Axtarış
The search found 105785 results in 0.034 seconds.
Search results
Tiflisdə yenidən aksiya başladı - 11-ci gün
Gürcüstanın paytaxtı Tiflisdə, parlament binası qarşısında növbəti aksiya başlayıb.
Muxalifet.az xəbər verir ki, aksiyanın tələbi (daxili işlər naziri Georgi Qaxariyanın istefası) dəyişilməz olaraq qalır.
Qeyd edək ki, bu, sayca 11-ci aksiyadır.
Muxalifet3 - 30-06-2019
Türkiyənin aldığı "Boinq"də nasazlıq aşkar edildi
Türk Hava Yolları (THY) aviaşirkətinin yeni aldığı “Boinq 787-9” sərnişin təyyarəsində nasazlıq aşkar edilib.
Muxalifet.az azərtac-a istinadla xəbər verir ki, yeni alınan təyyarənin tanıdılması ilə bağlı videoçəkiliş aparılan zaman hava laynerinin əyləc işıqlarının kənarındakı plastiklər əriməyə başlayıb.Muxalifet3 - 30-06-2019
Gürcü müğənni Rusiyadakı konsertdən imtina etdi
Gürcü müğənni Nino Katamadze Tiflisdəki aksiyalara dəstək nümayiş etdirərək Moskvada konsert verməkdən imtina edib. Muxalifet.az xəbər verir ki, müğənnin ötən həftə Moskvada baş tutan “Cazz İqamətgahı” festivalında çıxışı ölkəsində kəskin etirazlara səbəb olmuşdu. “Mən bu barədə konsertdə demişəm və istəyirəm yenə bəyan edim: Bu, mənim Rusiyada son çıxışım idi”, - deyə Katamadze İnstaqram səhifəsində yazıb. Sənətçi həmçinin Tiflisdə etirazçıların daxili işlər naziri Georgi Qaxariyanın istefaya getməsi ilə bağlı tələbinin haqlı olduğunu bildirib.
Muxalifet3 - 30-06-2019
Nazirin avtomobil korteji atəşə tutuldu
Livanın qaçqınlarla iş üzrə naziri Saleh Qəribin avtomobil korteji naməlum şəxslər tərəfindən atəşə tutulub.
Muxalifet.az xəbər verir ki, bu barədə RİA məlumat yayıb.
Hadisə Dağlıq Livan bölgəsində Kabr-Şamun kəndinin yaxınlığında baş verib. Hadisə nəticəsində üç nəfər yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır.
Olayla bağlı əlavə məlumat verilmir.
Muxalifet3 - 30-06-2019
Ölkədə faktiki hava: Bu rayona dolu düşdü
Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.
Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Naftalan, Şəmkir, Qəbələ, Şəki, Xaltan, Qrız, Tərtər, Yevlax, Lerik, Yardımlı, Kişçay, Şahdağda yağış, Daşkəsən, Sarıbaş, Göyçayda isə leysan xarakterli yağış yağır.
Daşkəsən rayonunda saat 20:35-20:45 radələrində diametri 12 mm olan dolu düşüb.
Muxalifet3 - 30-06-2019
Liderlər Trampın qızını saymadı - Foto
G-20 zirvə görüşündə iştirak üçün Yaponiyanın Osaka şəhərində ABŞ Prezidenti Donald Trampı müşayiət edən qızı İvankanın görüntüləri geniş müzakirələrə səbəb olub.
Muxalifet.az xəbər verir ki, İvanka Tramp Kanada Baş naziri Castin Trudo, Fransa Prezidenti Emanuel Makron, Böyük Britaniyanın Baş naziri Tereza Mey və Beynəlxalq Maliyyə Fondunun rəhbəri Kristin Laqarde arasında aparılan müzakirəyə qoşulmağa çalışsa da, liderlər ona əhəmiyyət verməyib.Muxalifet3 - 30-06-2019
Putin Lukaşenkonun iqamətgahına gəldi - Foto
Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdə qeyri-formal görüş keçiriblər.
Muxalifet.az xəbər verir ki, görüş Belarus liderinin iqamətgahında baş tutub.
Daha sonra görüşə Tacikistan lideri İmaməli Rəhman da qoşulub.
Hər 3 liderin Minskdə baş tutmuş II Avropa Oyunlarının bağlanış mərasimini ziyarət edəcəyi gözlənilir.
Qeyd edək ki, Putin Yaponiyanın Osaka şəhərində keçirilmiş G20 sammitindən Minskə gəlib.Muxalifet3 - 30-06-2019
Suriya və Türkiyədən ortaq əməliyyat
Suriyanın Azez şəhərində Ramazan bayramı günü qətliam törədən 7 PKK-çı həbs edilib.
Muxalifet.az xəbər verir ki, iyunun 2-də uşaqların və qadınların olduğu məkana hücum təşkil edib, 23 nəfərin ölümünə, 70 nəfərin yaralanmasına səbəb olan terrorçular saxlanılıb.
Suriya təhlükəsizlik orqanları əməliyyatda türk polislərinin də köməyindən istifadə etdiklərini bildiriblər.
Muxalifet3 - 30-06-2019
Azərbaycan sərhədində mühüm tapıntı - Foto
Türkiyənin Naxçıvanla sərhəddə yerləşən İqdır vilayətində tapılan qaysı fosili böyük maraq doğurub.
Muxalifet.az xəbər verir ki, insanlar fosillə şəkil çəkdirmək üçün növbəyə düzülüblər.
Sözügedən fosil İqdırda keçirilən "Ərik festivalı"nda nümayiş olunub.
Festivalda iştirak edən kimyagərlərdən biri fosilin çox qədimi olduğunu deyib və qeyd edib ki, aidiyyəti qurumlar bunun yaşını müəyyən etmək üçün araşdırmalara başlamalıdır.
Qaysı fosilinin İqdırda aparılan arxeoloji qazıntılar zamanı tapıldığı bildirilib.
Muxalifet3 - 30-06-2019
“Əsrin Müqaviləsi” lağa qoyuldu: ABŞ mediası Kuşnerin planını yerdən yerə vurdu!
ABŞ-ın nüfuzlu qəzetlərindən “New York Times” İsrail-Fələstin sülh axtarışları çərçivəsində Amerikanın liderliyi ilə Bəhreyndə təşkil edilən iqtisadiyyat forumu ilə bağlı 'həqiqətdən uzaq böyük yuxu planları'' deyə bəhs edib.
Qəzet ABŞ prezidenti Donald Trampın kürəkəni ''Jared Kuşnerin Orta Şərqi İnkişaf etdirmə Proyekti'' başlıqlı bir məqalə dərc edib.Muxalifet3 - 1-07-2019
Ölkədə HƏYƏCAN: bütün şəhər nəhəng pitonu axtarır
Böyük Britaniyanın Kembric şəhərində uzunluğu 3 metrə çatan torlu pitonu tapmağa çalışırlar.
Bu haqda yerli hüquq-mühafizə orqanlarının tvitter səhifəsində deyilir.
“Səhər tezdən Kembric polisləri bu rayonda üç metrlik ilanın qeydə alınması haqqında xəbərlərdən sonra Lovell-Roud rayonuna baş çəkiblər. Polis ilanı deyil, onun sahibini aşkar edib”, - xəbərdə deyilir.
Hüquq-mühafizə orqanları həmçinin ilan haqqında istənilən informasiyanın onlara çatdırılmasını xahiş edib.Muxalifet - 1-07-2019
Dubay şeyxinin arvadı qaçdı!
Dubay şeyxi Məhəmməd əl Maktum-un altıncı həyat yoldaşı, şahzadə Haya əl Hüseyn-in iki uşağıyla birlikdə ölkədən qaçdığı iddia edilir. Daha əvvəl də qızı şahzadə Lətifə ölkədən qaçmağa çalışarkən tutulmuşdu.
Muxalifet3 - 1-07-2019
220 minlik maşın alan icra başçısı haqda maraqlı məlumatlar
Xəbər verdiyimiz kimi, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov xidməti istifadə üçün Mercedess Benz S350 model minik avtomibilinin alınması məqsədi ilə tender elan edib.
“Yeni Sabah” xəbər verir ki, bu elan dünəndən ölkə gündəmindədir. Xüsusilə məcburi köçkün rayonu olması üzündən mövzu kifayət qədər həssasdır və satış qiyməti 130 min dollardan başlayan avtomobil üçün elan tənqid edilir.
Bəs bu elanı verən icra başçısı haqda oxucular nə bilir? “Yeni Sabah” A. Məmmədovla bağlı bəzi maraqlı məqamları təqdim edir.Muxalifet - 1-07-2019
Təyyarə qəzaya uğradı - 10 nəfər öldü
ABŞ-ın Texas ştatında iki mühərrikli təyyarəsin qəzaya uğraması nəticəsində 10 nəfər həlak olub. Unikal.org xəbər verir ki, bu barədə yerli telekanal CBS DFW xəbər verib. Məlumata əsasən, hadisə Dallas dairəsinin Eddison şəhərində baş verib. Qeyd edilir ki, təyyarə hava limanının anqarına çırpılıb. Bunda sonra təyyarə alovlanaraq məhv olunub. Deyilir ki, təyyarədə olan insanlardan heç biri sağ qalmayıb.
Muxalifet - 1-07-2019
Tramp Ərdoğana “çətin adamdır”' demişdi: Cavab gəldi
G-20 zirvəsindən sonra jurnalistlərin suallarını cavablayan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Trampın onun üçün söylədiyi 'çətin adamdır' sözlərinə də münasibət bildirib.
Muxalifet3 - 1-07-2019
İraqın müvəqqəti işlər vəkili Türkiyə XİN-ə çağrılıb - SƏBƏB?
İraqın Ankaradakı müvəqqəti işlər vəkili Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
Trend-in məlumatına görə, bu barədə Türkiyə XİN-nin rəsmi nümayəndəsi Hami Aksoy bildirib.
H.Aksoy deyib ki, Türkiyənin İraqın şimalında PKK terror təşkilatına qarşı həyata keçirdiyi antiterror əməliyyatlarında İraq tərəfindən səsləndirilən guya mülki əhalinin zərər çəkməsi barədə fikirlər həqiqəti əks etdirmir və Ankara bunu qəbuledilməz sayır.
Onun sözlərinə görə, bu cür bəyanatlar ikitərəfli münasibətlərdə müsbət dinamikaya ziddir:
Muxalifet - 1-07-2019
"Minsk-2019": İdmançılarımıza nə qədər pul veriləcək?
Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında medal qazanan idmançılarımız pul mükafatı alacaqlar.
"Minsk-2019”un startından öncə açıqlama verən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə yeni qərar qəbul olunmasa, məbləğin "Bakı 2015” I Avropa Oyunlarındakı mükafatla eyni olacağını bildirib.Muxalifet - 1-07-2019
Ərdoğandan Əsədə dəqiq mesaj: Bir daha səhvləri olsa...
Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan İdlibdə rejim gücləri tərəfindən Türk əsgərinə edilən hücumla əlaqədar "Son hadisədə rejimin bizim müşahidə məntəqələrimizə etdiyi hücumda 1 əsgərimiz şəhid oldu. Biz də buna lazımlı cavabı verdik. Bundan sonra əgər belə bir səhvləri olsa, lazımlı dərsi almağa davam edəcəklər" deyib.
Müxalifət.azMuxalifet3 - 1-07-2019
Abituriyentlərin nəzərinə! - Qabiliyyət imtahanları neçə gün davam edəcək?
İyulun 1-dən V qrup (bədən tərbiyəsi istiqamətinin 60, 61, 62-ci komissiyaları və təsviri sənət istiqamətinin 14-cü komissiyası (dizayn ixtisası) üzrə qabiliyyət imtahanları başlayıb.
Dövlət İmtahan Mərkəzindən Muxalifet.az-a verilən xəbərə görə, qabiliyyət imtahanları iyulun 14-dək keçiriləcək.
İmtahandan iştirak edəcək abituriyentlər https://eservices.dim.gov.az/erizebak/qabiliyyet/?frm=egov linkinə daxil olub buraxılış vərəqəsini çap edə bilərlər.Muxalifet - 1-07-2019
Əsədin həbsxanasında QANDONDURAN OLAYLAR
Bəşər Əsəd rejiminin həbs etdiyi Nur Nədim Mulhim adlı qadın həbsxanada olarkən başına gələn qandonduran olaylardan danışıb.
Qadın "Anadolu" agentliyinə müsahibəsində "müxaliflərlə cihad nikahına girməkdə" ittiham edildiyini və buna görə dəhşətli işgəncələrə məruz qaldığını deyib.
"Bizə ağır işgəncələr verirdilər. Həbsxanada namaz qılmaq, oruc tutmaq qadağan edilmişdi. Əllərim, gözlərim bağlı halda məni döyüb təhqir edirdilər. Məcbur edirdilər ki, törətmədiyim cinayətlərin məsuliyyətini üzərimə götürüm. Razı olmayanda isə döyürdülər", - o bildirib.Muxalifet - 1-07-2019