Axtarış

The search found 105785 results in 0.045 seconds.

Search results

  1. Əli Nağıyevin yerinə O, TƏYİN EDİLDİ

    Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsinə təyinat olub.
    Muxalifet.az Unikal.org-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmri Baş prokuror Zakir Qaralov imzalayıb.
    Əmrə əsasən, bu vəzifəyə Fuad Rəsulov təyinat alıb.
    Fuad Rəsulov bundan əvvəl İdarənin Əməliyyat təminatı şöbəsinin rəisi işləyib.
    Qeyd edək ki, Prezident İlham Əliyevin 20 iyun tarixli sərəncamı ilə Əli Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin olunub.

    Muxalifet - 29-06-2019

  2. ​Sabiq Vergilər nazirinin qardaşı qızının toyundan MÖHTƏŞƏM GÖRÜNTÜLƏR - VİDEO

    Sabiq Vergilər naziri Fazil Məmmədovun qardaşı qızının toy mərasimi baş tutub.
    Muxalifet.az news24.az-a istinadən xəbər verir ki, paytaxt restoranlarından birində baş tutan toyda xalq artistləri Aygün Kazımova, Eyyub Yaqubov, əməkdar artist Rəşad İlyasov, müğənnilər Zamiq Hüseynov, Sevda Yahyayeva iştirak edib.

    Muxalifet - 29-06-2019

  3. Tramp Türkiyə ilə ticarət səviyyəsini yüksəltdi

    Türkiyə prezidenti Ərdoğan ilə ABŞ prezidenti Tramp G-20 Liderlər Zirvəsi çərçivəsində bir araya gəlib. ABŞ prezidenti bu görüşdə çox əhəmiyyətli açıqlama verib.
     
    Tramp G-20 Liderlər Zirvəsi çərçivəsində Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkrar bir araya gəlməkdən çox məmnun olduğunu söyləyib.
     
    100 MİLYARD DOLLARDAN ÇOX OLMALIDIR
     

    Muxalifet3 - 29-06-2019

  4. Polisdən ƏMƏLİYYAT: 39 nəfər saxlanıldı

    Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. 

    DİN-in Mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 30 cinayətin üstü “isti izlər”lə açılıb.

    Əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunub.

    Axtarışda olduğuna görə, ümumilikdə, 17 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Muxalifet - 29-06-2019

  5. Əhalinin nəzərinə! - Metro yay qrafikinə keçir

    Tədris mövsümünün başa çatması, eləcə də paytaxt sakinlərinin yay istirahətini şəhərdən kənarda keçirmələri metropolitendə sərnişin axınının əhəmiyyətli dərəcədə azalmasına səbəb olur. Bu səbəbdən, hər il olduğu kimi, Bakı metropolitenində qatarlarının hərəkət qrafikində dəyişikliklər ediləcək. 
    Qurumdan Muxalifet.az-a daxil olan xəbərdə bildirilir ki, "Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovun əmrinə əsasən, iyul ayının 1-dən metropolitendə qatarların hərəkəti yay qrafikinə keçiriləcək.

    Muxalifet - 29-06-2019

  6. 3 Amerikalı Müsəlmanlara hücum edəcəkdi… Tutuldular

    ABŞ-ın New York əyalətinin şimal bölgəsindəki çöllük sahədə Müsəlmanların yaşadığı Islamberg qəsəbəsinə bombalı hücum planladıqları səbəbiylə həbs olunan 3 şəxs çıxarıldıqları məhkəmədə haqlarındakı ittihamları qəbul edib.
     
    Bölgə prokurorunun köməkçisi Matthew Schwartz etdiyi açıqlamada, şübhəlilərin "Islamberg-dəki Müsəlmanları öldürməyi planladıqlarını" etiraf etdiyini ifadə edib.

    Muxalifet3 - 29-06-2019

  7. ​2,5 milyonluq saatı oğurlanan oğulun atası “tapıldı” – Video

    İspaniyanın İbiza adasında 22 yaşlı azərbaycanlının 1 milyon dollardan artıq dəyəri olan saatı oğurlanıb və indi saat mövzusu gündəmin ən çox müzakirə olunan məsələsidir. “Yeni Sabah” xəbər verir ki, son 3 gündə həmin saatı oğurlanan şəxsin kim olması ilə bağlı müxtəlif versiyalar səslənib. Amma səslənən 3 iddianın hər biri təkzib olunub. Sosial şəbəkələrdə bu mövzu günlərdir trend olaraq qalmaqdadır. Görünən budur ki, saat sahibi olan oğulun valideynləri üzə çıxmayacaq. Ona görə də sosial şəbəkə istifadəçiləri “oğul atadan imtina etdi” deyə fikir bildirməkdə davam edirlər.

    Muxalifet - 29-06-2019

  8. ABŞ döyüş təyyarələrini İLK DƏFƏ ORA GÖNDƏRDİ - İranla müharibə yenidən alovlanır?

    ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) Qətərdəki Əl-Udeyd hərbi hava bazasında F-22 Raptor tipli döyüş təyyarələrini yerləşdirib.
    Bu barədə CENTCOM açıqlama yayıb.
    Bildirilib ki, sözügedən döyüş təyyarələri ABŞ qüvvələrinin və ABŞ Mərkəzi Qüvvələr Komandanlığının nəzarətindəki bölgələrdə maraqların qorunması məqsədilə Qətərə ilk dəfə göndərilib.

    Muxalifet - 29-06-2019

  9. Gürcü baş nazir Saakaşvilinin muradına çatdığını etiraf elədi

    Tiflisdə 8 gündür etirazlar səngimir, DİN rəhbəri nə zaman istefa verəcəyini açıqladı; Sülhəddin Əkbər: “Orada baş verənlərə daxili və regional inkişaf kontekstində baxmaq lazımdır”

    “İyunun 20-də Tiflisdə polis əməkdaşlarının aksiyaçılara qanuni güc tətbiq etməkdən başqa yolu olmayıb”. “Yeni Müsavat” xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Mamuka Baxtadze keçirdiyi xüsusi brifinqdə bildirib.

    Baş nazir deyib ki, həmin gün bir neçə saat ərzində polis əməkdaşları fiziki zorakılıq və təhqiramiz ifadələrə məruz qalıblar:

    Muxalifet - 29-06-2019

  10. ​Aİ ölkələrinin Gürcüstandakı səfirləri bəyanat yaydılar

    Avropa İttifaqına (Aİ) üzv ölkələrin Gürcüstandakı səfirləri ölkədə baş verən son hadisələrlə bağlı xüsusi bəyanat yayıblar.
    Səfirlər son günlər Gürcüstanda baş verənlərdən narahatlıqlarını bildirib, tərəfləri dialoqa və kompromisə çağırıblar. Bəyanatda deyilir: “İyunun 20-də Tbilisidə aksiya zamanı həddindən çox güc tətbiqi və polisin reaksiyasına səbəb olan zorakılıq hərəkətlərinə təhrikçiliklə bağlı şəffaf, tez və effektiv araşdırma aparılmalıdır”.

    Muxalifet - 29-06-2019

  11. Baş nazir maaşlarla bağlı MÜHÜM DƏYİŞİKLİK

    Baş nazir Novruz Məmmədov "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının təsdiq edilməsi" və "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının təsdiq edilməsi haqqında" qərarlara dəyişiklik edib. Dəyişiklik "Minimum aylıq əməkhaqqının artırılması haqqında" Prezidentin 2019-cu il 8 fevral tarixli sərəncamını icra etmək məqsədi ilə olunub.

    Muxalifet - 29-06-2019

  12. Gömrük Komitəsində ŞOK KORRUPSİYA FAKTININ ÜSTÜ AÇILDI: Rəisin kartına 2.6 milyon köçürülüb

    Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti Bakı Baş Gömrük İdarəsində apardığı yoxlama nəticəsində ciddi maliyyə yeyintiləri üzə çıxarıb.

    Muxalifet - 29-06-2019

  13. ​Xəzər dənizində zəlzələ oldu

    Xəzər dənizinin Azərbaycan sektorunda zəlzələ olub.
    Muxalifet.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən bildirir ki, ilkin məlumatlara əsasən, təkanlar yerli vaxtla saat 10:56-da Xəzər dənizində qeydə alınıb.
    Maqnitudası 3.4, dərinliyi 54 km olan zəlzələ hiss olunmayıb.

    Muxalifet - 29-06-2019

  14. Yay tətilində “avropalı” kimi istirahət etmək üçün nə edək?

    Ucuz və sərfəli tətilin şərtləri, ölkə daxilində və onun xaricində təklif edilən qiymətlər...

    Yayın bir ayını geridə qoyduq. Qarşıdakı 2 ay yay istirahətini təşkil etmək istəyənlər üçün axtarışda keçəcək. Təbii ki, indi siz deyə bilərsiz ki, imkanı olan insanlar üçün axtarışlara, ucuz turpaketlər üçün “marığa yatmağa” ehtiyac yoxdur. Bir həftə əvvəldən arzulanan şəhərə arzulanan turpaketi əldə etmək üçün pulqabının dolu olması yetərlidir.

    Muxalifet - 29-06-2019

  15. Tramp bütün dünyaya elan etdi - Türkiyə S-400 və F-35-ləri...

    ABŞ prezidenti Donald Tramp G20 Liderlər Zirvəsi çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşməkdən məmnun olduğunu dilə gətirib.
    Prezident Türkiyənin ABŞ-ın dostu olduğunu bildirib.

    Muxalifet - 29-06-2019

  16. Azərbaycanda yeni nömrələr satışa çıxarılır – 010-la başlayacaq

    Azərbaycanda yeni telefon nömrələri satışa çıxarılır. 
    Bakupost.az-ın məlumatına görə, Azercell Telekom tərəfindən satışa çıxarılacaq yeni telefon nömrələri 010 prefiksi ilə başlayacaq. 
    Bildirilir ki, uzun illərdir, 050 və 051 prefiksləri ilə başlayan nömrələrin satışını həyata keçirən mobil operator tələbata uyğun olaraq yeni nömrələr istifadəyə verəcək. 010-la başlayacaq Azercell nömrələrinin qiyməti barədə dəqiq məlumat olmasa da, qeyd edilir ki, qiymətlər əvvəlki ortalamanın üzərində olmayacaq. 

    Muxalifet - 29-06-2019

  17. ABŞ-dan Paşinyana Qarabağ “QULAQBURMASI”: İrəvan belə susduruldu

    “Xarici işlər nazirlərinin Vaşinqton görüşündən sonra təmas xəttində müəyyən sakitlik yaranıb. Amma bu sakitlik süni xarakter daşıyır”.
    Bu fikirləri Publika.az-a açıqlamasında politoloq, sabiq diplomat Fikrət Sadıqov deyib.

    Muxalifet - 29-06-2019

  18. Mingəçevir SES-də yanğın olub – İşıqlar sönüb

    Bu gün Mingəçevir Su Elektrik Stansiyasında tüstülənmə baş verib.
    Muxalifet.az xəbər verir ki, bu barədə Mingəçevi sakinləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər. Verilən məlumata görə, hadisə yarım saat bundan əvvəl qeydə alınıb.
    Hadisə nəticəsində bəzi yerlərdə işıqların söndürüldüyü qeyd edilir.
    Hadisə barədə Fövqəladə Hallar Nazirliyilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətindən  bildirilib ki, stansiyada yaranmış problem aradan qaldırılıb.

    Muxalifet - 29-06-2019

  19. ​Oğul ona pul verməyən atasını başından güllələdi - FOTO

    Oğul ona verilən həftəlik xərcliyini azaldan atasını qətlə yetirib.
    Muxalifet.az milli.az-a istinadla xəbər verir ki, ABŞ-ın Nyu Cersi ştatındakı Prinston Universitetinin məzunu ömürlük azadlıqdan məhrum edilə bilər.
    Hazırda 34 yaşı olan Thomas Gilber 30 yaşındaykən atasını öldürüb. O, atasını ona verlən xərcliyini 1000 dollara qədər azaltdığına görə qətlə yetirib.
    Ömrünün çox hissəsini səyahət, qolf oyanamaq və sörfinqlə keçirən oğlan ona verilən xərcliyi azaldığına görə atası ilə mübahisə edib, sonra da onu öldürüb.

    Muxalifet - 29-06-2019

  20. Sinəsini böyüdən azərbaycanlı cazibədar aktrisa VİDEOsunu PAYLAŞDI

    Tez-tez sosial şəbəkədə açıq-saçıq paylaşımları ilə diqqət çəkən aktrisa Çimnaz Sultanova, yenidən diqqət mərkəzinə düşməyi bacarıb.
    Cazibədar aktrisa fotoşopla böyütdüyü iddia edilən sinəsini yenidən ön plana çıxararaq video görüntüsünü təqibçilərinin ixtiyarına buraxıb.
    Bu da Çimnazın sözügedən yeni videosu:
     

    Muxalifet - 29-06-2019

Pages