Axtarış

The search found 105785 results in 0.025 seconds.

Search results

  1. Son 40 ilin ən isti günü - BU ÖLKƏ 46 DƏRƏCƏ İLƏ "QOVRULUR"

    İngiltərədə havanın temperaturunun yüksəlməsi nəticəsində son 40 ilin ən isti günü yaşanıb. Muxalifet.az bildirir ki, meteorologiya mərkəzi əhaliyə xəbərdarlıq edərək diqqətli olmağa çağırıb. Qeyd edək ki, Avropada yayılan istilik dalğası nəticəsində Fransada cümə günü temperatur 45.9 dərəcəyə çatmışdı.

    Muxalifet4 - 30-06-2019

  2. Azərbaycanda avtomobillərin qiyməti düşür - SƏBƏB

    Hər markada, hər qiymətə maşın var. Amma alıcı azdır. 

    Muxalifet.az Xəzər Xəbərə istinadla xəbər verir ki, son 2 ayla müqayisədə alıcılıq xeyli zəifləyib.

    Bazarda ən çox tələb isə mühərrik kiçik, istehsal ili yeni və kondisionerlərli avtomobillərədir. Amma həm alış, həm də ehtiyyat hissəsi qiymətləri ucuz olduğuna görə Almaniya istehsalı olan avtomobillərə də tələb var.

    Muxalifet4 - 30-06-2019

  3. "Şərab festivalı"ndan ŞOK GÖRÜNTÜLƏR - Meydana ağ girib qırmızı çıxdılar / VİDEO

    İspaniyada ənənəvi "Şərab savaşı" adlı şərab festivalı keçirilib.

    “Qafqazinfo” “Euronews”a istinadən xəbər verir ki, şərti dava zamanı iştirakçılar bir-birinin üstünə şərab töküb. Festivalda, ümumilikdə, 70 min litr şərab istifadə olunub.

    Festivala ağ geyimdə gələn iştirakçılar tamamilə qırmızı rəngə boyanıblar.

    Qeyd edək ki, festivala gələn turistlərin sayı ilbəil artır. Bayram daha çox gənclərin marağına səbəb olur.

    Muxalifet4 - 30-06-2019

  4. Tələbənin dəhşətli ölümü - BİRİNCİ KURSU BİTİRƏCƏKDİ... / Fotolar

    Qobustanda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

    Muxalifet.az xəbər verir ki, "VAZ-2107" markalı avtomobillə "VAZ-2106" toqquşub.

    Qəza nəticəsində “06”da olan Qobustanın Təklə kənd sakini Nəbiyev Mürvət Zahid oğlu hadisə yerində keçinib.

    Qeyd edək ki, 2001-ci il təvəllüdlü Nəbiyev Mürvət Azərbaycan Dövlət Pedoqoji Universitetinin tələbəsi olub. Onun birinci kursu bitirməsinə sayılı günlər qalmışdı.

    Muxalifet4 - 30-06-2019

  5. Pentaqon yeni qeyri-nüvə raketləri hazırlayır – Rusiyaya qarşı…

    Pentaqon orta və qısa mənzilli raketlər üzrə müqavilənin (OQMRM) dayandırılması vəziyyətinə hazırlıq məqsədilə, yeni qeyri-nüvə raketlərinin hazırlanması istiqamətində işlər aparır. Bu barədə Pentaqonun başçısı vəzifəsini icra edən Mark Esper xəbər verib.

    Muxalifet4 - 30-06-2019

  6. Tramp az sonra Kim Çen Inla görüşəcək

    ABŞ Prezidenti Donald Tramp Koreya yarımadasında hərbsizləşdirilmiş zonaya gedib.

    ABŞ prezidenti bildirib ki, Şimali Koreya lideri Kim Çen Inla görüşün olacağına ümid edir.

    “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ telekanalları bildirib.

    “Mən hərbsizləşdirilmiş zonaya gedirəm və anladığım qədər onlar görüşmək istəyirlər, mən isə salamlaşmaq istəyərdim. Bu çox qısa olacaq”, – deyə Tramp Cənubi Koreyadan olan biznesmenlər qrupu qarşısındakı çıxışında deyib.

    Muxalifet4 - 30-06-2019

  7. Pəncərədən yıxılan körpəni belə tutdu - VİDEO

    Türkiyənin İstanbul şəhərində 17 yaşlı əlcəzairli gənc Feuzi Zabaat ikinci mərtəbədən yıxılaraq aşağı düşən balaca qızı havada tuta bilib. Bəxti gətirən iki yaşlı Doha Məhəmməd Suriyadandır. O, anası yemək hazırlyarkən pəncərəyə çıxıbmış. Qızın valideynləri Feuzi Zabaatın əsl qəhrəman olduğunu deyirlər.

    Muxalifet4 - 30-06-2019

  8. Yaxşı ata olmaq üçün bunları etdinizmi... - ŞOK ARAŞDIRMA

    Keçmişdə uşaq inkişafı ilə bağlı araşdırmalarda adətən ataların adı keçməyib. Lakin yeni tədqiqatlar göstərir ki, uşaqların davranışı, xoşbəxtliyi və hətta idrakı bacarıqlarında, ata həlledici rol oynayır.

    BBC xəbər verir ki, Mərkəzi Afrika Respublikasında Aka qəbiləsinin qadınları ovda ikən uşaqların qayğısına kişilər qalır.

    Onlar körpələri sakitləşdirir, təmizləyir və onlarla oynayırlar və başqa heç bir cəmiyyətdə olmadığı qədər övladlarını qucaqlarında saxlayırlar.

    Bu sədaqət onlara internetdə "dünyanın ən yaxşı ataları" titulunu qazandırıb.

    Muxalifet4 - 30-06-2019

  9. İnsanların ölümdən əvvəl nə hiss etdikləri məlum oldu

    Danimarka, Norveç və Almaniya alimləri insanların ölümdən öncə nə hiss etdiklərini müəyyən ediblər.

    Medicalxpress xəbər verir ki, insanların 10 faizinin ölümdən öncə həyəcan hissi keçirdiyi məlum olub.

    Alimlər bildiriblər ki, bu cür həyacan həqiqətən də ölüm təhlükəsi ilə üzləşən insanlara, habelə bu təhlükə ilə qarşılaşmayan, lakin bunun əksini düşünənlərə xasdır.

    Muxalifet4 - 30-06-2019

  10. Saakaşvilinin partiyası Ali Radaya seçkilərdə iştirak edə biləcək - QƏRAR

    Ukraynanın Mərkəzi Seçki Komissiyası Gürcüstanın sabiq prezidenti və Odessanın eks-qubernatoru Mixail Saakaşvilinin “Yeni qüvvələr hərəkatı” partiyasından olan namizədləri Radaya növbədənkənar deputat seçkilərində iştirak etmək üçün qeydiyyata alıb. Bu barədə özünün “Facebook” səhifəsində “Dayaq” vətəndaş şəbəkəsi xəbər verib. Xatırladaq ki, bir müddət öncə Ukraynanın MSK-ı “Yeni qüvvələr hərəkatı” partiyasından olan namizədləri qeydiyyata almaqdan imtina edirdi.

    Muxalifet4 - 30-06-2019

  11. Bakıda dünya çempionunun törətdiyi qəza yerindən — VİDEO

    Bakıdan hava limanı istiqamətinə gedən yolun 14-cü km-də qeydə alınan avtomobil qəzasının görüntüləri yayımlanıb.
     
    Muxalifet.az xəbər verir ki, qəza yerindən görüntüləri “REAL TV” çəkib.
     

    Muxalifet4 - 30-06-2019

  12. Dünyanın ən seksual milləti.. - İKİNCİ VƏ ÜÇÜNCÜ YERLƏR DƏ BƏLLİ OLDU

    “Big Seven Travel” analitik onlayn servis xidməti turistlər tərəfindən hansı millətlərin seksual seçildiyini araşdırıb.
     
    “Ölkə.Az” xəbər verir ki, siyahı servisin rəsmi saytında dərc edilib.
     
    Servisin mütəxəssisləri milyon yarılmlıq auditoriyası arasında sorğu keçirib. Məlum olub ki, ən seksual insanlar Ukrayna sakinləri sayılır. İkinci yerdə danimarkalılardır. Üçüncü yerə filippinlilər layiq görülüb.
     
    İlk beşliyə Braziliya və Avstraliya sakinləri də daxil olub. Rusiya isə siyahıda 33-cü yerdədir.

    Muxalifet4 - 30-06-2019

  13. Tamaşaçı konsert zamanı uşaq dünyaya gətirdi - FOTO

    Məşhur müğənni Pinkin konsertində maraqlı hadisə baş verib.
     

    Belə ki, müğənninin fanatı konsert zamanı uşaq dünyaya gətirilib.
     
    “Liverpool Echo News”un xəbərinə əsasən, 37 həftəlik hamilə olan 32 yaşlı Deniz Consun konsert vaxtı doğuş sancısı tutub. Pink “” Get the party started” mahnısı oxumağa başlayanda artıq doğuş başlayıb. Mahnının dördüncü dəqiqəsində isə qız uşağı dünyaya gəlib.
     
    Cons bildirib ki, qızına Dolli Luiz adını verməyi planlaşdırsa da, baş verənlərdən sonra Dolli Pink adlandırıb.

    Muxalifet4 - 30-06-2019

  14. Bakıda qadın restoranda döyüldü, pulu əlindən alındı

    Bakının Səbail rayonu ərazisində 55 yaşlı qadın döyülüb.
     
    Muxalifet.az APA-ya istinadən xəbər verir ki, M.Hüseyn küçəsində yerləşən restoranda Bakı şəhər sakini, 1964-cü il təvəllüdlü Məhərrəmova Səbinə Gündüz qızı orada naməlum şəxsin fiziki zorakılığına məruz qalıb.
     
    Bildirilir ki, həmin vaxt qadının 221 manat pulu da əlindən alınıb.
     
    Hazırda polis araşdırmalar aparır.

    Muxalifet4 - 30-06-2019

  15. Kim Çen In ABŞ-a dəvət olundu - YENİLƏNİB-2, CANLI YAYIM

    ABŞ Prezidenti Donald Tramp KXDR lideri Kim Çen Inla görüşdə Şimali Koreya liderini Birləşmiş Ştatlara dəvət etdiyini bildirib.

    CNN xəbər verir ki, o bunu jurnalistlərin sualına cavab verərkən deyib. "Onu indi Ağ evə dəvət edəcəyəm", - o bildirib.

    Kim Çen In öz növbəsində bildirib ki, Trampın onunla Pxanmuncom sərhəd məntəqəsində görüşmək istəyi barədə "Twitter"dən xəbər tutub.

    "Mən sizin "Twitter"dəki təklifinizi eşidəndə, çox təəccübləndim və yalnız gecəyarı sizin təklifinizi qəbul edə bildim", - deyə o bildirib.

    Muxalifet4 - 30-06-2019

  16. Dəfələrlə məhkum olunmuş Ceyhun 21 yaşlı Nigara heroini niyə vermişdi? - CİNAYƏT İŞİ №...

    Əvvəllər narkotik vasitələrin satışı, oğurluq, soyğunçuluq və digər bu kimi cinayətlər törədərək dəfələrlə dəmir barmaqlıqlar arxasına düşən Ceyhun Qasımov bu səfər yenicə tanış olduğu gənc qızı da arxasınca sürükləyib. Çay evində qıza heroin “bəxşiş” etməsi həm özünə, həm də narkotikə təzə qurşanan 21 yaşlı Nigara baha başa gəlib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan Bakı şəhər sakini, 42 yaşlı Ceyhun Qasımov və 21 yaşlı Nigar Süleymanovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Muxalifet4 - 30-06-2019

  17. Özünü benzinlə yandıran Mingəçevir sakini xəstəxanada öldü

    Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının həyətində özünü yandıran İmamverdi İsmayılov dünyasını dəyişib.  

    Bu barədə sosial şəbəkədə aktyor Ziya Ağa məlumat verib. 

    "Bir yerdə xidmət etmişdik...Əsgər yoldaşımdır. O qədər saf, mərd, ləyaqətli insan idi ki...", - deyə aktyor qeyd edib. 

    Muxalifet4 - 30-06-2019

  18. "Azərbaycan hökuməti utanmaz-utanmaz deyir ki, Rusiya dostumuzdur..." - PARTİYA SƏDRİ

    "...Azərbaycan əhalisinin 80 faizi öz kimliyini unutmuş zombidir"
     

    Muxalifet4 - 30-06-2019

  19. Avtovağzal ərazisində ağır qəza - AVTOMOBİL PİYADANI VURDU...

    Salyanda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə Salyan şəhərində, avtovağzal ərazisində qeydə alınıb.

    Çuxanlı kənd sakini Səbuhi Əsədov yolu keçmək istərkən onu minik avtomobili vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada Salyan Rayon Mərkəzi Xəstəxanasında reanimasiya şöbəsində yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet4 - 30-06-2019

  20. "Villanı onlara bağışla" - Saakaşvili deputatın cavabını verdi

    Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ilə Ali Radanın deputatı Oleq Lyaşko arasında canlı yayımda mübahisə yaşanıb.

    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, mübahisə Lyaşkonun xəstə uşaqlara sahib olan ailələrin problemlərindən şikayət etməsindən sonra başlayıb. Bu zaman Saakaşvili deputata bu cür ailələrə öz malikanələrini və milyonlarla dollarını bağışlamağı “məsləhət” görüb.

    “Bu, danışmaqdan daha faydalı olardı”, - Saakaşvili bildirib.

    Muxalifet4 - 30-06-2019

Pages