Axtarış

The search found 105785 results in 0.039 seconds.

Search results

  1. Cavad Zərif: "ABŞ PUA-sı İranın milli HHM sistemi ilə vurulub"

    “ABŞ-ın pilotsuz uçan aparatı İranın sırf milli imkanlarla ərsəyə gətirdiyi “Hordad-3” Hava hücumundan müdafiə sistemi ilə vurulub”. Bu barədə İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib. İran naziri bununla amerikan aparatının Rusiya sistemi ilə yerə salınması barədə söyləntiləri təkzib edib.

    Muxalifet - 25-06-2019

  2. ​Keçmiş baş redaktor vəfat etdi

    Bu gün tarix elmləri namizədi, görkəmli alim, tanınmış yazıçı, tarixçi, publisist, ictiami-siyasi xadim, İsrafil Məmmədov vəfat edib.
    Muxalifet.az xəbər verir ki, İsrafil Süleyman oğlu Məmmədov 1927-ci ildə Zəngəzur mahalının, Meğrı rayonunun  Əmrəkar kəndində anadan olub. İsrafil Məmmədov Orta məktəbi qızıl medalla bitirərək öz kəndində - bitirdiyi məktəbdə müəllimlik edib. 1990-cı il yanvarın 19-da ailəsi ilə birgə Bakıya pənah gətirib.

    Muxalifet - 25-06-2019

  3. ​Vəzifədən gedən Abid Şərifov DANIŞDI: "Prezidentin son sərəncamları məni çox sevindirdi"

    Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev minimum əmək haqqının və bir sıra sahələrdə aylıq vəzifə maaşlarının artırılması, habelə bəzi vəzifə təyinatları haqqında sərəncamlar imzalayıb. 
    Bununla bağlı BiG.AZ-a Baş nazirin sabiq müavini Abid Şərifov açıqlama verib. O bildirib ki, vəzifədə olub-olmamağından asılı olmayaraq, hər zaman cənab prezidentin siyasətini dəstəkləyir. 

    Muxalifet - 25-06-2019

  4. “İranı vurmaq üçün təsdiqə ehtiyacım yoxdur” - Tramp

    ABŞ prezidenti Donald Tramp İrana yönəlik ola biləcək bir hərbi əməliyyat təlimatı üçün Konqresin təsdiqinə ehtiyacı olmadığını söyləyib. Donald Tramp “The Hill” internet saytına verdiyi müsahibədə ABŞ-İran gərginliyinə münasibət bildirib. Konqresin təsdiqini almadan İrana yönəlik hər hansı bir hücum əmri vermə səlahiyyətinə sahib olub olmadığı şəklindəki suala cavab verən Tramp, "Bəli, buna səlahiyyətim var" deyib. "KONQRESİ MƏLUMATLANDIRIRIQ" Tramp "İran mövzusunda nə etdiyimizlə əlaqədar Konqresi davamlı məlumatlandırırıq, sanıram bunu da təqdir edirlər.

    Muxalifet3 - 25-06-2019

  5. “Azərbaycan ordusu qısa zaman ərzində Qarabağı azad etmək gücünə malikdir” - Ufuk Aydın

    Azərbaycan regionda güclü orduya malikdir.
    Muxalifet.az xəbər verir ki, bu sözləri “SinerjiPro”rəhbəri,tanınmış ictimai fəal Ufuk Aydın bildirib.

    Muxalifet - 25-06-2019

  6. "Əkrəm İmamoğlu üçün AKP ilə işləmək çox çətin olacaq" - POLİTOLOQ

    Məhəmməd Əsədullazadə: "Məclisdə böyük çoxluğa malik olan hakim partiya verilən qərarlara qarşı çıxacaq"
    "PKK terror təşkilatı ilə danışıqlar və son seçkilərdə Öcalandan istifadə edilməsi AKP-nin türk cəmiyyətinə vurduğu ən böyük zərbə oldu"

    Muxalifet - 25-06-2019

  7. Son 20 ildə Azərbaycanda ilk dəfədir iyun ayında belə yüksək temperatur qeydə alınıb - Rəsmi

    "Azərbaycanda dünən və bu gün çox isti müşahidə olunub. Ötən gün havanın temperaturu 37 dərəcə isti olub ki, bu da iyun ayı üçün rekord göstəricidir".

    Bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev BMT-nin Dövlət xidmətləri forumu çərçivəsində keçirilən seminarda çıxışı zamanı deyib.

    Muxalifet - 25-06-2019

  8. Azərbaycanlı cüdoçular BİABIR OLDU. II Avropa Oyunları onlar üçün bitdi

    Azərbaycanın cüdo üzrə qarışıq komandasının “Minsk 2019” II Avropa Oyunlarında çıxışları başa çatıb. 
    Yığma 1/8 finalda Fransa kollektivinə 0:4 hesabı ilə məğlub olub. Bununla da Azərbaycan cüdoçuları Oyunlarla vidalaşıblar.
    Qeyd edək ki, hesabından 4 gümüş və 7 bürünc medalı olan Azərbaycan komandası medal sıralamasında 24-cü pillədədir. Bunlardan 5-ni cüdoçular qazanıb. Rüstəm Orucov (73 kq) gümüş, Hidayət Heydərdov (73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq) və İrina Kindzerska (+78 kq) isə bürünc medal əldə edib. /Unikal

    Muxalifet - 25-06-2019

  9. Ayətullahın 97 milyard dolları təhlükədə - TRAMP BU DƏFƏ LAP HƏSSAS NÖQTƏDƏN VURDU...

    Xəbər verildiyi kimi ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni və daha sərt sanksiyaları imzaladığını açıqlayıb. Bu dəfəki sanksiyalar paketində hədəfə alınanlar arasında ölkənin Ali dini lideri Ayətullah Əli Xameneyi də var.

    Tramp deyib ki, yeni sanksiyalar ABŞ pilotsuz kəşfiyyat təyyarəsinin  vurulması və "digər bir çox şeylərə" cavabdır.

    Qeyd edək ki, bu sanksiyalar paketindən əvvəl iki ölkə arasında gərginlik son həftələrdə daha da yüksəlməkdə idi. Keçən həftə İran Körfəzdə ABŞ pilotsuz kəşfiyyat təyyarəsini  vurub salmışdı.

    Muxalifet - 25-06-2019

  10. Binəqədi-Novxanı yolunda AĞIR QƏZA - 3 avtomobil sıradan çıxdı/VİDEO

    Ötən gecə Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Qəza Binəqədi-Novxanı yolunda qeydə alınıb. Zəncirvari qəzada üç avtomobilə ziyan dəyib.

    "Mercedes", "NİVA" və "KİA" markalı avtomobillərin toqquşması nəticəsində yolda uzun tıxac yaranıb.

    Şahidlərin bildirdiyinə görə, qəzada ciddi xəsarət alanlar olmasa da, hər üç avtomobil sıradan çıxıb.

    Qəza yerinə DYP əməkdaşları cəlb olunublar. Hadisənin səbəbləri araşdırılır. /trend

    Muxalifet - 25-06-2019

  11. Ərdoğan G-20 öncəsi ABŞ, Fransa və Yunanıstana meydan oxudu

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiyanın qrup yığıncağında açıqlamalar verib.
     
    Ərdoğanın çıxışından bəzi məqamları diqqətinizə çatdırırıq:
     
    G-20 ÖNCƏSİ S-400 AÇIQLAMASI
     
    “Rəsmi ziyarət üçün Yaponiyaya gedəcəyik. Türkiyənin təhlükəsizlik ehtiyacları üçün çoxyönlü axtarışları davam etdiririk. S-400 havadan müdafiə sistemlərini gələn ay təhvil alacağıq. Bu mövzuda geri addım atmayacağıq. Türkiyə davamlı və daha böyük sınamalarla üz-üzə gəlməkdədir. Qorxaq davranmaq yerinə, həmişə meydan oxumağı seçdik.

    Muxalifet3 - 25-06-2019

  12. Rusiyadan Türkiyə ilə bağlı S-400 açıqlaması

    Rusiyanın Ticarət naziri Denis Manturov S-400 havadan müdafiə sistemlərinin hissələrinin Türkiyəyə göndərilməsinin yaxın zamanda başlayacağını ifadə edib.
     
    Manturov bir Rusiya agentliyinə verdiyi açıqlamasında, "ABŞ-ın müqavilə şərtlərinin yerinə yetirilməsinə maneə törətmə cəhdlərinə baxmayaraq Türkiyə S-400 havadan müdafiə sistemi satın alması məsələsində möhkəm və güzəştsiz bir davranış nümayiş etdirdi" deyib.

    Muxalifet3 - 25-06-2019

  13. "Tramp İran ilə həqiqi müzakirələrə açıqdır" - Bolton

    ABŞ Milli Təhlükəsizlik Məsləhətçisi Con Bolton prezident Donald Trampın İran ilə "həqiqi müzakirələrə" açıq olduğunu ifadə edərək "İranın etməsi lazım olan şey açıq olan qapıdan getməkdir" deyə söyləyib.
     
    ABŞ Milli Təhlükəsizlik Məsləhətçisi Con Bolton Qərbi Qüdsdə təşkil edilən ABŞ-Rusiya-İsrail üçlü təhlükəsizlik zirvəsində etdiyi çıxışında, Vaşinqton ilə Tehran arasında yaşanan gərginliyə dair qiymətləndirmə edib.
     
    "Nüvə silahı" açıqlaması
     

    Muxalifet3 - 25-06-2019

  14. SON DƏQİQƏ: Rusiyada güclü zəlzələ BAŞ VERDİ

    Rusiyada güclü zəlzələ baş verib.
    Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, zəlzələ Kamçatka yarımadasının yaxınlığında 6,3 bal gücündə qeydə alınıb. Hər hansı sunami xəbərdarlığı edilməyib.

    Muxalifet - 25-06-2019

  15. Ermənini məğlub edib ağlayan Mehmanın videosu rekord qırır - VİDEO

    İkinci Avropa Oyunlarının sambo yarışlarında qələbə qazanan samboçumuzun videosu sosial şəbəkələrdə maraq yaradıb. Muxalifet.az fanat.az-a istinadən xəbər verir ki, Mehman Xəlilov (57 kq) bürünc medal uğrunda döyüşdə Ermənistan samboçusu Maksim Manukyanı 9:1 hesabı ilə məğlubiyyətə uğradıb. Bu zaman Mehmanın qələbə sevinci görənləri mat-mətəl qoyub. Gözləri dolan həmyerlimiz qələbəsini məşqçiləri ilə bayram edib. Bu görüntüləri sosial şəbəkələrdə minlərlə baxış toplayıb.

    Muxalifet - 25-06-2019

  16. Bakıda restoranda gənc qızların oğlanlarla biabırçı GÖRÜNTÜLƏRİ YAYILDI - ŞOK VİDEO

    Tanınmış prodüsser və teleaparıcı Tarix Əliyev (Tolik) Bakıda restoranlardan birində çəkilmiş görüntüləri paylaşıb.
    Muxalifet.az xəbər verir ki, Tolik instagram səhifəsində restoranlardan birində gənc qızların oğlanlarla intim hərəkətlər etməsini əks etdirən görüntülər yayıb. O, gənc qızların ünvanına sərt fikirlər yazıb və onları tənqid edib. Həmin görüntüləri təqdim edirik.

     

    Muxalifet - 25-06-2019

  17. Bakıda keçmiş iş adamı güllələndi - TƏFƏRRÜAT / YENİLƏNİB

    Bakıda keçmiş biznesmen güllələnib.
    Muxalifet.az xəbər verir ki, bu barədə oxu.az-a Nizami rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib.
    Belə ki, Ucar rayonunun 40 yaşlı sakini Asim Hüseynovun cəsədi iyunun 24-də, axşam saatlarında Qara Qarayev prospektində tapılıb. Onun kürək nahiyəsində güllə yaraları aşkarlanıb.
    Hazırda Nizami Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsinin əməliyyatçıları cinayəti törətməkdə şübhə bilinən şəxsin axtarışı ilə məşğul olurlar. Şübhəli cinayət yerindən qaçıb. 

    Muxalifet - 25-06-2019

  18. Ruslarla azərbaycanlılar arasında KÜTLƏVİ DAVA - Ölən var/VİDEO

    Rusiyada azərbaycanlılarla ruslar arasında dava olub.
    Hadisə iyunun 23-də Sverdlovsk vilayətinin Nijni Serqi şəhərində qeydə alınıb.
    Belə ki, yerli klubların birində tərəflər arasında yaşanan mübahisə sonra əlbəyaxa davaya çevrilib. Nəticədə 1979-cu il təvəllüdlü Rufulla adlı soydaşımız baş nahiyəsindən ağır zərbə alıb və hadisə yerində keçinib. Faktla əlaqədar Nijni Serqi şəhər sakini, 1975-ci il təvəllüdlü Aleksandır adlı şəxs saxlanılıb və hazırda həkim nəzarətindədir.

    Muxalifet - 25-06-2019

  19. İlham Əliyev Ramil Usubovu qəbul etdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 25-də Ramil Usubovu Təhlükəsizik Şurasının katibi vəzifəsinə təyin olunması münasibətilə qəbul edib.

    Muxalifet - 25-06-2019

  20. Səhər saatlarında DƏHŞƏTLİ QƏZA: 10 ölü, 30 yaralı - FOTO

    Türkiyənin Ədirnə vilayətinin Yunanıstanla sərhəddə yerləşən Meriç mahalında qeyri-qanunu miqrantları daşıyan avtobus səhər saatlarında qəzaya uğrayıb.
    Muxalifet.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Ədirnə valisi Əkrəm Canalp qəzada 10 nəfərin öldüyünü, 30-nun yaralandığını söyləyib.
    Hadisə yerinə tibbi xidmət və jandarma qrupları cəlb edilib.

    Muxalifet - 26-06-2019

Pages