Axtarış
The search found 105785 results in 0.029 seconds.
Search results
"Gəlinin" fatasını qaldıran bəy gördüklərindən ŞOKA DÜŞDÜ - VİDEO
"O olmasın, bu olsun"
Muxalifet.az xəbər verir ki, Türkiyədə toyda maraqlı hadisə baş verib. Belə ki, gəlini bəyaz gəlinlikdə görən bəy, duvağı qaldırarkən şok keçirib.
Bəyə zarafat etmək istəyən yaxn dostu gəlinlik geyinərək duvağ ilə üzünü bağlayıb. Fatanı qaldıran bəy, sevgilisinin yerinədostunu gəlinlikdə görüb. Bəyin həmin anları sosial mediada izləmə rekordu qırıb.
Maraqlı görüntülər izləyicilər tərəfindən xeyli bəyənilib və onlar videonu "ən gözəl bəy zarafatı" kimi adlandırıb.
Həmin videonu təqdim edirik:Muxalifet - 28-06-2019
Qızıl medal Azərbaycanı Avropa Oyunlarında neçənci etdi?
Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında sərbəst güləşçilərimizin iki qızıl medal qazanması ilə millimiz sıralamada önə çıxıb.
Oxu.Az xəbər verir ki, Azərbaycan millisinin aktivində hazırda 16 medalı var.
Bunlardan ikisi qızıl, beşi gümüş və doqquzu bürünc medaldır. Hazırda millimiz 15-ci sırada qərarlaşıb. Ancaq Azərbaycan qazanılan medalların sayına görə yeddinci yerdədir.Muxalifet - 28-06-2019
Ankarada zəlzələ oldu
Türkiyənin paytaxtı Ankarada yerli vaxtla saat 13:55-də 3,5 bal gücündə zəlzələ baş verib.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, yeraltı təkanların ocağı 5 km dərinlikdə yerləşib. Zəlzələ qonşu şəhərlərdə də hiss olunub.
Dağıntı və xəsarət alanlar yoxdur. Ancaq zəlzələ yerli əhali arasında təşvişə səbəb olub.Muxalifet - 28-06-2019
G-20-də sərt küləklər: İngiltərə Putinə təpki göstərdi
İngiltərənin baş naziri Teresa Mey ikitərəfli casus olan Sergey Skripal ilə qızı Yuliaya edilən kimyəvi hücumun şübhəlilərinin ədalət önünə çıxarılması üçün hər cür səyi göstərəcəklərini söyləyib. Osakakı G-20 Zirvəsi çərçivəsində Rusiya dövlət başçısı Vladimir Putin ilə reallaşdırdığı ikili görüşdən əvvəl BBC-yə açıqlama verən Mey, keçən il İngiltərənin Salisbury şəhərində Skripal ilə qızına yönəlik hücumla əlaqədar münasibət bildirib.
Muxalifet3 - 28-06-2019
Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: Qadınlar yas mərasimindən qayıdarkən öldülər - TƏFƏRRÜAT
Dünən Biləsuvar rayonunda 2 nəfərin ölümü, daha 3 nəfərin xəsarət alması ilə nəticələnən dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Muxalifet - 28-06-2019
Təyyarə evin üstünə düşdü! 2 ölü, 1 yaralı
ABŞ-ın Şimal Carolina əyalətində birmotorlu mülki təyyarə evin üstünə düşüb, nəticədə 2 adam ölüb, 1 nəfər isə yaralanıb. Əyalət polisindən edilən açıqlamada, birmotorlu mülki təyyarənin Hope Mills bölgəsində evin üstünə düşməsi nəticəsində pilotun və evdəki bir adamın hadisə yerində həyatını itirdiyi və ağır yaralanan evdəki digər bir adamın da xəstəxanaya qaldırıldığı bildirilib. Hadisə yerində təhlükəsizlik tədbirləri alan polis, qəzanın səbəbi ilə bağlı istintaq başladıldığını ifadə edib.
Muxalifet3 - 28-06-2019
Əli Kərimli niyə saxlanılmışdı? - RƏSMİ AÇIQLAMA
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Əli Kərimli ilə bağlı açıqlama yayıb.
Unikal.org-a daxil olan məlumata görə, bu gün AXCP sədri Əli Kərimli Binəqədi rayonu ərazisində yerləşən “Müsavat” Partiyasının qərargahının qarşısından qanunsuz yürüş keçirilməsi barədə sosial şəbəkələrdə yaydığı çağırışla əlaqədar Binəqədi Rayon Polis İdarəsinə dəvət edilib.Muxalifet - 28-06-2019
Bakıda istirahət mərkəzlərinin sahibləri cəzalandırılıb - FOTOLAR
Xəzər dənizi sahillərində ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin nümayəndələri ilə birgə növbəti reyd keçirib.
Muxalifet - 28-06-2019
Luçesku şok olayla üzləşdi – Video
Məşhur rumın məşqçi Mirça Luçesku qalmaqallı olayla üzləşib.
Qol.az-ın xəbərinə görə, ölkəsinin U-21 millisinin oyununu izləmək üçün İtaliyanın Bolonya şəhərinə gedən təcrübəli mütəxəssis jurnalistlərə müsahibə verən zaman media işçisi olmayan bir nəfər ona mikron yerinə plastik su şüşəsi uzadıb.
Luçesku bu zaman soyuqqanlılığını qoruyub və müsahibə verməkdə davam edib. Jurnalistlərdən biri isə şüşəni uzadan fanata mane olub və hadisənin şişməsini əngəlləyib.
Muxalifet - 28-06-2019
Azərbaycanda OLAY: Baş həkimin evinə hücum edib döydülər
Füzuli rayonunda kəndlilər baş həkimə hücum ediblər.
Muxalifet.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Füzuli rayon Mərkəzi Xəstəxanasının baş həkimi, 1966-cı il təvəllüdlü Natiq Şükürov özü polisə şikayət edərək bu barədə məlumat verib. O bildirib ki,yaşadığı Böyük Bəhmənli kəndindəki evinə gələn bir qrup kənd sakini ona fiziki təzyiq göstərərək təhqir edərək nalayiq ifadələr işlədiblər. Daha sonra isə oğlu, 26 yaşlı Araz Şükürovu isə döyüblər.
Şikayətlə bağlı araşdırma aparılır.Muxalifet - 28-06-2019
Zirəddin Azərbaycanda itkin şəxslə bağlı ŞOK AÇIQLAMA verdi
Xəbər verdiyimiz kimi Nigar adlı qadın Xəzər televiziyasında yayımlanan, Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verilişinə oğlu Nüsrəti axtarmaq üçün çıxıb.
Qadın öncə Nüsrət Qəmbərovun harda olmasını öyrənmək üçün Rusiyada tanınmış ekstrasens Zirəddin Rzayevin yanına gedib.Muxalifet - 28-06-2019
"Girovlara dəstək olun, Ermənistana təzyiq göstərin" - Millət vəkilindən AŞPA-ya çağırış
Millət vəkili Qənirə Paşayeva Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azad Müzakirələr zamanı azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələ qaldıraraq AŞPA-nı onların azadlığa buraxılması üçün Ermənistana təzyiq etməyə çağırıb.
Muxalifet - 28-06-2019
Tbilisidə avtomobil yürüşü keçirilir
Tbilisidə avtomobillərin yürüşü keçirilir. APA-nın Gürcüstan bürosu xəbər verir ki, 1-ci Respublika meydanında başlayan yürüşdə etirazçıların tələbi Daxili İşlər naziri Georgi Qaxariyanın istefası və iyunun 20-21-də baş verən hadisələrə görə məsuliyyəti üzərinə götürməsidir. Yürüş hökumət binasının qarşısında başa çatacaq. Etirazçılara müxalif "Milli Hərəkat" və "Avropalı Gürcüstan" partiyalarının üzvləri də qatılıb. Yürüş iştirakçıları etiraz aksiyalarına G.Qaxariya istefa verənədək davam edəcəklərini bildiriblər.
Muxalifet - 28-06-2019
12 min nəfərə ŞAD XƏBƏR - Prezident 5,6 milyon manat ayırdı
Prezident İlham Əliyev Biləsuvar rayonunun Biləsuvar–Bəhrəmtəpə (56 km)–Çaylı–Bağbanlar–Aranlı–Zəhmətabad avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Muxalifet - 28-06-2019
Azərbaycandan Rusiyaya yük aparan onlarla maşın sərhəddə qaldı - KOMPÜTER SİSTEMİNDƏ NASAZLIQ YARANIBMIŞ...
Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsulları aparan onlarla iritonnajlı yük maşını sərhəddən Rusiyaya buraxılmır. İyunun 28-i gecə saat 1-dən etibarən tez xarab olan meyvə-tərəvəz dolu “TIR”lar “Yaraq-Qazmalar” nəzarət-buraxılış məntəqəsində növbəyə düzülüb.
Bu barədə virtualaz.org-a sərhəddə ilişib qalan ticarətçilərdən biri - Sərxan Atakişiyev bildirib. Onun sözlərinə görə, sürücülər nə qədər öyrənməyə cəhd etsələr də, problemin nədən yarandığını heç kim izah etmir.
Muxalifet - 28-06-2019
DƏRİN DÖVLƏT ABŞ PREZİDENTİNİ İRANLA SAVAŞA İTƏLƏYİR – Bu cəncəlli işə nə Moskva, nə də Vaşinqton qarışmaq istəyir
Amerika mətbuatı Venesuela hadisələrini və Vaşinqton və İran arasında gərginliyin artmasını yanlış yozur. Qarşı duran tərəflərin ziddiyyətli ifadələrindən nəsə başa düşmək praktik olaraq mümkün deyil. Buna görə də bu hadisələrin analizi faktlar yoxlandıqdan sonra və bu ölkələrin siyasi gedişinin müxalifliyi nəzərə alınmaqla aparılmalıdır.
Ağ Evin və Pentaqonun yeni siyasəti
Muxalifet - 28-06-2019
Azərbaycana qaytarılan girovun anası danışdı: Vəziyyəti yaxşı sayılmaz
Bu gün Ermənistan girovluğundan azad edilmiş Azərbaycan vətəndaşı Elvin İbrahimovun anası Qərənfil İbrahimova oğlunun vəziyyətindən danışıb.
Oxu.Az-a açıqlamasında Q.İbrahimova oğlunun bir neçə gündən sonra evə buraxılacağını deyib:
“İki saat əvvəl görüşmüşük. Məni görüb ağladı. Vəziyyəti yaxşı sayılmaz. Həkimlər bir neçə gündən sonra evə buraxacaqlar.
Ailəmizə, oğluma göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm”.Muxalifet - 28-06-2019
Canavar kəndə hücum etdi, sakinləri və mal-qaranı parçaladı - Oğuzda ŞOK OLAY
Oğuz rayonunda canavar mal-qaranı parçalayıb, sakinlərə xəsarət yetirib.
Muxalifet.az "Report"a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Xaçmaz kəndində qeydə alınıb.
Belə ki, canavar əvvəlcə mal-qaraya, daha sonra isə qarşısına çıxan kənd sakinlərinə hücum çəkib. Nəticədə ikisi uşaq olmaqla 4 nəfər Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan bildirilib ki, yaralılardan birinin sifət nahiyəsində xəsarətlər ciddi olduğundan vəziyyəti ağır olaraq qiymətləndirilir.Muxalifet - 28-06-2019
Prezident sərəncam imzaladı
Prezident İlham Əliyev Azərbaycan Yazıçılar Birliyi üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında sərəncam imzalayıb.
Muxalifet - 28-06-2019
KİVDF 25 qəzetə maliyyə yardımı ayırdı - SİYAHI
İyunun 28-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
Muxalifet - 28-06-2019