Axtarış

The search found 105785 results in 0.146 seconds.

Search results

  1. ​ABŞ silahlı qüvvələrində xidmət edən azərbaycanlı serjant - FOTOLAR

    Azərbaycandan fərqli olaraq ABŞ silahlı qüvvələrində əsgəri xidmət könüllüdür. Burada yalnız vətəndaşlar, eləcə də bu ölkədə yaşamaq hüququ olan kişi və qadınlar xidmət edə bilərlər. Hərbi xidmət müddəti müqavilə əsasında iki ildən altı ilədək təyin olunur. 

    Muxalifet - 28-06-2019

  2. Rusiya Azərbaycana çirkli neftə görə pul ödəyəcəkmi...

    Rusiyanın tranzit neft kəmərlərinin operatoru olan “Transneft” şirkəti Qazaxıstanın “Kaztransoyl” şirkətinə çirkli neftə görə kompensasiya ödəməyə razılaşıb. Virtualaz.org xəbər verir ki, Rusiya şirkəti Qazaxıstan şirkətinə hər barrel üçün 15 dollar ödəyəcək. Bu haqda “Reuters” üç ayrı mənbəyə istinadən bildirir.

    Muxalifet - 28-06-2019

  3. Türk pilotlarının tarixi həmləsi Yunanları titrətdi!

    Türk F-16-ları “Yavuz” qazma gəmisini salamladı, F-16 pilotları “Yavuz”un üzərində uçarkən o anı xatirə olaraq fotoşəkillə ölümsüzləşdirdi. Pilotların Şərqi Aralıq dənizində neft və qaz axtarışı aparan “Yavuz” qazma gəmisiylə özçəkiminə Yunan mətbuatında geniş yer verilib. "Newsbomb" xəbər saytı Türk pilotların “Yavuz” qazma gəmisi üzərindən salamlayaraq uçuşunu və bunu fotoşəkillə ölümsüzləşdirməsini "Ankaradan güc nümayişi: “Yavuz” Aralıq dənizində döyüş təyyarələrinin müşayiəti ilə gəzir" başlığı ilə xəbər dərc edib. Eyni vurğu Yunan Kiprinin mətbuatında gedən yazılarda da edilib.

    Muxalifet3 - 28-06-2019

  4. İmamoğlunun 7 il öncəki tviti SÜRƏTLƏ YAYILIR: Türkiyədə iqtidar olacağıq

    İstanbul Böyükşəhər Bələdiyyəsinin yeni sədri Əkrəm İmamoğlunun 7 il öncə paylaşdığı tvit yenidən müzakirələrə səbəb olub.
    Onun 2012-ci ildə Tvitter səhifəsində yazdığı “Bəylikdüzündə iqtidar olmadan bizə yuxu yox! Bilin ki, ardından İstanbulda, Türkiyədə iqtidar olacağıq” sözləri sosial şəbəkə izləyiciləri tərəfindən sürətlə paylaşılmaqdadır.
    Xatırladaq ki, 23 iyunda keçirilən təkrar seçkilərdə Ə.İmamoğlu (Millət ittifaqı) rəqibi Binəli Yıldırıma (Cümhur ittifaqı) təxminən 800 minlik səs fərqi ilə qalib gəlib./axar

    Muxalifet - 28-06-2019

  5. İrəvan Moskvaya meydan oxudu - ermənilər odla oynayır

    Ermənistan BMT-nin ardınca AŞ PA-da da Rusiyaya qarşı çıxdı; Paşinyan Kremlə qarşı cəsarəti haradan alır? Ermənistan yenidən özünü Qərb üçün bazarlığa çıxarır - hədəf; Tiflis isə işğalçını yenə məyus etdi və Bakını seçdi...

    Muxalifet - 28-06-2019

  6. ​Bütün Fransa azərbaycanlı Qadir Babayevin müdafiəsinə qalxdı

    Fransanın Ruan şəhərində bütün Fransa ictimaiyyətinin, media və hətta yerli millət vəkillərinin müdaxiləsi yerli universitetdə təhsil alan 21 yaşlı Qadir Babayevin deportasiyasına mane olub.
    Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Le Parisien nəşri yazıb.

    Muxalifet - 28-06-2019

  7. Əsəd güclərinə ağır zərbə: Müxalif güclər irəliləyir

    Heyət Tahrir Şam (HTŞ) və Azad Suriya Ordusuna (ASO) bağlı müxalif güclərin rejim qüvvələrinə qarşı Hama və İdlibdə başlatdığı hücumlarda irəliləmə təmin etdiyi və çox sayda rejim əsgərinin öldürüldüyü bəyan edilib.
     
    Suriyanın Hama və İdlib bölgəsində qarşıdurmalar yenidən alovlanıb. Heyət Tahrir Şam (HTŞ) və Azad Suriya Ordusuna (ASO) bağlı müxalif güclərin rejim qüvvələrinə qarşı Hama vilayətinin şimal qərb çölündəki Huwayz qəsəbəsinə ağır bir hücum başlatdığı bildirilib.

    Muxalifet3 - 28-06-2019

  8. Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə - İmtahan keçiriləcək

    Dövlət İmtahan Mərkəzi tərəfindən iyunun 30-da dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək.
    DİM-dən Muxalifet.az-a verilən xəbərə görə, imtahan Bakı şəhərində təşkil olunacaq. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 432, BB qrupu üzrə 1334, ümumilikdə isə 1766  namizəd  qeydiyyatdan keçib.

    Muxalifet - 28-06-2019

  9. ​Türkiyənin məşhur aktyoru BAKIDA - FOTO

    Türkiyəli məşhur aktyor Murat Serezli Bakının qonağı olub.
    Mualifet.az xəbər verir ki, bu barədə Kənan Mahmudov instaqramda məlumat verib.
    Qeyd edək ki, türkiyəli aktyor “Savaşçı” serialında “Komutan” rolunu canlandırır. Aktyoru Bakıda onun eyni serialda çəkilən rol yoldaşı Kənan Mahmudov (Kənan M. M) qarşılayıb.
    Onlar Şəhidlər Xiyabanı və Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

    Muxalifet - 28-06-2019

  10. Yanğınlarla bağlı iki qurumdan xəbərdarlıq

    FHN rəhbəri və “Azərenerji” əhalini diqqətli olmağa çağırdı: “İnsanlar diqqətli olmalıdır”

    Yay gələndən Bakıda ardıcıl yanğın hadisələri baş verir. Xüsusən son iki gündə belə hadisələr çoxalıb.

    İyunun 22-də Qara Qarayev prospekti 35a ünvanında yerləşən hündürmərtəbəli binanın zirzəmisi, ayın 23-də həmin prospektdəki “X-Lady” mağazasının damı yanıb və tez bir zamanda söndürülüb.

    Muxalifet - 28-06-2019

  11. İsrailin Aralıq dənizində işğal planı

    Fələstinin məhvinin müzakirə olunduğu Bahreyndə Şərqi Aralıq dənizində yaşanan gəlişmələrin də danışıldığı ifadə edilir. Fələstinli Beynəlxalq Əlaqələr eksperti Cəlal Selmi sionist dövlətin yeni Aralıq dənizi layihəsi çərçivəsində Livan İqtisadi Bölgəsi xüsusiyyəti daşıyan Kariş bölgəsi və 9-cu blok olaraq adlandırılan dəniz xəttinin İsrailə veriləcəyini söyləyib. ABŞ-ın Fələstini məhv etmə planının müzakirə olunduğu Bəhreyndə, Şərqi Aralıq dənizi də gündəmə gəlib. Livanın İqtisadi Bölgəsi olan və zəngin qaz yataqları ilə dolu olan 9-cu blokun İsrailə verilməsinə yaşıl işıq yandırılıb.

    Muxalifet3 - 28-06-2019

  12. Təmas xəttində sakitlikdir - Nazirlik məlumat yaydı

    Sutka ərzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində nisbi sakitlik müşahidə olunub.
    Bu barədə Muxalifet.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
    Cəbhənin bəzi sahələrində atəşkəs rejimi ara-sıra açılan atəşlə pozulub.

    Muxalifet - 28-06-2019

  13. Putinlə Trampın görüşü başladı - VİDEO

    Rusiya prezidenti Vladimir Putinlə amerkalı həmkarı Donald Tramp arasında kritik görüş başlayıb.
    Muxalifet.az xəbər verir ki, liderlərin görüşü Yaponiyanın Osaka şəhərində G-20 sammiti çərçivəsində keçirilir. 

    Muxalifet - 28-06-2019

  14. Əyləncə mərkəzlərində uşaqların həyatı təhlükədə

    “Meqafun”da baş verən hadisənin yeni təfərrüatları ortalığa çıxır - şarlara helium yox, propan qazı vurulubmuş

    Muxalifet - 28-06-2019

  15. ​Azərbaycanlı dəhşətli qəzada yaralanan vəzifəli şəxs BAKIYA GƏTİRİLDİ

    Dünən Biləsuvar rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsində zamanı xəsarət alan sürücü Bakıya gətirilib.
    Kliniki Tibbi Mərkəzdən Publika.az-a verilən məlumata görə, "VAZ 21 015" markalı avtomobilla toqquşan "Lada Priora"nın sürücüsü, 1955-ci il təvəllüdlü Dövlətov Şakir Əhməd oğlu xəstəxanaın cərrahiyyə şöbəsinə yerləşdirilib.
    Qeyd edək ki, dəhşətli qəzada Biləsuvar rayon sakinləri - "VAZ-21015" markalı avtomobildə olan 1944-cü il təvəllüdlü Şükufə Qəhrəman qızı Tağıyeva və 1961-ci il təvəllüdlü Hüseynova Güllübəyim Mehdi qızı hadisə yerində ölüb.

    Muxalifet - 28-06-2019

  16. Fransada məscidə silahlı hücum! Yaralılar var...

    Fransanın Brest şəhərindəki bir məscidin qarşısında açılan atəş nəticəsində biri məscid imamı olmaqla, 2 adam yaralanıb. Təcavüzkar isə avtomobilinin yanında ölü tapılıb.
     
    Fransız mətbuatında gedən xəbərlərdə, Müsəlmanların sıx olaraq yaşadığı Brestin Pontanezen Məhəlləsində bir adamın məscid qarşısında atəş açması nəticəsində biri məscid imamı olmaqla, 2 adamın yaralandığı ifadə edilib.
    Xəbərə görə, hadisədən sonra avtomobilə doğru qaçan təcavüzkar daha sonra avtomobilinin yanında ölü tapılıb.

    Muxalifet3 - 28-06-2019

  17. ​İnanılmaz üsulla həbsdən qaçanlar...

    Dünyada indiyədək müxtəlif yollarla həbsxanalardan qaçan məhkumlar olub.
    “Qafqazinfo” xəbər verir ki, McNair adlı məhbus dodaq nəmləndiricisi sayəsində həbsdən qaçıb. O, kamerasında tapdığı kremi biləklərinə sürtərək qolundakı qandallardan xilas olub. Buna baxmayaraq, McNair polisdən çox gizlənə bilməyib. Fərari qısa zaman ərzində yenidən yaxalanıb.

    Muxalifet - 28-06-2019

  18. “Onların törəmələrinin qollarındakı saatın puluna...” - Azərbaycanlı milyarder məmurları hədəfə aldı

    İspaniyanın İbiza kurort adasında 22 yaşlı Azərbaycan vətəndaşının 1.5 milyon dollar dəyərində "Richard Mille 50-03 MCLaren F1” markalı saatının oğurlanması əhvalatı yerli mətbuatda əsas müzakirə mövzusudur. Muxalifet.az Virtualaz.org-a istinadən xəbər verir ki, əvvəlcə həmin "ifrat varlı” gəncin Azərbaycan məmurlarından birinin oğlu olduğu haqda iddialar sosial şəbəkələrdə, ardınca internet KİV-lərində yayıldı. Lakin bu məlumat qəti təkzib olundu.

    Muxalifet - 28-06-2019

  19. Ərdoğandan sanksiya və F-35 açıqlaması

    G-20 Liderlər Zirvəsində iştirak etmək üçün Yaponiyada olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Yaponiyanın “Nikkei” qəzetinə açıqlama verib. Ərdoğan "Trampı S-400 raketlərinin satın alınmasına qarşılıq Türkiyəyə sanksiya tətbiq etməməyə razı sala biləcəksinizmi" sualına bu cavabı verib:
     
    Təhdid dili fayda gətirməz
     

    Muxalifet3 - 28-06-2019

  20. Rusiyada görünməz radar hazırlandı

    Rusiyada təyyarələr və kəşfiyyatçı-dronlar üçün görünməz olan “Tropa” passiv radiolokasiya stansiyası (RLS) yaradılıb.
    “RİA Novosti” xəbər verir ki, bunu “OKB-Planeta” şirkətinin baş direktoru Aleksandr Petrov deyib.
    Onun sözlərinə görə, RLS sınaqdan uğurla keçib:
    “İdeya sadədir – teleyayım və mobil rabitə qülləsindən əks etməni istifadə etmək. Yəni RLS qəbul əsasında işləyir və özü heç nə saçmır, deməli, o, görünmür, eşidilmir. Eyni zamanda, uçan aparatlar haqqında bizi maraqlandıran məlumat ala bilərik”.

    Muxalifet - 28-06-2019

Pages