Axtarış

The search found 105785 results in 0.077 seconds.

Search results

  1. ​Mariya Stadnik finalda - Foto

    İyunun 27-də “Minsk 2019”un güləş yarışlarının üçüncü günündə Azərbaycanın qadın pəhləvanı Mariya Stadnik (50 kq) finala vəsiqə qazanıb.
    Muxalifet.az xəbər verir ki, Olimpiya Oyunlarının üçqat mükafatçısı, dünya və yeddiqat Avropa çempionu M.Stadnik yarımfinalda Türkiyə güləşçisi Evin Demirhanı məğlub edib. Güləşçimiz finalda Ukrayna təmsilçisi Oksana Livaç ilə qarşılaşacaq.
    Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK baş katibinin müavini Azər Əliyev və Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov güləşçimizin çıxışını izləyiblər.

    Muxalifet3 - 27-06-2019

  2. Mədəniyyət Nazirliyində mühüm görüş

    Mədəniyyət nazirinin müavini Rafiq Bayramov ilə Hindistanın nümayəndə heyəti arasında görüş keçirildi.
    Muxalifet.az xəbər verir ki, Azərbaycan Respublikasının Hindistan Respublikasındakı Səfiri Əşrəf Şıxəliyevin də qatıldığı nümayəndə heyətinə Hindistanın iri korporasiyalarını birləşdirən Global Korporativ Xidmətlər Assosiasiyası (GACS) təşkilatının rəhbərləri daxil idi.

    Muxalifet3 - 27-06-2019

  3. Quba-Xınalıq yolu bağlandı

    İyunun 27-də Qubanın dağlıq ərazilərinə yağan güclü leysan yağışından sonra yaranan sel Quba-Xınalıq yolunu bağlayıb.
    Muxalifet.az xəbər verir ki, dağlardan gələn qaya parçaları və palçıq kütləsi suötürücü qurğuları bağladığından sel suları yolun hərəkət hissəsini basıb. Bu səbəbdən Xınalıq kəndinə gedən yol iki saat müddətində avtomobillərin hərəkət üçün bağlı qalıb.
    Günün ikinci yarısında başlayan leysan yağışı bir-neçə saat davam edib. Əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli qurumlarının canlı qüvvəsi və ağır texnika cəlb olunub.

    Muxalifet3 - 27-06-2019

  4. ​Hacı Əliyevdən möhtəşəm uğur: Ölkəmiz II qızılını qazandı

    Azərbaycan sərbəst güləşçisi Hacı Əliyev "Minsk 2019" II Avropa Oyunlarında qızıl medal qazanıb.
    Muxalifet.az xəbər verir ki, 65 kq çəkidə yer alan 28 yaşlı pəhləvan finalda Vladimir Xinçeqaşvilini məğlubiyyətə uğradıb. İlk hissədə ardıcıl iki fəndlə 4:0 hesabı ilə önə çıxan Əliyev rəqibin etirazları qəbul olunmayınca aktivinə daha 1 xal yazdırıb.
    İkinci yarının əvvəllərində Xinçeqaşvili 2 xal alsa da, Əliyev daha 5 xalla fərqi 8-ə çatdırıb. Nəticədə o, 10:2 hesabı ilə qalib gələrək yarışın qalibi olub.

    Muxalifet3 - 27-06-2019

  5. ​ABŞ İranla savaşmağın yolunu axtarır

    Prezident Donald Trampın İranla dialoq hazır olduğunu bəyan etməsinə baxmayaraq, rəsmi Vaşinqton belə bir dialoqla maraqlanmır.
    Muxalifet.az xəbər verir ki, Fransa başda olmaqla, bir sıra Avropa dövlətləri İran-ABŞ gərginliyinin açıq qarşıdurmaya çevrilməməsinin yollarını axtarır:
    “Lakin əldə edilən faktlar bunun əksini göstərir. Fransa rəsmiləri əmindir ki, rəsmi Vaşinqton İranla dialoqa getməkdə maraqlı deyil və prosesin bu yolla həlli ilə maraqlanmır”.
    Bundan əlavə, ABŞ-ın İrana qarşı hərbi koalisiya qurmaq hazırlığında olduğunu iddia edilib:

    Muxalifet3 - 27-06-2019

  6. Gürcü baş nazirdən etiraf: Biz büdrədik

    İyunun 20-də Tiflisdə polis əməkdaşlarının qanuni güc tətbiq etməkdən başqa yolu olmayıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Mamuka Baxtadze keçirdiyi xüsusi brifinqdə bildirib.
    Baş nazir deyib ki, həmin gün bir neçə saat ərzində polis əməkdaşları fiziki zorakılıq və təhqiramiz ifadələrə məruz qalıblar:
    “Həmin gecə baş verənlər nə Daxili İşlər Nazirliyi, nə də onun rəhbərinin seçimi oldu. Bu, polis əməkdaşlarının ölkə konstitusiyası və nizam-intizamı qorumaqla bağlı vəzifə borcu idi”.

    Muxalifet3 - 27-06-2019

  7. ​İran savaşının qarşısını almaq üçün... - Makron

    İranla savaşın qarşısını almaq üçün ABŞ Prezidenti Donald Trampla danışacağam.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron deyib.
    “Hərbi gərginliyin qarşısını almaq üçün hər şeyi edəcəyəm. Cümə günü G20 sammitində Trampla görüşəcəyəm”, - deyə dövlət başçısı bildirib.
    Xatırladaq ki, İranın Oman körfəzində ABŞ-a aid pilotsuz uçuş aparatını (PUA) vurmasından sonra regionda vəziyyət daha da gərginləşib.
     

    Muxalifet3 - 27-06-2019

  8. Ərdoğandan S-400 açıqlaması: Tramp bunu bilir!

    ABŞ Prezidenti Donald Tramp S-400 komplekslərinin Türkiyəyə yerləşdirilməsi motivlərini bilir.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yaponiyanın “Nikkey” qəzetinə açıqlamasında deyib.
    Qeyd edək ki, Ərdoğan Yaponiyanın Osaka şəhərində baş tutacaq G20 sammiti çərçivəsində Trampla görüşəcək.
     

    Muxalifet3 - 27-06-2019

  9. Şəhidlərin adları zastavalara verilə bilər

    Azərbaycanda şəhid sərhədçilərin adları xidmət etdikləri zastavalara verilə bilər.
    Muxalifet.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 dekabr tarixli 823 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalaması ilə mümkün olub.

    Muxalifet3 - 27-06-2019

  10. Qaxariya açıqladı: İstefa verməyəcəm!

    Tiflis iğtişaşları ilə bağlı istintaq başa çatmayana qədər istefa verməyəcəyəm. Muxalifet.az xəbər verir ki, bu sözləri Gürcüstanın Daxili İşlər naziri Georgi Qaxariya deyib. “İstintaq bitdikdən və yekun nəticələr əldə etdikdən sonra mənim bu kreslodan imtina etməyim üçün heç bir problem olmayacaq”, - deyə DİN rəhbəri bildirib. Qeyd edək ki, 20-21 iyundan bəri davam edən etirazlarda səslənən tələblərdən biri də G.Qaxariyanın istefa verməsidir.

    Muxalifet3 - 27-06-2019

  11. Trampın kürəkəni: Dünya buna "hə" desə...

    İsrail və Fələstin arasında sülh razılaşmasının əldə edilməsi çətin deyil.
    Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Trampın kürəkəni və baş müşaviri Cared Kuşner deyib.
    “Fələstin probleminin həlli asandır, dünya sadəcə “hə” deməlidir”, - deyə Kuşner bildirib.
    O bildirib ki, Fələstin hökuməti öz xalqının iqtisadi rifahı və sülh üçün çalışmaq əvəzinə İsraillə münaqişəyə meyl göstərir.
     

    Muxalifet3 - 27-06-2019

  12. ABŞ qırmızı cizgimizi bilir - Səccadpur

    ABŞ-İran gərginliyi müharibəyə çevrilməyəcək. Çünki Vaşinqton qırmızı cizgilərimizi bilir.
    Muxalifet.az xəbər verir ki, bu sözləri İran xarici işlər nazirinin müavini Seyid Kazım Səccadpur deyib.
    O, ABŞ sanksiyalarının sadəcə İranı deyil, Rusiya və Çini də hədəf aldığını bildirib:
    “Sanksiyalar əslində xalqa qarşıdır. Lakin tarixi təcrübəmiz ən çətin vəziyyətlərin öhdəsindən gələcəyimizi göstərir”.
     

    Muxalifet3 - 27-06-2019

  13. ​Ukraynalı dənizçilərlə bağlı görünməmiş... - Zaxarova

    Kerç boğazında saxlanılan ukraynalı dənizçilərlə bağlı Moskva görünməmiş addım atdı.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
    O bildirib ki, ölkəsi həmin dənizçilərin sərbəst buraxılması üçün Dəniz Hüququ üzrə Beynəlxalq Tribunala və Ukraynanın Rusiya səfirliyinə nota göndərib:
    “Rəsmi Kiyevdən gördüyümüz təcavüzkar siyasətə rəğmən Rusiya bir daha əlini uzadıb təcavüzkar ritorikadan konstruktiv dialoqa keçilməsini istəmişdi”.

    Muxalifet3 - 27-06-2019

  14. Nüvə müharibəsi baş verəcəkmi? - Putin açıqladı

    Ümid edirəm ki, nüvə gücləri arasında konflikt baş verməyəcək.
    Muxalifet.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
    Kreml rəhbəri həmçinin bildirib ki, ABŞ-Çin arasında yaşanan ticari savaşın nə ilə nəticələnəcəyini söyləmək çətindir.
     

    Muxalifet3 - 27-06-2019

  15. Xəzərdə yeni layihə işə salındı

    Bakı Beynəlxalq Dəniz Ticarət Limanının direktoru Taleh Ziyadov və ATƏT-in regionda iqtisadi və ekoloji fəaliyyətinin əlaqələndiricisi Vuk Jugiç “Xəzər regionunda yaşıl limanların inkişafına xidmət” layihəsini işə salıb.
    Muxalifet.az-ın məlumatına görə, layihə Xəzəryanı regionda yaşıl limanların və əlaqələrin genişləndirilməsində Azərbaycan, Qazaxıstan və Türkmənistana kömək göstərməyə yönəlib. Bu layihə Avropa Yenidənqurma və İnkişaf Bankı, BMT-nin Avropa İqtisadi Komissiyası və özəl sektorun aparıcı mütəxəssislərinin tərəfdaşlığı ilə həyata keçiriləcək.

    Muxalifet3 - 27-06-2019

  16. ​SON DƏQİQƏ: Türk ordusuna XAİN HÜCUM: 1 şəhid, 3 yaralı

    Türkiyə Silahlı Qüvvələrinin (TSK) Suriya ərazisində anti-terror əməliyyatı həyata keçirən bölüyü hücuma məruz qalıb.
    Muxalifet.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, ölkənin Müdafiə Nazirliyinin məlumatına görə, İdlibdə Suriya hakimiyyətinin nəzarət etdiyi bölgələrdən top atəşi nəticəsində Türkiyə ordusunun bir hərbçisi şəhid olub.
    Daha 3 hərbçinin yaralandığı bildirilir.

    Muxalifet - 28-06-2019

  17. Azərbaycanda devalvasiya təhlükəsi varmı? – İqtisadçıdan açıqlama

    İqtisadçı Rövşən Ağayev "Amerikanın Səsi"nə müsahibəsində inflyasiya və valyuta bazarında risklərdən danışıb. Muxalifet.az həmin müsahibəni təqdim edir: - Azərbaycanda maaşların artırılmasından sonra inflyasiya riski nə qədər realdır? - Mən, açığı, indiki situasiyada çox kəskin inflyasiya riski gözləmirəm. Çünki inflyasiya riski iki halda baş verir. Yüksək inflyasiya riskindən danışırıqsa, bu, iki halda baş verir. Birincisi, artırılan maaşlar və təqaüdlər daha çox istehlak tələbatının ödənilməsinə yönəlir. İkincisi isə, daha çox təklif inflyasiyasıdır, yəni xərcləri artırır.

    Muxalifet - 28-06-2019

  18. ABŞ-a soyuq duş: Boeing-də yeni bir səhv təsbit edildi

    ABŞ Federal Havaçılıq İdarəsi (FAA) Boeing 737 Max-larda apardığıtexniki araşdırmada yeni bir səhv təsbit edib. “New York Times”-da mövzuyla əlaqədar gedən xəbərdə, ötən həftə uçuş məşqləri zamanı FAA pilotları Boeing 737 Max tipli təyyarələrin burnunu aşağı itələyən yanlış aktivasiyalar fərq etdiyini açıqlayıb. Səlahiyyətlilər ən az bir sınaqda FAA pilotunun təyyarənin idarəsini təkrar ələ almaq üçün asan və sürətli bir şəkildə Boeing-in “təcili vəziyyət” proseduralarını tətbiq edə bilmədiyini söyləyib.

    Muxalifet3 - 28-06-2019

  19. NATO və ABŞ Türkiyəyə qarşı HƏRƏKƏTƏ KEÇƏCƏK: bu gün Ərdoğan üçün dəhşətli plan başlana bilər

    28-29 iyunda keçirilməsi planlaşdırılan G20 Liderlər Zirvəsinin növbəti sessiyasına Yaponiyanın Osaka şəhəri ev sahibliyi edəcək. Zirvə çərçivəsində sammitə daxil olan ölkələrin liderlərinin təkbətək görüşləri də nəzərdə tutulub. Bunlardan ən maraqla gözləniləni, təbii ki, Türkiyə və ABŞ prezidentlərinin toplantısıdır. Bu ölkələr arasında uzun müddətdir, diplomatik gərginliyə səbəb olan S-400 zenit raket kompleksləri ilə bağlı yekun qərarların məhz bu görüşdə açıqlanacağı ehtimal edilir.

    Muxalifet - 28-06-2019

  20. ABŞ-dan kritik addım! “Fövqəladə vəziyyət” elan edildi

    ABŞ-ın ən böyük şəhəri olan New York qlobal istiləşməylə mübarizə etmək üçün "fövqəladə iqlim vəziyyəti" elan edib.
     
    Təxminən 9 milyon adamın yaşadığı New York yerli və milli diametrdə  qlobal istiləşməylə mübarizə hərəkatı başlatmaq üçün yeni bir addım atıb.
    New York Şəhər Şurası "fövqəladə iqlim vəziyyəti" elan edilməsini və qlobal  iqlim böhranına bir an əvvəl cavab verilməsini nəzərdə tutan qərar qanununu səs çoxluğu ilə qəbul edib.
    New York qlobal fövqəladə vəziyyət elan edən və əhalisi bir milyonun çox olan ilk ABŞ şəhəri olub.

    Muxalifet3 - 28-06-2019

Pages