Axtarış

The search found 105785 results in 0.027 seconds.

Search results

  1. Sabah Bakıda az yağış yağacaq

    İyunun 27-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən, yağmursuz keçəcək.
    Muxalifet.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, bununla belə, səhər bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək.
    Havanın temperaturu yarımadada gecə 20-25°, gündüz 30-35°, Bakıda gecə 23-25°, gündüz 32-34° isti təşkil edəcək.

    Muxalifet - 26-06-2019

  2. Əkrəm İmamoğlu sabah vəzifəsinin icrasına başlayacaq

    Türkiyənin İstanbul Böyük Şəhər Bələdiyyəsinin yeni sədri Əkrəm İmamoğlu iyunun 27-də vəzifəsinin icrasına başlayacaq.

    “Report” Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, o, səlahiyyətləri sabah yerli vaxtla saat 18.30-da təhvil alacaq.

    Qeyd edək ki, İstanbul Böyük Şəhər bələdiyyəsi sədrliyinə təkrar seçki iyunun 23-də keçirilib.

    Əkrəm İmamaoğlu 4 milyon 741 min 868 ( 54,21 faiz) səs qazanaraq qalib olub. Onun rəqibi Binəli Yıldırım isə 3 milyon 935 min 453 (44,99 faiz) səs toplayıb.

    Muxalifet - 26-06-2019

  3. Nazirin vətəndaş qəbulunun tarixi dəyişdi

    27 iyun 2019-cu il tarixində Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov tərəfindən Şəki şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun tarixi dəyişib.
    Bu barədə FHN-nin saytında qeyd olunub. Bildirilib ki, qəbul barədə əlavə məlumat veriləcək. 
    ununla belə, nazirin birinci müavini Rəfail Mirzəyev tərəfindən Balakən şəhərində, nazir müavini Etibar Mirzəyev tərəfindən isə Zaqatala şəhərində 27 iyun 2019-cu il tarixində vətəndaşların qəbulu həyata keçiriləcək. 

    Muxalifet - 26-06-2019

  4. Rusiyadan mühüm həmlə: Bu sistemdən imtina etdi

    Rusiya silah tədarükündə müqavilələrin reallaşdırılması zamanı SVİFT və dollardan imtina edib.
    Muxalifet.az xəbər verir ki, bunu “Rosoboroneksport”un rəhbəri Aleksandr Mixeyev deyib.
    “Bizim ödəniş sistemimizdə restrukturizasiya baş verib. Biz milli valyutalara keçib, SVİFT və dollardan imtina etmişik. 2019-cu il ərzində xaricə 6 milyard dollarlıq silah satmışıq. Bununla bərabər 7 milyard dollar həcmində müqavilə imzalamışıq. Bu, sanksiya şəraiti nəzərə alınacağı təqdirdə elə də pis göstərici deyil”, – deyə o bildirib.
     

    Muxalifet3 - 26-06-2019

  5. Bağdaddan İran qərarı: ABŞ-a icazə verməyəcəyik

    Bağdad heç bir halda ABŞ-ın İrana hərbi zərbə endirilməsi üçün İraq ərazisindən istifadə etməsinə imkan verməyəcək.
    Muxalifet.az xəbər verir ki, bunu CNN-ə müsahibəsində İraq Prezidenti Bərham Saleh deyib.
    “Biz istəmirik ki, ərazimiz hansısa düşmən fəaliyyətləri üçün meydana çevrilsin. Bu, İraq və ABŞ hökumətləri arasında razılaşmanın tərkib hissəsi deyil. Biz həqiqətən ABŞ-la İran arasında eskalasiyadan və onun İraq üçün doğuracağı nəticələrdən narahatıq”, – deyə o bildirib.
     

    Muxalifet3 - 26-06-2019

  6. SON DƏQİQƏ: Türkiyə hücuma keçdi: Şəhid və yaralılar var

    Suriyada Türkiyə Silahlı Qüvvələri ilə PKK terrorçuları arasında atışma baş verib.
    Muxalifet.az Türkiyə Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, atışma zamanı bir türk əsgəri şəhid olub, beşi ağır yaralanıb.
     

    Muxalifet3 - 26-06-2019

  7. Rusiya gürcü şərabının idxalını qadağan edir

    Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi üzrə Federal Xidməti Gürcüstandan şərab gətirilməsini qadağan etmək niyyətindədir.
    Muxalifet.az xəbər verir ki, bu məlumatı “Kommersant” qəzeti öz mənbələrinə istinadən yayıb.
    Məlumata görə, gürcü şərabının keyfiyyətinə nəzarətin güclənməsi, onun idxalını məhdudlaşdıra bilər.
    Qeyd edək ki, hazırda Gürcüstan şərabı Rusiyaya idxal edilən şərabın 17%-ni təşkil edir.
     

    Muxalifet3 - 26-06-2019

  8. Vyanada güclü partlayış: xəsarət alanlar var

    Avstriyanın paytaxtı Vyanada güclü partlayış baş verib.
    Muxalifet.az xəbər verir ki, partlayış nəticəsində evlərdən birinin bir neçə mərtəbəsində dağıntılar olub.
    Polis xəsarət alanların olduğunu bildirib.
     

    Muxalifet3 - 26-06-2019

  9. ​Tramp açıqladı: Moskva potensial rəqibimizdir

    Moskvanı Vaşinqtonun rəqibi adlandırmaq istəmirəm. Onlar bizim potensial rəqibimizdir.
    Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
    O, həmçinin Almaniyanın Rusiyaya milyardlarla dollar ödədiyi halda NATO-ya pul ödəmədiyini vurğulayıb.Onun sözlərinə görə, Berlin məhz Vaşinqtonun onları qorumalı olduğu rəqibə pul ödəyir.
     

    Muxalifet3 - 26-06-2019

  10. Müharibə hələ bitməyib, hər an... – İlham Əliyev

    Bu məktəbin təməlini ulu öndər Heydər Əliyev qoymuşdur. Onun təşəbbüsü ilə bu məktəb 1971-ci ildə yaradılmışdır. Ulu Öndər həmişə bu məktəbin fəaliyyətinə böyük diqqət göstərmişdir. Hələ o vaxt bilirdi ki, bizə milli hərbçi kadrlar lazım olacaq və belə də oldu.
    Muxalifet.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantlarını və müəllimləri ilə görüşündə deyib.

    Muxalifet3 - 26-06-2019

  11. Azərbaycan ilk qızlını qazandı – “Minsk 2019”

    İyunun 26-da sərbəst güləşçimiz Mahir Əmiraslanov ikinci Avropa Oyunlarında Azərbaycana ilk qızıl medalı qazandırıb.
    Muxalifet.az xəbər verir ki, 57 kiloqram çəki dərəcəsində mübarizə aparan gənc pəhləvanımız finalda serbiyalı Stevan Misiçi 9:1 hesabı ilə məğlub edərək “Minsk 2019” ikinci Avropa Oyunlarının çempionu olub.
    İdmançımız bu qələbə sayəsində ikinci Avropa Oyunlarında Azərbaycan yığmasının aktivinə ilk qızıl medalı yazdırıb. Hazırda yığmamızın hesabında 1 qızıl, 4 gümüş və 7 bürünc medal var.

    Muxalifet3 - 26-06-2019

  12. AŞPA Rusiyanın səlahiyyətlərini təsdiqlədi

    Avropa Şurası Parlament Assambleyası (AŞPA) Rusiya nümayəndə heyətinin səlahiyyətlərinin tam miqyasda təsdiqlənməsi ilə bağlı qətnamə qəbul edib.
    Muxalifet.az xəbər verir ki, bu barədə TASS yazıb.
    Rusiyanın səlahiyyətləri ilə bağlı qətnamənin lehinə 116 parlamentari səs verib. 62 nəfər isə qətnamənin əleyhinə səs verib.
     

    Muxalifet3 - 26-06-2019

  13. ŞOK: Ukrayna AŞPA-nı TƏRK ETDI

    Assambleyanın Rusiyanın səlahiyyətlərini tam miqyasda təsdiqləməsindən sonra Ukrayna AŞPA-nı tərk etdiyini açıqlayıb.
    Muxalifet.az xəbər verir ki, qətnamənin qəbulundan dərhal sonra Ukrayna nümayəndə heyəti mərkəzə gələrək kiçik bəyanat səsləndirib.
    Ukraynalı millət vəkili Aleksey Qonçarenko mikrofona yaxınlaşıb və bildirib: "Biz gedirik".
     

    Muxalifet3 - 26-06-2019

  14. Putin Təhlükəsizlik Şurasını topladı

    Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə görüşüb.
    Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
    “Osakada keçiriləcək “İyirmilik” sammitinə hazırlıq, eləcə də forumda ikitərəfli görüşlərlə bağlı fikir mübadiləsi aparılıb”, - Peskov bildirib.
     

    Muxalifet3 - 26-06-2019

  15. ​İran ABŞ-la davada yalnız deyil - Rusiya

    Tehran Vaşinqtonla münaqişə şəraitində ona qarşı dayana bilər.
    Muxalifet.az xəbər verir ki, bunu Valday klubunda çıxışı zamanı Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov deyib.
    “İran istənilən davada ABŞ-a dayana bilər. İran yalnız deyil” – deyə o bildirib.
     

    Muxalifet3 - 26-06-2019

  16. Putin İnquşetiya liderini istefaya göndərdi

    Rusiya Prezidenti Vladimir Putin İnquşetiya rəhbəri Yunesbek Yevkurovun istefasını qəbul edib. Muxalifet.az xəbər verir ki, bu barədə RİA yazıb. Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı uzunmüddətli fəaliyyətinin nəticələri barədə danışan Yevkurov vəzifədən vaxtından əvvəl azad edilməsini və yeni komanda formalaşdırılmasını xahiş edib. İnquşetiya rəhbərinin istefasını qəbul edən Putin onun dövründə bir sıra sahələrdə görülmüş müsbət işlərdən danışıb.

    Muxalifet3 - 26-06-2019

  17. ​1500 ilin ən isti yayı gəlir - Xəbərdarlıq

    Avropalı alimlər və meteoroloqlar iyunun sonunda gözlənilən anomal istilərə görə minlərlə insanın öləcəyini proqnozlaşdırırlar.
    Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı “Vaşinqton Post” qəzeti yayıb.
    Alimlərin proqnozuna görə, növbəti cümə günü Madriddə temperatur 40,6 dərəcəyə, Fransada isə 45 dərəcəyə qədər yüksələcək. Fransada bunun tarixi rekord olacağı və 2003-cü ildə qeydə alınan, 11 min fransızın ölümünə səbəb olan 44,1 dərəcəlik temperaturu üstələyəcəyi vurğulanıb.

    Muxalifet3 - 26-06-2019

  18. ​Kosmos müharibəsi başlayır - NATO-nun hərbi planı

    Hərbi strategiyasını kosmosa daşımağa hazırlaşan NATO tarixdə ilk dəfə olaraq, ilk strateji kosmos planını alyansa üzv dövlətlərin müdafiə nazirlərinin Brüsseldəki sammitində təqdim edəcək.
    Muxalifet.az xəbər verir ki, alyansın kosmos strategiyasını müəyyən edən bu hərbi plan sammitdə səsverməyə çıxarılacaq.
    NATO Baş katibi Yens Stoltenberq məsələ ilə əlaqədar jurnalistlərə açıqlamasında planın səsvermədən keçəcəyinə inandığını bildirib:

    Muxalifet3 - 26-06-2019

  19. ​Avropa Şurasına yeni baş katib seçildi

    Avropa Şurasına yeni baş katib seçilib.
    Muxalifet.az xəbər verir ki, qurumun yeni baş katibi xorvatiyalı Mariya Pelçinoviç Buriç olub.
    Bu gün AŞPA-da keçirilən səsvermənin yekun nəticələrinə görə, Mariya Pelçinoviç Buriç 159 səs, onun rəqibi - belçikalı Didye Reynders isə 105 səs toplayıb. Yeni baş katib səlahiyyətlərinin icrasına sentyabrdan başlayacaq.
     

    Muxalifet3 - 26-06-2019

  20. Gürcü larisi sürətlə dəyərini itirir

    Gürcü larisi Rusiya tərəfindən tətbiq edilən turizm embarqosu fonunda dəyərini itirməyə davam edir.
    Muxalifet.az-ın RİA-ya istinadən verdiyi məlumata görə, 27 iyun üçün larinin 1 dollara qarşı rəsmi məzənnəsi 2,8470 lari təşkil edir, bu isə bu günün məzənnəsindən də 0,5 faiz aşağıdır.
    Gürcüstan statiskasının məlumatına əsasən, 2018-ci ildə Gürcüstana gələn turislərin 21 faizi Rusiyadan olub.
     

    Muxalifet3 - 26-06-2019

Pages