Axtarış

The search found 105785 results in 0.038 seconds.

Search results

  1. Azərbaycanda DƏHŞƏTLİ MƏNZƏRƏ: Minlərlə yumurtanı çölə atdılar, içindən diri cücələr çıxdı - VİDEO

    Azərbaycanda gənclər yolda dəhşətli mənzərə ilə qarşılaşıblar.
    "Yeni Sabah" xəbər verir ki, gənclər yolla gedərkən yaxınlıqdakı zibillikdən cücə civiltiləri eşidiblər. Zibilliyə yaxınlaşan gənclər qorxunc mənzərənin şahidi olublar. Belə ki, minlərlə yumurtanın zibilliyə atıldığının şahidi olan gənclər gördükləri mənzərə qarşısında şoka düşüblər. Hətta, həmin yumurtaların içindən diri cücələri götürüb onlara qulluq ediblər. Bunun kimin etdiyi isə hələ bəlli deyil.
    Sözügedən götüntüləri təqdim edirik.
     

    Muxalifet - 27-06-2019

  2. “Tərəflərin əlində böyük sayda hərbi qüvvə, texnika var, hər şey ola bilər...” - AVROPA İTTİFAQININ NÜMAYƏNDƏSİ

    Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində son bir neçə gündür ki, misli görünməmiş sakitlik hökm sürür. Hər iki tərəf atəşkəsin pozulması hallarının demək olar ki, baş vermədiyi haqda raportlar verirlər. Hətta Azərbaycan Müdafiə Nazirliyinin cəbhə xəttindəki vəziyyətə dair gündəlik raportlarında da “ara-sıra açılan tək atəşlər istisna olmaqla” nisbi sakitlik hökm sürdüyü qeyd olunur.

    Muxalifet - 27-06-2019

  3. Məşhur reper HƏBS EDİLDİ

    Türkiyənin tanınmış reperi Ezhel həbs cəzasına məhkum edilib.
    Muxalifet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir neçə ay əvvəl mahnılarında narkotik istifadəsini dəstəklədiyi iddiasıyla həbs olunan və daha sonra azadlığa buraxılan 29 yaşlı reper haqqında yeni bir iddia ortaya çıxıb.
    Belə ki, keyfverici maddə istifadə etdiyi deyilən musiqiçiyə 1 il 8 ay həbs cəzası verilib.

    Muxalifet - 27-06-2019

  4. Bağçalarda monitorinqlər aparılacaq - Uşaqların düzgün qidalanması ilə bağlı

    Yay mövsümünün başlanması ilə əlaqədar bağçalarda uşaqların düzgün qidalanmasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən monitorinqlər aparmaq üçün tədbirlər planı hazırlanır.
    Muxalifet.az xəbər verir ki, bu barədə Trend-ə Agentliyin mətbuat katibi Aysel Fərziyeva məlumat verib.

    Muxalifet - 27-06-2019

  5. ​“Nar” 4G istifadəçilərinin sayı 700 minə çatıb

    Ölkənin ən geniş 4G şəbəkələrindən birinə malik olan “Nar”-ın 4G istifadəçilərinin sayı sürətlə artmaqdadır. Son 1 il ərzində “Nar” 4G internetindən istifadə edənlərin sayı 2 dəfə artaraq 700 minə çatıb. Mobil operatorun 4G istifadəçilərinin sayının artmasına ölkə arazisində yeni baza stansiyalarının quraşdırılması, “Nar”-ın təqdim etdiyi paketlər və tariflər, eləcədə 4G smartfon penetrasiyasının artımı təsir edib. Qeyd edək ki, son 1 il ərzində “Nar”-ın smartfon istifadəçilərinin sayı 23% artıb.
     

    Muxalifet4 - 27-06-2019

  6. ​DƏHŞƏTLİ GÖRÜNTÜ: Generalı mühafizə edən polis belə ÖLDÜRÜLDÜ - 18+VİDEO

    Generalı mühafizə edən polis əməkdaşı faciəli şəkildə ölüb.
    Filippində toplantıdan  qayıdan general  Banthit Bunyapanın avtomobilini müşayiət edən təhlükəsizlik əməkdaşı dəhşətli qəzaya düşüb. Generalın hərəkət etdiyi xidməti avtomobilin önündə hərəkət edən polis əməkdaşının olduğu zirheli motosiklet taksi ilə qoqquşub. Zərbədən polis əməkdaşı bir neçə metr aralıda yerə yıxılıb. Mətbuat bunun sui qəsd olduğunu iddia edib. Həmin dəhşətli videonu təqdim edirik.
     

    Muxalifet - 27-06-2019

  7. Fuad Abbasovun evini əlindən aldılar

    Rusiyadan Azərbaycana deportasiya edilən jurnalist Fuad Abbasovun səhhəti yaxşı deyil.

    Muxalifet.az xəbər verir ki, bu haqda Modern.az-a F. Abbasovun atası Malik Abbasov bildirib.

    O bildirib ki, Fuad Abbasovun indi həyəcanlı vaxtıdır.

    Səhhəti hələ o qədər də yaxşı deyil. Hazırda özünü pis hiss edir. Bakıya məcbur göndərdilər Fuadı. Əgər Bakıda iş verilsə, Fuad burda yaşayacaq.

    Muxalifet4 - 27-06-2019

  8. "Sosial sığorta haqqının hesablanmasına yenidən baxılmalıdır" - VÜQAR BAYRAMOV

    "Minimum əməkhaqqı məbləğinin 250 manata çatdırılması ilə bağlı qərardan sonra sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin ödədiyi sosial sığorta haqqının hesablanmasına yenidən baxılması məqsədə uyğundur". Muxalifet.az xəbər verir ki, bunu iqtisadçı ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov deyib. Onun sözlərinə görə, sosial paketin iqtisadi təsirlərini nəzərə alaraq sığorta haqqları ilə minimum əməkhaqqı məbləği arasındakı əlaqənin aradan qaldırılmasına ehtiyac var: "Belə ki, minimum əməkhaqqı məbləği artanda sosial ödənişləri də çoxalır.

    Muxalifet4 - 27-06-2019

  9. 1400 AZN PENSİYA ALIRLAR, NARAZIDIRLAR - Hadı Rəcəbli: “Sabiq deputatların pensiyası artırılacaq”

    Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı parlamentin bu gün keçirilən plenar iclasında pensiyada olan deputatların pensiyasının artırılmasını təklif edib.

    Muxalifet.az-ın report-a istinadən xəbərinə görə, o deyib ki, sabiq deputatlar ona müraciət ünvanlayıblar.

    “Sabiq deputatlar mənə müraciət ediblər ki, Milli Məclisdə pensiya məsələsinə baxılsın. Onlar pensiyanın məbləğindən narazılıq edirlər”, - o vurğulayıb.

    Muxalifet4 - 27-06-2019

  10. İran Trampın cavabını verdi: “Siz bizi yox edə bilməzsiniz”

    İranın Xarici İşlər naziri Cavad Zərif paytaxt Tehranda CNN müxbirinin verdiyi ABŞ prezidenti Trampın "İranı yox edərik" təhdidinə münasibət bildirib.
     
    Trampın İran haqqında "qəti olaraq yanıldığını" söyləyən Zərif, "ABŞ İranı yox edəcək səviyyədə deyil. Qadağan edilmiş silahlardan (kütləvi qırğın silahları) istifadə etmədən bunu edəcək imkanları yoxdur" deyə söyləyib.

    Muxalifet3 - 27-06-2019

  11. DEPUTAT YENƏ MAAŞININ AZLIĞINDAN GİLEYLƏNDİ - Tahir Kərimli: "Müavinət vəzifə maaşı ilə əvəz olunsun"

    “Hakimlərin vəzifə maaşları əhəmiyyətli dərəcədə artır. Qanunvericiliyə edilən dəyişikliyə əsasən, Ali Məhkəmənin sədrinə Milli Məclis Sədrinin aylıq vəzifə maaşı həcmində əməkhaqqı veriləcək. Belə olan halda, digər hakimlərin maaşı artacaq. Bu, çox yaxşıdır. Hakimlər deputatlara uyğun olaraq vəzifə maaşı alacaqlar və pensiya hüququ təmin edildikdə də, vəzifə maaşı olduğu üçün onların pensiyası yüksək olacaq. Amma təəssüflər olsun ki, deputatlarda belə deyil. Çünki biz əlavəni müavinət şəkilində alırıq”.

    Muxalifet4 - 27-06-2019

  12. Təyyarə binaya girdi!

    Rusiyanın Buryatsk əyalətində bir sərnişin təyyarəsinin havalimanına təcili eniş edərkən yoldan çıxması nəticəsində qəza törədib.
     
    Rusiya mətbuatında yer alan xəbərlərə görə, Buryatsk əyalətində Nijneangarsk Ulan Ude reysini yerinə yetirmək üçün Nijneangarsk Havalımanından qalxan An-24 tilpi sərnişin təyyarəsi qısa müddət sonra təcili eniş etmək üüçün havalimanına geri qayıdıb.
    Eniş əsnasında yoldan çıxan təyyarə bir binaya çarpdıqdan sonra yanmağa başlayıb.
    Təxminən 40 sərnişinin olduğu təyyarədə 2 pilot həyatını itirib, 22 adam yaralanıb.

    Muxalifet3 - 27-06-2019

  13. ​“Xəzər dənizi bir neçə ailənin ixtiyarına verilə bilməz...” – DEPUTAT ƏSƏBLƏŞDİ

    “Xəzər dənizinin Azərbaycan hissəsinə diqqət yetirsək, çox təəssüfedici mənzərə ilə üz-üzə qalırıq. Elə etmək lazımdır ki, dənizin sahilində ərazilər tam təmiz olsun və ətraf mühitə zərər yetirilməsin. Dəniz Nabrandan başlayaraq Abşeron ərazisinə qədər çirklidir. Bu natəmizlik aradan qaldırılmalıdır”.
    Muxalifet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.
    Onun sözlərinə görə, dənizin sahilini turizm zonasına çevirmək mümkündür:

    Muxalifet4 - 27-06-2019

  14. Şiddətli dolu Qusar və Quba rayonlarında bir sıra fəsadlar törədib - VİDEO

    İyunun 26-sı yağan şiddətli dolu Qusar və Quba rayonlarında bir sıra fəsadlar törədib.

    AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, günorta saatlarında 5 dəqiqə ərzində yağan dolu əsasən biçilməmiş taxıl, tərəvəz sahələrinə və meyvə bağlarına ziyan vurub.

    Güclü küləklə müşayət olunan dolu nəticəsində Qusar rayonunun Çiləgir kəndində Pərviz Mustafayevə məxsus evin damı uçub, 40 hektara yaxın taxıl, 27 hektar tərəvəz sahəsi yararsız vəziyyətə düşüb.

    Dolu Quba rayonunun bir sıra ucqar yaşayış məntəqələrində də fəsadlar törədib.

    Muxalifet - 27-06-2019

  15. Məmurlarımızın və balalarının bahalı saat sevdası... - FAKTLAR

    Xəbər verildiyi kimi, İspaniyanın məşhur İbiza kurortunda Azərbaycan vətəndaşının 1 milyon funt-sterlinqliq dəyərində saatı oğurlanıb.

    Muxalifet - 27-06-2019

  16. SON DƏQİQƏ: S-400-lər Türkiyəyə gətirildi!

    Rusiya dövlət müdafiə sənayesi şirkəti “Rosoboronexport!-un başçısı Aleksandr Mixeyev S-400 havadan müdafiə sisteminin Türkiyəyə ilk təslimatı üçün 99 faiz hazır olduqlarını açıqlamışdı. “Habertürk”-ün yazarı Çetiner Çətin S-400-lərin bu gün nəql əməliyyatının ediləcəyi hərbi bazaya gətirildiklərinin öyrənildiyini bildirib.
     

    Muxalifet3 - 27-06-2019

  17. "Yol hərəkəti haqqında" QANUN DƏYİŞDİ: Bundan sonra...

    Ölkədə yol hərəkətinin nizamlanması üçün əlavə iki nişan da tətbiq ediləcək. Muxalifet.az xəbər verir ki, bununla bağlı “Yol hərəkəti haqqında” qanuna dəyişiklik edilir. Parlamentin bugünkü iclasına çıxarılan qanun layihəsi barədə komitə sədri Əli Hüseynli məlumat verib. Dəyişikliyə əsasən, qanunun 5 saylı Əlavəsinin “1. Üfüqi nişanlanma qrupu”na yeni “1.25. Nişanlanma xətti” (“sarı kəsişmə toru”) təklif olunur.

    Muxalifet - 27-06-2019

  18. Xalq artistindən prezidentə müraciət - Xalqı "həkimlər"dən xilas edin

    Xalq artisti Brilliant Dadaşova Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət ünvanlayıb. 
    Müğənni Azərbaycan həkimləri ilə bağlı ölkə prezidentinə şikayət edib: 
    "Əziz prezidentimiz, sizə qurban olum. Bu xalqı çoxsaylı pinəçi "həkim"lərin əlindən xilas edin. Qohumlarımın əksəriyyəti yaxşı, savadlı həkim olduqları üçün xəbərdaram ki, bir neçə il bundan əvvəl həkimlər arasında test imtahanı keçirilmişdi. 

    Muxalifet - 27-06-2019

  19. ​Pərvin Abıyevanın yeni “Range Rover”i: "Özüm almışam" - VİDEO

    Tanınmış azərbaycanlı aktrisa Pərvin Abıyeva yeni “Range Rover” markalı maşını ilə görünüb.
    Muxalifet.az xəbər verir ki, Lent.az-ın foto-kamerasına tuş gələn aktrisa bildirib ki, avtomobili öz pulu ilə alıb:
    “Heç bir zaman hədiyyə qəbul etmirəm. İstəmirəm ki, kiminsə yanında gözü kölgəli olum. Ona görə də Allah hər zaman özümə versin. Böyük hədiyyələri heç vaxt qəbul etmirəm. Xırda şeylərlə xoşbəxt olmağı bacaran insanam. Bunu özüm almışam. Sentyabrdan bəri idarə edirəm”.

    Muxalifet - 27-06-2019

  20. Rusiya ABŞ-a MEYDAN OXUDU: İrana hücum edilsə, biz də...

    “ABŞ hərbi müdaxilə etsə, İran yalnız olmayacaq”.
    Bunu Rusiya Xarici İşlər Nazirliyinin Asiya ölkələri üzrə xüsusi səfiri Zamir Kabulov deyib.
    “The Moscow Times” qəzetinin xəbərinə görə, Moskvada keçirilən Rusiya-İran Siyasi Forumunda çıxış edən Kabulov Rusiyanın İranı tək qoymayacağını deyib. Rusiya digər dövlətlər İrana qarşı simpatiya və empatiya ilə yanaşır.

    Muxalifet - 27-06-2019

Pages