğlan özünü 12-ci mərtəbədən atıb.
    Muxalifet.az “Space TV”yə istinadən xəbər verir ki, özünü hündürlükdən atan gənc hadisə yerindəcə keçinib.
    Əslən Masallı rayonundan olan Arzuman İbad oğlu İbadov bir müddət tikinti sahəsində çalışırmış. İntihar baş verən gün, təxminən günorta 15 radələrində qohumu yaşayan Yeni Yasamalda Əsəd Əliyev bina 28 ünvana gəlib.
    Yarım saat qohumu ilə söhbət etdikdən sonra Arzuman eyvana çıxıb və özünü atıb.

    Muxalifet - 25-06-2019

  15. Dağlıq Qarabağ xüsusi təyinatlılarının əlinə Almaniyanın HK G28 snayper tüfəngləri necə keçib?! - RƏSMİ BAKI ARAŞDIRMALIDIR...

    Dağlıq Qarabağdakı erməni işğalçı qüvvələrinin xüsusi təyinatlıları Almaniyanın “Heckler und Koch” silah konserninin istehsal etdiyi HK G28 snayper tüfəngləri ilə silahlanıb. Virtualaz.org xəbər verir ki, bu fakt barədə vladtime.ru portalı bildirir.

    Muxalifet - 25-06-2019

  16. Sırada kim var? – Prezident hansı məmurları yola salacaq

    Bir neçə vaxtdır Azərbaycanda elan olunan islahatlar artıq qanunvericilik bazasından kadr bazasına keçdi. Prezident İlham Əliyev bu prosesə güc strukturları ilə başladı.
    “Yeni Sabah” bildirir ki, islahatların davamlı və dərin olacağı ilə bağlı verilən rəsmi açıqlamalar onu deməyə əsas verir ki, bu, hələlik ilkin addımdır. Kadr yerdəyişmələrinin yaxın günlərdə yeni dalğasının olacağı gözlənilir. Bu baxımdan da hazırda bir sıra nazirliklərdə, dövlət komitələrində narahatçılıqlar mövcuddur. 

    Muxalifet - 25-06-2019

  17. Nazirlik Azərbaycan-Türkiyə birgə təlimləri ilə bağlı görüntüləri yaydı - VİDEO

    Müdafiə Nazirliyi “Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimləri ilə bağlı video material yayıb.
    Muxalifet.az həmin görüntüləri tədim edir:

    Muxalifet - 25-06-2019

  18. Prezident Sənubər İsgəndərliyə EV VERDİ

    Prezident İlham Əliyev Əməkdar artist Sənubər İsgəndərliyə ev hədiyyə edib. 
    Muxalifet.az xəbər verir ki, bu barədə əməkdar artistin özü sosial şəbəkədə məlumat verib. 
    “Möhtərəm Cənab Prezident. Mənim səhnə fəaliyyətimi yüksək qiymətləndirərək ev hədiyyə etdiyinizə görə, sizə dərin minnətdarlığımı bildirirəm. Sizin incəsənət xadimlərinə verdiyiniz dəyər, göstərdiyiniz diqqət, qayğı, bizə qürur və fərəh verir. Mənə və ailəmə bu sevinci yaşatdığınıza görə sizə bir daha sonsuz təşəkkürümü bildirirəm. Allah Sizi və Azərbaycanımızı qorusun”.

    Muxalifet - 25-06-2019

  19. İsrailə böyük şok! İmtina etdilər...

    Hindistanın İsrailə sifariş verdiyi 500 milyon dollarlıq tank əleyhinə raket sistemlərini almaqdan imtina etdiyi bildirilib.
     
    “Indian Express” qəzetinin dövlət səlahiyyətlilərinə istinad etdiyi xəbərdə,  Hindistanın İsraildən almağı planlaşdırdığı 500 milyon dollarlıq daşına biləcək idarə olunan tank əleyhinə raket sistemləri sifarişindən imtina etdiyi ifadə edilib.

    Muxalifet3 - 25-06-2019

  20. “Mənim övladım nümunəvi oğlandır” - Sabiq nazir

    Sabiq kənd təsərrüfatı naziri İsmət Abbasov oğlu Yunis Abbasovun Londonda böyük mal-mülkünün üzə çıxmasına və bununla belə övladının radikal dini təriqətin üzvü olmasına münasibət bildirib. 
    İsmət Abbasov özü və oğlu barəsində KİV-lərdə gedən məlumatları özəl olaraq Unikal.org-a şərh edib:
    “Mən dünən Bakıdan xaricə gəlmişəm. Dünənə kimi, paytaxtda olmuşam. Özüm və övladım barəsində yayılan “məlumatarı” əlbəttə ki, oxuyuram. Bu “məqalələri” gülüşlə qarşılayıram. Təbii ki, barəmdə yazılanlar şər və böhtan xarakter daşıyır. Yazılanlar yalan informasiyadır...”.

    Muxalifet - 25-06-2019

Pages